Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan yüksək investisiya cəlbediciliyinə malik ölkəyə çevrilib
A+   Yenilə  A-
Azərbaycan yüksək investisiya cəlbediciliyinə malik ölkəyə çevrilib

Prezident İlham Əliyev: Biz mühüm islahatlar həyata keçirmişik ki, bu da bizə ölkədə biznes mühitinin yaxşılaşdırılması və sərmayə cəlb etmək imkanı yaradıb
Son 15 ildə müstəqil Azərbaycanın müsbət mənzərəsini səciyyələndirən əsas məqamlardan biri ölkəmizin maliyyə imkanlarının genişlənməsi, o cümlədən də müxtəlif mənbələrdən milli iqtisadiyyatımıza yönəldilən sərmayələrin həcminin artması ilə bağlı olub. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanın sərmayə cəlbediciliyi əhəmiyyətli dərəcədə artıb və respublikamıza 260 milyard dollardan çox investisiya yönəldilib ki, bu da kifayət qədər böyük məbləğdir.
Azərbaycandakı uzunmüddətli daxili sabitlik, güclü iqtisadi potensial, dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan müasir infrastruktur, müxtəlif tanıtım tədbirləri ölkəmizin sərmayə cəlbediciliyinin artmasına müsbət təsir göstərən amillərdir. Eyni zamanda, yeni şəraitdə Prezident İlham Əliyevin aldığı mühüm qərarlara uyğun olaraq intensiv şəkildə reallaşdırılan islahatlar da ölkəmizin investisiya cəlbediciliyinin artmasında mühüm rol oynayır. Dövlətimizin başçısı V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində söylədiyi nitqində bu məqama diqqət çəkərək vurğulayıb: “Son 15 ildə bizim iqtisadiyyatımız ən sürətlə inkişaf edən iqtisadiyyatlar sırasında olub. Biz mühüm islahatlar həyata keçirmişik ki, bu da bizə ölkədə biznes mühitinin yaxşılaşdırılması və sərmayə cəlb etmək imkanı yaradıb”.
Yeni şəraitdə reallaşdırılan islahat tədbirləri sırasında investisiyaların təşviqi mexanizminin işə salınması böyük əhəmiyyət daşıyır
Respublikamızın investisiya cəlbediciliyinin artmasından söhbət açarkən sərmayələrin qorunması üçün hüquqi bazanın möhkəmləndirilməsinin önəmini ayrıca qeyd etmək lazımdır. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub.
Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixində imzaladığı “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında müvafiq Fərman da ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsinə xidmət edən vacib sənəddir. Dövlət başçısının 5 sentyabr 2016-cı il tarixində imzaladığı növbəti Fərmanla isə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana müəyyən dəyişikliklər edilib.
Prezident İlham Əliyev 2 iyun 2017-ci il tarixində “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi barədə müvafiq Sərəncam imzalayıb. Sənəddə ölkənin investisiya cəlbediciliyinin artırılması üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsinə hesablanan bir sıra mühüm müddəalar öz əksini tapıb.
Ölkəmizin investisiya cəlbediciliyinin artırılmasına hesablanan sənədlərdən biri də “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2018-ci il tarixində imzaladığı müvafiq Sərəncamdır. Sənəddə qeyd olunub ki, qeyri-neft sektorunun inkişafını daha da sürətləndirmək üçün bu sahəyə birbaşa xarici investisiyalar cəlb etməklə daxili istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi və yerli məhsullarla özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, qeyri-neft sektorunun ixrac imkanlarının artırılması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində strateji məqsədlər olaraq müəyyən edilib. Sərəncamda ölkənin investisiya cəlbediciliyinin artırılması ilə bağlı müəyyənləşdirilən strateji məqsədlərə çatmaq, o cümlədən də ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsullar istehsalının təşkili üçün “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizminin, eləcə də ölkə iqtisadiyyatına birbaşa investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə “Azərbaycana sərmayə” (“Invest in Azerbaijan”) mexanizmlərinin tənzimlənməsi Qaydası” ilə bağlı mühüm müddəalar yer alıb.
Qeyri-neft sektoruna böyük həcmlərdə sərmayə qoyuluşu ölkənin iqtisadi potensialını artıran əsas amillərdən biri qismində çıxış edir
Məlumdur ki, son illərdə ayrı-ayrı ölkələr və milli iqtisadiyyatlar mütəmadi olaraq qlobal mənfi şokların təsirini öz üzərlərində hiss ediblər. Belə təzyiqlər, əlbəttə ki, inkişaf meyillərini səngidir. Azərbaycan isə qlobal iqtisadi şokların təsirinə daha az məruz qalan ölkədir. Bu da ilk növbədə o amillə şərtlənir ki, son 15 ildə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb. Belə ki, ötən 15 ildə ölkənin neft-qaz satışından əldə etdiyi gəlirlər məqsədyönlü şəkildə neftdənkənar iqtisadiyyatın inkişafına yönəldilib. Eyni zamanda, qeyri-neft sektorunda istehsal imkanlarının genişləndirilməsinə möhkəm hüquqi baza yaradılıb, genişmiqyaslı təşviq tədbirləri görülüb. Prezident İlham Əliyev 2019-cu il 31 may tarixində Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Polşa biznes forumunda söylədiyi nitqində qeyri-neft sektorunun inkişafının ölkəmiz üçün prioritet olduğunu növbəti dəfə nəzərə çatdıraraq vurğulayıb: “Azərbaycan ənənəvi olaraq enerji sektorunun inkişafına böyük diqqət göstərir. Ancaq bizim əsas məqsədimiz qeyri-enerji sektorunun inkişafıdır. Bir sözlə, iqtisadiyyatın şaxələndirilməsi bizim üçün prioritetdir və son illərdə bu istiqamətdə addımlar atılıb”.
Ölkəmizdə qeyri-neft iqtisadiyyatının üstün inkişafını hədəfləyən siyasət öz müsbət nəticəsini verir. Həyata keçirilən bu və ya digər tədbirlərin nəticəsində neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Başqa sözlə desək, aparılan uğurlu şaxələndirmə siyasəti Azərbaycan iqtisadiyyatının inkişafına yeni impuls verib. Ölkədə reallaşdırılan məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb.
Milli iqtisadiyyatımızda 2019-cu ilin birinci yarısında da qeyri-neft sektorunda yüksək inkişaf göstəriciləri qeydə alınıb. Belə ki, cari ilin ilk 6 ayında iqtisadiyyatımız 2,4 faiz, qeyri-neft sektorumuz isə 3,2 faiz artıb. Ən yüksək inkişaf göstəricisi 15,7 faiz olmaqla qeyri-neft sənayesində qeydə alınıb. O cümlədən qeyri-neft sektorunun mühüm bir qolu olan kənd təsərrüfatında cari ilin birinci yarısında 13 faiz artım müşahidə edilib.
Əvvəlki illərdə və 2019-cu ilin birinci yarısında ölkəmizdə qeyri-neft iqtisadiyyatının dinamik inkişafına müsbət təsir göstərən amillər sırasında bu sahəyə investisiya qoyuluşunun artmasının önəmini xüsusi vurğulamaq lazımdır. Bu, bir aksiomdur ki, zəruri şərtlər, həmçinin güclü maliyyə təminatı yaradılmadan real sektorun inkişafına da nail olmaq mümkün deyil. Bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədəki çıxışında dövlət başçısı 2019-cu ilin birinci yarısında ölkəmizə yönəldilən investisiyaların böyük hissəsinin məhz neftdənkənar iqtisadiyyata qoyulmasından məmnunluğunu bildirərək vurğulayıb: “Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir”.
Mütəxəssislərin qənaəti belədir ki, qeyri-neft sektoruna böyük həcmlərdə sərmayə qoyuluşu ölkənin iqtisadi potensialını artıran əsas amillərdən biri qismində çıxış edir. Deyilənlər baxımından respublikamızda reallaşdırılan sənaye layihələrinin önəmini ayrıca vurğulamaq lazımdır. Son illərdə respublikamızda uğurla reallaşdırılan iri sənaye layihələrindən biri “SOCAR Polymer”dir. Layihənin reallaşdırılmasına həm daxili, həm də xarici mənbələrdən investisiyalar yönəldilib. Müəssisəyə cəlb olunan investisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin edilib. İlkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 14 faizdən çox artıracaq.
Respublikamızda 2019-cu ildə istifadəyə verilən “SOCAR karbamid” zavodunun tikintisinə də böyük həcmlərdə investisiyalar yönəldilib. Dəyəri təxminən 800 milyon avro təşkil edən “SOCAR karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Eyni zamanda, istehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək.
Hazırda Pirallahı Sənaye Parkında investisiya dəyəri 100 mln. ABŞ dollarından artıq olan müxtəlif təyinatlı istehsal müəssisələrinin yaradılması işləri aparılır. Bir qədər bundan əvvəl Sənaye Parkında investisiya dəyəri 9,5 milyon manat olan şpris zavodu işə salındı. Müəssisənin illik istehsal gücü 150 milyon şprisdir. Burada istehsal edilən məhsullar yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac ediləcək. Bu isə “Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsulların çeşidini və həcmini artırmağa imkan verəcək.
Yeri gəlmişkən, yuxarıda bəhs olunan müşavirədə iqtisadiyyat naziri Şahin Mustafayev ölkə üzrə yaradılan 9 sənaye parkı və məhəllələri haqqında qısa məlumat verib. Onun bildirdiyinə görə, sənaye pakları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb.
İqtisadiyyat naziri həmçinin regionlarda aqrar sektorda iri təsərrüfatların yaradılmasına da böyük həcmlərdə investisiyaların yönəldildiyini diqqətə çatdırıb. Ş.Mustafayev deyib ki, dövlət başçısının tapşırığına uyğun olaraq 51 aqroparkın yaradılması istiqamətində ciddi addımlar atılıb. Artıq nəticələr var. İyirmi iki aqropark faktiki fəaliyyətdədir, bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq.
İqtisadiyyat naziri onu da bildirib ki, investisiyaların təşviqi sahəsində görülən işlər də regionların inkişafına müsbət təsir göstərir və investisiyaların təşviqi mexanizmi uğurlu nəticələr verir. Bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub.
Milli iqtisadiyyatımıza qoyulan xarici investisiyaların artması ölkəmizə olan inamın ifadəsidir
Azərbaycan iqtisadiyyatına sərmayələr müxtəlif mənbələrdən yönəldilir. Ölkəmizə qoyulan investisiyaların strukturunda xarici sərmayələrin çəkisi də kifayət qədər böyükdür. Milli iqtisadiyyatımıza xarici sərmayə qoyuluşunun artması ölkəmizə olan inamı ifadə edir. Prezident İlham Əliyev Azərbaycan-Polşa biznes forumundakı nitqində xarici sərmayələrin qorunmasının hər bir ölkə üçün önəmli olduğuna diqqət çəkərək “Sərmayə qoyuluşu məsələləri ilə bağlı çox böyük işlər görülür. Həm neft-qaz sektoruna, həm qeyri-neft sektoruna on milyardlarla dollar sərmayə qoyulmuşdur. Xarici sərmayələr lazımi səviyyədə qorunur və hər bir ölkə üçün bu, önəmlidir. Çünki biznes mühitinin yaxşılaşdırılması nəticəsində həm iş adamları özlərini daha rahat hiss edirlər, həm də dövlətlər daha böyük fayda götürür”, - deyə vurğulayıb.
Azərbaycanda əlverişli investisiya mühitinin yaradılmasının məntiqi nəticəsidir ki, hazırda respublikamızda xarici investorların iştirakı ilə çoxsaylı layihələr reallaşdırılır. Azərbaycanın Pirallahı Sənaye Parkında İranın “TPİCO Holdinq” Şirkətlər Qrupunun iştirakı ilə “Caspian Pharmed” əczaçılıq zavodunun təməli qoyulub. Müəssisə 5 hektar ərazidə inşa olunur. Əczaçılıq zavodunun yaradılmasına ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyulacaq. Azərbaycan və İran şirkətlərinin müştərək layihəsi əsasında Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu yaradılıb və 2018-ci ildə müəssisədə avtomobil istehsalına başlanılıb.
Son illərdə qonşu Rusiyadan Azərbaycana yönəldilən investisiyaların həcmi getdikcə artır. Hazırda Azərbaycan bazarında təxminən 700 birgə müəssisə var ki, onlardan da üçdəbiri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin həyata keçirilməsi qarşılıqlı sərmayə yatırılması baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycana yönəldilən investisiyaların böyük bir qismi Avropa İttifaqı ölkələrinin payına düşür. Almaniya, Fransa, İtaliya və digər ölkələri təmsil edən şirkətlər Azərbaycana böyük məmnuniyyətlə iri həcmlərdə sərmayələr yönəldirlər. Qeyd edək ki, respublikamız Aİ məkanında olan 9 dövlətlə strateji tərəfdaşlıq müqavilələri imzalayıb. Avropa İttifaqı ölkəmizin əsas xarici ticarət tərəfdaşıdır. Avropa İttifaqının Azərbaycanın xarici ticarətində payı 42% təşkil edir. 2018-ci ildə Aİ ölkələri ilə ticarət dövriyyəsi 13 milyard dollara çatıb. Ümumiyyətlə, müstəqillik dövründə Aİ-dən Azərbaycan iqtisadiyyatına 25 milyard dollara yaxın investisiya yatırılıb. Azərbaycanda Aİ ölkələrinin 1500-dən çox şirkəti fəaliyyət göstərir.
Azərbaycanda 2019-cu ilin əvvəlindən bəri müşahidə edilən və özlüyündə çox böyük önəm daşıyan tendensiyalardan biri də məhz ondan ibarətdir ki, bəhs olunan dövrdə xarici dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə təşrif gətirən yüksək səviyyəli rəsmiləri, həmçinin ayrı-ayrı transmilli şirkətlərin və maliyyə qurumlarının rəhbərləri respublikamızla iqtisadi sahədə əməkdaşlığı dərinləşdirməkdə, müxtəlif istiqamətlərə investisiyalar yönəltməkdə maraqlı olduqlarını bildirirlər. Məsələn, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari il iyulun 10-da Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib. Qəbulda xüsusi olaraq vurğulanıb ki, 170 min şirkətin birləşdiyi MEDEF-in böyük tərkibdə nümayəndə heyətinin Azərbaycana gəlməsi fransız biznes ictimaiyyətinin ölkəmizə olan marağının göstəricisidir. Respublikamıza belə böyük maraq həmçinin mayın 31-də Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Polşa biznes forumunda və digər tədbirlərdə ifadə olunub.
Dünyanın iqtisadi nəhənglərindən olan Çinin şirkətləri də Azərbaycanda reallaşdırılan müxtəlif layihələrdə fəal iştirak etmək istəyindədirlər. Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri inkişaf edir, əlverişli biznes mühitinə malik Azərbaycanda müxtəlif sahələr üzrə Çin şirkətləri fəaliyyət göstərir, birgə layihələr reallaşdırılır. Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağının artmasının nəticəsi olaraq, “China CAMCE Engineering Co. Ltd.” şirkəti və müvafiq sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri arasında əməkdaşlıq barədə sənədlər imzalanıb. Bir qədər bundan əvvəl şirkəti təmsil edən nümayəndə heyəti respublikamıza gəlib. İqtisadiyyat Nazirliyində aparılan müzakirələrdə “China CAMCE Engineering Co. Ltd.” şirkətinin vitse-prezidenti V.Yuhanq Çin iş adamlarının Azərbaycandakı əlverişli biznes və investisiya mühitinə maraq göstərdiyini diqqətə çatdırıb, təmsil etdiyi şirkətin fəaliyyəti, ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan layihələri barədə məlumat verib. Görüşdə “China CAMCE Engineering Co. Ltd.” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda aqrar-sənaye parkının yaradılması, birgə emal müəssisələrinin təşkili, sənaye parklarında və məhəllələrində iştirak, kənd təsərrüfatı və məişət texnikasının istehsalı sahələrinin yaradılması barədə müzakirələr aparılıb.
Azərbaycanın özünün xarici dövlətlərə yönəltdiyi sərmayələr perspektivdə ölkəmizə böyük gəlir gətirəcək
Əlamətdar haldır ki, məqsədyönlü siyasət sayəsində getdikcə iqtisadi-maliyyə imkanlarını genişləndirən Azərbaycanın özü də fəal investisiya siyasəti həyata keçirir. Ölkəmizin investisiyalar yönəltdiyi dövlətlərin coğrafiyası getdikcə genişlənir.
Qeyd edək ki, ötən il oktyabrın 19-da Türkiyədə açılışı gerçəkləşən “Star” neft emalı zavoduna SOCAR tərəfindən 6,3 milyard dollarlıq investisya qoyulub. Bununla da ölkəmizin son 20 ildə qardaş ölkəyə yatırdığı sərmayələrin həcmi ümumilikdə 19,5 milyard dollara çatıb. Qürurverici faktdır ki, zavod Avropa, Orta Şərq və Afrikanı əhatə etməklə bölgədə ən nəhəng neft emalı müəssisəsidir.
Azərbaycan qonşu Gürcüstanda genişmiqyaslı investisiya layihələri həyata keçirir. Respublikamız 2012-ci ildən etibarən Gürcüstana sərmayə qoyan xarici ölkələrin arasında birinci yeri tutur.
Hazırda Azərbaycan Rusiyada da müxtəlif investisiya layihələri reallaşdırır. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayələr yönəldilib.
MDB Statistika Komitəsinin ötən il açıqladığı iqtisadi göstəricilərdə Azərbaycan xarici ölkələrə yatırdığı irihəcmli sərmayələrə görə MDB məkanında ilk üçlükdə qərar tutur. Mütəxəssislər əminliklə bildirirlər ki, Azərbaycanın özünün xarici dövlətlərə yönəltdiyi sərmayələr perspektivdə ölkəmizə böyük gəlir gətirəcək.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2130  |  
  • Tarix:  12-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir
15 Noyabr 17:07
Azərbaycanın Ankaradakı səfiri İstanbulda təhsil alan tələbələrlə görüşüb
15 Noyabr 16:49
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15 Noyabr 16:38
Erməni deputatlar Vaşinqtonda sual atəşinə tutulublar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA