Ana səhifə »  Qəzetin pdf formatı »  Naxçıvan bu gün: Heydər Əliyev siyasi xəttinə sədaqət, dövlətçilik, təhlükəsizlik, sabitlik və tərəqqi
A+   Yenilə  A-
Naxçıvan bu gün: Heydər Əliyev siyasi xəttinə sədaqət, dövlətçilik, təhlükəsizlik, sabitlik və tərəqqi

Fəal yaradıcı gücə malik olan inkişafın Heydər Əliyev modeli Naxçıvan nümunəsində
Bu gün ölkəmizin, o cümlədən muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında əldə edilən böyük nailiyyətlərin əsasında fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Ulu Öndərimizin müəyyənləşdirdiyi inkişaf strategiyasının reallaşdırılması sayəsində 20 ildən artıqdır ki, Naxçıvan Muxtar Respublikasının tərəqqisi ilə fəxr edir, qürurlanırıq. Bütün bunlar həm də nümunəvi vətənpərvərliyin, dövlətçiliyə dərin sədaqətin, sabitliyin, sosial-iqtisadi yüksəlişin təmin edilməsinin, ən əsası isə rəhbər qayğısının nəticəsidir.
Tərəfdaş ölkələrlə əməkdaşlıq genişlənir
Muxtar respublikada bütün sahələr üzrə innovativ yeniliklərin tətbiq olunması, məqsədyönlü islahatların, mühüm infrastruktur layihələrinin, daha parlaq gələcəyə hesablanmış dövlət proqramlarının reallaşdırılması qədimliyi, mədəni zənginliyi, strateji əhəmiyyəti ilə seçilən diyarımızı cazibə mərkəzinə çevirib. Buna görə də Azərbaycanın tərəfdaşı olan ölkələr muxtar respublika ilə iqtisadi-ticarət, mədəni və humanitar əlaqələrini daha da genişləndirməyə böyük maraq göstərirlər.
İyulun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşü zamanı bu məsələlər xüsusilə qeyd olunub.
Ali Məclisin Sədri blokada şəraitində yaşamasına baxmayaraq, Azərbaycanın Naxçıvan Muxtar Respublikasında tələbatın yerli istehsal hesabına ödənildiyini və ərzaq təhlükəsizliyinin təmin olunduğunu diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikası ilə Ukrayna arasında iqtisadi-ticarət əlaqələrinin həcminin artan dinamika ilə davam etdiyini bildirən Ali Məclisin Sədri ali və ümumtəhsil məktəbləri arasındakı qarşılıqlı əməkdaşlıqdan danışıb, əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Sərhəddə ucaldılan 7 mərtəbəli 48 mənzilli bina düşmənə göz dağı, dosta sevincdir
Bu gün Heydər Əliyev siyasi xəttinə sədaqət Sədərək rayonunda da davamlı inkişafı təmin edib, Heydərabad qəsəbəsində və kəndlərdə quruculuq işlərinin miqyası genişlənib, məskunlaşma artıb. Ötən əsrin 90-cı illərində işğalçı ölkənin Sədərəyə hücumu zamanı dağılan evlər yenidən qurulub, gözəl binalar tikilib. Muxtar respublikada əhalinin rahat yaşayışı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan kompleks işlərin tərkib hissəsi olaraq Heydərabad qəsəbəsində 7 mərtəbədən ibarət 48 mənzilli yeni yaşayış binası inşa edilib. Bu, muxtar respublikanın inkişafının, dövlətin vətəndaşlara qayğısının, ən əsası isə dövlət-xalq birliyinin göstəricisi, düşmənə gözdağı, hər bir naxçıvanlı üçün isə sevincdir.
İyulun 2-də – ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyi ərəfəsində yeni yaşayış binası istifadəyə verilib.
Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri çıxışında dövlətimiz və cəmiyyətimiz üçün əhəmiyyətli bir məsələyə toxunaraq qeyd edib ki, yeni yaşayış binasının ilk sakinləri dövlət qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş vətəndaşlardır. Həmin şəxslərin mənzillərlə təmin olunması həm də dövlətin bu kateqoriyadan olan insanlara qayğısının təzahürü, eyni zamanda, digər vətəndaşlar üçün də nümunədir.
Həmin gün Sədərək rayonunda 1 şəhid ailəsinə, sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillərin təqdim olunması göstərilən dövlət qayğısının daha bir ifadəsidir.
Ali Məclisin Sədri mənzillə təmin olunanları təbrik edib, onlara rahat və firavan həyat arzulayıb, mənzillərin orderlərini təqdim edib.
Ali Məclisin Sədri həmin binada dövlət qurumları və xidmət mərkəzi üçün yaradılan şəraitlə də tanış olub.
Sədərək Rayon Su Monitorinq Laboratoriyası yarana biləcək risklərin qarşısını almağa imkan verir
Muxtar respublikada ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, bu sahədə dövlət proqramları uğurla icra olunur, əhalinin sağlam ekoloji mühitdə yaşamasına xüsusi diqqət yetirilir. Görülən tədbirlərin davamı olaraq Sədərək rayonunun Heydərabad qəsəbəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Sədərək Rayon Su Monitorinq Laboratoriyası yaradılıb, müasir avadanlıqlarla təchiz edilmiş yeni inzibati bina tikilib. İyulun 2-də həmin laboratoriya istifadəyə verilib. Ali Məclisin Sədri açılış tədbirində iştirak edib, Sədərək rayonunda ölkə əhəmiyyətli sahənin – Su Monitorinq Laboratoriyasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib.
Ali Məclisin Sədri laboratoriyada monitorinqlərin vaxtında və düzgün aparılacağına əminliyini bildirib, mütəxəssis hazırlığının diqqətdə saxlanılması, Səhiyyə Nazirliyi ilə qarşılıqlı fəaliyyət göstərilməsi, ayda bir dəfə monitorinq nəticələri barədə məlumatların hazırlanması və mətbuata təqdim olunması barədə tapşırıqlar verib.
Laboratoriyanın fəaliyyətə başlaması, həqiqətən də ölkəmiz və diyarımız üçün mühüm bir hadisədir. Tədbirdə çıxış edən Ali Məclis Sədrinin də qeyd etdiyi kimi, qanunların işləmədiyi işğalçı ölkədə istismar müddəti başa çatmış Atom Elektrik Stansiyasının fəaliyyət göstərməsi bölgə üçün risk yaradır. Çünki muxtar respublika işğalçı ölkə ilə sərhəddə yerləşir. Müasir laboratoriyanın qurulması sərhədlərimiz daxilində tədbirləri vaxtında görməyə və qərar qəbul etməyə imkan verəcəkdir. Su monitorinqləri zamanı işğalçı ölkədən keçməklə muxtar respublika ərazisində axan çaylarda çirklənmə qeydə alındıqda beynəlxalq təşkilatlar dərhal məlumatlandırılacaqdır. Yəni, laboratoriyanın Ermənistanla sərhəd yaşayış məntəqəsində yerləşməsi ortaya çıxacaq problemlərə vaxtında müdaxilə etməyə imkan verəcəkdir. Bura həm də dünyada yerləşən su monitorinqi laboratoriyalarının xəritəsinə daxil edilib. Bu isə düşmən tərəfdən hər hansı ekoloji çirklənmə zamanı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında böyük əhəmiyyət kəsb edir.
Muxtar respublikamızda gömrük infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Gömrük İdarəsi üçün yeni kompleks inşa olunur.
İyulun 2-də Ali Məclisin Sədri kompleksin inşası ilə maraqlanıb, yeni tikilinin gömrük xidmətinin tələblərinə uyğun qurulması və işıqlandırılması, keyfiyyətə ciddi diqqət yetirilməsi, təcili tibbi yardım və yanğından mühafizə xidmətlərinin təşkil olunması barədə tapşırıqlar verib.
Kəngərli rayonunda da icbari tibbi sığorta tətbiq olunur
Muxtar respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, müasir infrastrukturun yaradılması əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Həyata keçirilən səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri isə muxtar respublikada icbari tibbi sığortanın tətbiqidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərman və Sərəncamına uyğun olaraq 2017-ci il iyulun 1-dən Sədərək, 2019-cu il iyunun 1-dən isə Şərur rayonlarında icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bu istiqamətdə işlər Kəngərli rayonunda da davam etdirilib. Həyata keçirilən kompleks tədbirlər burada da icbari tibbi sığortanın tətbiqinə imkan verir. İyulun 5-də rayonda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib.
Ali Məclisin Sədri tədbirdə iştirak edib, icbari tibbi sığortanın tətbiqi sahəsində işlərin başa çatması münasibətilə kollektivi və sakinləri təbrik edib. Ali Məclisin Sədri deyib: “İcbari tibbi sığorta vacib sahədir. Çünki səhiyyə müəssisələrinə müraciət edən insanlar lazımi səviyyədə tibbi xidmət almadıqda xarici ölkələrə üz tuturlar. Bu da ölkəmizin imicinə mənfi təsir göstərir, eyni zamanda maliyyə vəsaitləri xaricə axır. Lakin icbari tibbi sığortanın tətbiqi insanların keyfiyyətli tibbi xidmətlə təmin olunmasına imkan verəcəkdir. Kəngərli rayonunda da icbari tibbi sığortanın tətbiqi üçün dövlətimiz tərəfindən vəsait ayrılmış, müasir tibbi avadanlıqlar alınaraq quraşdırılmışdır. Artıq muxtar respublikanın üç rayonunda icbari tibbi sığorta uğurla tətbiq olunacaqdır”.
İyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib.
Ali Məclisin Sədri avqustun 1-dən rayonda icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib, icbari tibbi sığortanın tətbiq olunacağı növbəti bölgəmizin Şahbuz rayonu olduğunu qeyd edib. Eyni zamanda, bu istiqamətdə görüləcək işlərin ilin sonunadək başa çatdırılması ilə bağlı əlaqədar qurumlara tapşırıqlar verib.
Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi təmin olunub
Bu gün qloballaşan dünyada gedən sürətli dəyişikliklər şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət münaqişələrin, terrorçuluğun, transmilli mütəşəkkil cinayətkarlığın artması, kütləvi miqrasiya, ətraf mühitin çirklənməsi, ərzaq, enerji problemləri və təhlükəsizliyi, separatçılıq, etnik, dini və siyasi ekstremizmin yayılması kimi faktlarla üzləşir. Bu amillər hər bir dövlətin prioritetləri, təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsi, həmin risklərin önlənməsi və aradan qaldırılması üzrə adekvat tədbirlərin həyata keçirilməsini zəruri edir. Bu mənada, xalqa və dövlətə sədaqətlə xidmət edən, milli maraqlarımızın və mənafelərimizin keşiyində layiqincə dayanan, muxtar respublikamızın təhlükəsizliyi əleyhinə yönəlmiş təhdidlərin qarşısının alınmasında əzmkarlıq nümayiş etdirən Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti sabitliyin, qanunçuluğun, hüquq qaydalarının etibarlı təminatçıları kimi çıxış edən əhəmiyyətli dövlət orqanlarıdır. Sovetlər Birliyi dövründə muxtar respublikanın təhlükəsizlik orqanları çətin şəraitdə fəaliyyət göstərsələr də, bu gün onların fəaliyyətinin təşkili və maddi-texniki bazalarının gücləndirilməsi qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir. Bütün bunların nəticəsidir ki, muxtar respublikada təhlükəsizlik təmin olunub.
Bu gün xüsusi xidmət orqanlarının uğurlu fəaliyyətinin daha da genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. İyulun 9-da Dövlət Təhlükəsizliyi Xidmətində “Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirə də bu məsələlərin dövlətimizin daim diqqət mərkəzində olduğunu göstərir.
Müşavirədə iştirak edən Ali Məclisin Sədri Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə xarici dövlətlərin xüsusi xidmət orqanlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin dövlət müstəqilliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına, iqtisadi, elmi-texniki, müdafiə potensialına və digər milli maraqlara zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkarlanması, real və potensial təhdidlərin proqnozlaşdırılması, adekvat tədbirlər görülməsi, düşmən ölkənin sərhəddəki hərbi fəaliyyətinin nəzarətdə saxlanılması və bu kimi digər mühüm məsələlərlə bağlı müvafiq tapşırıqlar verib, bu vəzifələrin icrasında onlara uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri Dövlət Təhlükəsizliyi Xidmətinin kitabxanasında yaradılan şəraitlə maraqlanıb.
Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan düşünürük
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinin 50 illiyi ötən ay ölkəmizdə, o cümlədən muxtar respublikamızda mühüm tarixi hadisə kimi müxtəlif tədbirlərlə qeyd olunub. Bu çərçivədə ölkəmizin 50 fəal gəncinin iştirakı ilə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı keçirilib.
İyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı çərçivəsində muxtar respublikaya səfər edən gənclərlə görüşüb.
Ali Məclisin Sədri gəncləri salamlayıb, səfərin təşkilatçılarına təşəkkürünü bildirərək deyib: “Tarixdə elə şəxsiyyətlər var ki, onların həyat yolundan danışmaq üçün bütöv bir xalqın, bütöv bir ölkənin tarixindən danışmaq lazımdır. Ulu öndər Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Onun mənalı həyatı müstəqil Azərbaycanın siyasi bioqrafiyasına çevrilmişdir. Bu gün Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan düşünürük. Bu, səbəbsiz deyil. Azərbaycanın 50 ilə yaxın bir dövrünü əhatə edən tarixi və siyasi taleyi, bu illər ərzində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində baş vermiş dirçəliş, inkişaf və tərəqqi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimizin bütün həyatını göz önünə gətirsək, keçdiyi mənalı ömür yolunu nəzərdən keçirsək, böyük ömrün yalnız bir məqsədə xidmət etdiyinin şahidi olarıq: bu – Azərbaycandır...”.
Böyük ömrün Azərbaycan naminə fəaliyyətinin altı mühüm mərhələsindən birincisi
Ali Məclisin Sədri genişməzmunlu çıxışında böyük ömrün Azərbaycan naminə fəaliyyətini altı mühüm mərhələ üzrə ətraflı təhlil edib. Muxtar respublika rəhbəri qeyd edib ki, böyük ömrün birinci mərhələsi ötən əsrin 40-cı illərindən 1969-cu ilə qədərki dövrü əhatə edir. Bu dövrdə Ulu Öndərimiz xalq üçün xidməti hər şeydən uca tutan, dövlət təhlükəsizliyi maraqlarını milli maraqlara tabe etdirməyi bacaran istedadlı hərbi xadim kimi parlayıb. Təhlükəsizlik xidməti leytenantından həmin xidmətin general-mayoru ali hərbi rütbəsinədək böyük bir yol keçən xalqımızın böyük oğlu 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə həmin Komitənin sədri təyin olunub. Azərbaycan tarixində həmin dövrədək bu idarəyə azərbaycanlı başçılıq etməmişdi. Ulu öndər Heydər Əliyev təhlükəsizlik sisteminin generalı və rəhbəri vəzifəsinə yüksələn ilk azərbaycanlı idi.
Vətənin inkişafı naminə siyasi fəaliyyətin ikinci mərhələsi
Ali Məclis Sədri qeyd edib ki, Ümummilli Liderimizin Vətənin inkişafı naminə siyasi fəaliyyətinin ikinci mərhələsi olan 1969-1982-ci illər tarixdə şəxsiyyətin rolunun nəyə qadir olduğunun əyani ifadəsinə çevrildi. 1969-cu ilin 14 iyulu, sadəcə, respublika rəhbərinin seçim günü yox, bundan daha çox milli liderin rəhbərliyə gəlişi günü idi. Məhz bu tarixdən başlayaraq Azərbaycan ətalətin, geriliyin daşını atdı, öz tarixi taleyinin sahibi oldu. Ümummilli Liderimizin siyasi rəhbərliyinin birinci dövründə Azərbaycan başqa müttəfiq respublikaların 50 ildə keçdiyi inkişaf yolunu 14 ilə qət etdi. 14 il ərzində Azərbaycanda 250-dən çox zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verilib. Nəhəng işlər görülüb, kimya və neft maşınqayırma sənayesi müəssisələri tamamilə yenidən qurulub. Azərbaycan 14 milyon tona qədər neft istehsal etdiyi halda, Bakıda 30 milyon ton neft emalı gücünə malik sənaye kompleksi yaradılıb. O dövrün kiçik Azərbaycanı böyük Sovetlər Birliyinin əsas neft maşınqayırma sənayesi, üzümçülük bazası, yeganə məişət kondisionerləri istehsalı mərkəzinə çevrilib. Azərbaycanın ittifaq miqyasında xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Respublikamızda istehsal olunan 350 adda məhsul dünyanın 65-dən çox ölkəsinə ixrac olunub.
Üçüncü mərhələ - misilsiz dövlət idarəçiliyi
Böyük ömrün üçüncü mərhələsi 1982-1987-ci illəri əhatə edir. Bu dövr Heydər Əliyev şəxsiyyətinin keçmiş Sovetlər Birliyi və bütün dünya miqyasında bir daha təsdiq olunduğu dövrdür. SSRİ kimi nəhəng bir dövlətin ali rəhbərliyinə ucalmaqla xalqımızın böyük oğlu misilsiz dövlət idarəçiliyi və bacarığı nümayiş etdirdi.
Dahi şəxsiyyətin Azərbaycan naminə fəaliyyətinin dördüncü mərhələsi olan 1987-1990-cı illər Kreml rejiminin bu böyük şəxsiyyətə qarşı həyata keçirdiyi ağır təqib illəridir. Göstərilən təzyiqlərə, şəxsi əlaqələrinin, telefon danışıqlarının izlənməsinə baxmayaraq Ulu Öndərimiz sıravi vətəndaş kimi Azərbaycan üçün çalışdı, sovet dövlətinin dağılmaqda olduğu bir şəraitdə Vətəni üçün çıxış yolları axtardı, özünün zəngin dövlətçilik təcrübəsi, müdrik məsləhəti ilə Azərbaycanı düşdüyü ağır böhrandan çıxarmaqdan ötrü bütün qüvvəsini sərf etdi.
Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü
1990-1993-cü illər tarixə ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü kimi düşmüşdür. Görkəmli siyasi xadimin Azərbaycan naminə fəaliyyətinin beşinci mərhələsi olan bu tarixi dövr şərəfli xilaskarlıq və quruculuq missiyası ilə zəngindir. Bu missiyanın öz başlanğıcını götürdüyü yer isə Naxçıvan Muxtar Respublikası idi. Tale Ulu Öndəri qədim diyara göndərməklə Naxçıvanı işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən xilas etdi. Azərbaycanın bu qədim torpağını xilas edən dahi şəxsiyyət özünə Naxçıvan boyda abidə ucaltdı. Ulu Öndərin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi bu qədim diyardan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.
Azərbaycan naminə fəaliyyətin altıncı mərhələsi – xilaskarlıq missiyası
Ali Məclis Sədri görkəmli dövlət xadiminin Azərbaycan naminə fəaliyyətinin altıncı mərhələsinin 1993-2003-cü illəri əhatə etdiyini vurğulayıb. Qeyd edib ki, həmin illər kifayət qədər tələbkar, iqtisadiyyatın dirçəldilməsi, islahatların aparılması və milli dövlət quruculuğu baxımından taleyüklü bir dövrdür. O dövrdə Ulu Öndərimiz yalnız iqtisadi sahədə yaranmış böhranı aradan qaldırmırdı, Onun taleyinə milli dövləti yenidən qurmaq, Azərbaycanı özünə qaytarmaq kimi ağır və şərəfli missiya yazılmışdı.
Bəzən Ulu Öndərin ikinci dəfə ali hakimiyyətə qayıdışı ilə Azərbaycan iqtisadiyyatını mürəkkəb və dərin böhrandan çıxarmasını Franklin Ruzveltin Amerika Birləşmiş Ştatlarında “böyük depressiya”nın nəticələrinin aradan qaldırılması üçün göstərdiyi fəaliyyətlə müqayisə edirlər. Nəzərə almaq lazımdır ki, Ulu Öndərimiz yalnız iqtisadi sahədə yaranmış böhranı aradan qaldırmırdı. Onun taleyinə milli dövləti yenidən qurmaq, Azərbaycanı özünə qaytarmaq kimi ağır və şərəfli missiya yazılmışdı.
Ali Məclis Sədri vurğulayıb ki, xalqımızın böyük oğlu ümummilli olduğu qədər də ümumbəşəridir. O, əhali sayına və ərazisinə görə kiçik bir dövlətin rəhbəri olmasına baxmayaraq, şəxsiyyət kimi tarixin böyük dühaları sırasına daxildir. Onun nəzəri, siyasi baxışları, tükənməz dövlətçilik irsi bütün dünyaya məxsusdur. Belə bir fikir var: bir xalqın böyüklüyü onun sayca və ya ərazicə böyüklüyü ilə deyil, bəşər tarixinə verdiyi qüdrətli şəxsiyyətləri ilə ölçülür. Bu mənada Azərbaycan xalqı böyük xalqdır ki, bəşər tarixinə Heydər Əliyev kimi dahi siyasətçi, qüdrətli dövlət xadimi bəxş edib. Tarixdə tək-tək şəxsiyyətlərə qismət olubdur ki, xalqının bu qədər sonsuz və dərin məhəbbətini qazana bilsin; həyatı, əməlləri öz ölkəsinin həyatı ilə bağlı olsun, vəhdət təşkil etsin. Ulu öndər Heydər Əliyevin daim xalqının milli maraqlarından çıxış etməsi, beynəlxalq sistemdə cüzi dəyişikliyi belə nəzərə almağı bacaran planetar təfəkkür sahibi olması onu nəinki iyirminci yüzilliyin, eyni zamanda, iyirmi birinci yüzilliyin də dahi şəxsiyyəti kimi bütün dünyaya tanıdıb. Amerika Birləşmiş Ştatlarında Heydər Əliyevi Corc Vaşinqton ilə, Böyük Britaniyada Uinston Çörçill ilə müqayisə edirlər. Qardaş türk xalqı onda Atatürkün, fransızlar Şarl de Qollun, almanlar Otto Bismarkın qətiyyətini görürlər. Ulu Öndərimizi bu şəxsiyyətlərlə bir sırada qoyan üstün keyfiyyət odur ki, o da sadalanan şəxsiyyətlər kimi öz xalqına arxa oldu, ölkəsinin dünya xəritəsindən silinməsinə imkan vermədi. Lakin Ümummilli Liderimizin fərqli keyfiyyətləri də var. O da bundan ibarətdir ki, Heydər Əliyev şəxsiyyəti konkret olaraq heç bir siyasi sistemə və ya ideologiyaya sığmır. Müəyyən siyasi sistem çərçivəsində və konkret dövrlərdə yetişən tarixi şəxsiyyətlərdən fərqli olaraq o, müxtəlif siyasi sistemlərdə öz xalqının əvəzolunmaz lideri kimi fəaliyyət göstərmişdir.
Görüşdə Ali Məclisin Sədri gənclərin suallarını cavablandırıb, Naxçıvanın qədim tarixinin öyrənilməsi və müasir inkişafının təmin olunması sahəsində görülən işlər barədə onlara ətraflı məlumat verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra Ali Məclisin Sədri gənclərlə xatirə şəkli çəkdirib, onlara hədiyyələr təqdim edib.
50 il bundan əvvəl elan olunmuş siyasi-iqtisadi müstəqillik kursu ölkəmizə və muxtar respublikamıza yeni həyat bəxş edib
İyulun 13-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edib.
Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Müstəqil və qüdrətli Azərbaycan naminə–50 il” filmi nümayiş olunduqdan sonra “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının, eləcə də Azərbaycan Respublikasının fəxri adlarının və medallarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimatı olub.
Bəli, 50 il bundan əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən elan olunmuş siyasi-iqtisadi müstəqillik kursu, inkişafın milli intibaha yönəldilmiş modeli ölkəmizə və muxtar respublikamıza yeni həyat bəxş edib. Özünə Azərbaycan boyda abidə ucaldan Ulu Öndərimiz onu inamla idarə edə biləcək lideri, rəhbəri də yetişdirib. Məhz bunun nəticəsində ölkəmiz, o cümlədən muxtar respublikamız abadlaşıb, başdan-başa yenidən qurulub, tikilib, ucaldılıb, zirvələrə yüksəldilib. Görkəmli dövlət xadiminin “Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, universitet və məktəb binalarıdır, yollardır, körpülərdir, su hövzələri, su kəmərləridir” sözləri isə onun əmanəti olan muxtariyyətinin bu il 95 illik yubileyini qeyd etdiyimiz Naxçıvan nümunəsində daha da möhtəşəm səslənir.

Rauf Kəngərli
AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

 
  • Oxunub:  1890  |  
  • Tarix:  08-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yol tikintisi geniş vüsət alıb

20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
20 Avqust 14:30
Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir
20 Avqust 13:52
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb
20 Avqust 13:34
Müdafiə Nazirliyi: Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
20 Avqust 11:14
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
20 Avqust 11:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
20 Avqust 11:04
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub
20 Avqust 11:01
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20 Avqust 10:59
Dünya birjalarında neftin qiyməti bahalaşıb
20 Avqust 10:50
2-ci “Animafilm” festivalına 50 ölkədən 268 müraciət daxil olub
20 Avqust 10:38
Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi start götürür
20 Avqust 10:32
BDU-nu seçmiş tələbələrin sənəd qəbulu davam edir
20 Avqust 09:58
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
20 Avqust 09:14
Azərbaycanda yol tikintisi geniş vüsət alıb
20 Avqust 09:12
Əsmər Hacızadə: Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram
20 Avqust 09:10
Ermənistanı yeni etiraz dalğası bürüyüb
20 Avqust 09:07
“Sosial şəbəkə müxalifəti” “Facebook”dan kənara çıxa bilmir
20 Avqust 09:05
Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var
20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA