Ana səhifə »  Qəzetin pdf formatı »  Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti Qazaxıstanda keçirilən Diplomatik konfransda iştirak edib
A+   Yenilə  A-
Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti Qazaxıstanda keçirilən Diplomatik konfransda iştirak edib

Qazaxıstanın paytaxtı Nur-sultan şəhərində “Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un imzalanmasına həsr olunan Diplomatik konfrans keçirilib.

Beynəlxalq tədbirdə Avrasiya Patent Təşkilatına (APT) üzv dövlətlərin nümayəndə heyətləri, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının, Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinin, Avropa Patent İdarəsinin nümayəndələri, həmçinin əqli mülkiyyət sahəsi üzrə beynəlxalq mütəxəssislər iştirak ediblər. Diplomatik konfrans Konvensiyanın imzalanmasının 25-ci ildönümü günündə təşkil olunub. Ölkəmizi tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin açılış mərasimində Avrasiya Patent İdarəsinin prezidenti Saule Tlevlessova çıxış edib. O, konfransın təşkilində göstərdiyi köməyə görə Qazaxıstan Respublikasına təşəkkürünü bildirib, APT-yə üzv dövlətlərin iqtisadiyyatı üçün əqli mülkiyyətin əhəmiyyətini qeyd edərək, sənaye nümunələrinin də daxil olduğu kreativ sənayenin bu dövlətlərin ÜDM-də payının təqribən 3 faiz olduğunu vurğulayıb.

Sonra ÜƏMT-nin Baş direktoru Frensis Qarrinin videomüraciəti təqdim edilib. Konfrans iştirakçılarını və qonaqları Avrasiya Patent Konvensiyasının qəbul edilməsinin 25 illiyi münasibətilə təbrik edən F.Qarri vahid patent əsasında effektiv patent qorunması sisteminin yaradılmasında Konvensiyanın əhəmiyyətini vurğulayaraq, uzun illər davam edən tərəfdaşlığa və diplomatik konfransın təşkilinə görə APT-yə təşəkkürünü bildirib.

Daha sonra konfransın prosedur qaydaları qəbul edilib. Qazaxıstanın Ədliyyə naziri Marat Beketayev Diplomatik konfransın sədri, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidmətinin rəhbəri Qriqori İvliyev isə sədr müavinləri seçilib.

Konfransda “Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un mətni və diplomatik konfransın yekun aktı qəbul edilib. Sonra nümayəndə heyətlərinin mövcud səlahiyyətlərinə uyğun olaraq Protokol Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ermənistan nümayəndələri tərəfindən imzalanıb. Protokolu Azərbaycan Respublikası Hökuməti adından Kamran İmanov imzalayıb.

Sənaye nümunələrinin mühafizəsinə dair Protokolun qəbulu bütün üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib, konfrans iştirakçıları Protokolun potensialını Avrasiya patent sisteminin inkişafı baxımından yüksək qiymətləndirib və bunun əqli mülkiyyət sahəsində əməkdaşlıqda yeni mərhələ olacağına əminliklərini bildiriblər.

Konfransda çıxış edən Kamran İmanov tədbir iştirakçılarını və APT-nin kollektivini Avrasiya Patent Konvensiyasının qəbul edilməsinin 25 illiyi münasibətilə təbrik edib, təşkilatın prezidenti olduğu müddətdə onun inkişafına verdiyi böyük töhfəyə görə S.Tlevlesovaya xüsusi təşəkkürünü bildirib. O, Protokolun imzalanmasını təşkilatın nüfuzunun artırılması kimi qiymətləndirərək, 25 il ərzində APT-nin güclü regional təşkilata çevrildiyini, ixtiraçılar tərəfindən ona marağın hər il artdığını vurğulayıb və hazırda Azərbaycan Respublikası ərazisində 1304 Avrasiya patentinin qüvvədə olduğunu, 39 Azərbaycan patentinin isə APT-də qeydiyyata alındığını diqqətə çatdırıb.

