Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / DOST Agentliyi və KİVDF birgə müsabiqə elan edib

DOST Agentliyi və KİVDF birgə müsabiqə elan edib

10.09.2019 [13:41]

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) DOST (Dayanıqlı və Operativ Sosial Təminat) konsepsiyası əsasında innovativ yeniliklərin tətbiqi ilə dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərin əhaliyə vahid standartlar əsasında “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi ilə təşkili sahəsində aparılan islahatlarla əlaqədar birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edir.

Fonddan AZƏRTAC-a bildiriblər ki, “DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda keçirilən müsabiqənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial islahatlar proqramının nailiyyətlərindən biri kimi dövlət sosial xidmətlərinin təşkilində DOST layihəsi əsasında innovativ yenilikləri, optimal və effektiv idarəçiliyi ehtiva edən yeni keyfiyyət mərhələsinə keçidin təmin olunması və sosial sahə üzrə genişmiqyaslı xidmətlərin əhaliyə vahid standartlar əsasında “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi ilə təşkilində layihənin mühüm üstünlükləri barədə geniş ictimai məlumatlandırmada peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. Təqdim olunan yazıların sərlövhəsi təklif edilmiş mövzu ilə eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir, eyni zamanda, saytlarda yerləşdirilməlidir. Dərc olunmuş yazıda "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Müsabiqədə I yer üçün 1 nəfər (1000 manat), II yer üçün 2 nəfər (800 manat), III yer üçün 3 nəfər (500 manat) qalibin mükafatlandırılması nəzərdə tutulub. Beş yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcək. Qaliblər, həmçinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Paylaş:
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31