Ana səhifə »  Qəzetin pdf formatı »  Pompeonun gizli danışıqları: ABŞ Avropada niyə fəallaşır?
A+   Yenilə  A-
Pompeonun gizli danışıqları: ABŞ Avropada niyə fəallaşır?

Amerikanın dövlət katibi Mayk Pompeonun Brüsselə səfərinə ekspertlər böyük maraq göstərdilər. Səfər sentyabrın 2-3-də baş tutub. Maraqlıdır ki, təxminən eyni vaxtda Amerika Şərqi Avropada, Rusiya isə Cənubi Qafqazda daha böyük fəallıq nümayiş etdiriblər. Hər bir halda M.Pompeonun danışıqları gizli aparması və mətbuata informasiyaların verilməməsi səfərə xüsusi məzmun verib. Ekspertlər Amerika ilə Avropa İttifaqının hansı məsələlər üzrə və hansı məzmunda müzakirələr apardığına ciddi maraq göstəriblər. Bu kontekstdə amerikalı rəsminin Brüssel səfərinin geosiyasi tərəfləri üzərində geniş dayanmağa ehtiyac görürük.

Cavabsız suallar: Vaşinqtonun Brüsseldən istədikləri

Son bir neçə ildə ekspertlər ABŞ-Aİ münasibətlərindən daha çox neqativ aspektdə bəhs edirlər. Səbəb isə Donald Trampın "ilk öncə Amerika" tezisi fonunda Avropa ilə münasibətlərə yeni çalarlar gətirmək istəyi ilə bağlıdır. O cümlədən Avratlantika məkanının siyasi-iqtisadi paçalanma ehtimalının çox olmasından danışılır. Bunlar faktsız deyilən fikirlər deyil. D.Tramp təhlükəsizlik, ticarət, hərbi, iqtisadi və hətta iqlim məsələlərində Brüsselin maraqlarını gözləmir. O, daim Amerikaya qarşı haqsızlıq olduğunu deyir.

Bu sırada avropalı rəsmilər Vaşinqtonun ikiqat vergi siyasətini, İranla imzalanmış sazişdən çıxmanı, Çinə qarşı ticarət müharibəsində Avropa şirkətlərinin maraqlarının nəzərə alınmamasını yaxşı qarşılamırlar. Üstəlik, D.Tramp NATO çərçivəsində Avropa ölkələrini maliyyə cəhətdən ciddi sıxışdırmaqdadır. O, təşkilata ödəmələrin artırılmasını tələb kimi qarşıya qoyub. Həmin kontekstdə digər məsələ Almaniya və Fransanın vahid Avropa ordusu yaratmaq təşəbbüsü ilə çıxış etməsi ilə bağlıdır. Bu aspektdə də ənənəvi müttəfiqlər arasında ciddi fikir ayrılığı qalmaqdadır.

D.Tramp xüsusilə Fransa Prezidenti Emmanuel Makronla fərqli mövqedədir. İqlim və təhlükəsizlik məsələlərində D.Tramp E.Makronu qətiyyən qəbul etmək istəmir. Əlbəttə, burada “Breksit” prosesinin işə düşməsində ABŞ Prezidentinin aktiv rolunu da Brüssel nəzərə alır. D.Tramp açıqca Londonda “Breksit” tərəfdarı olan siyasi kəsimi dəstəkləyir və ona böyük vədlər verir. Bunlara iqtisadi əlaqələr və nəhəng sazişlərin imzalanması daxildir.

Bütün bu deyilənlər onu göstərir ki, Amerika müstəqil, geosiyasi mühitdə əsas oyunçulardan biri olan Aİ-ni arzulamır. Bunun konkret siyasi əlaməti D.Trampın xarici siyasətinin ana tezislərindən birində açıq ifadə olunub. Amerika Aİ kimi təşkilatların deyil, müstəqil dövlətlərin güclü olmasına üstünlük verir. Məsələn, ABŞ-a güclü Aİ deyil, güclü Almaniya və ya güclü Böyük Britaniya sərf edir. Səbəbi aydındır, çünki Avropada elə bir dövlət yoxdur ki, Amerika ilə bəhsə girə bilsin. ABŞ bütün əsas parametrlər üzrə onların hamısından qat-qat güclüdür. Ancaq Aİ inkişaf etsə, onun Amerikaya rəqib olmaq şansı az deyil. Bu isə Vaşinqtonu qane etmir, baxmayaraq ki, söhbət çox yaxın müttəfiqlərdən gedir.

