
İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının sonuncu günündə yunan-Roma pəhləvanımız Elmir Əliyev (51 kq) komandamızın 5-ci qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, idmançımız finalda ukraynalı Sanya Yakovlev üzərində inamla qələbə qazanaraq qızıl medala sahib olub.
Qeyd edək ki, E.Əliyev səkkizdəbir finalda norveçli Kristoffer Andreseni (8:0) dörddəbir finalda rumıniyalı Romania Nihaini (2:1), yarımfinalda gürcüstanlı Nukri Benidzeni (6:1) məğlub edib.
Bu çəki dərəcəsində bürünc medal uğrunda görüşlərdə polşalı Pyotr Stolarzik türkiyəli İlhan Aldını, gürcüstanlı Nukri Benidze isə rumıniyalı Denis-Florin Mihaini məğlubiyyətə uğradıblar.
- Oxunub: 3090 |
- Tarix: 23-07-2019 |
-
Çap et |