Ana səhifə »  Qəzetin pdf formatı »  2019-cu ildə regionlarda 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib
A+   Yenilə  A-
2019-cu ildə regionlarda 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib

Müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb
Ərzaq təhlükəsizliyinin təmin olunması, ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi Azərbaycan dövlətinin aqrar sahədə həyata keçirdiyi tədbirlərin başlıca məqsədlərindən birini təşkil edir. Bu strateji məqsədə nail olmaq üçün regionların investisiya və infrastruktur təminatı möhkəmləndirilir, meliorativ tədbirlər görməklə dövriyyəyə yeni torpaqlar cəlb edilir, fermerlərə zəruri dəstək tədbirləri göstərilir. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində respublikamızda əhalinin meyvə-tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə yüksəlməsi məmnunluq doğurur. Bundan başqa, artıq ölkəmizdə heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi də 100 faizə çatmaq üzrədir. Mütəxəssislərin qənaətinə görə, yeni təsərrüfat subyektlərinin, o cümlədən də aqroparkların yaradılması ölkənin ərzaq təminatının möhkəmləndirilməsinə olduqca müsbət təsir göstərəcək.
Məlum olduğu kimi, ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Prezident İlham Əliyev ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsinin yaxın perspektivdə 100 faizə çatdırılması ilə bağlı qarşıya vəzifə qoyub. Ölkəmizdə taxıl istehsalının artırılmasına ciddi önəm verilməsi heç də təsadüfi deyil. Taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır. Taxıl istehsalının artırılması idxalın azalmasına və perspektivdə tamamilə dayandırılmasına imkan verəcək ki, bunun da nəticəsində ölkədən valyuta axınının qarşısı alınacaq.
Müasir yanaşma, kənd təsərrüfatının elmi əsaslarla inkişafı məhsuldarlığı böyük dərəcədə artırır
Regionlarda taxılçılığın inkişafı ilə bağlı qarşıya qoyulan strateji məqsədə çatmaq üçün torpaqlardan səmərəli şəkildə istifadə edilməsi əsas vəzifə kimi müəyyənləşdirilib. Məlumdur ki, Azərbaycanın torpaq ehtiyatları məhduddur. Buna görə də mövcud torpaqlardan daha səmərəli istifadə etməklə məhsuldarlığın artırılması olduqca vacib məsələdir. O cümlədən qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda istehsalın genişlənməsinə müsbət təsir göstərən vacib amillərdir. Görülən işlərin, atılan məqsədyönlü addımların artıq mühüm nəticələr verdiyi xüsusilə qeyd olunmalıdır. Prezident İlham Əliyev də iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib ki, kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib: “Bu, aparılan islahatlar nəticəsində mümkün olub. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir. Əsasən bitkiçilik sahəsində, heyvandarlıqda artım təxminən üç faizə yaxındır. Hesab edirəm, bu sahəyə daha da böyük diqqət göstərilməlidir ki, heyvandarlıq da əhəmiyyətli dərəcədə artsın”.
Taxıl istehsalının 40 faiz artdığını vurğulayan dövlətimizin başçısı məhsuldarlığın da kifayət qədər yüksək olduğunu bildirib: “Əvvəlki illərlə müqayisədə indi orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Ancaq elə təsərrüfatlar var ki, orada məhsuldarlıq 60 sentnerdir və ondan da çoxdur. Yəni bu onu göstərir ki, müasir yanaşma, kənd təsərrüfatının elmi əsaslarla inkişafı məhsuldarlığı böyük dərəcədə artırır və artıracaq”.
Digər məhsulların istehsalının da artdığını qeyd edən Prezident İlham Əliyev deyib: “Beləliklə, bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, barama 25 faiz, tərəvəz 14 faiz. Yəni, ixracımız da artır və əlbəttə ki, növbəti illərdə biz bu istiqamətdə öz siyasətimizi apararaq özümüzü daha da böyük nəticələrə çatdıracağıq”.
Aqrar sahədə işlərin uğurla getdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, kənd təsərrüfatı hər bir ölkə üçün önəmli sahədir: “Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün əsas vəzifədir, eyni zamanda, biz öz ixrac imkanlarımızı da genişləndiririk. Fermerlərə əlavə güzəştlər edilir. Texnika ilə bağlı təminat yüksək səviyyədədir. Bu il 700-dən çox texnikanın satılması artıq təmin edilibdir. Əvvəlki illərdə böyük sayda kənd təsərrüfatı texnikasının alınması hesabına biz bu sahənin inkişafına nail ola bildik. Əlbəttə, burada müasir texnologiyalar, müasir suvarma sistemləri əsas rol oynayır. İndi Azərbaycanda azot gübrəsi zavodu da fəaliyyət göstərir. Yəni, xaricdən azot gübrəsinin alınmasına ehtiyac qalmır. Pivot tipli suvarma sistemləri Azərbaycanda istehsal edilməyə başlamışdır. Yəni, bu sahədə biz özümüzü təmin etmək üçün, əlbəttə ki, çox ciddi addımlar atırıq. Əminəm ki, növbəti illərdə bu sahədə daha da böyük nəticələr əldə ediləcək”.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərman imzalayıb. Bununla yeni aqrar sığorta mexanizminin fəaliyyətə başlaması nəzərdə tutulur. Aqrar sığorta mexanizmi Kənd Təsərrüfatı Nazirliyinin rəhbərlik etdiyi, Maliyyə, İqtisadiyyat, Ədliyyə nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmlak Məsələləri Dövlət Komitəsi nümayəndələrinin də daxil olduğu işçi qrup tərəfindən hazırlanıb.
Dünyada mövcud olan aqrar sığorta modelləri araşdırılaraq, mütərəqqi kənd təsərrüfatı sığortası sistemi olan ABŞ, Kanada, İspaniya, Türkiyə, İsrailin bu sahədə təcrübəsi öyrənilib. Ölkələrin kənd təsərrüfatı mütəxəssislərinin görüş və səfərləri, əldə edilmiş razılıqlar, təcrübə mübadilələri bu sahədə mövcud sistemləri dərinliklə öyrənməyə imkan verib. Həmin modellərin üstün və zəif cəhətləri araşdırılaraq, Azərbaycan üçün dövlət-özəl tərəfdaşlığını əsas tutan model hazırlanıb.
Yeni qanun kənd təsərrüfatı sığortası fəaliyyətinin əsaslarının müəyyən edilməsinə, Aqrar Sığorta Fondunun fəaliyyətə başlamasına, dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsinə, kənd təsərrüfatı sığortasının qabaqcıl təcrübə əsasında həyata keçirilməsinə, kənd təsərrüfatı sığortası üzrə ekspertlər institutunun yaradılmasına, kənd təsərrüfatı sığortası üzrə statistik məlumatları özündə cəmləşdirən elektron informasiya sisteminin qurulmasına, kənd təsərrüfatı sığortası mexanizmində mütərəqqi təcrübəyə malik olan ölkələrin təcrübəsinin daha da yaxından öyrənilməsi və ölkədə olan kənd təsərrüfatı risklərinin təkrar sığortalanması üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, stabil və təhlükəsiz kənd təsərrüfatı sığortası mexanizminin formalaşması üçün münbit zəminin formalaşmasına xidmət edəcəkdir. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən bu mexanizmin həyata keçirilməsi üçün görüləcək işlər müəyyən olunub.
Yeni sığorta mexanizmi Azərbaycanda ilk dəfə olaraq, müştərək sığorta sisteminin yaradılmasını nəzərdə tutur. Müştərək sığorta sistemi sığortaçıların birgə vəsaitləri ilə özlərini sığorta etdirməsidir. Sığorta şirkətlərinin etdiyi sığortadan fərqli olaraq, bu sistemdə heç bir sığorta hadisəsi baş vermədikdə yığılmış vəsaitlər silinmir və növbəti ilə saxlanılır. Üstəlik, dövlət sığorta vəsaitinin müəyyən edilən faizi həcmində sığorta edilənlərə subsidiya ayıracaq. Təkrarsığorta siyasəti və sığorta risklərinin düzgün qiymətləndirilməsi nəticəsində bu sahədə dayanıqlı və effektiv fəaliyyət təmin ediləcək, katastrofik fəlakətlər zamanı dövlət büdcəsinin artıq yüklənməsinin qarşısı alınacaq.
