“Vətən bizə əmanətdir” yay istirahət düşərgəsinə 100 nəfər yeniyetmə və gənc cəlb olunub
22.08.2019 [10:32]
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qubada keçirilən “Vətən bizə əmanətdir” yay istirahət düşərgəsində 100 nəfər yeniyetmə və gənc iştirak edir. Bir həftə davam edəcək düşərgəyə şəhid ailələrinin, müharibə əlilləri və iştirakçılarının, müharibə veteranlarının, həmçinin 20 Yanvar şəhidlərinin ailə üzvləri olan yeniyetmə və gənclər cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşərgə iştirakçıları Qubaya yola düşməzdən əvvəl Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüblər.
Sonra düşərgə iştirakçıları Şəhidlər xiyabanında və II Fəxri Xiyabanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edərək, məzarları üzərinə tər güllər qoyublar.
Düşərgə iştirakçıları Türk Şəhidliyi Kompleksini də ziyarət etdikdən sonra Quba rayonunda yerləşən düşərgəyə yola düşüblər.
Düşərgənin açılış mərasimində Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev çıxış edərək, torpaqlarımızın işğal altında olduğu bir vaxtda bilikli və cəsur zabitlərimizə daha çox ehtiyac duyulduğunu bildirib, keçirilən layihənin əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, bu gün qarşıda duran ən ali vəzifələrdən biri gənclərin hərbi-vətənpərvərlik ruhunda, azərbaycançılıq ideologiyası ilə tərbiyə edilməsidir. Müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir. Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilsə də, vətəndaş cəmiyyətinin öhdəsinə daha böyük işlər düşür. Bu baxımdan qeyd olunan layihədə əsas məqsəd gənclər arasında hərbi-vətənpərvərliklə bağlı təbliğat işlərini aparmaq, gənclərdə ordumuza olan inamın artırılmasına böyük dəstək olmaqdır.
Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi layihəyə tərəfdaşlıq edir. Düşərgə iştirakçıları bir həftə ərzində müvafiq qurumların hərbi hissələrində təlimlərə cəlb olunacaq, hərb elminin sirlərinə yiyələnəcəklər. Yeniyetmələrə silah və hərbi texnika, əsgərlərin yaşam tərzi, sərhədlərimizin qorunması haqqında peşəkar zabitlər tərəfindən ətraflı məlumat veriləcək.
Düşərgədə olduğu müddətdə gənclər Aprel döyüşlərinin iştirakçıları, olimpiya çempionları, Milli Məclisin deputatları və Azərbaycanın nüfuzlu universitetlərinin rəhbərliyi ilə görüşərək, fikir mübadiləsi aparmaq imkanı qazanacaqlar.
Gənclər Quba Soyqırımı Memorial Kompleksini və Milli Qəhrəman Çingiz Qurbanovun məzarını ziyarət edəcəklər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
01 May 22:28
Xəbər lenti
01 May 19:23
YAP xəbərləri
01 May 18:24
Xəbər lenti
01 May 17:29
Sosial
01 May 16:54
Xəbər lenti
01 May 16:53
Xəbər lenti
01 May 16:37
Xəbər lenti
01 May 16:36
Xəbər lenti
01 May 16:19
Avropa
01 May 16:08
Xəbər lenti
01 May 15:44
Siyasət
01 May 15:22
Hadisə
01 May 15:12
Dünya
01 May 15:09
MEDİA
01 May 15:06
Xəbər lenti
01 May 15:03
Xəbər lenti
01 May 14:53
Xəbər lenti
01 May 14:51
Xəbər lenti
01 May 14:40
Xəbər lenti
01 May 14:35
Xəbər lenti
01 May 14:20
Xəbər lenti
01 May 14:08
Asiya
01 May 14:06
İqtisadiyyat
01 May 14:00
Xəbər lenti
01 May 13:41
Xəbər lenti
01 May 13:32
Xəbər lenti
01 May 13:04
Xəbər lenti
01 May 12:59
YAP xəbərləri
01 May 12:47
Xəbər lenti
01 May 12:45
Xəbər lenti
01 May 12:21
Siyasət
01 May 11:59
Xəbər lenti
01 May 11:57
Xəbər lenti
01 May 11:53
Xəbər lenti
01 May 11:49
Gündəm
01 May 11:45
Xəbər lenti
01 May 11:34
Xəbər lenti
01 May 11:33
Xəbər lenti
01 May 11:23
Xəbər lenti
01 May 11:21
Siyasət
01 May 11:19
Maraqlı
01 May 11:05
Gündəm
01 May 11:04
Sosial
01 May 11:01
Xəbər lenti
01 May 10:59
Xarici siyasət
01 May 10:54
Xəbər lenti
01 May 10:52
Xəbər lenti
01 May 10:51
Analitik
01 May 10:50
Ədəbiyyat
01 May 10:46
Siyasət
01 May 10:45
Siyasət
01 May 10:40
MEDİA
01 May 10:40
Siyasət
01 May 10:36
Xəbər lenti
01 May 10:36
Xəbər lenti
01 May 10:34
Xəbər lenti
01 May 10:33
İqtisadiyyat
01 May 10:30
Xəbər lenti
01 May 10:25
Siyasət
01 May 10:19
İqtisadiyyat
01 May 10:17
Siyasət
01 May 10:10
Gündəm
01 May 10:06
Gündəm
01 May 10:00
Gündəm
01 May 09:50
Xəbər lenti
01 May 09:28
Xəbər lenti
01 May 09:24
Xəbər lenti
01 May 00:38
Gündəm
30 Aprel 21:27
Xəbər lenti
30 Aprel 19:53