Ana səhifə »  Qəzetin pdf formatı »  AZƏRBAYCANIN MİLLİ MARAQLARINI HƏR ZAMAN UCA TUTAN DAHİ LİDER
A+   Yenilə  A-
AZƏRBAYCANIN MİLLİ MARAQLARINI HƏR ZAMAN UCA TUTAN DAHİ LİDER

 

“60-70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan
ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər.
Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların
qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda
həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”.
Heydər ƏLİYEV
Ümummilli lider.

 

50 il əvvəl – 1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969–1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə çevrilmişdir. XX əsrin 70–80-ci illəri Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında özünəməxsus və spesifik xüsusiyyətləri ilə səciyyələnən mühüm bir tarixi zaman kəsiyidir. Bu dövrdə həyata keçirilən tədbirlər məhz ümummilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Ulu öndər çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və müdrik siyasi xadim kimi bir sıra çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirmişdir. Həmin dövrdə Azərbaycanda bütün sahələrdə ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atılmış və bu nailiyyətlər o vaxt hakimiyyətdə olan ümummilli liderin rəhbərliyi və prinsipiallığı nəticəsində mümkün olmuşdur.
Bu baxımdan xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ilin 14 iyulunda bu millətin və dövlətin taleyinə, eləcə də  tarixinə qüdrətli xilaskar rəhbər kimi daxil olaraq öz quruculuq tədbirləri ilə şərəfli bir tarix yazdı. Bu şərəfli tarixdə, 1969–1982-ci illərdə bütün sahələrdə əldə edilən yüksəlişdə Azərbaycan KP MK-nın 1969-cu il 5 avqust tarixli plenumu böyük bir proqram sənədi olmaqla mühüm əhəmiyyətə malikdir.
Xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda milli ruhun oyanışını şərtləndirdi. Bu baxımdan ümummilli lider Heydər Əliyevin Azərbaycana sovet dövründə rəhbərliyi zamanı (1969–1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, Azərbaycan milli maraqlarını hər zaman uca tutmuşdur. Bu dövrdə onun qətiyyəti sayəsində erməni iddiaları hər zaman iflasa uğramışdır.
XX əsrin 60-cı illərinin ortalarında Ermənistan SSR-də növbəti dəfə antiazərbaycan təbliğatı geniş miqyas almağa başladı. 1965-ci il aprelin 23-də İrəvanda qondarma “erməni soyqırımı”nın 50 illiyi, quldur Andronikin isə anadan olmasının 100 illiyi Ermənistan SSR-də təntənəli surətdə qeyd edildi. Ulu öndər hələ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı dəfələrlə alınmış, onların fitnəkar niyyətlərinə qarşı mübarizəni daha da gücləndirmiş və bu istiqamətdə həyata keçirilən tədbirlərə şəxsən nəzarət etmişdir. Həmin dövrdə ermənilərin təbliğatının bir hissəsini də tarixin saxtalaşdırılaraq uydurma erməni tarixinin yaradılması, azərbaycanlıların vəhşi bir millət kimi təqdim edilməsi istiqamətində müxtəlif məzmunlu əsərlərin yazılması, bu yalanların reallıq kimi bilərəkdən dərsliklərə salınmasının təşkili, bununla da planlarının növbəti mərhələsini həyata keçirmək məqsədilə erməni gəncləri arasında ifrat millətçiliyin və düşmənçiliyin təbliğ edilməsi idi.
Sovet dövründə erməni millətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. Bir fakta diqqət edək. Heydər Əliyev 1967-ci il iyun ayının 26-da Azərbaycan KP MK-nın birinci katibi V.Axundova məktubunda yazırdı ki, iyun ayının 23-dən 24-nə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində 
8 x 9 santimetr ölçüdə 300 vərəqə yayılmışdır. Həmin vərəqələrdə ermənilər tərəfindən Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü. Məktubda qeyd edilirdi ki, vərəqənin müəlliflərini axtarıb tapmaq, eləcə də digər lazımi tədbirləri görmək üçün Xankəndiyə əməliyyat qrupu göndərilmiş və təqsirkarlar ciddi cəzalandırılmışdır. Həmin ildə təkcə Dağlıq Qarabağda 1200-dən artıq belə vərəqə hazırlanıb yayılmışdı. Qısa müddət ərzində belə vərəqələri hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər saxlanılmışdı.
1967-ci ilin əvvəllərində erməni millətçiləri tərəfindən əvvəlcədən hazırlanan plana əsasən Dağlıq Qarabağda milliyyətcə erməni olan şəxs qətlə yetirilmişdi. Planın ikinci mərhələsinə uyğun olaraq xüsusi erməni təhrikçilərinin rəhbərliyi altında kütlə bu ölüm hadisəsi ilə bağlı məhkəmə iclasının keçirildiyi kinoteatrın zalına girərək şübhəli şəxs kimi həmin prosesdə dindirilən 2 azərbaycanlını zorla mühafizəçilərin əlindən alıb xüsusi amansızlıqla öldürmüşdülər. Təqsirləndirilən, lakin sonradan bəraət almış digər azərbaycanlı isə dustaq maşını ilə birlikdə yandırılmışdı. Burada əsas məqsəd hadisələri qızışdırıb milli zəmində qarşıdurma törətmək, nəticədə azərbaycanlıların bütün Qarabağ ərazisindən köçürülməsini və ərazinin Ermənistana birləşdirilməsinin təməlini qoymaq idi. Lakin Azərbaycan təhlükəsizlik orqanlarının, xüsusilə ümummilli liderin çevik müdaxiləsi nəticəsində bu hadisələrin qarşısı qısa müddətdə alınmışdı. İşin istintaqını Heydər Əliyev şəxsən öz nəzarətinə götürmüşdü. Hətta bu məqsədlə Xankəndiyə gedərək
15 gün orada qalmışdı.
Hələ 1969-cu ildən, yəni Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri hətta XX əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini ortaya çıxarmışdılar. Ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. 1967-ci ildə Ermənistan SSR-in millətçi dairələri Azərbaycan SSR-in daxili işlərinə qarışaraq DQMV-nin azərbaycanlı əhalinin yaşadığı məntəqələrin inkişafı üçün ayrılan vəsaitin bölünüb təsdiq olunmasına hər vəchlə mane olmağa çalışırdılar. SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi.
Ulu öndər Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən kimi bu məsələni ön plana çəkdi və həmin qərarın icrasını dayandırdı. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev nə qədər təhlükəli olsa da, təzyiqləri rədd edərək prinsipial mövqe göstərdi, erməni millətçilərinin qarşısını qətiyyətlə aldı. Moskvadakı bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi.
Bu dövrdə Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri Dağlıq Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl, Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən ulu öndər bu məsələyə çox həssaslıqla yanaşmışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi. Ümummilli lider Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Şuşa Ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi.
Ümummilli lider Qarabağın dağlıq və aran hissələrinin təsərrüfat, iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə çalışırdı. Bu, səbəbsiz deyildi. Erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər. Onların bu niyyətlərinin qarşısını almaqda, Yuxarı Qarabağın Aran Qarabağla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaların sayını artırmaq böyük rol oynaya bilərdi. Ağdam – Xankəndi dəmiryolu çəkildi. 1979-cu il yanvarın 12-də həmin yol ümummilli liderin iştirakı ilə istifadəyə verildi. Həmin dəmiryolu xətti ilə muxtar vilayətin respublikanın digər rayonları ilə daha sıx iqtisadi əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi sahəsində strateji addımı və böyük tarixi xidməti idi. Dəmiryolu xəttinin açıldığı gün Şuşaya gedən ümummilli lider şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə xüsusi göstəriş verdi. Ulu öndər, eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşudbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdu.  
Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşdə ümummilli lider tövsiyə edərək demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində, az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu. Həmin illərdə Heydər Əliyevin Dağlıq Qarabağa göstərdiyi diqqət və qayğı daha da artmış və geniş quruculuq işləri vüsət almışdı. Belə ki, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında, soyuqda ümummilli lider Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Onun M.P.Vaqifə bu münasibəti bir tərəfdən, milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən, diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Əslində bu, məqbərə eyni zamanda, gözəl memarlıq abidəsi idi. 
Heydər Əliyev abidənin tikintisini böyük, əlamətdar hadisə hesab edirdi. Ona görə də açılışa gedərkən yanında elm, mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparmışdı. Bu addımı ilə ümummilli lider ziyalıları Dağlıq Qarabağa xüsusi diqqət yetirməyə istiqamətləndirir, vilayətə tez-tez səfərə gəlmələrini tövsiyə edirdi. Ümummilli liderin M.P.Vaqifin məqbərəsinin açılışında söylədiyi nitq, onun  Dağlıq Qarabağa qayğısının göstəricisi idi. Bununla yanaşı, səfər zamanı Heydər Əliyev Şuşada “Poeziya evi”ni açaraq, Vaqif poeziya günlərində iştirak etdi. Bununla yanaşı, ulu öndər Üzeyir bəy Hacıbəyovun və Bülbülün Şuşadakı ev- muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi.
Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpa işləri ilə maraqlanan Heydər Əliyev müvafıq göstərişlər verərək işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də söyləmişdi. Ümummilli liderin, eyni zamanda, Şuşa məscidinə getməsi bir tərəfdən, onun dini dəyərlərə olan ehtiramının və dərin bağlılığının göstəricisi idisə, digər tərəfdən azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmalarının vacibliyinə olan nümunə idi. Ulu öndər erməni millətçilərinin ona müxtəlif böhtanlar atdığı bir zamanda məscidə getməklə yerli əhaliyə dini inanclarını qorumağı da tövsiyə etmişdi. Ümummilli liderin həmin gün Şuşada şəhər ictimiyyəti ilə keçirilən görüşləri hər bir şuşalının yaddaşında unudulmaz iz qoymuş və bu gün də xatirələrdə yaşayır.
Bununla yanaşı, o dövrdə Heydər Əliyevin göstərişi ilə Dağlıq Qarabağda, xüsusilə Şuşada yaşamış digər elm və mədəniyyət xadimlərinin də xatirəsi əbədiləşdirildi. 1982-ci il avqustun 2-də Şuşada şairə Xurşudbanu Natəvana abidə qoyuldu. Nəticədə, məhz ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə Şuşa şəhərinin və Dağlıq Qarabağın azərbaycanlılar yaşayan digər məntəqələrinin siması əsaslı şəkildə dəyişdi, yeni iş yerləri açıldı, yerli əhalinin milli ruhu daha da yüksəldi.
Bundan əlavə, Heydər Əliyevin göstərişi ilə Xankəndidə (Stepanakertdə) Pedaqoji İnstitutun açılması və orada Azərbaycan bölməsinin yaradılması azərbaycanlı ziyalıların daimi iş yeri ilə təmin olunması, Qarabağda yeni elmi-mədəni mühitin formalaşmasına, yerli əhalinin ali təhsil almasına və doğma yerlərə daha sıx bağlanmasına əlverişli şərait yaratmışdı.
Ümummilli lider təkcə Yuxarı Qarabağın deyil, bütövlükdə Qarabağın inkişafına diqqət yetirir, bununla da əhalinin həyat səviyyəsini yaxşılaşdırır və özünə inamını gücləndirirdi. Belə ki, Azərbaycan KP MK bürosunun hələ, 1974-cü il  avqustun 6-da keçirilən iclasında Laçın şəhərinin 50 illiyinin qeyd edilməsi qərara alınmış və yubiley tədbiri böyük təntənə ilə keçirilmişdi. Bununla yanaşı, büronun 1979-cu il  dekabrın 5-dəki iclasında Laçında tarix-diyarşünaslıq muzeyinin yaradılması barədə qərar qəbul edilmişdi. Həmin dövrdə Heydər Əliyevin Dağlıq Qarabağda həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri nəticəsində orada yaşayan azərbaycanlıların sayının artırılması başlıca yerlərdən birini tuturdu. Ümummilli lider ermənilərin əsassız iddialarını rədd edərək Dağlıq Qarabağın milli diyara çevrilməsindən ötrü qətiyyətli addımlar atmış və ulu öndərin bu sahədə ən böyük xidmətlərindən biri vilayətdə demoqrafyia sahəsində azərbaycanlıların inkişafına səbəb olmuşdur. 
Lakin ermənilər öz çirkin niyyətlərindən əl çəkmirdilər. 1970-ci illərdə də ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alınmışdı. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Ermənistan SSR rəhbərliyi erməni millətçilərinin təhriki ilə yenidən Azərbaycan SSR-in DQMV-nin ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi ilə bağlı SSRİ mərkəzi hökumətinə müraciət etmişdi.
1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunmuş və bununla bağlı təklif irəli sürülmüşdü. Məsələdən xəbər tutan Heydər Əliyev ermənilərin bu cəhdlərinin qarşısını almaq üçün qəti addımlar atmışdır. Bu məqsədlə Heydər Əliyevin tapşırığı ilə elmi arayış hazırlanmış, sonra bu sənəd Azərbaycan KP MK Siyasi Bürosunda müzakirə edilərək Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız olduğu haqqında qərar qəbul edilmiş və həmin qərar keçmiş SSRİ rəhbəri L.İ.Brejnevə təqdim olunmuşdu. Heydər Əliyevin atdığı qəti addımlar nəticəsində ermənilərin həmin niyyəti baş tutmamışdır. Ümumiyyətlə, Heydər Əliyevin qətiyyətli mövqeyi hər zaman SSRİ rəhbərliyində olan erməni millətçilərini çox narahat etmiş və onların öz çirkin niyyətlərini həyata keçirmələri üçün ciddi bir maneə olmuşdur.
XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında və ilk növbədə, Ermənistan SSR ərazisində antiazərbaycan, antitürk təbliğatı daha da güclənməyə başladı. Bu proses M.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı. 1985-ci ilin əvvəlində Ermənistan KP MK birinci katibi K.Dəmirçyan Sov. İKP MK-nın Siyasi Bürosuna qondarma “erməni soyqırımı”nın 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də anım günü kimi qeyd olunması təklifi ilə müraciət etmiş, Siyasi Büronun iclasını aparan M.S.Qorbaçov buna razılıq versə də, Heydər Əliyevin, N.Tixonovun və A.Qromıkonun sərt və prinsipial mövqeyi ilə qarşılaşmışdır.
Həmin dövrdə Ermənistanda da Azərbaycan əleyhinə geniş təbliğat-təşviqat işləri aparılırdı. Qondarma erməni tarixçiləri tərəfindən Qarabağın tarixi saxtalaşdırılaraq “erməni torpaqları” olması barədə dərsliklər və məqalələr, qədim Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi barədə Moskvaya ardı-arası kəsilməyən məktublar, müraciətlər yazılırdı. Azərbaycan xalqının əleyhinə və erməni millətçiliyi ruhunda yazılmış Z.Balayanın Yerevanda “Sovetakan qrox” nəşriyyatında 100 min tirajla çap olunan və SSRİ məkanında geniş yayılan “Oçaq” (Yurd) kitabı Ermənistanda Dağlıq Qarabağı ələ keçirmək üçün aparılan təbliğat işini daha da gücləndirdi.
1985-ci il fevralın 21-də Ermənistan KP MK-nın sovet rəhbərliyinə 24 aprel gününün “Soyqırımı qurbanlarının xatirə günü” kimi qeyd edilməsi haqqında müraciəti Sov.İKP MK Siyasi Bürosunun iclasının gündəliyinə daxil edildi. Həmin il iyunun 20-də SSRİ Nazirlər Soveti “1985-1986-cı illərdə xarici ölkələrdən ermənilərin SSRİ-yə repatriasiyasının davam etdirilməsi haqqında” qərar qəbul etdi. Həmin qərarın yerinə yetirilməsi nəticəsində Ermənistana xarici ölkələrdən çoxlu sayda erməni köçürüldü. Onlar özləri ilə qatı erməni millətçiliyi gətirərək azərbaycanlılara qarşı düşmənçiliyi qızışdırır və bu istiqamətdə təbliğat aparırdılar. Dekabr ayında isə “Daşnaksütyun” partiyasının Afinada keçirilən XXII qurultayı “Böyük Ermənistan” uğrunda mübarizəni yenidən genişləndirmək haqqında qərar qəbul etdi.
1986-cı ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində SSRİ-də irəli sürülən “aşkarlıq” və “demokratiya” ideyalarından istifadə edilərək Xankəndidə tarix və mədəniyyət abidələrini qoruyan “Krunk” adlı təşkilat yaradıldı. 1987-ci ilin iyun-iyul aylarında ermənilər Xankəndinin küçələrində Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün təbliğat apararaq bu istiqamətdə vərəqələr yayırdılar. Ayrı-ayrı adamların Moskvaya yazdıqları məktublar artıq bu dövrdə müxtəlif kollektivlərdən imzalar toplanması kompaniyasına çevrildi və ərazi iddialarının yeni mərhələsinin təməli qoyuldu. İlin ikinci yarısında Yerevandan müntəzəm olaraq Xankəndinə gələn emissarlar ermənilər arasında fəal iş apararaq xüsusi imzalar toplamaqla Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşmək ideyasını təbliğ edirdilər.
Həmin il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Oktyabr ayında Yerevanda Puşkin adına parkda “Qarabağ” komitəsinin ilk mitinqi təşkil olundu ki, bu da ermənilərin ərazi iddialarının həyata keçirilməsi yolunda atılan ilk addım oldu. Bunun ardınca noyabrın 18-də A.Aqanbekyanın Parisdə verdiyi müsahibə “L Humanite” qəzetində çap olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı.
1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü və ölkəmizə qarşı hərbi təcavüzə başladı. 1988-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.
Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər sonralar Azərbaycanın milli dövlətçilik ideyalarının aparıcı qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Ulu öndər özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd kimi qoymuşdu. Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxartmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə də yeni siyasi kursu həyata keçirmək üçün, hər şeydən əvvəl, müharibə dayandırılmalı və dinc şərait təmin edilməli idi. Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yolunda atılan addımlar sayəsində yeni siyasi kursun ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı.
Bununla yanaşı, ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsil mahiyyəti açıqlanmış, bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bununla yanaşı, “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Azərbaycan Respublikası Prezidenti 1997-ci il 18 dekabr tarixli Fərman vermişdir. Bu fərmanlar azərbaycanlılara qarşı müxtəlif vaxtlarda ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin hərtərəfli tədqiq edilməsi, bu cinayətlərə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən Prezident İlham Əliyev bu məsələdə respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutur.  Dövlətimizin başçısı  bütün görüşlərdə münaqişənin dinc vasitələrlə nizama salınmasının tərəfdarı olduğunu bildirir, beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan edir.
Bununla yanaşı, Azərbaycan Prezidenti Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək xalqımızın öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda, hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulamışdır. Dövlətimizin başçısı İlham Əliyevin dəfələrlə “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıb və olmayacaqdır” fikrini irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə münaqişənin ədalətli şəkildə həll olunacağına ümidləri daha da artırır. Əminik ki, ümummilli liderin siyasi kursunu  uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tezliklə torpaqlarımız işğalçı qüvvələrdən tamamilə azad ediləcək və hamımız üçün müqəddəs olan üçrəngli bayrağımız doğma Qarabağımızda, Şuşada, Xankəndidə yenidən dalğalanacaq.

Elçin Əhmədov,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru,
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin
Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini

 
  • Oxunub:  1620  |  
  • Tarix:  14-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib

22 Avqust 12:35
Pakistanlı astronavt Namirə Səlim: Kosmos diplomatiyası dünyaya sülh gətirəcək
22 Avqust 12:31
Ermənistanda əsgər valideynləri müdafiə nazirliyi qarşısında etiraz aksiyası keçiriblər
22 Avqust 12:17
Bişkekdə Heydər Əliyev parkı və orta məktəb binasının tikintisi ilə bağlı məsələlər müzakirə edilib
22 Avqust 12:15
UEFA Avropa Liqasına pley-off mərhələsinə 21 qarşılaşma ilə start veriləcək
22 Avqust 12:10
Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub
22 Avqust 11:47
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədilə aparılan işlərin təqdimatı olub
22 Avqust 11:23
Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb
22 Avqust 11:14
Bu gün “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayır
22 Avqust 11:12
“Kənddən Şəhərə” yarmarkası davam edir
22 Avqust 10:59
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib
22 Avqust 10:32
“Vətən bizə əmanətdir” yay istirahət düşərgəsinə 100 nəfər yeniyetmə və gənc cəlb olunub
22 Avqust 10:24
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub
22 Avqust 09:42
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib
22 Avqust 09:30
Şeyxülislam Allahşükür Paşazadə: xüsusi missiyası olan ali dini lider, böyük maarifçi vətənpərvər, nüfuzlu ictimai xadim
22 Avqust 09:24
Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış tələbələrlə görüş
22 Avqust 09:22
BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” Beynəlxalq Avrasiya Konfransı keçiriləcək
22 Avqust 09:19
Əli Kərimli şəhid pilotumuzun dəfn mərasimini siyasi avantüra vasitəsinə çevirməyə çalışıb
22 Avqust 09:17
Nəsimi rayonunda “Mərhəmət və Xeyriyyəçilik həftəsi” keçirilir
22 Avqust 09:10
2019-cu ildə regionlarda 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib
21 Avqust 19:46
“OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru
21 Avqust 18:47
Prezident İlham Əliyev XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
21 Avqust 17:57
Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21 Avqust 17:51
Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusunda seminar-müşavirələr keçirilib
21 Avqust 17:35
Siyavuş Novruzov: Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür
21 Avqust 17:31
Ekspert: Təqaüdçülərin sosial durumunun, həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir
21 Avqust 17:29
Xoşbəxt Yusifzadə: Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır
21 Avqust 17:00
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib
21 Avqust 16:57
"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi
21 Avqust 16:41
Əli Əhmədov: Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir
21 Avqust 16:08
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
21 Avqust 15:59
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21 Avqust 15:36
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
21 Avqust 12:29
AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
21 Avqust 12:17
“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn edilib
21 Avqust 12:13
Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək
21 Avqust 11:50
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək
21 Avqust 11:32
Sentyabrdan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanılacaq
21 Avqust 11:16
Görkəmli xanəndə Xan Şuşinskinin anadan olmasından 118 ötür
21 Avqust 11:05
Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir
21 Avqust 11:04
Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır
21 Avqust 11:01
Müslüm Maqomayevin xatirəsini dünyada əbədiləşdirən özbək müğənni Odessaya veloyürüş edib
21 Avqust 10:52
Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21 Avqust 10:43
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
21 Avqust 10:32
Dünya birjalarında neftin qiyməti bahalaşıb
21 Avqust 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
21 Avqust 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub
21 Avqust 09:42
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir
21 Avqust 09:37
Sərxan Həsənov: Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam
21 Avqust 09:34
Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21 Avqust 09:32
26 ildə dəyişməyən təfəkkür...
20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+33 +38
gecə+20 +24