Bu tədbirlər çərçivəsində etibarlı kənd təsərrüfatı sığortası mexanizminin tətbiqi qeyri-neft sektorunda ÜDM-in artırılması ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına və aqrar sektorun investisiya cəlbediciliyinin yüksəlməsinə də müsbət təsir göstərmək imkanına malikdir. Nəticədə, yeni aqrar sığorta sisteminin tətbiqi kənd təsərrüfatı istehsalının davamlılığının təmin edilməsinə yönəlib.
Yeni mexanizmdə Aqrar Sığorta Fondunun yanında sığorta şirkətlərinin təsisçiliyi ilə idarəedici qurumun yaradılması nəzərdə tutulub. İdarəedici şirkətin əsas funksiyası Fondun icra səlahiyyətlərini həyata keçirmək, sığorta müqavilələri satmaq, sığorta hadisələrini tənzimləmək, elektron informasiya sisteminin hazırlanması və dəstəklənməsini təşkil etmək, müstəqil ekspertlər hazırlamaq və onlarla işi qurmaqdır. Yeni sığorta mexanizmi 2020-ci ildən etibarən işə salınacaq.
2020-ci ilin yanvar ayından subsidiyalar yeni sistemlə veriləcək
Kənd təsərrüfatı naziri İnam Kərimov da deyib ki, görülmüş sistemli tədbirlər öz müsbət nəticəsini verməkdədir. Onun sözlərinə görə, müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb. İnam Kərimov bildirib ki, bütün sahələrdə, həmçinin bitkiçilik və heyvandarlıq sahələrində artım müşahidə edilir. Bu il qarşıda duran əsas vəzifələrdən biri fermerlərin daim yanında olmaq, onların üzləşdikləri problemlərin həllində yaxından iştirak etməkdir.
Nazir deyib: “Bizim əsas qayğımız və vəzifəmiz əkin balansımızı təşkil edən taxılçılıqla bağlı olub. Bu il 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib. Həyata keçirilən tədbirlər nəticəsində əsas məsələ düzgün texniki təminatın təmin edilməsi olub. Belə ki, hər il fermerlərimiz bu sahə ilə bağlı çoxsaylı müraciətlər ediblər. Amma dislokasiya sisteminin qurulması, xüsusilə də müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da bu il daha yüksək olub. Ötən ilə nisbətən hər hektardan təxminən 2 sentner daha çox məhsul əldə edilib. Bununla yanaşı, hazırda qarşımızda duran əsas vəzifə pambıqçılığın inkişafı ilə bağlıdır. Pambığın tədarükü növbəti aydan - sentyabrdan başlayacaq. Həm texnika, həm də gübrə ilə tam təminat üçün işlər həyata keçiriləcək”.

(davamı növbəti sayımızda)
Aqşin ŞAHİNOĞLU

 
  • Oxunub:  1800  |  
  • Tarix:  22-08-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk
17 Yanvar 14:20
Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq
17 Yanvar 14:14
Xaçmazda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə təbliğat-təşviqat kompaniyasına start verildi
17 Yanvar 14:12
Ravalpindidə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
17 Yanvar 14:08
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq
17 Yanvar 13:33
Milli Məclisə seçkilər: ötən illərdə qazanılan zəngin təcrübə
17 Yanvar 13:04
YAP Yevlax rayon təşkilatı bu dəfə də təbliğat-təşviqat kampaniyasında öz fəallığı ilə fərqlənir
17 Yanvar 12:54
Bədən Tərbiyəsi və İdman Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 12:50
KOBİA-da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
17 Yanvar 12:46
ADA Universiteti Xarici İşlər Nazirliyi ilə birgə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir təşkil edib
17 Yanvar 12:44
YAP Astara rayon təşkilatı parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasına start veridi
17 Yanvar 12:33
YAP Ağdaş rayon təşkilatı Milli Məclisə seçkilərin təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 12:24
Rusiya Dövlət Akademik Böyük Teatrının ulduzları “Qu gölü” tamaşasında iştirak edəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+2 +4
gecə+2 +4