Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib

Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib

17.08.2019 [15:43]

Dünya opera sənətinin ulduzu, Rusiyanın Xalq artisti Anna Netrebkonun Azərbaycana səfəri başa çatıb. O, bu barədə özünün Instagram şəbəkəsindəki səhifəsində bildirib.

AZƏRTAC “Vestnik Kavkaza” saytına istinadla xəbər verir ki, tanınmış opera müğənnisi avqustun əvvəlində Bakıya öz həyat yoldaşı, Azərbaycanın Xalq artisti Yusif Eyvazovun anasının 75 illik yubileyi münasibətilə gəlib. Anna Netrebko qonaq qismində Bakı toyunda da iştirak edib və bundan sonra ailə üzvləri ilə birlikdə Azərbaycanın regionlarına səyahətə yollanıb.

Opera müğənnisi öz səhifəsində Şamaxı, Şəki, Gəncə, Qəbələdə çəkdirdiyi fotoşəkilləri də yerləşdirib. O, öz abunəçilərinə Azərbaycan təbiətinin ecazkar gözəlliyi, zəngin mədəniyyəti və qədim tarixi haqqında məlumat verib.

Təəssüratlarını bölüşən Netrebko yazıb: “Biz Bakıya qayıtdıq! Azərbaycana çox gözəl səfərimiz başa çatdı! Heyrətamiz ölkədir, gözəl insanları var”. Müğənninin sözlərinə görə, Azərbaycanda həyatının ən xoşbəxt günlərindən birini keçirib. Netrebko daha sonra qeyd edib: “Azərbaycan, bizə bəxş etdiyin qonaqpərvərliyə, gözəlliyə və xoşbəxtliyə görə sağ ol! Sevimli həyat yoldaşıma bizim hamımıza bu cür hədiyyə etdiyi üçün təşəkkür edirəm”.

Anna Netrebko Azərbaycan mətbəxinə xüsusi yer ayırıb və onu yüksək qiymətləndirib. Qeyd edib ki, azərbaycanlılar doyunca və ləzzətlə yemək yeyirlər. O, əsl Azərbaycan süfrəsini göstərib və qeyd edib: “Heç bir vegetarianlıq və pəhriz yoxdur: çoxlu ət, bol çörək, tərəvəz və şirniyyat. Biz oradan kökəlib qayıtdıq”.

Paylaş:
Baxılıb: 186 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31