ABŞ-Aİ münasibətlərinin məzmunu baxımından məsələnin başqa tərəfi Vaşinqtonla Brüsselin Çin, İran və Rusiya ilə bağlı tutduqları mövqe ilə bağlıdır. ABŞ İranla nüvə sazişindən çıxıb, ancaq Avropa bu məsələdə onu dəstəkləmir. Hətta Avropa şirkətləri İranla əməkdaşlığa davam etmək arzularını tez-tez dilə gətirirlər. Rəsmi olaraq Almaniya və Fransa İran məsələsində ehtiyatlı və konstruktiv mövqe tutmağa üstünlük verirlər.

Çinlə bağlı da vəziyyət Amerikanın xeyrinə deyil. Avropanın böyük dövlətləri Pekinlə əməkdaşlığı davam etdirirlər. Hətta Çinin təsis etdiyi böyük bir banka Böyük Britaniya, Almaniya və Fransa da qoşulub. Avropalıların Çinlə ticari əlaqələri yaxşı səviyyədədir. Rusiyaya münasibətdə tərəflər arasında çox məsələlərdə uyğunluq varsa da, bəzi incəliklər üzrə fikir ayrılığı qalır. Bütövlükdə götürdükdə, ABŞ-la Aİ-nin münasibətlərində problemlər az deyil.

Və təbii ki, bütün bunların fonunda ABŞ-ın dövlət katibinin Brüsselə səfəri ekspertlərin marağına səbəb olmalı idi. Üstəlik, M.Pompeonun keçirdiyi görüşlərdə aparılan müzakirələr barədə çox az məlumatın verilməsi marağı gücləndirib. Ümumi səviyyədə müzakirə olunan mövzular haqqında informasiyalar yayılıb. O cümlədən amerikalı rəsminin kimlərlə görüşdüyü qeyd olunur. M.Pompeo Avropa Komissiyasının yeni prezidenti Ursula fon der Lyayen, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yeni ali nümayəndə Jozep Borrel, Aİ Şurasının yeni seçilmiş prezidenti Şarl Mişel, Avropa Parlamentinin fəaliyyətdə olan sədri David Sassoli ilə görüşüb. Ekspertlər diqqət yetirirlər ki, M.Pompeo Aİ-nin hazırkı rəhbərlərinin heç də hamısı ilə görüşməyib. Yeni vəzifəyə gələnlərin səlahiyyətləri noyabrın 1-dən başlayır.

Gözlənilən nəticə: qeyri-müəyyənlik qalır

Buradan nəticə çıxarılır ki, Vaşinqtonu Avropa İttifaqı ilə münasibətlərin gələcəyi maraqlandırır. Özü də Amerika rəhbərliyi ümid edir ki, təşkilatın yeni rəhbərliyi əvvəlkindən fərqli mövqe tutacaq. Hər halda Vaşinqton buna ümidlidir. Onu Avropa istiqamətində aktivləşdirən səbəblər isə kifayət qədərdir. Yuxarıda vurğulanan məqamlarla bərabər bütövlükdə Qərbin xarici siyasətində özünü göstərən müəyyən ayrılmalara son qoyulmalıdır. Bunu yalnız Avratlantika məkanının gələcəyi üçün deyil, həm də hazırkı güclü geosiyasi rəqiblərə Qərbi siyasi, geosiyasi, təhlükəsizlik, iqtisadi, ticari və digər sahələr üzrə parçalamaq şansı verməməklə əlaqələndirirlər.

Konkret olaraq, Rusiya və Çin Amerika ilə Avropa arasında müxtəlif qlobal məsələlərə yanaşmada fikir ayrılığı yaratmağa cəhd göstərirlər. Bu kontekstdə Moskva və Pekinin apardığı kibermüharibə xüsusi təhlükə törədir. İndi Tramp ümid edir ki, Aİ-nin yeni rəhbərliyi bu kimi təhlükələri dərindən dərk edib Vaşinqtonla birgə hərəkət edəcək. Müzakirə edilən mövzulara baxdıqda isə, bu məqamı daha aydın təsəvvür etmək olur.

M.Pompeonun Aİ Şurasının yeni prezidenti ilə real təhlükələrdən birgə müdafiənin təşkili, zərərli xarici aktivliyə qarşı mübarizədə yeni strategiya və antiterror məsələlərini müzakirə etdiyi haqqında məlumatlar yayılır. Bunların hər birinin arxasında geniş fəaliyyət tələb edən məsələlər dayanır. Müdafiə məsələsində Aİ-nin özünün müstəqil ordusunu yaradıb-yaratmaması aktualdır. Vaşinqton buna qarşıdır, Parislə Berlin isə avropalıların öz ordusunun yaradılmasında israr edirlər. “Xarici təhlükələr” ifadəsi altında isə başlıca olaraq Rusiya və Çinin informasiya savaşı nəzərdə tutulur. Hərçənd, buraya beynəlxalq terror təşkilatlarının fəaliyyəti də daxildir.

Burada Çinin Avropada iqtisadi-maliyyə fəaliyyətini genişləndirməsi də nəzərdə tutulur. Amerika bir neçə dəfə avropalıları xəbərdar edib ki, Pekinin sərmayələri ilə ehtiyatlı olsunlar. Lakin, deyəsən, Çinin müdaxiləsinə qarşı duruş gətirmək mümkün olmur. Son olaraq, Ukraynada Çin şirkətinin fəaliyyəti ilə əlaqədar Vaşinqton Kiyevdə müzakirələr aparıb.

Terrorla mübarizə məsələsinin də xeyli incəlikləri vardır. Burada, təbii ki, Yaxın Şərq və ayrıca İran məsələsi Amerika üçün aktuallıq kəsb edir. Xüsusilə İranın bir sıra güc strukturlarının terror təşkilatı kimi tanınması vəziyyəti xeyli mürəkkəbləşdirib. Amerika avropalılardan da oxşar addımın atılmasını və hər yerdə İrana qarşı mübarizə aparmasını tələb edir.

Bununla yanaşı, Vaşinqtonun Əfqanıstanda “əl-Qaidə” ilə danışıqları yekunlaşdırmaq üzrə olduğu haqqında məlumatlar var. Gözlənilir ki, Vaşinqton Əfqanıstandan hərbi qüvvələrinin bir hissəsini çıxarsın. Boşalan yerləri kimlərin dolduracağı və Avropanın oradakı rolu məsələsi də Amerika üçün maraqlıdır.

Yayılan informasiyalara görə, bütün bunlar Aİ-nin yeni rəhbərliyi ilə ciddi şəkildə müzakirə edilib. Hətta yeni rəhbərliyin D.Trampla görüşünün keçirilməsi də razılaşdırılıb. Ekspertlər bu məqamı Vaşinqtonun Aİ-yə münasibətini daha da ciddiləşdirməsi kimi qiymətləndirirlər. ABŞ nə olur-olsun, Avropanı əldən vermək istəmir. M.Pompeonun səfəri haqqında geniş məlumatın verilməməsi də vəziyyətin ciddiliyindən xəbər verir. Konkret olaraq, hansı nəticələrin alındığı haqqında informasiya yoxdur. Lakin görüşlərdən sonra verilən qısa bəyanatlar göstərir ki, tərəflər ortaq mövqe tapacaqlarına inanırlar. Onlar “çox gözəl görüşlər oldu” kimi fikirlər ifadə edirlər. Tərəflər razılığa gəliblər ki, “qlobal problemlərin geniş dairəsi ilə bağlı birgə fəaliyyət göstərsinlər”.

