Ana səhifə »  Qəzetin pdf formatı »  Vüqar Rəhimzadə: Paşinyanın hakimiyyət hərisliyi və acgözlüyü Ermənistanı növbəti dəfə siyasi kollapsla qarşılaşdırıb
A+   Yenilə  A-
Vüqar Rəhimzadə: Paşinyanın hakimiyyət hərisliyi və acgözlüyü Ermənistanı növbəti dəfə siyasi kollapsla qarşılaşdırıb

Ermənistan çox ciddi iqtisadi və siyasi böhranla üz-üzədir. Nikol Paşinyanın hakimiyyət hərisliyi və acgözlüyü Ermənistanı növbəti dəfə siyasi kollapsla qarşılaşdırıb. Buna səbəb isə “Amulsar” qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən işlədilməsi ilə bağlı davam edən proseslərin Ermənistan hökuməti ilə xalq arasında fikir ayrılığının yaranmasıdır.

Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, “Amulsar” qızıl mədəni ətrafında yaranmış siyasi xaos və Ermənistan hökumətinin düşdüyü isterik durum Nikol Paşinyanın ictimai nüfuzuna çox ciddi mənfi təsir göstərməkdədir: “Ümumiyyətlə, bu layihənin icrası Ermənistanda Rusiya biznesinin tam sıxışdırılaraq Qərb kapitalına üstünlük verilməsi deməkdir. Bu mənada Nikol Paşinyan da layihəyə neqativ yanaşan xalqın qarşısında aciz qalıb. Çünki layihə baş tutmayacağı təqdirdə baş nazir Qərbin dəstək və etimadını itirəcək, nəticə etibarilə Ermənistanın investisiya mühiti pisləşəcək və etibarsız tərəfdaş imici formalaşacaq”.

“Müşahidələrimiz onu göstərir ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya kapitalını sıxışdırmaq üçün addımlar atılıb”,- deyən Vüqar Rəhimzadə əlavə edib ki, Paşinyan anti-Rusiya fəaliyyətini əsaslandırmaq üçün “Amulsar” ətrafında manipulyasiya edir. Guya “Amulsar”ın fəaliyyətə başlaması işsizliyin azalmasına şərait yaradacaq, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək. Lakin bunun ağ yalan olduğunu həm cəmiyyət, həm müxalifət, həm də qeyri-hökumət təşkilatlarının nümayəndələri vurğulayırlar. Həmçinin müxalif qruplar qızıl mədəninin fəaliyyətə başlamasının ətraf mühitə və su təchizatına ciddi dərəcədə zərər vuracağı qənaətindədir”.

Vüqar Rəhimzadə vurğulayıb ki, “Lydian International” Qərb kapitallı bir şirkətdir və Nikol Paşinyan da bu şirkətə Ermənistanda işləməyə icazə verməklə hakimiyyətini gücləndirmək, Rusiyadan asılılığı azaltmaq üçün Böyük Britaniyaya, ABŞ-a yarınmaq niyyətindədir: “Lakin Paşinyanın hesablaya bilmədiyi bir məqam var idi, o da erməni xalqının rəyidir. Paşinyan öz aləmində siyasi manevr etməyə çalışsa da, odla-su arasında qalıb. Bir tərəfdən, Ermənistan ictimaiyyəti, digər tərəfdən, Rusiya faktoru Paşinyanı çıxılmaz duruma salıb. Hətta, bu ilin əvvəlində Böyük Britaniya qeydiyyatlı “Lydian International” şirkətinin hökuməti beynəlxalq məhkəmədə 2 milyard dollarlıq iddia qaldıracağı ilə hədələməsi, sonda hökumətin şirkətin lehinə qərar verməsi vəziyyəti daha da gərginləşdirib. Bəlkə də elə bu səbəbdəndir ki, Paşinyan vəziyyətdən çıxış yolunu Vaşinqtonda axtarmaqdadır. Ona görə də sentyabr ayında Paşinyanın Vaşinqtona gözlənilən səfərində “Amulsar” qızıl mədəni ilə bağlı məsələnin ABŞ-Ermənistan münasibətləri kontekstində gündəm mövzusu olacağı haqda mətbuatda məlumatlar yayılmaqdadır. ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Milin mediaya açıqlamasında Paşinyan hökumətinin “Lydian” şirkətinin lisenziyasını ləğv edəcəyi halda bunun ABŞ-Ermənistan münasibətlərinə xələl gətirəcəyini və xarici investorları qorxudacağını bildirməsi məsələnin nə dərəcədə ciddi olmasının göstəricisi sayıla bilər”.

“İki sahil” qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, “Amulsar” qızıl mədəni ətrafında baş verənlər bu gün Nikol Paşinyan iqtidarı üçün çox ciddi problemə çevrilib: “Çünki mədənlə bağlı hökumətin qeyri-adekvat reaksiyası müxalifət partiyaları tərəfindən tənqid edilməkdədir. Hətta, “Daşnaksütyun” partiyası xalqın istəyinin təmin edilməsi məqsədi ilə referendumun keçirilməsi barədə çağırış edib. Bu kontekstdə layihənin parlamentdə səsə qoyulması, ölkənin ən böyük partiyası olan hakim “Mənim Addımım” Alyansı daxilində parçalanmaya səbəb olması gözləniləndir. Eyni zamanda, müxalif “Çiçəklənən Ermənistan” partiyası da ictimai konsensusa əsaslanaraq qərar verilməsinin vacib olduğunu vurğulayıb və aksiyaçılara qoşulan partiyanın lideri Naira Zöhrabyan əhalinin etirazı olacağı təqdirdə “Amulsar” qızıl mədənində aparılacaq fəaliyyətə qarşı çıxacaqlarını söyləyib. Parlamentin digər qrupu olan “İşıqlı Ermənistan” partiyası isə digərlərindən fərqli olaraq radikal davranmayıb və əhalinin narahatlığını bölüşüb. Radikal “Sasna Tser” partiyasının nümayəndəsi Qaregin Çüqaszyan isə bir neçə gün öncə Nikol Paşinyanla görüşündə “Amulsar” layihəsi ilə bağlı atılacaq hər hansı bir səhv addımın onun siyasi karyerasına son qoyacağını açıq şəkildə bildirib. Bütün bu siyasi diskussiyalar və addımlar onu göstərir ki, Ermənistan növbəti, əgər belə demək mümkündürsə, daha dərin siyasi böhran ərəfəsindədir”.

Vüqar Rəhimzadə söyləyib ki, onsuz da Rusiya ilə siyasi münasibətləri gərgin olan Ermənistanın durumu Paşinyanın verəcəyi qərardan asılı olacaq. İstənilən halda Paşinyan Ermənistanı ya siyasi, ya da sosial-iqtisadi böhrana salacaq.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  11-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır

16 Dekabr 09:13
Stokholmda baş tutan festivallarda Azərbaycanın milli rəqsləri nümayiş olunub
16 Dekabr 08:52
“A Haber”: Erməni silahlıları Anadolunun şərqində ağılasığmaz vəhşiliklər törədiblər
16 Dekabr 08:38
Parisdə Azərbaycan elmi diasporasının təməli qoyulub
14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
13 Dekabr 20:48
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun səhiyyə işçiləri ilə görüş keçirilib
13 Dekabr 20:37
Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir
13 Dekabr 20:34
Azərbaycan-Mərakeş münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu olub
13 Dekabr 17:43
Xalqın etimadını doğrultmaq başlıca vəzifədir
13 Dekabr 17:42
Ağacan Abiyev: Əldə olnunan nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir
13 Dekabr 17:37
Qaradağda YAP-ın namizədləri dəstəklənəcək
13 Dekabr 17:34
Fərhad Hacıyev: Ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir
13 Dekabr 17:33
Saatlı rayonunda qadın seçicilərlə görüş keçirildi
13 Dekabr 17:29
Müharibə və Çernobıl əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib
13 Dekabr 17:26
YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi
13 Dekabr 17:24
Elman Məmmədov: Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər
13 Dekabr 17:22
Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər
13 Dekabr 17:17
Dövlət Sərhəd Xidmətinin cari ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
13 Dekabr 17:15
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb – SƏRƏNCAM
13 Dekabr 17:12
Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edib
13 Dekabr 16:58
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13 Dekabr 16:44
Bu il dövlət sərhədini pozduqlarına görə 739 nəfər saxlanılıb
13 Dekabr 16:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində vətəndaşlarla görüşüb
13 Dekabr 16:01
Mixail Qusman: Heydər Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanı dərin siyasi, iqtisadi böhrandan çıxarmağa imkan verdi
13 Dekabr 15:58
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
13 Dekabr 15:54
Afinada QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib
13 Dekabr 15:52
Baş Prokurorluq: Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa olunub
13 Dekabr 15:50
Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub
13 Dekabr 15:45
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13 Dekabr 15:25
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib
13 Dekabr 15:24
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Mingəçevirdə vətəndaş qəbulu keçirib
13 Dekabr 15:06
AŞPA-nın 30 nəfərdən ibarət missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
13 Dekabr 15:01
Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
13 Dekabr 14:56
Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib
13 Dekabr 14:42
Kamilə Əliyeva: Ölkəmizdə təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur
13 Dekabr 14:26
“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
13 Dekabr 14:19
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Dekabr 14:17
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
13 Dekabr 14:14
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
13 Dekabr 14:01
Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 14:00
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13 Dekabr 13:33
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarından bəhs olunub
13 Dekabr 13:30
Qəbələdə ilk dəfə səs verəcək gənclər seçki prosesi barədə maarifləndiriliblər
13 Dekabr 13:18
Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
13 Dekabr 13:14
Boris Conson: Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7