Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclisin deputatı Sahibə Qafarova seçicilərlə görüş keçirib

Milli Məclisin deputatı Sahibə Qafarova seçicilərlə görüş keçirib

22.07.2019 [17:55]

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova təmsil etdiyi Şəmkir rayonunda seçicilərlə növbəti görüş keçirib. Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin səmərəli nəticələrindən bəhs edən millət vəkili qeyd edib ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır. S.Qafarova uğurlu sosial siyasətin nəticəsində ölkə vətəndaşlarının həyat şəraitinin daha da yaxşılaşdığını diqqətə çatdırıb. 
Milli Məclisin deputatı həmçinin ölkəmizdə məqsədyönlü gənclər siyasətinin həyata keçirildiyini bildirib. O qeyd edib ki, dövlətin xüsusi diqqət və qayğısı sayəsində, həmçinin müxtəlif konsepsiyalar və dövlət proqramlarının, eləcə də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın uğurla icra olunması nəticəsində Azərbaycan gəncləri ictimai, sosial-mədəni və humanitar sahələrdə uğurla təmsil olunurlar. 
Şəmkir rayonu üzrə könüllülərin də iştirak etdikləri görüşdə S.Qafarova ölkəmizdə könüllülük hərəkatının geniş vüsət aldığını bildirib. Onun sözlərinə görə, könüllülər ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə uğurla fəaliyyət göstərməklə öz üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirirlər. 
Millət vəkili sonda seçiciləri maraqlandıran sualları cavablandırıb.

Paylaş:
Baxılıb: 189 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30