Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azad Rəhimov: Gənclərimizin beynəlxalq əlaqələri inkişaf edir

Azad Rəhimov: Gənclərimizin beynəlxalq əlaqələri inkişaf edir

13.09.2019 [14:12]

“Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti son 15 ildən artıq dövrdə dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir”. Bu fikri gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, ölkəmizdə gənclərlə bağlı bır sıra dövlət proqramları qəbul olunub. Onun sözlərinə görə, əhalimizin 30 faizindən çoxunu gənclər təşkil edir. Prezident İlham Əliyev tərəfindən gənclərin inkişafı üçün yaradılmış şərait nəticəsində dövlət qurumlarında onların təmsilçiliyi xeyli artıb.

Gənclərimizin beynəlxalq əlaqələrinin inkişaf etdiyini deyən A.Rəhimov son illərdə Azərbaycanda gənclər siyasəti ilə bağlı keçirilən beynəlxalq tədbirlərin sayının da dəfələrlə artdığını vurğulayıb.

“Ölkə Prezidenti gənclərin malik olduğu potensial imkanlardan səmərəli istifadəni qarşıya mühüm vəzifə kimi qoyur. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər əyani surətdə nümayiş etdirir ki, müasirlik, yüksəkkeyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq. Müstəqillik tariximizdə ictimai fəal gənclərin çoxlu sayda gənclər təşkilatlarında birləşməsi, həmçinin beynəlxalq gənclər qurumlarında təmsil olunması, 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan edilməsi, gənclərin inkişafına xidmət edən Dövlət proqramlarının qəbulu və sair kimi bir-birindən mühüm addımlar gənclərə diqqət və qayğının dövlətin siyasətində prioritet məsələ olduğunu təsdiqləyir. Azərbaycan günbəgün yeniləşir, müasirləşir. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, müasirləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda, gənclərin fəaliyyətindən asılıdır”-deyə, nazir qeyd edib.
Gənclərimizin beynəlxalq əlaqələrinin inkişaf etdiyini deyən Azad Rəhimov söyləyib ki, əməkdaşlıq əlaqələrinin inkişafı gənclərin zəngin təcrübəyə malik olmasında, səylərinin birləşdirilməsi fonunda hədəflərə yüksək səviyyədə nail olmaqda əhəmiyyətli rol oynayır.

Paylaş:
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30