Ana səhifə »  Qəzetin pdf formatı »  Regionlarda meyvəçiliyin və çayçılığın inkişafı ilə bağlı çoxşaxəli tədbirlər görülür
A+   Yenilə  A-
Regionlarda meyvəçiliyin və çayçılığın inkişafı ilə bağlı çoxşaxəli tədbirlər görülür

Dövlətin aqrar sektorun inkişafına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar bağlardan bol məhsul götürürlər
Son illərdə ölkəmizdə aqrar sahədə islahatlar geniş vüsət alıb. Aqrar islahatların təmin edilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncamlar, qəbul edilən Dövlət proqramları bu sahədə məşğulluğun genişlənməsi və ixracın artırılması, həmçinin ənənəvi və ixrac potensialı yüksək sahələrin inkişafı istiqamətində tədbirlər görülməsi intensiv inkişafı üçün geniş imkanlar açır.
Azərbaycanın iqlim şəraiti məhsuldarlıq üçün münbit şərait yaratdığı üçün ixrac potensialının yüksəkliyinə görə meyvəçilik və çayçılıq aqrar sahənin əsas istiqamətlərindən sayılır. Kənd təsərrüfatında aqrar sektorun daha yüksək inkişafa, məhsuldarlığı artırmağa nail olmaq üçün regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarında konkret hədəflər müəyyən edilib və bu hədəflərə çatmaq üçün həyata keçirilən mühüm məqsədyönlü tədbirlər aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edir.
Təsadüfi deyil ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda iştirak edən Prezident İlham Əliyev məhsul istehsalında əldə edilən uğurlara toxunub: “Meyvə istehsalı 2004-cü ildə 420 min ton, 2018-ci ildə bir milyon ton olub. Yəni, artım iki dəfədən çoxdur. Bütün bu məlumatları mən sahibkarlara və ictimaiyyətə ona görə verirəm ki, onlar bilsinlər nə qədər artım olub və bizim hələ artıma nə qədər ehtiyacımız var. Biz bazarlara çıxışı dövlət dəstəyi ilə təmin edirik”.
Dövlət başçısı sözügedən konfransda çıxışında daha çox gəlir gətirən və ixracyönümlü meyvə bağlarının salınması barədə sahibkarlara məsləhətlər də verib: “Son vaxtlar badam və qoz bağlarının salınması geniş vüsət almışdır. Bu məhsullar da çox gəlirlidir və ixracyönümlüdür. Azərbaycanda badam və qoz emalı fabriklərinin tikintisi mütləq nəzərdə tutulmalıdır. Sahibkarlara məsləhət görürəm ki, bu işlə məşğul olsunlar. Eyni zamanda, xüsusilə Bakı, Abşeron və digər bölgələr üçün ənənəvi olan zeytunçuluğun inkişafı da sürətlə gedir. Yeni zeytun bağlarının salınması geniş vüsət almışdır”.
Lənkəran çay filialında 4 yeni çay sortu əldə edilib
Dövlət başçısının birbaşa dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) meyvəçiliyin və çayçılığın inkişafı ilə bağlı çoxşaxəli tədbirlər görür. Bu çərçivədə KTN Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Lənkəran Regional Aqrar Elm İnformasiya Mərkəzi və AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda çayçılığın və sitrusçuluğun inkişaf potensialı” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarda çayçılığın müasir inkişaf yolları, dövlət dəstəyi, fərdi təşəbbüslərə diqqət, sitrus bitkilərində ziyanvericilərə qarşı mübarizə tədbirləri ilə bağlı təkliflər irəli sürülüb. Tədbirdə çıxış edən KTN Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov ölkəmizdə aqrar sahənin elmi təminatının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycanda çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Vahid Əliyev isə Azərbaycanda çayçılığın mövcud vəziyyəti haqqında məlumat verib.
Seminar iştirakçıları daha sonra Lənkəran çay filialında AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyevin yeni çay sortlarının yetişdirilməsi üzrə təcrübə sahəsinə baxış keçiriblər.
Professor F.Quliyev daha məhsuldar çay sortlarının yetişdirilməsi üçün görülən işlərdən, əldə edilən müsbət nəticələrdən danışıb. O bildirib ki, aparılan təcrübələr nəticəsində Lənkəran çay filialında 4 yeni çay sortu əldə edilib. “Çay bitkisinin sort və formalarının toplanması, Lənkəran-Astara bölgəsi şəraitində introduksiya olunması, öyrənilməsi, ən qiymətlilərinin seçilməsi, yeni sortların yaradılması” mövzusu üzrə tədqiqat işləri aparılıb. Tədqiqatlarda uzun illərdən bəri çay bitkisinin 50-dən çox sort və formaları toplanaraq Lənkəran çay filialının eksperimental kolleksiya plantasiyasında müqayisəli sınaqdan keçirilib və bir sıra uğurlar əldə edilib.
Professor F.Quliyev qeyd edib ki, ölkəmizdə mövcud olan çay plantasiyalarında çay kolları məhsuldarlıqlarına, yarpaq keyfiyyətinə, zoğvermə intensivliyinə, vegetasiya müddətinin uzunluğuna, budaqlanma xarakterinə, generativ fəaliyyətinə, quraqlığa və soyuğa davamlılığına və ən nəhayət, istehsal edilmiş quru çayın keyfiyyətinə görə bir-birindən xeyli dərəcədə fərqlənir. Göstərilən bütün bu məsələləri nəzərə alaraq, təsərrüfat əlamətləri ilə fərqlənən sort-klonların yaradılmasına xüsusi diqqət yetirilməlidir. Klon seleksiyası üsulu ilə əldə edilən yüksək məhsuldar və yüksəkkeyfiyyətli çayın yeni forma-klonları respublikada çayçılığın müasir elmi əsaslar üzərində inkişaf etdirilməsi işində mühüm rol oynaya bilər.
Yeri gəlmişkən qeyd edək ki, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı xeyli işlər görülür. Belə ki, KTN Elmi-Tədqiqat Mərkəzinin mütəxəssisləri Masallı, Astara və Lənkəran rayonlarında olub, cənub bölgəsində çayçılıqla məşğul olan fermerlər və mütəxəssislərlə görüşüb, elmi-tədqiqat müəssisələrində, fermer təsərrüfatlarında görülən işlərlə əyani tanış olublar. Nazirliyin mütəxəssisləri, həmçinin Azərbaycan Meyvəçilik və Çayçılıq İnstitutunun Lənkəran filialında olublar. Burada AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin direktoru F.Quliyevlə görüşən Elmi-Tədqiqat Mərkəzinin bölmə rəhbəri Famil Əhmədov və aparıcı mütəxəssis İ.Hüseynov professorun təcrübə sahəsinə baş çəkiblər.
Alkoqolsuz üzüm məhsullarının istehsal texnologiyaları tədqiq edilir
KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, bu günlərdə nazirliyin Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinq şöbəsinin müdiri Tofiq Rzayevin iştirakı ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda görüş keçirilib. Görüşdə institutun mövcud potensialı, sahə üzrə gələcək çağırış və trendlərin izlənilməsinin vacibliyi, innovasiyaların tətbiqinin əhəmiyyəti müzakirə olunub.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru səlahiyyətlərini icra edən, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov üzümçülüyün respublika iqtisadiyyatı üçün çox böyük əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, ölkənin aparıcı elmi-tədqiqat müəssisələrindən biri olan institutun əsas fəaliyyəti üzüm genofondunun zənginləşdirilməsi və qorunub saxlanılması, aborigen, introduksiya olunmuş üzüm sortlarının, yabanı üzüm növlərinin öyrənilməsi, yüksəkkeyfiyyətli, xəstəlik və zərərvericilərə qarşı davamlı sort və hibridlərin yaradılmasından ibarətdir. Bundan başqa, üzümün innovativ becərilmə texnologiyasının işlənib hazırlanması, beynəlxalq standartlara uyğun şərabların, şərab distillyatlarının, digər alkoqollu və alkoqolsuz üzüm məhsullarının istehsal texnologiyalarının tədqiq edilməsi və təkmilləşdirilməsi də institutun əsas fəaliyyət sahələrindəndir. O, institut alimlərinin üzüm-şərab istehsalı ilə bağlı elmi axtarışlarını yeni Strateji Yol Xəritəsinə uyğun olaraq həyata keçirdiyini diqqətə çatdırıb.
Nazirliyin şöbə müdiri T.Rzayev qarşıda duran vəzifələrdən danışaraq bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiya çərçivəsində üzümçülüyün və onun emal sənayesinin müasir bazar iqtisadiyyatı şəraitində inkişaf etdirilməsi üçün qarşıda mühüm vəzifələr qoyulub. Azərbaycan Prezidenti tərəfindən təsdiqlənən üzümçülük və şərabçılığa dair Dövlət proqramları bu sahənin inkişafında dövlət siyasətini və strategiyasını formalaşdıraraq nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsini təmin edəcək.
Qubada müasirtipli superintensiv meyvə bağlarının salınması geniş vüsət alır
Ölkə ərazisində istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır. Bu baxımdan, meyvəçiliyin inkişafı ilə bağlı tədbirlər çərçivəsində Quba rayonunda müasirtipli superintensiv meyvə bağlarının salınmasına maraq artıb. Son illər rayonda superintensiv meyvə bağlarının sahəsi artırılaraq 1800 hektara çatdırılıb. Bu bağların 1000 hektarında alma əkilib.
Rayonda intensiv meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarılabilən rəqabətqabiliyyətli məhsul istehsal etməkdir. Qubadakı mövcud alma bağlarının təxminən 60 faizi 30-40 il əvvəl salınıb. Həmin bağlar bioloji inkişaf dövrünü başa vurmuş hesab olunur. Bu səbəbdən fermerlər yeni superintensiv tipli meyvə bağları salmaqda maraqlıdırlar.
Fermer Əli Musayev rayonun Pirvahid kəndində 10 hektar sahədə müasirtipli bağ salıb. Damcı üsulu ilə suvarılan bu bağlarda işlər tam mexanikləşdirilib. Plastik borulara vurulan su avtomatik olaraq ağaclara verilir. Yeni sistem 30 hektar ərazini bir günə suvarmaq imkanı yaradır. Bu isə öz növbəsində həm vaxt itkisinin, həm də su məsrəfinin qarşısını alır.
“Superintensiv müasir bağ salmışıq. On hektarı gilas bağıdır. Gələcəkdə armud və alma bağları da salmaq planımız var. Gilasın 5-6 növünü becəririk. Ənənəvi bağlarla müqayisədə superintensiv bağların becərilməsi tam fərqlidir. Buna görə də belə bağların əkilməsində mütəxəssis rəyi lazımdır. Əvvəllər təsərrüfat sahiblərinin əkdiyi tinglər köhnə qaydada arqotexniki qulluq olunduğu üçün sıradan çıxırdı. İndi isə fermerlər mütəxəssislə məsləhətləşmədən bağ salmağa ehtiyat edirdilər. Bu sahə üzrə kifayət qədər mütəxəssisin olması biz fermerlərin işini asanlaşdırıb”, - deyə Ə.Musayev bildirib.
Superintensiv bağçılığın üstün cəhətlərindən biri də meyvə tinginin elə əkildiyi il məhsula düşməsidir. Lakin mütəxəssislər həmin meyvəni ağacda saxlamamağı tövsiyə edirlər. Ənənəvi bağlardan fərqli olaraq burda xüsusi aqrotexniki qulluq aparılmalıdır.
(davamı növbəti sayımızda)
Qaşqay RAMAZANOV

 
  • Oxunub:  2010  |  
  • Tarix:  19-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yol tikintisi geniş vüsət alıb

20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
20 Avqust 11:14
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
20 Avqust 11:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
20 Avqust 11:04
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub
20 Avqust 11:01
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20 Avqust 10:59
Dünya birjalarında neftin qiyməti bahalaşıb
20 Avqust 10:50
2-ci “Animafilm” festivalına 50 ölkədən 268 müraciət daxil olub
20 Avqust 10:38
Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi start götürür
20 Avqust 10:32
BDU-nu seçmiş tələbələrin sənəd qəbulu davam edir
20 Avqust 09:58
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
20 Avqust 09:14
Azərbaycanda yol tikintisi geniş vüsət alıb
20 Avqust 09:12
Əsmər Hacızadə: Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram
20 Avqust 09:10
Ermənistanı yeni etiraz dalğası bürüyüb
20 Avqust 09:07
“Sosial şəbəkə müxalifəti” “Facebook”dan kənara çıxa bilmir
20 Avqust 09:05
Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var
20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+32 +37
gecə+20 +24