Ana səhifə »  Qəzetin pdf formatı »  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib
A+   Yenilə  A-
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib

Ölkəmizin iqtisadi inkişafından əldə olunan əlavə gəlirlərin tam həcmdə sosial sahəyə, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilməsi bu ilin ötən dövründə reallaşan iki mühüm sosial paketdə bir daha əməli şəkildə öz təsdiqini tapdı. Dövlət tərəfindən əlavə olaraq milyardlarla manat vəsait ayrılmasını tələb edən həmin inqilabi islahatlar Prezident İlham Əliyevin siyasətinin sosialyönümlü olduğunu və vətəndaş rifahının təminatına xidmət etdiyini növbəti dəfə göstərdi.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda bildirilib ki, iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə bu ilin birinci yarısının yekunları ilə əlaqədar qeyd edilən göstəricilər Azərbaycanın inamlı inkişafının uğurlu davamından xəbər verir. Müşavirədə Prezident bu il ərzində sosial sahədə reallaşan mühüm islahatlardan bəhs edərkən dedi: “Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik”.
S.Babayev diqqətə çatdırıb ki, bu il minimum əməkhaqqının iki dəfəyə yaxın artırılması təmin edilib və bu tədbir 950 min insanın əməkhaqqının artımına imkan verib. Əlavə olaraq, 400 min işçinin əməkhaqqı 20-50 faiz artırılıb. 300 min əlilliyi olan şəxslərdən ibarət 600 min vətəndaşın müavinət və təqaüdlərində orta hesabla 100 faiz, 500 minə qədər məcburi köçkünün müavinətində 50 faiz artımlar edilib, 100 mindən artıq tələbənin təqaüdləri ciddi şəkildə artırılıb. Minimum pensiyanın 72 faiz artırılması 650 min insanı əhatə edib, eyni zamanda, dövlət sektorunda işləyənlərin əməkhaqlarının sentyabrın 1-dən artırılması ilə əlaqədar 94 min nəfərin (xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxslər) pensiyasının artırılması təmin ediləcək. 800 min vətəndaşın problemli kreditləri ilə bağlı çətinliyi də aradan qalxıb. Ümumilikdə, bu ilki sosial islahatlar nəticə etibarilə birbaşa olaraq 4,2 milyon insanın yaşayışına mühüm dəstəkdir.
Nazir 2019-cu ilin bu uğurlarının sosial sahədə daha bir mühüm nailiyyətlə – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) layihəsinin reallaşması ilə davam etdiyini deyib. O bildirib ki, bu ilin mayında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi olan DOST Agentliyi və ilk “DOST” mərkəzi ölkəmizin dövlət sosial xidmətləri sahəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməyə imkan verib. Artıq DOST xidmətlərindən 23 min nəfərədək istifadə edib və həmin xidmətlərdən vətəndaşların tam məmnunluq səviyyəsi 93 faiz, qismən məmnunluq səviyyəsi 4 faiz təşkil edir.
S.Babayev dövlət başçısının tapşırığı ilə bu ilin əvvəlindən elektron pensiya təyinatına keçilməsinin ölkədə ilk proaktiv xidmət kimi mühüm uğurlardan olduğunu deyib. Bildirib ki, həmin elektron sistem əvvəlki dövrdə müraciət etmədiyi üçün pensiya təyin olunmamış şəxslərin də pensiya hüququnun reallaşmasına imkan verib, nəticədə bu ilin 6 ayında yaşa görə pensiya təyinatları 67,7 faiz artıb. Müavinət və təqaüdlərin təyinatı mexanizmi də avtomatlaşdırıldıqdan sonra il ərzində 180 mindən çox şəxsin sosial təminat növləri üzrə hüquqları belə proaktiv formada reallaşacaq.
Nazir yeni qurulan altsistemlərin, həmçinin “Məşğulluq” altsisteminin əhəmiyyətini vurğulayıb. İlin ikinci yarısında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin də işə salınacağını qeyd edib.
S.Babayev 2019-cu ilin birinci yarısında nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin 54 minə yaxın şəxsi işlə təmin etdiyini, 838 nəfərin peşə hazırlığına (Xidmətin xətti ilə 682 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 156 nəfər) cəlb olunduğunu deyib. O, bu il üzrə özünüməşğulluq proqramı çərçivəsində artıq 4 min nəfərin təlimlərdən keçdiyini, 1100-dən çox şəxsin aktivlərlə təmin edildiyini deyib. Qeyd edib ki, Prezidentin tapşırığı ilə proqramın genişləndirilməsində beynəlxalq qurumlarla əməkdaşlığa da xüsusi əhəmiyyət verilir.
Nazir, həmçinin dövlət başçısının təşəbbüsü ilə icra olunan “İşsizin DOSTu” proqramı çərçivəsində bu ilin 6 ayında 38 min nəfərin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təmin edildiyini bildirib. O, qeyri-neft sektorunun inkişafı, özəl sektorun genişlənməsi şəraitində işəgötürənlərlə, xüsusilə biznes strukturları ilə fəal əməkdaşlıq müstəvisində aktiv məşğulluq tədbirlərinin getdikcə daha da gücləndirilməsinin, bu sahədə “Məşğulluq” altsisteminin imkanlarından səmərəli istifadə edilməsinin, işlə təminat üzrə göstəricinin getdikcə yüksəldilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu qeyd edib.
S.Babayev qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirlərinin növbəti müsbət nəticəsi kimi, bu ilin 6 ayında 102 min yeni əmək müqaviləsinin (24 min dövlət sektoru, 78 min özəl sektor üzrə) qeydiyyata alındığını, minimum əməkhaqqının növbəti dəfə artmasının, digər stimullaşdırıcı tədbirlərin, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqinin və s. həmin göstəricinin bundan sonra da davam edəcəyini deməyə əsas verdiyini deyib. Bu il ərzində əməkhaqqı fondu dövlət sektorunda 15 faiz, özəl sektorda 25 faiz olmaqla, ümumilikdə orta hesabla 20 faiz artıb. Nazir bildirib ki, məşğulluq sahəsində aparılan islahatların bir istiqaməti də işsiz və işaxtaranlar üçün mövcud peşə hazırlığı sisteminin müasirləşdirilməsi və Regional Peşə Təhsili Mərkəzləri şəbəkəsinin genişləndirilməsidir. Eyni zamanda, həmin Mərkəzlərin fəaliyyətinin optimallaşdırılması və səmərəli təşkili, bu sahədə idarəçiliyin təkmilləşdirilməsi üçün onların publik hüquqi şəxs kimi formalaşdırılması və fəaliyyətinin təmin edilməsi üçün işlər aparılır.
Nazir mühüm sosial proqramların, o cümlədən şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə, həmin kateqoriyaya aid əlilliyi olanların minik avtomobili ilə təminatı tədbirlərini də diqqətə çatdırıb.
İclasda DOST Agentliyinin sədri Fərid Məmmədov, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Fuad Heydərov, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Abdul-Qədirov, Ümumi şöbənin sektor müdiri Günel Nəsibova nazirliyin müvafiq fəaliyyət sahələrində görülən işlər və aparılan islahatların nəticələri barədə məlumat veriblər.
Görülmüş işlərin yekunları ətraflı təhlil olunub. Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə sosial sahə ilə bağlı verilmiş tapşırıqların icrası istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub. İkinci sosial paketin icrasının təmin edilməsi üçün aparılan işlər bir daha nəzərdən keçirilib. Özünüməşğulluq proqramının əhatə dairəsinin, DOST xidmətləri və reabilitasiya müəssisələri şəbəkəsinin, əmək, məşğulluq, sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, qeyri-leqal məşğulluğun qarşısının alınması və s. istiqamətlərdə görüləcək işlər müzakirə edilib, nazir tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  07-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yol tikintisi geniş vüsət alıb

20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
20 Avqust 14:30
Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir
20 Avqust 13:52
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb
20 Avqust 13:34
Müdafiə Nazirliyi: Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
20 Avqust 11:14
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
20 Avqust 11:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
20 Avqust 11:04
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub
20 Avqust 11:01
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20 Avqust 10:59
Dünya birjalarında neftin qiyməti bahalaşıb
20 Avqust 10:50
2-ci “Animafilm” festivalına 50 ölkədən 268 müraciət daxil olub
20 Avqust 10:38
Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi start götürür
20 Avqust 10:32
BDU-nu seçmiş tələbələrin sənəd qəbulu davam edir
20 Avqust 09:58
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
20 Avqust 09:14
Azərbaycanda yol tikintisi geniş vüsət alıb
20 Avqust 09:12
Əsmər Hacızadə: Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram
20 Avqust 09:10
Ermənistanı yeni etiraz dalğası bürüyüb
20 Avqust 09:07
“Sosial şəbəkə müxalifəti” “Facebook”dan kənara çıxa bilmir
20 Avqust 09:05
Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var
20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA