Ana səhifə »  Qəzetin pdf formatı »  “OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru
A+   Yenilə  A-
“OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru

“Newtimes.az” portalında “OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Prezident İlham Əliyevin təşəbbüsü: enerji sferasında mühüm yenilik

Enerji siyasəti dünya üçün strateji əhəmiyyətli bir amildir. Hazırda böyük dövlətlər enerji sahəsində üstünlüyü ələ almaq naminə ciddi mübarizə aparırlar. Son dövrlərdə bu mübarizə o dərəcədə intensivləşib ki, qlobal miqyaslı ciddi böhranların meydana gəlməsini daha çox məhz həmin faktorla əlaqələndirirlər. Konkret olaraq, ABŞ dünyanın enerjidaşıyıcıları ilə zəngin olan böyük dövlətləri ilə kəskin rəqabətdədir. Bu kontekstdə Amerika daha çox Rusiya, Aİ, Səudiyyə Ərəbistanı, Venesuela, İran, Meksika və digər ölkələrin enerji siyasətinə ciddi təsir göstərməyə cəhd göstərir.

Vaşinqton başlıca olaraq neft və qazın qiymətini özünün maraqlarına uyğun tənzimləməyə çalışır. Bunun üçün o, “qaya qazı” (və ya “şist qaz”) istehsalını artırır. Bu proses genişləndiyi halda dünya bazarında təbii qazın qiymətini Amerika müəyyən edəcək. Ekspertlər bu aspektdə iki vacib məqamı vurğulayırlar. Birincisi, dünya bazarında enerjidaşıyıcılarının qiyməti bazarın real tələbatına görə deyil, daha çox geosiyasi və siyasi faktorlara görə dəyişmə riski ilə üzləşib. İkincisi, belə bir şəraitdə müstəqil dövlətlərin öz milli təhlükəsizliyini təmin etmək üçün əlavə addımlar atmasına ehtiyac getdikcə artır.

Bu iki amilin işığında bir tərəfdən, böyük dövlətlərin bir-biri ilə rəqabətində risk faktoru yüksəlir, digər tərəfdən, Azərbaycan kimi müstəqil siyasət yeridən dövlətlərin enerji siyasətinin yeni şəraitə daha çevik reaksiya verməsi zərurəti yaranır. Birinci məsələ ilə bağlı hazırda situasiya ürəkaçan deyil. ABŞ, Rusiya, Çin, İran və digər böyük dövlətlər enerji sahəsində nüfuz savaşlarını daha da intensivləşdirməklə yanaşı, silahlı qarşıdurmadan da çəkinmirlər. İndi enerji ilə bağlı üç məkanda – Yaxın Şərq, Venesuela və İranda vəziyyət gərgindir. Heç kəs təminat verə bilməz ki, buna bənzər proseslər digər ölkələrdə də başlamayacaq.

Bütün bunlar ekspertləri daha ehtiyatlı proqnozlar verməyə təhrik edir. Məsələn, ukraynalı ekspert Aleksandr Oxrimenko hesab edir ki, "hələlik OPEC dünya neft bazarında əsas oyunçudur və orada əsas rolu Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri oynayır. Lakin dünya dəyişir. Əgər əvvəllər ABŞ neftin əsas alıcısı idisə, indi dünyada enerji resurslarının əsas satıcısına çevrilir. Faktiki olaraq, ABŞ OPEC ilə rəqabət aparır və gələcəkdə belə mürəkkəb şəraitdə OPEC-in dünya neft bazarında rolunun azalması istisna olunmur. Ona görə də mən hətta OPEC-in yeniləşməsini istisna etməzdim”.

Bu kimi qiymətləndirmələr OPEC-ə üzv və qeyri-üzv ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclasının Bakıda keçirilməsi işığında daha əhəmiyyətli görünür. Ukraynalı ekspert də bunu Azərbaycan üçün müsbət hal hesab edir. Çünki onun qənaətinə görə, OPEC dünya neft bazarında əsas oyunçudur. Azərbaycan da "OPEC+" formatının təşəbbüskarı və iştirakçısıdır. Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasında bu təşkilatın bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib. Bununla yanaşı, Müştərək Texniki Komissiyanın bazarın balanslaşdırılması üzrə tövsiyələri dinlənilib. Bu qurumun neft istehsalının azaldılmasına dair öhdəliklərə əməl etmə səviyyəsi də nəzərdən keçirilib.

Azərbaycan üçün bu cür müzakirələrin əhəmiyyətli tərəflərindən biri, bu formatın tətbiq edilməsi təşəbbüsünü hələ 2016-cı ildə Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda çıxışı zamanı irəli sürməsi ilə bağlıdır. Orada dövlət başçısı neft istehsal edən ölkələrin “OPEC+” formatında iclasının keçirilməsi tezisini irəli sürərək, bu formatın OPEC-in üzvü olan ölkələrlə neft hasil edən, lakin bu qurumda təmsil olunmayan ölkələrin birgə toplantısını keçirməyə imkan verəcəyini əsaslandırmış, o cümlədən enerji resurslarının hasilatı və ixracı, dünya bazarında neftin qiyməti və digər məsələlərin vahid formatda müzakirəsini təşkil etmək şansının meydana gələcəyini ifadə etmişdi.

Davamlı inkişaf yolunda: milli təhlükəsizliyin təmini

Mütləq vurğulamaq lazımdır ki, o zaman İlham Əliyev neftin qiymətinin sabitləşdirilməsi və 70 dollar civarında saxlanması ilə bağlı məqamların da təhlilini vermişdi. Bütün bunların dünya bazarında neftin qiymətinin 60-70 dollar çərçivəsində qalmasında mühüm rol oynadığını təcrübə göstərdi. Şübhəsiz ki, Azərbaycan Prezidentinin həmin prosesdə xidməti danılmazdır. Konkret desək, dövlət başçısının səmərəli təklifləri və irəli sürdüyü təşəbbüslər dünya enerji bazarında stabilləşməyə ciddi töhfə verdi.

Bakıda “OPEC+” əməkdaşlığı çərçivəsində tədbirin keçirilməsi yuxarıda vurğulanan məqamların işığında xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan dünya üçün faydalı olan bu prosesin həm təşəbbüskarı, həm də fəal iştirakçısı kimi qlobal enerji təhlükəsizliyinə böyük töhfə verdiyini növbəti dəfə təsdiq etmiş oldu. Neftin qiymətinin dünya miqyasında real təklifə uyğun formalaşdırılması sağlam qlobal iqtisadiyyatın inkişafında mühüm rol oynayır. Bundan başqa, dünya üzrə davamlı inkişafın bərqərar olmasına da ciddi xidmət göstərir.

İndi məlumdur ki, qlobal səviyyədə davamlı inkişaf məsələsi BMT-nin 2030-cu ilə qədər strateji inkişaf konsepsiyasının əsas bəndlərindən birini təşkil edir. Deməli, Azərbaycan Prezidenti, faktiki olaraq, dünya əhalisinin ümumi rifahına təkan verən bir təşəbbüslə çıxış edib.

Bu məqamı ekspertlər bütövlükdə Azərbaycan dövlətçiliyinin mühüm əlamətlərindən biri kimi qiymətləndirirlər. Konkret desək, Azərbaycan müstəqil dövlət quruculuğu strategiyasında əməkdaşlığa, bərabərhüquqlu tərəfdaşlıq prinsipinə, ədalətliliyə və qarşılıqlı faydalı əlaqələrin qurulmasına üstünlük verir. Rəsmi Bakının xarici siyasətində barış və əməkdaşlıq motivi həlledici yer tutur. Etiraf etmək lazımdır ki, bu məqam müasir dövlətlər üçün olduqca böyük əhəmiyyət kəsb edir. Çünki dünyanın qarışıq mərhələsində real və səmimi əməkdaşlıq xəttini seçən dövlətlərin mövcudluğu çox əhəmiyyətlidir.

Məsələnin başqa vacib aspekti Azərbaycan rəhbərliyinin milli təhlükəsizliyin təmini üçün enerji siyasətindən maksimum dərəcədə istifadə etməsi ilə bağlıdır. Vaxtında və lazımi səviyyədə həssaslıqla OPEC-lə əməkdaşlıq düzgün strategiya seçiminin nəticəsidir. Bunun arxasında isə yalnız milli maraqların təmini və milli təhlükəsizlik məsələsinin həll edilməsi dayanır. Milli təhlükəsizlik hazırda müstəqilliyini əldə etmiş bütün ölkələr üçün vacib amildir. Onun yerinə yetirilməsi üçün düzgün diplomatik və siyasi kurs müəyyən etmək gərəkdir. Azərbaycan rəhbərliyi bu vəzifənin öhdəsindən böyük uğurla gəlir.

Beləliklə, dünya enerji mühiti üçün strateji əhəmiyyəti olan növbəti tədbirlərdən birinin Bakıda keçirilməsi Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da möhkəmlənməsinin əlamətidir. Azərbaycan, faktiki olaraq, dünya miqyasında enerji siyasətinin dinamikasına ciddi təsir göstərən ölkəyə çevrilib. Bu isə o deməkdir ki, ölkənin milli təhlükəsizliyi daha geniş aspektdə təmin olunur. Eyni zamanda, Azərbaycan regionun lider dövləti kimi bütün sferalarda söz sahibidir.

Şübhə yoxdur ki, bu gedişat regional münaqişələrin həllində Azərbaycanın rolu və çəkisinin daha da artmasına yeni təkan verir. Onun fonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində forpost ölkənin qarşıya çıxardığı müxtəlif xarakterli təxribatların da ömrünün az olduğu qənaəti yaranır. Bütün dünya üçün böyük əhəmiyyəti olan bir ölkənin – Azərbaycanın haqq səsinin eşidilməsi sadəcə bir zərurətə çevrilib. Bunun bütün böyük dövlətlər tərəfindən dərk edilməsinin vacibliyi vurğulanmalıdır. Həmin mənada “OPEC+” formatı bütövlükdə dünya üçün mühüm bir müzakirə platforması kimi qiymətləndirilir.

Newtimes.az

 
  • Oxunub:  2250  |  
  • Tarix:  21-08-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk
17 Yanvar 14:20
Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq
17 Yanvar 14:14
Xaçmazda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə təbliğat-təşviqat kompaniyasına start verildi
17 Yanvar 14:12
Ravalpindidə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
17 Yanvar 14:08
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq
17 Yanvar 13:33
Milli Məclisə seçkilər: ötən illərdə qazanılan zəngin təcrübə
17 Yanvar 13:04
YAP Yevlax rayon təşkilatı bu dəfə də təbliğat-təşviqat kampaniyasında öz fəallığı ilə fərqlənir
17 Yanvar 12:54
Bədən Tərbiyəsi və İdman Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 12:50
KOBİA-da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
17 Yanvar 12:46
ADA Universiteti Xarici İşlər Nazirliyi ilə birgə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir təşkil edib
17 Yanvar 12:44
YAP Astara rayon təşkilatı parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasına start veridi
17 Yanvar 12:33
YAP Ağdaş rayon təşkilatı Milli Məclisə seçkilərin təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 12:24
Rusiya Dövlət Akademik Böyük Teatrının ulduzları “Qu gölü” tamaşasında iştirak edəcəklər
17 Yanvar 12:21
İppoterapiya - atla müalicə üsulu bir çox xəstəliklərin müalicəsində effektiv təsir göstərir
17 Yanvar 12:11
YAP Tərtər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına uğurla start verib
17 Yanvar 12:03
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+2 +4
gecə+2 +4