Beləliklə, ABŞ dövlət katibinin Avropa turnesinin çox vacib məsələlərlə bağlı olduğu haqqında nəticə çıxara bilərik. Bütövlükdə Qərb qlobal geosiyasi proseslərdə təşəbbüsü əldən verməməyə çalışır. İndiki halda bunun nə dərəcədə mümkün olub-olmayacağını isə zaman göstərəcək.

Newtimes.az

 
  • Oxunub:  1050  |  
  • Tarix:  10-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda beynəlxalq standartlara uyğun müasir milli təhsil sisteminin qurulması əsas prioritetlərdən biridir

18 Sentyabr 17:56
Eldəniz Səlimov: “Əsrin müqaviləsi” müstəqilliyimizin möhkəmlənməsinə, ölkəmizin inkişafına böyük töhfə verdi
18 Sentyabr 17:54
Pərvin Kərimzadə: Heydər Əliyev Fondu təhsilli gələcəyimizə xidmət edir
18 Sentyabr 17:52
Paracüdoçularımız "Tokio 2020" Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli turnirdə mübarizə aparacaqlar
18 Sentyabr 17:50
Tahir Mirkişili: Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çinə səfəri Azərbaycan-Çin münasibətlərinin daha da inkişafına öz töhvəsini verəcək
18 Sentyabr 17:48
Rauf Əliyev: “Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı
18 Sentyabr 17:47
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində bir sıra qanunlara təklif olunan dəyişikliklər müzakirə olunub
18 Sentyabr 17:33
“İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması” təsdiqlənib
18 Sentyabr 17:32
“Bunların hamısı qəti şəkildə yalandır" ÖZƏL-MÜNASİBƏT
18 Sentyabr 17:28
“Əsrin müqaviləsi” bundan sonra da Azərbaycanın qüdrətini artırmağa xidmət edəcək”
18 Sentyabr 17:24
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
18 Sentyabr 17:16
“Əsrin müqaviləsi” Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətidir"
18 Sentyabr 17:10
ASAN Könüllüləri Milli Musiqi Gününü qeyd ediblər
18 Sentyabr 16:53
Azərbaycan güləşçisi Mariya Stadnik ikinci dəfə dünya çempionu olub
18 Sentyabr 16:50
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Konservatoriyası arasında memorandum imzalanıb
18 Sentyabr 16:40
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib
18 Sentyabr 16:39
XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək
18 Sentyabr 16:36
Azərbaycanda 6 min 500-ə yaxın əcnəbi tələbə təhsil alır
18 Sentyabr 16:08
Dilçiliyimizin nurlu şəxsiyyəti - Nizami Cəfərov
18 Sentyabr 16:01
“Əsrin müqaviləsi”nin 25 illik əsas faktları
18 Sentyabr 15:47
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18 Sentyabr 15:38
“Azərkosmos” Afrika qitəsində peyk xidmətləri təklif edən “Intersat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
18 Sentyabr 15:34
Nəsimi rayonunda məcburi köçkünlər üçün səyyar məşğulluq xidməti təşkil edilib
18 Sentyabr 15:13
YAP-ın Ağdam və Bərdə rayonlarından olan fəalları ilə görüş keçirilib
18 Sentyabr 15:12
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
18 Sentyabr 15:05
Ölkədə iqtisadi fəal əhalinin sayı 5,2 milyon nəfərə çatır
18 Sentyabr 15:03
Azərbaycan-İtaliya əlaqələrinin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın mühüm rolu var
18 Sentyabr 14:21
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18 Sentyabr 14:11
Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik
18 Sentyabr 13:59
“Əsrin müqaviləsi” - Azərbaycanın yüksəlişinin möhtəşəm təməli
18 Sentyabr 13:52
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
18 Sentyabr 13:50
Azərbaycanla Gürcüstanın enerji sistemlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub
18 Sentyabr 13:33
Aslan İsmayılov və oğlu erməni casusun "qolları arasında" - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR
18 Sentyabr 13:07
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
18 Sentyabr 12:56
Baş nazirin müavini: XX əsrin son onilliyinin ən möhtəşəm layihələrindən biri də məhz “Əsrin müqaviləsi” oldu
18 Sentyabr 12:50
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
18 Sentyabr 12:39
Azərbaycan ilə Tacikistan arasında aqrar sahədə əlaqələrin genişləndirilməsi üçün geniş potensial var
18 Sentyabr 11:55
“Əsrin müqaviləsi” – Milli uğur strategiyası
18 Sentyabr 11:51
Genişmiqyaslı təlimlərin gedişi barədə məruzələr dinlənilib
18 Sentyabr 11:47
Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
18 Sentyabr 11:39
UNEC-in birinci kurs tələbələri ilə fakültələrdə görüşlərə start verilib
18 Sentyabr 11:32
Bakı Ali Neft Məktəbində “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi
18 Sentyabr 11:29
Paytaxt məktəblərində müəllimlərin İKT bilikləri yoxlanılır
18 Sentyabr 11:27
Əli Əhmədov: Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti onlara təqdim etməkdir
18 Sentyabr 11:19
İlahiyyat İnstitutunun məqsədi gələcəyin peşəkar alim və mütəxəssislərini yetişdirməkdir
18 Sentyabr 10:54
BMT Baş katibinin Beynəlxalq Sülh Günü münasibətilə müraciəti yayılıb
18 Sentyabr 10:39
Bu gün Milli Musiqi Günüdür
18 Sentyabr 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus ünikal musiqi alətlərinin sərgisi açılıb
18 Sentyabr 10:06
Azərbaycan və Gürcüstanın ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub
18 Sentyabr 09:56
Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilir
18 Sentyabr 09:53
Xalqının taleyini yaşayan dahi
18 Sentyabr 09:50
YAP Bərdə rayon təşkilatında Nəsiminin 650 illik yubileyi münasibətilə şeir müsabiqəsinin yekun seçim turu keçirilib
18 Sentyabr 09:48
Qubadlı məktəblərində Bilik Günü qeyd edilib
18 Sentyabr 09:47
YAP Ağstafa rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib
18 Sentyabr 09:37
Azərbaycanda beynəlxalq standartlara uyğun müasir milli təhsil sisteminin qurulması əsas prioritetlərdən biridir
18 Sentyabr 09:30
“Əsrin müqaviləsi” Azərbaycanın güclü iqtisadi bazasının formalaşmasında müstəsna rol oynayıb
18 Sentyabr 09:28
Bugünkü gənclik müstəqil, güclü Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur
18 Sentyabr 09:21
“Sputnik” Bakıda Azərbaycanın KİV nümayəndələri üçün “SputnikPro” layihəsinin növbəti moduluna start verib
18 Sentyabr 09:13
YAP Şəmkir rayon təşkilatının Suvarma Sistemləri İdarəsi ilk partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib
17 Sentyabr 22:15
Bakıda Əfqanıstanın müstəqilliyinin 100-cü ildönümü münasibətilə qəbul təşkil olunub
17 Sentyabr 22:13
ADA Universitetində “Dağlıq Qarabağ düyünü” kitabının təqdimatı olub
17 Sentyabr 22:12
Azərbaycan və Latviya arasında 300 ikitərəfli və tranzit daşınma həyata keçiriləcək
17 Sentyabr 22:09
Azərbaycan Polisi Bilik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb
17 Sentyabr 22:06
Vatikanda Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə Pontifik Şərq İnstitutu arasında memorandum imzalanıb
17 Sentyabr 22:04
Vəkillər Kollegiyasının rəhbərliyi Türk-Av Baş Assambleyasının zirvə toplantısında iştirak edib
17 Sentyabr 22:00
15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
17 Sentyabr 21:56
Teatrın 147-ci mövsümünün açılışı olub
17 Sentyabr 21:55
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
17 Sentyabr 21:51
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi, sosial vəziyyətini yaxşılaşdırdı
17 Sentyabr 21:19
Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası olub
17 Sentyabr 21:18
Azərbaycan ilə İran arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+26 +29
gecə+18 +21