Agentliyin rəhbəri qeyd edib ki, hər bir ölkə öz təkrarolunmaz simasına görə xalqına borcludur, millətin böyüklüyü isə ayrı-ayrı fərdlərin böyüklüyünü və ləyaqətini təşkil edən həmin keyfiyyətlərdən formalaşır. Elə bu cür də əqli mülkiyyət milli müəlliflərin və ixtiraçıların kreativliyindən yaranıb. Məhz unikal təbii insan resursları olaraq yaradıcılıq və yenilikçilik öz nəticələri ilə nəinki ayrı-ayrı fərdlərin nailiyyətlərini təcəssüm etdirir, onlar hər şeydən öncə milli mədəni irs və intellekt xəzinəsini zənginləşdirən yeganə mənbədir.

Onun çıxışında daha sonra vurğulanıb ki, ölkənin innovativ inkişaf yolu, iqtisadi islahatların səmərəliliyinin təmin edilməsi əqli mülkiyyət sisteminin inkişafı olmadan mümkün deyil. Məhz bu səbəbdən milli əqli mülkiyyət sistemi qarşısında duran vəzifələr ölkənin innovativ, islahatçı siyasəti ilə müəyyən olunur və ölkədə dəyişikliklərin həyata keçirilməsinə xidmət edir. Müasir innovativ iqtisadiyyatda innovasiya əsas istehsal amili qismində çıxış edərək resurs kimi intellektual kapitala əsaslanır və sərvət mənbəyi kimi texnoloji, intellektual və informativ rentanı təmin edir.

Çıxışının sonunda Kamran İmanov Avrasiya Patent Təşkilatına fəaliyyətində uğurlar arzulayıb və Protokolun imzalanmasının ortaq məqsədə - ümumilikdə əqli mülkiyyətin inkişafına, xüsusilə də üzv dövlətlərin xalqlarının nümayəndələrinin ixtiraçılıq və yaradıcılıq fəaliyyətinə xidmət edəcəyinə əminliyini bildirib.

Qeyd etmək lazımdır ki, “Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol” sənaye nümunəsi üçün vahid Avrasiya patenti əsasında sənaye nümunəsinin 8 üzv ölkə ərazisində qorunması məqsədilə qəbul edilib. Protokol sənaye mülkiyyəti obyektlərinin Avrasiya mühafizəsi sisteminin genişləndirilməsini, onu imzalayan bütün dövlətlərin ərazisində qüvvədə olan vahid Avrasiya patenti əsasında sənaye nümunələrinin mühafizəsi üzrə dövlətlərarası sistemin yaradılmasını, həmin ölkələrin daxili bazarının inkişafını, ticarət və investisiya fəaliyyətinin inkişafı üçün onların ərazilərinin cəlbediciliyinin artırılmasını nəzərdə tutur.

Protokolun ümumi mətninin, həmçinin xüsusi əhəmiyyətə malik olan 3, 11 və 14-cü maddələrinin yenidən redaktəsi zamanı Azərbaycan tərəfinin rəy və təklifləri əsas götürülüb. Məsələn, 3-cü maddəyə görə, razılığa gələn dövlətlərin müvafiq səlahiyyətli dövlət orqanlarının razılığı olmadan rəsmi rəmzləri (o cümlədən dövlət rəmzlərini və nişanlarını) təkrarlayan və ya təqlid edən, mədəni (o cümlədən etnik və dini) irslə əlaqədar obyektlərin təsviri və ya onların tanınan hissələrini özündə əks etdirən, Razılığa gələn dövlətlərin maraqlarına toxunan bu cür həllərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilmir. 11-ci maddə isə sənaye nümunəsinə Avrasiya patentinin etibarsız hesab olunması qaydasını müəyyən edir və milli patent idarəsi tərəfindən Avrasiya patentinin etibarsız hesab edilməsi ilə bağlı müraciət edilməsi imkanı verir. 14-cü maddədə sənaye nümunələrinə Avrasiya iddia sənədinə baxılması zamanı dərc edilmiş iddia sənədinə etiraz verilməsi ilə bağlı müddəalar əksini tapıb.

Qeyd olunan müddəalar bizə ölkəmizin maraqlarına toxunan hər hansı sənaye nümunəsinə Avrasiya Patent Təşkilatına üzv dövlətlərin ərazisində qorunma verilməsinə qarşı çıxmaq, eyni zamanda bu cür sənaye nümunəsini ölkəmizin ərazisində qorumamaq imkanı yaradır.

Ümumilikdə Protokol Azərbaycan xalqının mədəni irsinin hər hansı formada sənaye nümunəsi kimi mənimsənilməsinin qarşısının alınmasına şərait yaradır. Həmçinin vahid Avrasiya patenti əsasında qorunan sənaye nümunəsinin mühafizəsi ilə bağlı rüsum və ödənişlər ölkəyə daxil olan gəlirlərin həcminin artmasında müəyyən yer tutacaq. Eyni zamanda, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri vahid iddia sənədi əsasında və vahid orqana rüsum və ödənişlər etməklə 8 üzv ölkə ərazisində onlara məxsus sənaye nümunələrinin hüquqi mühafizəsinə və daha asan marketinqinə nail olacaqlar.

Protokol qüvvəyə mindikdən sonra sənaye nümunəsinə Avrasiya patenti Protokolu ratifikasiya edən və ya ona qoşulan APT-nin üzvü olan bütün dövlətlərin ərazisində qüvvədə olacaq. Bir neçə dövlətin ərazisində qüvvədə olan patenti artıq “vahid pəncərə” formatında almaq imkanı yaranacaq və beləliklə, sənaye nümunəsinə Avrasiya patentinin alınması üçün iddia sənədini vahid prosedur rüsumunu ödəməklə bilavasitə Avrasiya Patent İdarəsinə vermək mümkün olacaq. Həmçinin sənaye nümunəsi barədə Avrasiya patentinə iddia sənədi milli iddia sənədinə çevrilə bilər. Bununla, ölkəmizin əqli mülkiyyət sahibləri, işgüzar dairələrin nümayəndələri, sahibkarlar razılığa gələn dövlətlərin ərazilərində öz sənaye nümunələrinə hüquqi mühafizə əldə edəcəklər. Protokolun depozitarisi isə ÜƏMT-nin Baş direktorudur.

Qeyd etmək lazımdır ki, Diplomatik konfransın keçirildiyi günlər Azərbaycan tərəfi üçün əlamətdar hadisələrlə yadda qalıb. İlk dəfə olaraq “İnsan həyatının və sağlamlığının qorunması sahəsində” keçirilən ixtiraçılıq üzrə mötəbər yarışmada Azərbaycan milli patentinin müəllif kollektivi yüksək nəticə göstərərək qalib gəlib. Bu qələbəyə görə mükafat Avrasiya Patent Təşkilatının qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi Abbas Rzayevə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tərəfindən təqdim edilib.

Birinci yaş qrupu üzrə Azərbaycan məktəblilərinin əldə etdikləri nəticəni də xüsusi qeyd etmək lazımdır. Belə ki, “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının nəticələrinə görə, birinci yaş kateqoriyası (10 yaşdan - 17 yaş daxil olmaqla) üzrə Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Cəmilə Əlizadə və Ələsgər Tarverdiyevin təqdim etdikləri “Su anbarlarının suyunun təmizlənməsi üçün bioplatonun tətbiqi” layihəsi birinci yerə layiq görülüb. Universiadanın mükafatı tədbirdə iştirak edən C.Əlizadəyə və onun rəhbəri, liseyin biologiya müəllimi Natalya Qurbanovaya təqdim olunub.

 
  • Oxunub:  2250  |  
  • Tarix:  11-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA