Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

16.08.2019 [09:23]

Yaxud anti-Azərbaycan dairələrdən qrant almaq üçün hər cür əməllərə əl atan “iaşə müxalifəti” siyasi mübarizə adı altında mənəviyyatsızlığı təbliğ edir
Sosial-iqtisadi inkişafına görə yerləşdiyi regionunun lider ölkəsi, beynəlxalq aləmdə isə etibarlı tərəfdaş kimi qəbul olunan Azərbaycan həm də siyasi sabitlik, demokratik ənənələrə sadiqlik və multikulturalizm nümunəsi sayılır. Ölkəmizdə həyata keçirilən dövlət siyasəti hər zaman vətəndaşlarımızın rifahına və sosial təminatına yönəldilib. Ən əsası isə, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizin mənafeyinin qorunmasına xidmət edir. Azərbaycan dövləti aparılan uğurlu siyasət nəticəsində beynəlxalq aləmdə yüksək nüfuz qazanıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi üstünlüklər əldə edib.
Təəssüf ki, ölkəmizdə yaradılan bu demokratik ab-hava, əldə olunan nailiyyətlər dostlarımızı sevindirdiyi kimi, ermənipərəst mərkəzləri, anti-Azərbaycan dairələri narahat edir. Müxtəlif vasitələrlə ölkəmizdəki sabitliyə xələl gətirməyə çalışan anti-Azərbaycan mərkəzlər, erməni lobbisi mütəmadi olaraq Azərbaycana qarşı şər-böhtan kampaniyaları keçirməyə niyyətlənir. Bu mərkəzlərin əsas istinad nöqtələri isə hər zaman olduğu kimi, antimilli layihələrdə iştirak edərək maddi vəsait qazanmaq, Azərbaycan xalqının və dövlətinin maraqlarına xəyanət etmək üçün fürsət axtaran radikal müxalifət düşərgəsi, eləcə də antimilli fəaliyyəti özünün “deviz”inə çevirmiş “beşinci kolon” nümayəndələridir. Belə demək mümkündürsə, istər daxildə radikal müxalifət kimi tanınan, istərsə də xaricdə məskunlaşıb öz dövlətini və Azərbaycan hakimiyyətini hədəf götürən “mühacirlər”in fəaliyyəti göstərir ki, onlar yalnız şəxsi mənafe və daha çox maddiyyat əldə etmək uğrunda çarpışırlar. Ümumiyyətlə, xarici antimilli dairələrin xidmətçiləri sayılan, o cümlədən “mühacir” pərdəsi altında gizlənərək ermənilərin “danışan dili”nə çevrilmiş, dövlət maraqlarımızın ziddinə mövqe tutmuş bu qruplar dövlətçiliyimizə qarşı “planlarda” ön sıralarda yer alırlar.
Eləcə də antimilli dairələr daxildəki radikal əlaltılarını sosial şəbəkələr vasitəsilə həyata keçirdiyi yalan, şər-böhtan kampaniyalarına alət edir. Necə deyərlər, real həyatda heç bir gücə, sosial elektorata, dəstəyə malik olmayan, “Facebook”dan kənara çıxa bilməyən bu “müxalifət” “sosial şəbəkə müxalifəti”dir. Bunlar bütün ümidlərini adıçəkilən xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayır, şübhəli mənbələrdən maliyyələşmək və bu vəsaitləri almaq üçün, hətta Vətənə belə xəyanət edirlər. Qrant üçün xalqını, dövlətini satmağa hazır olan radikal ünsürlər bununla öz simalarını bir daha Azərbaycan cəmiyyətinə nümayiş etdirmiş olurlar.
Vurğulandığı kimi, xəyanəti özünə peşə seçmiş “qrant müxalifəti”nin nümayəndələri bunun qarşılığında külli miqdarda maliyyə təminatı alırlar. Bunun nəticəsidir ki, onlar xarici ölkələrdə hər zaman ermənilərlə eyni səfdə yer alır, ermənilərdən daha çox “ermənilik” edirlər. Bu antimilli qüvvələr, hətta Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də öz “ağa”larının maraqlarını ifadə edirlər. O cümlədən bu xəyanətləri edərkən bütün etik qaydaları pozan, qeyri-əxlaqi mübarizə yolu seçən, milli-mənəvi və əxlaqi dəyərlərimizi tapdaq altına atan, siyasi mübarizə adı altında mənəviyyatsızlığı təbliğ edən “söyüş müxalifəti” bir daha əsl simalarını Azərbaycan xalqına nümayiş etdirir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31