Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Avro 2020”nin sponsorlarının nümayəndələri Bakıda səfərdədir

“Avro 2020”nin sponsorlarının nümayəndələri Bakıda səfərdədir

22.08.2019 [16:20]

Futbol üzrə “Avro 2020”nin Bakı Olimpiya Stadionunda keçiriləcək 4 oyunu ilə əlaqədar Avropa çempionatının sponsoru olan şirkətlərin nümayəndələri Bakıya gəlib.

AZƏRTAC xəbər verir ki, avqustun 22-də Bakı Olimpiya Stadionunda Alipay, Booking.com, FedEx, Hisense, SOCAR və Volskwagen şirkətlərinin təmsilçilərinin iştirakı ilə təşkil olunmuş tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov salamlama nitqi ilə çıxış edib.

“Avro 2020”nin sponsoru olan qeyd edilən şirkətlərin nümayəndələri Bakı Olimpiya Stadionu, həmçinin çempionat dövründə fəaliyyət göstərəcək Fan Zonanın yerləşəcəyi ərazi ilə tanış olublar.

Xatırladaq ki, 2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun 3 qarşılaşması, iyulun 4 isə 1/4 final mərhələsinin 1 matçı BOS-da keçiriləcək.

Paylaş:
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30