Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycanın bölgələrində fındıqçılığın inkişafı daim dövlətin diqqət mərkəzindədir
A+   Yenilə  A-
Azərbaycanın bölgələrində fındıqçılığın inkişafı daim dövlətin diqqət mərkəzindədir

Fındıqçılıq sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər regionlarda məhsuldarlığın artmasını təmin edib
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan inkişaf yolunda inamla irəliləyir, möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Bütün sahələrdə yüksək inkişaf göstəricilərinin əldə olunması fonunda gələcəyə dair optimist proqnozlar verilir, ölkəmizin qarşısında yeni perspektivlərin açıldığı vurğulanır. Azərbaycanın dinamik tərəqqisindən bəhs edərkən, heç şübhəsiz, regionların sosial-iqtisadi inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməsini xüsusi vurğulamaq lazımdır. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla icra olunması bölgələrdə iqtisadi potensialın və aktivliyin artmasına mühüm töhfələr verməklə yanaşı, qarşıda duran strateji hədəflərə çatmağa imkan yaradır. Son olaraq Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində də işlər müvəffəqiyyətlə icra olunur. Məhz bu proqramlar çərçivəsində həyata keçirilən işlər aqrar sahənin inkişafını da şərtləndirib.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində də həyata keçirilən kompleks tədbirlər ölkənin ümumi sosial-iqtisadi tərəqqisinə öz töhfəsini verir. Təsadüfi deyil ki, ölkəmizdə digər sahələr kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Kənd təsərrüfatının inkişafı istiqamətində müəyyənləşdirilmiş strateji əhəmiyyətli vəzifələrdən biri ixracqabiliyyətli məhsul istehsalının artırılmasıdır. Bu kontekstdə əlverişli coğrafi-iqlim xüsusiyyətləri, münbit torpaqlar, əmək ehtiyatları, tarixdən gələn zəngin ənənələr Azərbaycanın bölgələrində ixracqabiliyyətli məhsul istehsalının artırılması üçün geniş perspektivlər yaradır. Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycanın regionlarından ixracın artırılması baxımından perspektivli sahələrdən biri də fındıqçılıqdır. Ölkəmizdə bu sahənin inkişafı daim diqqətdə saxlanılır. Məlumat üçün qeyd edək ki, cari ilin yanvar-iyul aylarında ölkədən 13 min 167 ton meşə fındığı ixrac olunub. Qeyd edilən dövrdə ixrac edilən meşə fındığının dəyəri 72 milyon 67 min ABŞ dolları olub.
Qeyd etdiyimiz kimi, fındıqçılığın inkişafı istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir, səmərəli nəticələr əldə olunur. Ayrı-ayrı rayonlarda əldə edilən məhsuldarlığı əks etdirən statistik göstəricilər də bunu təsdiqləyir. Yeri gəlmişkən, İsmayıllı rayonunda fındıq yığımı davam edir və artıq bağlardan 153 ton məhsul toplanılıb. Rayonda fındıq bağlarının sahəsi 2091 hektara çatdırılıb. Bağların 87 hektarı bar verəndir. Topçu, Qurbanəfəndi kənd, İsmayıllı şəhər ərazi dairələrində məhsul yığımı daha mütəşəkkil aparılır. Cari mövsümdə bağlardan 300 tonadək fındıq tədarük olunacağı gözlənilir.
Xaçmazlı təsərrüfatçılar isə avqustun ilk günlərindən fındıq bağlarından məhsul yığımına başlayıblar. Fındıq bağlarında məhsuldarlıq ötən illərlə müqayisədə daha çoxdur. Məhsulun bol, qiymətin isə sərfəli olması bağ sahiblərinin daha çox gəlir əldə edəcəyini deməyə əsas verir. Rayonun Hacıəhmədoba kəndindən olan təsərrüfatçı Fazil Əhmədov 0,5 hektar fındıq bağından hər il 500-600 kiloqram məhsul toplayır. “Yığıma yeni başlamışıq. Bu il məhsuldarlıq ötən ilkindən yaxşıdır. Qiyməti də biz kəndlilərə sərf edir. Məhsulu özümüz yığırıq. Bəzən yığım üçün günəmuzd fəhlələr də çağırırıq. Havalar yaxşı keçsə, bağı sentyabrın axırına kimi yığıb qutaracağıq”, - deyə təsərrüfatçı bildirib. Hazırda bağlarda məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarda saxlayırlar. Məhsul əsasən payız-qış aylarında yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi mövcuddur və məhsulu fermerlərdən sərfəli qiymətə alırlar. Xaçmazlı fermerlər bir neçə ildir k, ağacdan yığılan fındığın qabıqdan təmizlənməsi üçün xüsusi aqreqatdan istifadə edirlər. Bu texnologiyanın tətbiqi təsərrüfatçıların işini xeyli yüngülləşdirir. Belə ki, bağından 1 ton fındıq əldə edən təsərrüfatçı əvvəllər bu məhsulu qabığından təmizləmək üçün ailə üzvləri ilə birlikdə 7-10 gün vaxt sərf etməli olurdu. Fındıq təmizləyən texnika isə bu işi cəmi bir saata görür. Traktorçu Alim Əhmədov deyir ki, fındıq toplanmasına başlanan gündən sifarişlərin ardı-arası kəsilmir. Gün ərzində müxtəlif kəndləri gəzərək 3-4 ton fındıq təmizləyir. Xidmət haqqı olaraq hər 100 kiloqrama görə 3 kiloqram təmizlənmiş fındıq alır. Fermerlər dövlətin onlara ayırdığı güzəştlərdən faydalanaraq bağlara daha yaxşı qulluq edirlər. Rayonda son 3 ildə fındıq bağlarının sahəsi iki dəfəyədək artırılaraq 10 min hektara çatdırılıb.
Zaqatala rayonunda da kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək sahələrindən biri də fındıqçılıqdır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biridir. Artıq fındıq bağlarında builki mövsümün ilk məhsulunun yığımına başlanılıb. Cari ildə bağlardan 15 min tondan çox fındıq tədarük olunması gözlənilir. Ümumiyyətlə, Prezident İlham Əliyevin fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Zaqatalada yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, 2018-ci ildə rayon ərazisində 1353,5 hektar, bu ilin yaz aylarında isə 255 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 19 min 760 hektara çatdırılıb. Bu bağların 10 min 571 hektarı barverəndir. Ötən il rayonun fındıq bağlarından 15 min 69 ton məhsul tədarük olunub. Fındıq istehsalı 2017-ci illə müqayisədə 1 min 647 ton, 2016-cı illə müqayisədə isə 6 min 159 ton artıb.
Dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Qəbələ rayonunda da davamlı iş aparılır. Belə ki, son üç ildə rayon ərazisində 2 min 137 hektar sahədə yeni fındıq bağları salınaraq mövcud fındıq bağlarının ümumi sahəsi 6 min 247 hektara çatdırılıb. Hazırda rayonda 4 min 827 hektar bar verən fındıq bağları var. Bir neçə gündür ki, fındıq bağlarında builki mövsümün ilk məhsulunun yığımına başlanılıb. Cari ildə bağlardan 9 min tonadək fındıq yığılması gözlənilir. Ötən il Qəbələnin fındıq bağlarından 9 min 200 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 1800 ton artıb.
Qusar rayonunun da fındıq bağlarında məhsul yığımının qızğın çağıdır. Ümumiyyətlə, fındıq istehsalı rayonun iqtisadiyyatında mühüm rol oynayan sahələrdəndir. Rayonda 6 min hektardan çox fındıq bağı var. Fındıq bağlarında məhsul yığımına avqust ayının əvvəllərindən başlanılıb. Fermerlər ötən ilə nisbətən daha çox məhsul əldə edirlər. İmamqulukənd İnzibati Ərazi Dairəsinə daxil olan kəndlər rayonda fındıq bağlarının daha çox becərildiyi ərazilərdir. Burada ümumilikdə 450 hektar fındıq bağı mövcuddur. Bunun da 100 hektarı son iki ildə salınıb. Qusarlı fermerlər bildirirlər ki, fındıqçılığın inkişafı ölkəmizə xaricdən valyuta cəlb olunmasında mühüm rol oynayır. Bu isə öz növbəsində regionların inkişafına güclü təkan verir. Təsərrüfatçı Şaban Qurbanovun sözlərinə görə, indi fındıqçılıqla məşğul olmaq daha asan və sərfəlidir. “Əvvəllər çətin idi. İndi təzə kombaynlar var. Fındığın qabıqdan təmizləməsi daha tez və asan başa gəlir. Əvvəllər bir-bir qabıqdan çıxardırdıq. İndi kombayn gün ərzində 5-6 ton təmizləyir”, - deyə fermer Ş.Qurbanov söyləyib. Hazırda Qusarın bağlarında məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarında saxlayırlar. Qusarlı fındıqçılar düzgün suvarmaya və aqrotexniki qaydalara riayət etməklə hər il yüksək nəticə əldə edirlər. Kənd sakinləri yeni bağların salınmasına da maraq göstərirlər. Bu bağlarda əsasən rayonun iqlim şəraitinə uyğun yerli sortlar əkilir. Hazırda barverən bağlarda məhsul yığımı yeni əkilən sahələrdə isə suvarma, becərmə işləri həyata keçirilir. Rayon ərazisində ümumilikdə 6 min 300 hektar fındıq bağı mövcuddur. Bu bağların 3 min 200 hektarı barverəndir. Cari ildə bağlardan 4 min tona yaxın məhsul toplanacağı proqnozlaşdırılır.
