Ana səhifə »  Qəzetin pdf formatı »  Mərhəmət Zirvəsini Nura Boyayan MEHRİBANlıq
A+   Yenilə  A-
Mərhəmət Zirvəsini Nura Boyayan MEHRİBANlıq

Jalə Əliyeva

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini,
Bakı Dövlət Universitetinin professoru

 

Bu gün dünyanın, bəşər övladının hava, su, qida, təhlükəsiz yaşam kimi vacib tələbatları, ehtiyacları qədər mərhəmətə, insanpərvərliyə, xeyirxahlığa da böyük ehtiyacı, tələbatı var...

Bu gün dünyanın, kürreyi-ərzin, insan övladının bəlkə də ən vacib ehtiyacları, tələbatları onların mərhəmətə, insanpərvərliyə, xeyirxahlığa olan aclığıdır...

Az qala hər daşından, hər divarından qanlı göz yaşları axan dünyanın, Yer üzünün, insanlığın mərhəmətə, rəhmə, xeyirxahlığa tarix boyu bəlkə də indiki qədər ehtiyacı, tələbatı olmayıb...

Qan axıtmaqdan gözləri doymayan, dünyanı öz izzəti-nəfisləri naminə bölüb-parçalamaqdan, insanlığı heçə saymaqdan yorulmayan, usanmayan bəzi acgöz, qəddar siyasətçilərin və liderlərin bitib-tükənmək bilməyən və sonu görünməyən dəhşətli əməlləri üzündən bəşəriyyət bu gün bu qədər mərhəmətə, şəfqətə, xeyirxahlığa möhtac duruma düşüb...

Bəlkə də dünyada işlər nisbətən yolunda, qayasında, nizamında getsəydi, mərhəmətə və xeyirxahlığa da bu qədər ehtiyac hiss edilməzdi...

Amma və lakin...göz yaşları durmaq bilməyən, qanlı yaraları qaysaq bağlamayan dünyamızın, insanlığın müvəqqəti də olsa yarasına məlhəm olmaq, göz yaşlarını silmək üçün rəhm, mərhəmət, xeyirxahlıqdır əlacı, dərmanı...

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü -

Deyə bundan az qala 100 il əvvəl söyləmişdi, hayqırmışdı böyük ustad Hüseyn Cavid...

Amma təəssüflər və əfsuslar olsun ki, dəyişən heç nə yoxdur...

Bu qos-qoca dünyada hələ ki, tökülən günashsız qanları, sel kimi axıb gedən göz yaşlarını durduran yoxdur, varsa da, olubsa da, imkan verilməyib...

Çünki göz yaşları, axıdılan qanlar çoxunun xeyrinə, marağındadır...

Amma istisnalar da yox deyil, lokal səviyyədə olsa da...

Məhz 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdışı ilə Ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqını vətəndaş qırğınından, qan-qadadan, ölkəni məhv olmaqdan, dünya xəritəsindən silinməkdən xilas etdi. Məhz onun böyük iradəsi sayəsində 1994-ci ilin mayında atəşkəs sazişi imzalandı, xəyanətkar qonşularımız və onların gizli-açıq havadarları tərəfindən başladılan Qarabağ fintəkarlığı nəticəsində insanlarımızın günahsız yerə qanının axıdılmasına, gənclərimizin, əsgərlərimizin şəhid olmasına müvəqqəti də olsa ara verildi...

Bu, böyük, tarixi və şərəfli bir missiya idi... Və bu müqəddəs missiyaya Ulu Öndərimiz öz silinməz imzasını atdı...

Deyirlər hər bir güclü kişinin arxasında mütləq bir ağıllı, bacarıqlı qadın-ömür-gün yoldaşı dayanır...

Bu deyim heç də əsassız deyil, təsadüfən deyilməyib, tam gerçəklik və həqiqəti əks etdirir...

Bu deyimin elə öz tariximizdə, ədəbiyyatımızda-dastanlarımızda yetərincə nümunələri var...

Qoc Koroğlunun Nigarı, Qazan xanın Burlaxatunu, Qaçaq Nəbinin Həcəri və sair və ilaxır...

Bu deyimi elə müasir dövrümüzdə də həqiqət edən nümunələri mövcuddur...

Ulu öndərimizin həyat yoldaşı Zərifə xanım, ölkə rəhbəri cənab İlham Əliyevin ömür-gün yoldaşı-əzizimiz, dəyərlimiz Mehriban xanım...

O Mehriban xanım ki, nəinki xalqının, millətinin, bütün dünyanın mərhəmət, şəfqət, xeyirxahlıq mücəssiməsidir...

O Mehriban xanım ki, təmənnasız əməlləri, xoşməramlı addımları ilə kimsəsizlərin arxa-dayağı, ehtiyaca, yardıma möhtac olanların anası, bacısı, xeyirxahlıq mələyidir...

O Mehriban xanım ki, əyninə qara paltar geyib, başına qara yaylıq bağlayıb, Şəhid anaları ilə birgə ağlayıb, sızlayıb, onların yaralarına sığal çəkib, ürəyinin istisi ilə ovudub...

O Mehriban xanım ki, igid vətən oğulları, Aprel qaziləri, əlil, ömürlük şikəst olan qəhrəmanlarımızla qol-boyun olub, onlara, ana, bacı nəvazişini göstərib...

Və o görüşlərdə çəkilən şəkillərdən, o fotolardan boylanan gözlərin, baxışların arxasında bu oğulların, igidlərimizin, şəhidlərimizin sayəsində Azərbaycanın uğurlu, təhlükəsiz gələcəyinə, inkişafına dərin ümid, inam parlayıb...

Budur Mehriban Əliyeva ucalığı, budur Mehriban Əliyeva şəfqəti, budur Mehriban Əliyeva əzəməti, budur Mehriban Əliyeva zirvəsi...

Bu, heç də hər kəsə nəsib, qismət, xas olan keyfiyyətlər, dəyərlər, zirvələr, fəthlər deyil...

Bu, yalnız Mehriban xanım kimi, böyük ürək və təmənnasız əməllər, addımlar sahibi olan insanlara xas olan keyfiyyətlər, dəyərlər, ucalıqlardır...

Bu Ucalıqda həm də bir saflıq, bir sadəlik, bir zəriflik var...

Məşhur atalar məsəlimizdə də deyildiyi kimi, ağac bar verdikcə, başını aşağı salar...

Mehriban xanım da məhz belədir-Ucalıqdıqca, o Ucalıqdan kiməsə əda, təkəbbürlə yanaşmır, əksinə, Ucaldıqca daha da sadələşir, daha da saflaşır, daha da yaxın və hər kəsə əlçatan olur...

Bunun ozü də bir hikmətdir, bir qüdrətdir...

Mehriban xanımın həyatı, fəaliyyəti elə bir dəryadır, elə bir sonsuz ümmandır ki, onun haqqında saatlarla, günlərlə, həftələrlə deyil, aylarla, illərlə danışıb qurtarmaq mümkün deyil...Buna kəlmələr, sözlər, qat-qat, cild-cild kitablar belə yetməz, bəs etməz... Bu, heç də bəlağət, pafos deyil...Bu, gerçəklik və reallığın özüdür...

Təkcə bircə fakt yetər ki, bu mənzərini tamamlamış, nöqtəsini qoymuş olsun...

Təxminən 14 il öncə qardaş və dost, müstəqilliyimizi tanıyan ilk üç ölkədən biri olan Pakistanda böyük humanitar faciə, zəlzələ yaşanmışdı... Böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar üçün məktəb tam yararsız vəziyyətə düşmüşdü... Bu zaman ilk yardım və kömək əlini uzadan isə Mehriban xanım olmuşdu rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə birlikdə... Məhz Mehriban xanımın təşəbbüsü ilə Fond tərəfindən qısa müddətdə 650 şagird yerlik yeni təhsil ocağı inşa edilmiş, həmçinin, Pakistanda aztəminatlı ailələrdən olan on minlərlə insanın “Hepatit B” virusuna qarşı vaksinasiya edilməsi, talassemiya, hemofiliya və qan xəstəliklərindən əziyyət çəkən xəstələrin təcili tibbi yardım avtomaşını və qan paketləri ilə təmin olunması, eləcə də göz əməliyyatlarının həyata keçirilməsi mümkünləşdirilmişdi...

Xanım Mehriban Əliyevanın bu misilsiz addımı, ötən əsrin əvvəllərində Azərbaycan xalqının böyük oğularından biri, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Pakistana öz xeyirxahlıq, insanpərvərlik əlini uzatdığı günləri xatırlatdı... Dəyərli və əvəzsiz Mehriban xanım Əliyeva bu missiyası ilə bir daha Azərbaycanın daim öz ənənələrinə sadiqliyini, varisliyə münasibətini ortaya qoymuş oldu... Belə ki, ötən əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayılaraq, insanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyişirdilər. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərmiş, bununla da pandemiyanın qarşısı alınmışdı...

Təxminən bir əsr sonra Azərbaycanlı bir xanımın-öz varlığında xarici gözəlliklə daxili zənginliyin vəhdətini birləşdirən, müasir qadınlığın meyarına çevrilən Mehriban Əliyeva bununla həm də bir varislik nümunəsi, keçmişimizə, Hacı Zeynalabdin irsinə ehtiramını ortaya qoymuş oldu...

Elə bilirəm ki, elə təkcə bu faktdan sonra hansısa dağa bələdçilik etməyə elə bir ehtiyac qalmır və qalmayacaq...

Hər şey gün kimi açıq-aydın görünür...

Bu yerdə Cavid əfəndinin daha bir ölməz beytini xatırlamadan, yada salmadan ötüşmək, yan keçmək olmur:

Qadın gülərsə, şu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək...

Bəli, məhvə sürüklənən bəşəriyyət yox olmaqdan, uçurumdan məhz Mehriban xanım kimi qadınların, xanımların, siyasi liderlərin sayəsində qurtulacaq, yüksələcək...

Bir də deyirlər ki, dünyanı gözəllik xilas edəcək. Amma bizcə dünyanı gözəlliklə birlikdə, Mərhəmət xilas edəcək. Gözəlliyi və Mərhəməti bütünləşdirən, Mehriban Əliyeva kimi mətin, iradəli, qorxmaz, cəsur, məğrur, qətiyyətli xanımlar...

Qarşıdan bu məğrur, bu cəsur, mayası, xəmiri halalıqla, məhəmət və şəfqətlə yoğrulmuş Azərbaycan qızının, əzizimiz, dəyərlimiz Mehriban xanımın həm də növbəti doğum günü gəlir...

Doğum günü hər bir insanın həyatında ən yaddaqlan, ən əlamətdar günlərdəndir... Bu günü yaddaqalan, əlamətdar edən isə birinci növbədə həmin İnsanın özüdür, Onun müqəddəs əməlləri, ölçüyəgəlməz yaxşılıqlarıdır!

Odur ki, bu əlamətdar gün-doğum günü ilə bağlı Mehriban xanımı ürəkdən, səmimi qəlbdən təbrik edir, ona can sağlığı, sevinc dolu uzun ömür, işlərində, siyasi-ictimai fəaliyyətində yeni uğurlr, ailə həyatında daim xoşbəxtlik və səadət arzu edirik...

Nə yaxşı ki, varsınız, nə yaxşı ki, bizimsiniz, bizimləsiniz, dəyərlimiz, əzizimiz Mehriban xanım!

Azərbaycan naminə gecə-gündüz bilmədən, yorulmadan çalışan, hər bir Azərbaycanlıya yaxşı Prezident olmağı bacaran, bütöv bir xalqın sevimlisi olan cənab İlham Əliyevlə birlikdə, əl-ələ, çiyin-çiyinə getdiyiniz müqəddəs yolda daim Qələbələr, Zəfərlər, Zirvələr qismətiniz olsun!

 
  • Oxunub:  1830  |  
  • Tarix:  24-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

16 Sentyabr 16:30
Lənkəranda yeni məktəb binası, Lənkəran Dövlət Universitetinin yeni tədris korpusları və tələbə yataqxanası açılıb
16 Sentyabr 16:25
“Qarabağ” – “Sevilya” oyununun idarə edilməsi ukraynalı hakimlər briqadasına tapşırılıb
16 Sentyabr 16:00
İctimai-iaşə və heyvan mənşəli məhsullara nəzarət tədbirlərinin gücləndirilməsi ilə əlaqədar iclas keçirilib
16 Sentyabr 15:49
Fuat Oktay: Türkiyə və Azərbaycan ortaq tarixə malik, hər zaman sevincləri və kədərləri birgə bölüşən qardaş ölkələrdir
16 Sentyabr 15:46
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalanıb
16 Sentyabr 15:28
Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 15:23
Naqif Həmzəyev: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb
16 Sentyabr 15:19
Musa Qasımlı: Bakının erməni işğalından azad edilməsi, əhəmiyyətinə görə Xalq Cümhuriyyətinin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu
16 Sentyabr 15:17
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
16 Sentyabr 15:15
Türkiyənin Vitse-prezidenti Fuat Oktayin şərəfinə rəsmi nahar verilib
16 Sentyabr 14:50
Novruz Məmmədov: Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir
16 Sentyabr 14:25
Bakıda Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir
16 Sentyabr 14:20
Rektor Gülçöhrə Məmmədova: Universitetə qəbul olan abituriyentlərin orta keçid balları ilbəil yüksəlir
16 Sentyabr 14:15
ADPU: Yeni tədris ilində tələbə qəbulunda uğurlu nəticələr əldə edilib
16 Sentyabr 14:14
Azərbaycan XİN Özbəkistanın Türk Şurasına üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb
16 Sentyabr 14:12
Parisdə keçirilən beynəlxalq konfransda Azərbaycanda məhkəmə islahatları zamanı toplanmış müsbət təcrübədən danışılıb
16 Sentyabr 14:06
Akademik Akif Əlizadə: Bu il AMEA-nın magistraturasına 120 tələbə qəbul olunub
16 Sentyabr 14:02
Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında
16 Sentyabr 14:01
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
16 Sentyabr 13:22
Xaçmazda 432 yerlik müasir məktəb binası qapılarını şagirdlərin üzünə açıb
16 Sentyabr 13:17
Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində
16 Sentyabr 12:59
Bu il hər bir ölkə sakini 575,7 manatlıq ödənişli xidmətlərdən istifadə edib
16 Sentyabr 12:57
Bu gün Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Sammiti keçiriləcək
16 Sentyabr 12:55
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
16 Sentyabr 12:53
Bilal Dündar: Bakının xilası Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədiliyinə əyani sübutdur
16 Sentyabr 12:51
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16 Sentyabr 12:49
Emin Ağalarovun Almaniya qastrolları başa çatıb
16 Sentyabr 12:39
Elçin Babayev: Əminəm ki, tələbələrimiz Azərbaycanı siyasi, mədəni, elmi arenalarda layiqincə təmsil edəcəklər
16 Sentyabr 12:35
AAK Avropa ölkələrindəki bəzi soydaşlarımızın destruktiv fəaliyyətini pisləyən bəyanat yayıb
16 Sentyabr 12:34
Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
16 Sentyabr 12:27
Bakı məktəblərində “Bilik günü” qeyd olunub
16 Sentyabr 12:18
Bərdənin dörd kəndində yeni modul tipli məktəb binaları istifadəyə verilib
16 Sentyabr 12:00
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir
16 Sentyabr 11:47
Marneulidə Azərbaycan dilli məktəbin açılışı olub
16 Sentyabr 11:38
Əli Əhmədov: Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb
16 Sentyabr 11:36
Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub
16 Sentyabr 11:24
Azərbaycan Tibb Universitetində Bilik günü qeyd olunub
16 Sentyabr 11:12
Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib
16 Sentyabr 11:10
Şəhidlərin xatirəsinə ehtiram
16 Sentyabr 10:53
Dövlət İdarəçilik Akademiyasında “Bilik günü” təntənə ilə qeyd olunub
16 Sentyabr 10:51
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
16 Sentyabr 10:44
Türkiyənin Vitse-prezidenti Fuat Oktay ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
16 Sentyabr 10:43
Yardımlı rayonunda Tunc İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
16 Sentyabr 10:39
Bu gündən Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır
16 Sentyabr 10:24
Qubada yeni inşa olunan 960 şagird yerlik məktəb binası Bilik Günündə istifadəyə verilib
16 Sentyabr 08:47
Bakı Kitab Mərkəzi bir yaşını qeyd edib
16 Sentyabr 08:44
Fuat Oktay: “Bir millət, iki dövlət” kəlamı hər sahədə əməkdaşlığımızda özünü göstərir
16 Sentyabr 08:39
Komandamız 7-ci arena polo üzrə dünya kubokunun qalibi olub
16 Sentyabr 08:34
Olimpiya mükafatçısı: Dünya çempionatı ərəfəsində Bakıda ağacəkmə aksiyasının təşkili möhtəşəm hadisədir
16 Sentyabr 08:31
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
16 Sentyabr 08:30
Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının qonaqları ağacəkmə aksiyasında iştirak ediblər
16 Sentyabr 08:25
Azərbaycanın Xarici İşlər naziri Avropaya səfərə yola düşüb
16 Sentyabr 08:23
Bakı 14 ildən sonra bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək
15 Sentyabr 23:51
Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan
15 Sentyabr 22:44
Dövlət əxlaqı – Nadir Qocabəyli yazır
15 Sentyabr 14:36
Erkan Özoral: Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir
15 Sentyabr 14:32
Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası və Bakının erməni-bolşevik işğalından azad edilməsi
15 Sentyabr 14:29
Dövlət Turizm Agentliyinin sədri beynəlxalq tədbirdə Azərbaycanın turizm potensialından danışıb
15 Sentyabr 14:20
Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
15 Sentyabr 14:16
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15 Sentyabr 14:14
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb
15 Sentyabr 14:10
Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
15 Sentyabr 14:07
Birinci vitse-prezident Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15 Sentyabr 14:04
Musa Qasımlı: Bakının azad edilməsi Cümhuriyyətin qurulmasından sonra ikinci böyük tarixi hadisə oldu
14 Sentyabr 22:45
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14 Sentyabr 22:44
“Meydan TV”ni Parisdə erməni lobbisi maliyyələşdirir - Sübut olundu
14 Sentyabr 22:32
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14 Sentyabr 22:16
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14 Sentyabr 22:00
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllının Diyallı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə olub
14 Sentyabr 21:24
Şamaxının Muğanlı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində yeni ev inşa olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA