Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Altay Həsənov: Əsas hədəfimiz “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır

Altay Həsənov: Əsas hədəfimiz “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır

11.09.2019 [20:05]

Sentyabrın 16-dan 22-dək Bakıda bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək. Ölkəmizdə ilk dəfə bədii gimnastika üzrə dünya birinciliyi 2005-ci ildə keçirilib. Birinci dəfə idi ki, Azərbaycan Olimpiya idman növü üzrə dünya çempionatına ev sahibliyi edirdi. Həmin vaxtdan sonra biz dəfələrlə Avropa çempionatları, dünya kuboku yarışları keçirmişik və müəyyən təcrübə toplamışıq.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov sentyabrın 11-də dünya çempionatının açılış mərasiminin yoxlama məşqi zamanı jurnalistlərə müsahibəsində deyib.

A.Həsənov bildirib: “Dünya çempionatına tam hazırıq. İnanırıq ki, çempionat yüksək səviyyədə təşkil olunacaq. Bakıda keçiriləcək yarışa maraq böyükdür. Biletlərin 45 faizi xaricdən alınıb. Dünya çempionatında 61 ölkədən gimnastlar iştirak edəcəklər. İnanıram ki, yarışları izləyən tamaşaçılar bizim komandaya fəal dəstək verəcəklər. Ona görə də media vasitəsilə hamını bu gözəl idman bayramına dəvət edirəm”.

Gimnastlarımızın dünya çempionatına hazırlığından danışan Altay Həsənov deyib: “Əsas hədəfimiz “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Bilirsiniz ki, bu dünya çempionatı Tokioda keçiriləcək Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Bu baxımdan çempionatda uğur qazanmaq bizim üçün çox vacibdir”.

Paylaş:
Baxılıb: 178 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31