Ana səhifə »  Qəzetin pdf formatı »  Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
A+   Yenilə  A-
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi

Azərbaycan Xalq Cümhuriyyəti dövründə daxili işlər naziri olmuş Behbud Cavanşir 18 iyul 1921-ci il tarixində erməni terrorçuları tərəfindən qətlə yetirilib
Tarixi faktlar və reallıqlar göstərir ki, ermənilər ayrı-ayrı dövrlərdə azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyaların altına imza atıb, tarixi Azərbaycan torpaqlarına təcavüzkar iddialarını daha da gücləndiriblər. Onlar bu məqsədlə misli görünməmiş metod və vasitələrə baş vurublar. Mənfur qonşularımızın “böyük Ermənistan” yaratmaq ideyaları, eyni zamanda, böyük güclərin maraqları ilə üst-üstə düşüb. Bunun da nəticəsidir ki, müxtəlif dövrlərdə ermənilər xalqımıza qarşı fərqli-fərqli təhdidlərdən məharətlə istifadə etməyə çalışıblar ki, buraya da təbliğat, qondarma “soyqırımı” iddiaları, torpaq tələbləri, terror aktları, qətllər-qırğınlar və s. daxildir.
Behbud Cavanşirin qətlə yetirilməsi: tarixi faktlar nə deyir?
Tarix altında ermənilərin imzası olan çoxsaylı terror aktlarına şahidlik edib. Xüsusilə də, Azərbaycanın, Türkiyənin və Rusiyanın bir çox dövlət xadimlərinə qarşı həyata keçirilmiş teraktlar erməni vandalizminin və mənfur xislətinin aşkar - əyani ifadəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin ilk daxili işlər naziri vəzifəsində çalışmış, İçərişəhərdə ilk polis məktəbini yaratmış, Gəncədə ilk polis orqanlarını qurmuş Behbud xan Cavanşirin 18 iyul 1921-ci il tarixində İstanbulda “Pera Palas” mehmanxanası qarşısında Mişaq Torlakyan tərəfindən qətlə yetirilməsi də bu kontekstdə xüsusi vurğulanmalıdır. Əvvəla qeyd etmək lazımdır ki, Mişaq Torlakyan “Daşnaksütyun” partiyasının üzvü idi və 1918-ci ilin martında azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımında xüsusi fəallıq göstərmişdi. Həmin qətllə bağlı prosesin təfərrüatlarına nəzər saldıqda bir sıra məqamlar xüsusilə diqqəti cəlb edir. Həmin nüanslara nəzər yetirmək məqsədəmüvafiq olar. O dövrdə İstanbul ingilis işğalı altında olduğundan Torlakyan cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir. Qısa vaxtda ermənilər qatilin müdafiəsinə səfərbər olunurlar. Behbud Cavanşir tərəfdən isə şahidlər az idi - cəmi 6 nəfər. Lakin şahidlərin sayı arasındakı kəskin fərqə baxmayaraq, ittiham şahidləri bu cinayətin əsl mahiyyətinin açılmasına, erməni qatilinin ifşa edilməsinə nail olurlar. Behbud Cavanşirin qatili Mişaq Torlakyanın məhkəməsi, təəssüf ki, erməni terrorçunun bəraət alması ilə nəticələnir.
Qeyd edək ki, Behbud xan Cavanşir nazir işlədiyi dövrdə Gəncə quberniyasının 9 qəzasında polis orqanları təsis edilmiş, Bakı erməni-daşnak və bolşevik qüvvələrindən təmizlənmiş və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçmüşdü. Daxili İşlər Nazirliyi “Metropol” mehmanxanasının binasında fəaliyyətə başlamışdı və ölkənin asayişinin təmin olunması üzrə işlər buradan idarə olunurdu. Behbud xan Cavanşirin nazirliyə rəhbərlik etdiyi dövrdə ölkədə qanunvericiliyi və vətəndaş təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra mühüm işlər görülmüşdü. 1918-ci il oktyabrın 6-da Azərbaycan hökumətinin tərkibində kabinetdaxili dəyişikliklərdən sonra Behbud xan Cavanşir daxili işlər naziri olmaqla yanaşı, həm də ticarət və sənaye naziri vəzifəsini yerinə yetirib. O, bu vəzifədə yerli sənayenin inkişaf etdirilməsinə, Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrlə əlaqələrinin yaradılmasına təşəbbüs göstərib.
“Nemezis əməliyyatı” adlı silsilə terror aktlarının nəticələri erməni millətçilərinin gerçək simasını - vandal obrazını dünyaya nümayiş etdirir
Tarixi mənbələrdə də əks olunduğu kimi, erməni terrorçuları tərəfindən Behbud xan Cavanşirlə yanaşı, Xalq Cümhuriyyətinin tanınmış dövlət xadimləri Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və Həsən bəy Ağayev, türk generalı Camal Paşa, keçən əsrin ortalarında dünyanın müxtəlif ölkələrində neçə-neçə türk diplomatı da qətlə yetirilib. Xüsusilə də, “Daşnaksütyun” partiyasının keçirdiyi “Nemezis əməliyyatı” adlı silsilə terror aktlarının nəticələri erməni millətçilərinin gerçək simasını - vandal obrazını bütün çılpaqlığı ilə ortaya qoyur. Xatırladaq ki, “Nemezis əməliyyatı”nın məqsədi qondarma “erməni soyqırımı”nı və guya Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas alınması idi. Qətlə yetirilən şəxslərin sırasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri var idi. Xronologiyaya nəzər saldıqda dəhşətli faktlar üzə çıxır. Belə ki, 19 iyun 1920-ci il tarixində Tiflisdə Xalq Cümhuriyyətinin keçmiş baş naziri Fətəli xan Xoyski qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır. Qətli erməni terrorçu Aram Yerkaryan törədir, onunla birlikdə digər erməni Misak Kirakosyan da olub. 1 ay sonra - 19 iyul 1920-ci ildə isə yenə Tiflisdə Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev qətlə yetirilir. Təqvim 15 mart 1921-ci il tarixini göstərdikdə isə Berlin şəhərində Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt Paşa qətlə yetirilir. Tarixi mənbələrdə də vurğulandığı kimi, Tələt Paşanın adı terrorçuların “qara siyahı”sında birinci gəlirdi. Tələt Paşanın qatili Soqomon Teyleryan Berlin məhkəməsi tərəfindən bəraət almış və azadlığa buraxılmışdı. Növbəti terror aktının ünvanı Roma olur. Belə ki, 5 dekabr 1921-ci ildə Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi Paşa atla gəzinti zamanı qətlə yetirilir. Qətli törədən Arşavir Şirakyanı həbs etmək mümkün olmur, o, İstanbula qayıdır. Bu qətlin təşkilatçıları sırasında Ermənistanın Romadakı keçmiş səfiri Mikael Vartanyanın və daha bir nəfərin adı çəkilir. 17 aprel 1922-ci ildə Berlin şəhəri ermənilərin daha bir dəhşətli terror aktına şahidlik edir. Keçmiş Trabzon valisi Camal Əzim və “Təşkilati Məxsusə”nin yaradıcısı Bahəddin Şakir ailəvi gəzinti zamanı öldürülür, həmçinin onun cangüdəni də sui-qəsd nəticəsində həyatını itirir. Qatillər qismində Arşavir Şirakyan və Aram Yerkanyan çıxış edirlər. 25 iyul 1922-ci il tarixində isə Tiflisdə Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri Camal Paşa qətlə yetirilir. Qətli Petros Ter-Poqosyan və Artaşes Qevorqyan törədir, qətlin hazırlanmasında həmçinin Zare Melik-Şaxnazaryan və Stepan Tsaqikyan iştirak edirlər. Göründüyü kimi, “Nemezis əməliyyatı” silsilə terror aktlarının fonunda dəhşətli faktlar ortaya çıxır.
Ermənilər xalqımıza qarşı dəhşətli soyqırımı aktları həyata keçiriblər
Ermənilərin xalqımıza qarşı terror siyasəti həm də amansızlıqla törədilən soyqırımı aktlarında özünü göstərir. Başqa sözlə, ermənilər tarixin müxtəlif dövrlərində terror və soyqırımı kimi bəşəri cinayət aktları törədib, xüsusilə də xalqımıza qarşı müxtəlif cinayətlərə yol verib, çoxsaylı günahsız insanların qətlinə və soyqırımına yol açan cinayət əməlləri həyata keçiriblər. Azərbaycanlılara qarşı həyata keçirilən dəhşətli qətliamlar sırasında 1905-1907-ci il qırğınları, həmçinin 1918-ci il 31 mart soyqırımını xüsusi vurğulamaq lazımdır. Tarixdən bəlli olduğu kimi, 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açıb. 31 mart tarixində bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum ediblər. Erməni vandalları bu hücum nəticəsində dəhşətli qətllər törədiblər. Bununla yanaşı, azərbaycanlılara məxsus məktəblər, kitabxanalar, mədəniyyət ocaqlarının hamısı yandırılıb. Həmçinin Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyə” yandırılıb, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyaları, eyni zamanda, “Təzə pir” məscidinin minarələri dağıdılıb. 31 mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox insan qətlə yetirilib. Bu soyqırımının coğrafiyası yalnız Bakı ilə məhdudlaşmır. Ermənilər Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı aktını davam etdiriblər və minlərlə soydaşımız xüsusi amansızlıqla qətlə yetirilib. Azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrlərdə də davam edib. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. 1930-cu illərə də diqqət yetirsək, görərik ki, bolşevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına məruz qalıb. Bununla yanaşı, xalqımıza qarşı soyqırımları törədən mənfur qonşularımız öz çirkin niyyətlərini reallaşdırmaq üçün istənilən fürsətdən yararlanmağa çalışıblar. Bu istiqamətdə növbəti addım ötən əsrin 60-cı illərində atılıb. Belə ki, 1960-cı illərdə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib. Eyni zamanda, 1977-ci ildə SSRİ Konstitusiyası hazırlanarkən ermənilər bundan istifadə edərək öz çirkin məqsədlərinə nail olmağa çalışsalar da, Ulu Öndər Heydər Əliyev buna imkan verməyib.
1988-ci ildən isə mənfur qonşularımız yenidən fəallaşmağa başlayıblar. SSRİ rəhbərliyinin razılığı ilə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasətinə start verib və bu gün həmin təcavüzün nəticələri davam etməkdədir. Bundan başqa, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Ermənistanın silahlı qüvvələri keçmiş SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə bu şəhəri viran edib, azərbaycanlılara qarşı soyqırımı törədib, bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşüb.
Bütövlükdə, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarına dair faktlar bəşər tarixinin ən qanlı səhifələrindən birini təşkil edir. Şübhəsiz ki, Azərbaycan həqiqətlərinin, o cümlədən xalqımıza qarşı həyata keçirilmiş terror və soyqırımı aktları haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Məhz bunun qanunauyğun nəticəsidir ki, ermənilərin formalaşdırdıqları stereotiplər dağıdılır, xalqımıza qarşı törədilmiş qətllər bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət hadisəsi kimi səciyyələndirilir.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  5220  |  
  • Tarix:  17-07-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk
17 Yanvar 14:20
Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq
17 Yanvar 14:14
Xaçmazda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə təbliğat-təşviqat kompaniyasına start verildi
17 Yanvar 14:12
Ravalpindidə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
17 Yanvar 14:08
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq
17 Yanvar 13:33
Milli Məclisə seçkilər: ötən illərdə qazanılan zəngin təcrübə
17 Yanvar 13:04
YAP Yevlax rayon təşkilatı bu dəfə də təbliğat-təşviqat kampaniyasında öz fəallığı ilə fərqlənir
17 Yanvar 12:54
Bədən Tərbiyəsi və İdman Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 12:50
KOBİA-da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
17 Yanvar 12:46
ADA Universiteti Xarici İşlər Nazirliyi ilə birgə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir təşkil edib
17 Yanvar 12:44
YAP Astara rayon təşkilatı parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasına start veridi

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+2 +4
gecə+2 +4