Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb

“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb

17.08.2019 [09:50]

Xəyanətkar şəbəkənin üzvləri siyasi mübarizə adı altında mənəviyyatsızlığı təbliğ edir, milli-mənəvi və əxlaqi dəyərlərimizi tapdaq altına atırlar
Xarici anti-Azərbaycan dairələrin maliyyə dəstəyi əsasında ölkəmizin milli maraqlarına qarşı cəbhə alan, dövlətimizə qarşı aparılan çirkin kampaniyaların tərkib hissəsinə çevrilən “iaşə müxalifəti”nin, eləcə də “mühacir” qiyafəsində gizlənən xəyanətkar qrupların zaman-zaman fəallaşdırıldığı və ermənipərəst maraqlar üçün istifadə olunduğu sirr deyil. Məhz “sezon mitinqləri” adlandırılan aksiya-şouları, sosial şəbəkələrdə təşkil edilən şər-böhtan kampaniyaları, fərqli dairələrin sifarişləri əsasında milli-mənəvi dəyərlərimizin hədəfə alınması buna misaldır. Bir sözlə, “demokratiya” sözünü dillərində şüar edən, özünü cəmiyyətə fərqli qiyafədə təqdim etməyə çalışan həmin “qrant müxalifəti” dövlətə və xalqa qarşı istifadə olunan miskin bir maşaya çevrilib. İstər daxildə radikal müxalifət kimi tanınan, istərsə də xaricdə məskunlaşıb öz dövlətini və Azərbaycan hakimiyyətini hədəf götürən belələrinin fəaliyyəti göstərir ki, onlar yalnız şəxsi mənafe və daha çox maddiyyat əldə etmək uğrunda çarpışırlar. O cümlədən yalnız sosial şəbəkələrdə “fəaliyyət göstərən” bu qrupların yalanları ilk andaca ifşa olur. Belə ki, guya minlərlə tərəfdarı olduğunu iddia edən “sosial şəbəkə müxalifəti” hətta icazəli mitinqinə belə cəmi 200-300 adam toplamaqla yalan danışdıqlarını ortaya qoyur.
Xüsusilə vurğulanmalıdır ki, bu qruplar bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıblar və şübhəli mənbələrdən gələn maliyyə naminə hətta Vətənə xəyanət etməyə belə hazırdırlar. Bu, azmış kimi, ermənipərəst mərkəzlərə xidmət göstərən bu xəyanətkar qrup maddi təminat qarşılığında torpaqlarımızı işğal edən düşmənlərlə eyni səfdə yer alır, ölkəmizə qarşı olmazın yalanları söyləməkdən çəkinmir.
Bəli, bu faktın özü bir daha ermənipərəstlərə sığınaraq Azərbaycan dövlətinə və xalqına xəyanət edən “iaşə müxalifəti”nin əsl məqsədlərini, simalarını ortaya qoyur. Belə ki, erməni lobbisi tərəfindən maliyyələşən və onların sifarişləri əsasında hərəkət edən “beşinci kolon” bir daha öz-özünü ifşa edir. Ermənipərəst mərkəzlərin yaratdıqları xəyanət şəbəkəsinin üzvü olan, xaricdə məskunlaşaraq “mühacir” pərdəsi altında gizlənən “söyüş müxalifəti” də Xocalı soyqırımını törətmiş, Azərbaycanın 20 faizdən artıq torpaqlarını işğal altında saxlayan, bir milyondan artıq soydaşımızı öz doğma yurd-yuvalarından qaçqın və didərgin halına salan erməniləri müdafiə edir və bununla bir daha hansı mərkəzlərin direktivləri ilə hərəkət etdiyini təsdiqləyir. Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, bu qruplar siyasi mübarizə adı altında mənəviyyatsızlığı təbliğ edir, milli-mənəvi və əxlaqi dəyərlərimizi tapdaq altına alırlar.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 167 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30