Oğuz rayonunda isə gəlirli sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədi ilə payız aylarında daha 300 hektarda yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Beləliklə, son illər rayonda yeni salınan fındıq bağlarının ümumi sahəsi 2 min hektara çatdırılacaq. Hazırda rayonda 3 min 695,5 hektar fındıq bağları var. Artıq bağlarda builki mövsümün ilk məhsulunun yığımına başlanılıb. Ötən il Oğuzun fındıq bağlarından 1 min 106 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 203 ton artıb.
Beləliklə, Azərbaycanın bölgələrində fındıqçılığın inkişafı daim dövlətin diqqət mərkəzindədir. Kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək sahələrindən biri olan fındıqçılığın inkişafı istiqamətində görülən səmərəli tədbirlər müsbət nəticələrin əldə olunmasını - məhsuldarlığın artmasını təmin edib.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  1380  |  
  • Tarix:  12-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib

17 Sentyabr 17:53
Bakının işğaldan azad edilməsinin 101 illiyi ilə əlaqədar İğdırda konfrans təşkil olunub
17 Sentyabr 17:45
Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin təşkili prosesi ilə tanış olub
17 Sentyabr 17:43
Hadi Rəcəbli: İslahatlar ölkəmizin bundan sonrakı uğurlu inkişafını şərtləndirən əsas amillərdən biridir
17 Sentyabr 17:40
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17 Sentyabr 17:36
Azər Badamov: Azərbaycanın regionlarında inkişaf prosesi dinamikdir
17 Sentyabr 17:32
Nəsib Məhəməliyev: Ölkəmiz uğurla inkişaf edir
17 Sentyabr 17:24
Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub
17 Sentyabr 17:22
Cəmiyyətimiz xaricdəki “mühacirlər”in əsl simasını görür
17 Sentyabr 17:17
Bərpa olunan enerji mənbələrinin inkişaf istiqamətləri müzakirə olunub
17 Sentyabr 17:13
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
17 Sentyabr 17:08
BMT-nin Baş katibi ozon təbəqəsini dağıdan qazlardan qanunsuz istifadə edilməsinin qarşısını almağa çağırıb
17 Sentyabr 17:03
Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi
17 Sentyabr 16:30
“Saber Junction - 19” təlimi davam edir
17 Sentyabr 16:27
FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib
17 Sentyabr 16:23
ADNSU Xarkov Politexnik Universiteti ilə əməkdaşlığı genişləndirir
17 Sentyabr 16:09
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib
17 Sentyabr 16:07
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Şərq Araşdırma qrupunun nümayəndələri ilə görüşüb
17 Sentyabr 16:04
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Sentyabr 16:00
“Yaxşılıq unudulmur” layihəsinin yekununa həsr edilmiş konfrans keçirilib
17 Sentyabr 15:51
Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
17 Sentyabr 15:13
Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
17 Sentyabr 15:10
Seçenov Universitetinin Bakı filialında yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbir keçirilib
17 Sentyabr 15:02
Nazir: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb
17 Sentyabr 14:57
Energetika Nazirliyində Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib
17 Sentyabr 14:47
Neftçalanın Astanlı kəndi qazlaşdırılıb
17 Sentyabr 14:43
FHN-in Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi keçirilib
17 Sentyabr 14:34
Sabah ölkə ərazisində 32 dərəcə isti olacaq
17 Sentyabr 14:25
Təlimlərdə qoşunlar yerdəyişmə tapşırıqlarını icra ediblər
17 Sentyabr 14:23
AZƏRTAC və Tazpit gündəlik informasiya mübadiləsinə başlayıblar
17 Sentyabr 14:21
“Jewish Journal”: Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir
17 Sentyabr 14:18
AMEA-nın üç elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsinə seçkilər keçirilib
17 Sentyabr 14:03
BMT-də “2021-ci ilin Beynəlxalq Sülh və Etimad ili” elan olunması haqqında sənəd qəbul edilib
17 Sentyabr 13:22
Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib
17 Sentyabr 12:52
ADPU-nun magistratura səviyyəsinə 310 nəfər qəbul olunub
17 Sentyabr 12:51
Qəbələdə 37 kilometrlik 2 avtomobil yolu yenidən qurulub
17 Sentyabr 12:46
Ötən illərdə Heydər Əliyev adına Hərbi Liseyi 3 mindən çox kursant bitirib
17 Sentyabr 12:41
“Mədəniyyət” kanalında yeni layihə - “Bizi birləşdirən mədəniyyət”
17 Sentyabr 12:36
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?
17 Sentyabr 12:34
Hüseynbala Mirələmov: Dövlətimiz və xalqımız heç vaxt xarici müdaxilələrə imkan verməyəcək
17 Sentyabr 12:29
Bu gün UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək
17 Sentyabr 12:27
Ağdam xalçaçıları: Çalışırıq ki, Prezidentimizin bizə göstərdiyi qayğıya cavab olaraq keyfiyyətli xalçalar toxuyaq
17 Sentyabr 12:20
Akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr edilən “Ömrümün illəri və izləri” kitabı təqdim olunub
17 Sentyabr 12:19
Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
17 Sentyabr 12:14
Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı
17 Sentyabr 12:07
Əli Əhmədov: Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur
17 Sentyabr 11:55
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur
17 Sentyabr 11:51
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
17 Sentyabr 11:36
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı seminar keçirilib
17 Sentyabr 11:34
Strateji Elmi Tədqiqatlar Mərkəzinin yeni stendinin sınaq atışları həyata keçirilib
17 Sentyabr 11:22
Azərbaycanın Misirdəki diaspor rəhbəri əl-Əzhər Universitetinin rektoru ilə əməkdaşlıq məsələlərini müzakirə edib
17 Sentyabr 11:15
Misir KİV-ləri: Azərbaycan Qoşulmama Hərəkatının XVIII Sammitinə ev sahibliyi etməyə hazırdır
17 Sentyabr 11:07
Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
17 Sentyabr 11:06
SOCAR-ın Qaradağ kompleksində ağacəkmə aksiyası keçirilir
17 Sentyabr 10:59
Hikmət Hacıyev: Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır
17 Sentyabr 10:51
Azərbaycan neftinin qiyməti 71 dollar/barreli ötüb
17 Sentyabr 10:43
DİM-də Çin Ədliyyə Nazirliyinin baş müşaviri Pu Tzenfanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
17 Sentyabr 10:11
Emin Ağalarov: İdman mənim həyatımın bir hissəsidir
17 Sentyabr 10:06
Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin nümayəndə heyəti Parisdə təlim səfərindədir
17 Sentyabr 10:04
Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
17 Sentyabr 10:01
Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb
17 Sentyabr 09:56
Nur-Sultanda MDB-də rəqəmsallaşma sahəsinin inkişafı müzakirə edilib
17 Sentyabr 09:52
Misir ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edir
17 Sentyabr 09:28
“Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub
17 Sentyabr 09:26
Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır
17 Sentyabr 09:23
Regionlarda pambıq sahələrindən bol məhsul toplanacağı gözlənilir
16 Sentyabr 21:50
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16 Sentyabr 20:56
Türkiyənin Vitse-prezidenti Fuat Oktay "ASAN xidmət" mərkəzi ilə tanış olub
16 Sentyabr 20:46
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirilib
16 Sentyabr 20:45
Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16 Sentyabr 20:35
Bakıda Azərbaycan–Türkiyə biznes forumu keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+24 +27
gecə+16 +20