Ana səhifə »  Qəzetin pdf formatı »  Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
A+   Yenilə  A-
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür

Azərbaycan hökuməti süni qiymət artımına yol verilməməsini daim diqqət mərkəzində saxlayır, bu məqsədlə lazımi tədbirlər görülür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri avqustun 22-də Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov mətbuat nümayəndələrinin iştirakı ilə ərzaq məhsullarının satışı ilə məşğul olan bir neçə ticarət mərkəzində aparılan reyd zamanı deyib.

Kənd təsərrüfatı məhsullarının keyfiyyəti, qiyməti və əhaliyə göstərilən xidmətin səviyyəsi ilə maraqlanan Əli Əhmədov bildirib ki, Azərbaycan Prezidentinin və hökumətinin apardığı siyasətin əsas məqsədi ölkədə daxili istehsalın inkişaf etdirilməsi, xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalının artmasıdır.

Baş nazirin müavini qeyd edib ki, son illər Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi əhəmiyyətli dərəcədə artıb. Beləliklə də əhalinin ərzaq təhlükəsizliyi problemi demək olar ki, həllini tapıb. Hazırda ölkə vətəndaşlarının ərzaq və qidaya olan tələbatının əksər hissəsi yerli istehsal hesabına ödənilir.

Aqrar sektorda böyük irəliləyiş olduğunu vurğulayan Əli Əhmədov ölkədə məhsul bolluğunun təmin edildiyini, eyni zamanda, istehsal edilən məhsulların bir hissəsinin xaricə ixrac olunduğunu söyləyib. Diqqətə çatdırıb ki, Azərbaycanın ixrac potensialının formalaşmasında və inkişaf etdirilməsində çox böyük rol oynayan sahələrdən biri də kənd təsərrüfatıdır. Bu sahənin inkişafı fermerlərin məşğulluğunun artırılması ilə yanaşı, ölkənin ərzağa olan ehtiyacını daha dolğun ödəməyə imkan yaradacaq. Digər məqsəd isə Azərbaycan vətəndaşının ərzaq qıtlığından əziyyət çəkməməsidir.

Vurğulanıb ki, Azərbaycan hökuməti dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə bu istiqamətdə lazım olan bütün zəruri tədbirləri görür. Belə ki, müəyyən yerlərdə satış yerləri, logistik mərkəzlər və ticarət mərkəzləri yaradılıb. “Burada xidmətlərin səviyyəsi və keyfiyyəti bir-birindən fərqlənir. Bütün bunların hamısı müsbət haldır. Eyni zamanda, bizi maraqlandıran əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda məhsul bolluğu əsasında məhsulun qiymətinin mümkün qədər aşağı salınması təmin edilsin. Biz istəyirik ki, “tarladan-süfrəyə” zəncirində iştirak edən hər iki tərəf – fermer də, istehlakçı da məmnun qalsın. Fermerlər istehsal etdikləri məhsulları müvafiq bir qiymətə sata bilsinlər ki, ailə büdcələrini formalaşdırsınlar, digər tərəfdən isə istehlakçı üçün də məhsulun qiyməti əlverişli olmalıdır”, - deyə Baş nazirin müavini qeyd edib.

Reyd zamanı üç müxtəlif ticarət mərkəzində olduqlarını, məhsulların qiymətlərinin və xidmətlərin bir-birindən fərqləndiyini bildirən Əli Əhmədov əhalinin müxtəlif təbəqələrinin ehtiyaclarının ödənilməsi üçün müxtəlif səviyyəli xidmətlər və məhsulların təklif edildiyini, eləcə də yüksək qiyməti olan məhsullara rast gəlindiyini deyib: “Biz məhsulların qiymətində müşahidə etdiyimiz fərq barədə də düşünməliyik. Xüsusilə bazardakı məhsullarla yarmarkadakı məhsulların qiyməti arasında çox böyük fərq nəzərə çarpır. Hökumət bunun üzərində ciddi şəkildə düşünməlidir. Biz qiymət artımının qarşısını bolluq yaratmaq yolu ilə almalıyıq. Kimsə qiyməti süni şəkildə artırmağa çalışarsa, hökumət iqtisadi tədbirlər görməlidir. Ən təsirli tədbirlərdən biri o ola bilər ki, satış mərkəzlərinin və vasitəçi mərkəzlərin sayı artırılsın. İnsanlara xidmət göstərən satış mərkəzləri, habelə fermerdən məhsulu alıb bu mərkəzlərə çatdıran vasitəçilərin sayı nə qədər çox olarsa, qiymət də lazımınca tənzimlənər”.

Əli Əhmədov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti süni qiymət artımına yol verilməməsinə çox ciddi nəzarət edir. Hökumət də bu məsələni daim diqqət mərkəzində saxlayır. Çalışmalıyıq ki, vətəndaş məhsulun keyfiyyətindən, xidmətdən və qiymətindən məmnun qalsın.

Əsas məsələlərdən birinin də ictimai nəzarətin təmin edilməsi olduğunu deyən Baş nazirin müavini bunun ən etibarlı vasitələrindən birinin də mətbuat olduğunu vurğulayıb. KİV-in bu işdə fəal olmasını və hökumətə dəstək göstərməsini tövsiyə edib.

 
  • Oxunub:  8520  |  
  • Tarix:  22-08-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk
17 Yanvar 14:20
Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq
17 Yanvar 14:14
Xaçmazda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə təbliğat-təşviqat kompaniyasına start verildi
17 Yanvar 14:12
Ravalpindidə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
17 Yanvar 14:08
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq
17 Yanvar 13:33
Milli Məclisə seçkilər: ötən illərdə qazanılan zəngin təcrübə
17 Yanvar 13:04
YAP Yevlax rayon təşkilatı bu dəfə də təbliğat-təşviqat kampaniyasında öz fəallığı ilə fərqlənir
17 Yanvar 12:54
Bədən Tərbiyəsi və İdman Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 12:50
KOBİA-da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
17 Yanvar 12:46
ADA Universiteti Xarici İşlər Nazirliyi ilə birgə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir təşkil edib
17 Yanvar 12:44
YAP Astara rayon təşkilatı parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasına start veridi

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+2 +4
gecə+2 +4