
Azərbaycan bu səviyyəli idman tədbirləri keçirilməsində zəngin təcrübəyə malikdir.
Qızlar arasında basketbol üzrə Çexiya yığmasının baş məşqçisinin köməkçisi Robert Landa bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib.
Çexiyalı məşqçi deyib: “Hər şey əla təşkil edilib. Azərbaycanda çox gözəl idman qurğuları var. Bizim idmançı qızların valideynləri də yarışlara tamaşa etmək üçün məmnuniyyətlə gəliblər. Belə tədbirdə iştirak etməyimizə çox şadıq. Turnirdə İspaniya, İtaliya və Fransa yığmaları kimi güclü komandaların iştirak etməsinə baxmayaraq, biz “EYOF-2019” medalları almaq niyyətindəyik”.
- Oxunub: 2670 |
- Tarix: 23-07-2019 |
-
Çap et |