Ana səhifə »  Qəzetin pdf formatı »  Əli Kərimli heç vaxt Azərbaycan dövlətinin və xalqının yanında olmayıb
A+   Yenilə  A-
Əli Kərimli heç vaxt Azərbaycan dövlətinin və xalqının yanında olmayıb

Bütün siyasi bioqrafiyası Azərbaycan dövlətinə və xalqına qarşı düşmənçilik üzərində qurulan bu şəxs hətta ən qatı erməni milliyyətçilərinin belə demədiyini deyir, onlara öz iddialarını möhkəmləndirmək üçün əsas verir

1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən AXC-“Müsavat” hakimiyyətində təmsil olunmuş, hakimiyyəti itirdikdən sonra isə radikal müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı buraxdıqları səhvlərdən nəticə çıxarmaq əvəzinə antimilli, qeyri-konstruktiv fəaliyyətlərini davam etdirməkdədirlər. Qeyd etmək lazımdır ki, Əli Kərimlinin, əslində, qorxaq, cəsarətsiz, pula həris, öz mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu komandanı belə öz siyasi iddiaları naminə istismar edən birisi olduğu heç kimə sirr deyil. Onunla eyni vaxtda tələbə təşkilatlarında, daha sonra isə AXCP-də təmsil olunmuş şəxslərin də qeyd etdikləri kimi, nəinki Ə.Kərimli heç zaman Azərbaycan torpaqlarının müdafiəsində iştirak etməyib, hətta ailə üzvləri belə Azərbaycan ordusu sıralarında xidmət göstərməyiblər. O ki qaldı Ə.Kərimlinin guya vaxtilə Dağlıq Qarabağda hərbi əməliyyatlarda iştirak etməsinə, bu da yalandır. Belə ki, Ə.Kərimli komsomol katibi kimi vaxtilə özünümüdafiə dəstələrinə köməyə gedən tələbələrə, sadəcə, baş çəkmək üçün ali məktəb rəhbərliyi tərəfindən Laçına göndərilib. Bu gün ictimai rəyi aldatmağa çalışan və bunu  Qarabağın müdafiəsində iştirak kimi qələmə vermək istəyən Ə.Kərimlinin bu iddiaları onu tanıyanlar tərəfindən ikrahla qarşılanır.

Vurğulandığı kimi, Ə.Kərimlinin təmsil olunduğu hakimiyyətin ardıcıl səhvləri, naşılığı nəticəsində 1990-cı illərin əvvəllərində Azərbaycan ciddi problemlərlə üz-üzə qaldı. Ölkə daxilində anarxiya və xaos, vətəndaş qarşıdurması, özbaşına silahlı dəstələrin hökmranlığı, iqtisadiyyatın talan olunması, Ermənistanın təcavüzünə və torpaqlarımızın işğalına baxmayaraq, hətta ölkəmizə qarşı ağır sanksiyaların tətbiq edilməsi məhz siyasətdən uzaq və mağara təfəkkürlü şəxslərin idarəçiliyinin acı nəticələri idi. AXC-“Müsavat” hakimiyyəti zamanı dövlət katibi postu tutan Ə.Kərimliyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vahid konsepsiyanın hazırlanması da daxil olmaqla xarici siyasət sahəsi həvalə olunmuşdu. Amma başı “daha mühüm” işlərə - məsələn, “Moskva” və “Naxçıvan” mehmanxanalarının satışının tənzimlənməsinə qarışan dövlət katibi öz “fəaliyyəti” ilə sübut etdi ki, onun şəxsi maraqları ən ümdə ümummilli problemlərdən də üstündür. Sonrakı mərhələdə isə xarici fondlardan, səfirliklərdən verilən pulların qarşılığında ölkəmizə, xalqımıza qarşı mövqe tutan Ə.Kərimli öz “fəaliyyət” sferasını daha da genişləndirdi. Belə ki, 1999-cu ildə Qarabağla bağlı birləşmiş müxalifətin keçirəcəyi mitinq də Ə.Kərimlinin ABŞ səfirliyindən böyük miqdarda pul almasından sonra ləğv edilmişdi. Eləcə də Ə.Kərimli Brüsselə son səfəri zamanı iddia edirdi ki, Azərbaycanın indiki iqtidarının hakimiyyətdə qalması guya sülhə təhlükədir. Yalnız Ermənistanda və Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi problemin sülh yolu ilə həllini təmin edə bilər. Ə.Kərimlinin təbirincə, əgər bu münaqişə “hər iki ölkədə demokratiyanın bərqərar olması” nəticəsində həll edilə bilərsə, onda Kərimli necə izah edə bilər ki, bu münaqişə onların “demokratik prezident” adlandırdıqları Əbülfəz Elçibəy və Qərbin hakimiyyətə gətirdiyi Levon Ter-Petrosyanın vaxtında pik həddə çatıb. O zaman onlar niyə problemi danışıqlar yolu ilə həll etməyiblər?! O cümlədən Ə.Kərimlinin məntiqindən belə görünür ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda yaşayan ermənilərin hüquqlarının pozulması nəticəsində başlayıb. Necə deyərlər, Əli Kərimli hətta ən qatı erməni milliyyətçilərinin belə demədiyini deyir, onlara öz iddialarını möhkəmləndirmək üçün əsas verir.

Əli Kərimlinin absurd iddialarının əksinə olaraq, bu gün təcrübə göstərir ki, Qərb Ermənistanı təkcə Paşinyan hakimiyyətə gələndən sonra yox, həmişə dəstəkləyib. Nəzərə alınmalıdır ki, 907-ci düzəliş də Ə.Kərimlinin mənsub olduğu hakimiyyətin dövründə Azərbaycana tətbiq olunub.

Digər tərəfdən, Ermənistanda “məxməri inqilab” başlayan zaman Əli Kərimli israrla Azərbaycan hakimiyyətini Qarabağda müharibəyə başlamamağa çağırırdı. Maraqlıdır ki, bir müddət öncə Keşikçidağ məsələsində isə Ə.Kərimli Azərbaycan hərbçilərini cəsarətsizlikdə ittiham etdi. Bu məntiqsizlik bir daha göstərir ki, Əli Kərimlinin fəaliyyətinin və iddialarının iki mənbəyi var: xarici sifariş və şəxsi mənafe.

Qeyd edildiyi kimi, Əli Kərimlinin bütün siyasi bioqrafiyası Azərbaycan dövləti və xalqına qarşı düşmənçilik üzərində qurulub. O, şəxsi maraqlarını reallaşdırmaq üçün təmsil olunduğu hakimiyyətin laxladılmasından, ictimaiyyət arasında Elçibəyin gözdən salınmasından, onun ətrafının partiyadan uzaqlaşdırılmasından, gənclərin zombiləşdirilməsindən və digər bu kimi addımlardan belə çəkinməyib. Hətta vaxtilə AXC-də təmsil olunan şəxslər belə Ə.Kərimlinin Ə.Elçibəyin əleyhinə iyrənc təbliğatlar apardığını etiraf etmişdi. Necə deyərlər, vaxtilə öz liderinə xəyanət edən birisinin xalqına, dövlətinə xəyanəti təəccüblə qarşılanmamalıdır. Bu fakt bir daha sübut edir ki, yalvarışla beynəlxalq birlikdən Azərbaycana qarşı sərt mövqe istəyən, Ermənistanı “demokratik” adlandıran və beləliklə də işğalçıların cinayətlərinə bəraət qazandıran, sosial şəbəkələri hakimiyyətə qarşı mübarizə meydanına çevirməyə çalışan, ölkədə baş verən istənilən hadisəni təhrif edərək ictimai rəyi çaşdıran Əli Kərimli heç vaxt Azərbaycan dövlətinin və xalqının yanında olmayıb.

Pərviz SADAYOĞLU

 
  • Oxunub:  1860  |  
  • Tarix:  10-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yol tikintisi geniş vüsət alıb

20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
20 Avqust 14:30
Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir
20 Avqust 13:52
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb
20 Avqust 13:34
Müdafiə Nazirliyi: Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
20 Avqust 11:14
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
20 Avqust 11:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
20 Avqust 11:04
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub
20 Avqust 11:01
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20 Avqust 10:59
Dünya birjalarında neftin qiyməti bahalaşıb
20 Avqust 10:50
2-ci “Animafilm” festivalına 50 ölkədən 268 müraciət daxil olub
20 Avqust 10:38
Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi start götürür
20 Avqust 10:32
BDU-nu seçmiş tələbələrin sənəd qəbulu davam edir
20 Avqust 09:58
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
20 Avqust 09:14
Azərbaycanda yol tikintisi geniş vüsət alıb
20 Avqust 09:12
Əsmər Hacızadə: Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram
20 Avqust 09:10
Ermənistanı yeni etiraz dalğası bürüyüb
20 Avqust 09:07
“Sosial şəbəkə müxalifəti” “Facebook”dan kənara çıxa bilmir
20 Avqust 09:05
Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var
20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA