Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib

Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib

20.08.2019 [11:32]

Macarıstanın İnnovasiya və Texnologiyalar Nazirliyi ölkənin 2023-cü ildə İnformatika üzrə Beynəlxalq Olimpiadanın (IOI) keçirilməsi ilə bağlı müsabiqədə qalib gəldiyini elan edib.

AZƏRTAC xəbər verir ki, müsbət nəticələnən müraciət Seqed Universiteti, Con fon Neyman adına Kompüter Cəmiyyəti və Macarıstan hökuməti tərəfindən verilib.

80 ölkədən olan yuxarı sinif şagirdlərinin iştirak etdiyi IOI dünyada kompüter elmləri sahəsində ən nüfuzlu müsabiqələrdən biridir. IOI-da hər bir iştirakçı ölkə lider və liderin müavini ilə birgə dörd nəfərdən ibarət komanda ilə təmsil olunur. Builki IOI olimpiadası Bakıda keçirilib, 1996-cı ildə isə Macarıstanın Vesprem şəhərində təşkil olunub. Növbəti olimpiadaya Seqed şəhəri ev sahibliyi edəcək.

Diqqətəlayiq haldır ki, 2023-cü ildə Macarıstan Con fon Neyman adı ilə də məşhurlaşmış, macar alimlərinin təbirincə desək, müasir kompüterin “atası”, riyaziyyatçı Yanoş Neymanın anadan olmasının 120 illiyini qeyd edəcək.

Paylaş:
Baxılıb: 231 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31