Ana səhifə »  Qəzetin pdf formatı »  YAP gənclər arasındakı ünsiyyəti və əlaqələri möhkəmləndirən yeganə siyasi təşkilatdır
A+   Yenilə  A-
YAP gənclər arasındakı ünsiyyəti və əlaqələri möhkəmləndirən yeganə siyasi təşkilatdır

“Yay məktəbləri” layihəsi çərçivəsində Azərbaycan gəncliyi özünü bir daha sübut etmək, malik olduğu keyfiyyətləri üzə çıxarmaq şansı əldə edir

Azərbaycanın avanqard siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanması hər kəsə bəllidir. Partiyanın həyata keçirdiyi bir sıra layihələr isə bu dəstəyi daha da gücləndirir. Onu da vurğulamaq yerinə düşər ki, YAP-ın bir çox sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. Ölkəmizin həyatında mühüm və əlamətdar günlərdə, xüsusi bayramlarda YAP tərəfindən həmişə diqqət və qayğıya ehtiyacı olan ailələrə, insanlara yardımlar edilir, köməkliklər göstərilir. Cəmiyyət üzvləri də Yeni Azərbaycan Partiyası tərəfindən atılan bu addımları həmişə yüksək qiymətləndirir, bu cür aksiyalarda böyük fəallıq nümayiş etdirirlər. Bütün bunlardan əlavə ölkə gəncliyi, həmçinin, onlara göstərilən diqqət və qayğı da YAP-ın fəaliyyətində əsas yerlərdən birini tutur. Təsadüfi deyil ki, məhz YAP tərəfindən bir neçə ildir böyük uğurla davam etdirilən və ölkəmizin bütün bölgələrindən olan gəncləri əhatə edən “Yay məktəbləri” layihəsi artıq ənənəyə çevrilib.

Hər il təşkil olunan layihə bu mövsüm baş tutub. Belə ki, 2007-ci ildən həyata keçirilən “Yay məktəbləri” çərçivəsində bu il də gənclər üçün Lerik rayonundakı “Relax” istirahət mərkəzində və Oğuz rayonundakı “Afra” hoteldə hər qrupda 70 nəfər olmaq üzrə 5 günlük “Yay məktəbləri” təşkil olunub.

Layihənin məqsədi gənclərin həm asudə vaxtlarını yaxşı keçirmələri, bir-birilə təmas, münasibət qurmaları, həm də, onlar üçün intellektual və əyləncəli yarışların, idman oyunlarının təşkili olub. “Yay məktəbləri”ndə YAP-ı təmsil edən deputatlar, eləcə də, hökumət nümayəndələri gənclərin qonağı olublar. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşüb, gəncləri maraqlandıran suallara cavab veriblər. Təbii ki, bütün bunlar gənclərdə böyük marağa və yaddaqalan xatirələrə çevrilib. Bunu həmin layihə iştirakçısı olmuş gənclər də etiraf edirlər.

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının məsləhətçisi Güldanə Orucova bildirib ki, bu cür layihələr partiyanın Bakı şəhərindəki təşkilatlarındakı gənclərlə bölgədəki rayon təşkilatlarının gəncləri arasındakı ünsiyyəti formalaşdırır, əlaqələri yaradır, yeni fikir və ideyaların meydana çıxmasına şərait yaradır: “YAP-ın təşkil etdiyi “Yay məktəbləri” layihələri bu baxından gənclər üçün böyük imkanlar yaradır”.

YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri fəalı Tunarə Məmmədzadə deyib ki, biz gənclər nəzəri baxımından təhsil aldığımız müddətdə əldə etdiyimiz bilikləri, təcrübələri həmin düşərgələrdə keçirilən diskussiyalarda paylaşmaq imkanı əldə etmiş oluruq. Bu zaman həm biz öz potensialımızı reallaşdırırıq, özümüzü sübut edirik, malik olduğumuz natiqlik, fikir yürütmə keyfiyyətlərimizi üzə çıxarırıq, həm də bildiklərimizin mübadiləsini aparırıq.

YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elvin Məmmədzadə isə vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycan gəncliyinə özünü sübut etmək, daxili istedadını üzə çıxarmaq üçün perspektivli fəaliyyət platforması yaradır. Biz gənc nəsil çox xoşbəxtik ki, Azərbaycanın çiçəklənən dövrünün vətəndaşlarıyıq, eyni zamanda, ölkəmizin avanqard siyasi qüvvəsinin üzvləriyik.

YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi Kubra Əliyarlı da əqidə yoldaşının fikirlərini bölüşərək dedi ki, Yeni Azərbaycan Partiyasının təşkil “Yay məktəbləri” layihəsi, eyni zamanda, gənclərə ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, milli dövlətçiliyimizin tarixi, onun möhkəmləndirilməsi, həmçinin, ölkədə reallaşdırılan siyasi-iqtisadi kurs haqqında biliklərin əldə olunması istiqamətində əlverişli şans verir: “Millət vəkillərinin, Azərbaycan ziyalılarının iştirakı ilə keçirilən diskussiyalarda praktik biliklər əldə edə bildik. Diskussiyalarda bir daha bugünkü zəngin və müstəqil Azərbaycanın necə ağır dönəmlərdən keçərək, inkişafın yeni mərhələsinə yüksəldiyini əyani şəkildə təsəvvür edirdik”.

“Qeyd edim ki, müstəqil Azərbaycanın bu cür sürətli və stabil inkşafı heç də hər kəsdə sevinc hissi doğurmur. Elə xaricdə olduğu kimi, daxilimizdə də Vətənimizin uğurlarına sevinməyənlər var. Onlar bütün vasitələrdən istifadə edərək, Azərbaycana qarşı təbliğat aparır, dövlətimizin nailiyyətlərinə kölgə salmağa çalışırlar. Bunları isə internet, sosial şəbəkələr üzərindən həyata keçirirlər” – deyən partiyası fəalı YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin sədri Aqşin Bağırov əlavə edib ki, biz gənclərin “Yay məkəbləri” layihəsi çərçivəsində əsas müzakirə mövzularımızdan biri bu oldu: “Məhz, sosial şəbəkələrlə bağlı diskussiyalarda bütün gənclərin fikirləri üst-üstə düşdü. Birincisi, bu sahədə daha səmərəli işləmək üçün respublika gənclərinin yekdil qərarı oldu, ikincisi, daxildəki “sapı özümüzdən olan baltaların” əməlləri pislənildi”.

“Yay məktəbi” iştirakçısı YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri Elvin İmaməliyev qeyd edib ki, bu layihə biz gənclərə bir daha canlı ünsiyyət qurmağa, fikir mübadiləsi aparmağa, vahid məqsəd ətrafında daha sıx birləşməyə, bəzi hallarda anti-Azərbaycan qüvvələrinin şirnikləşdirici vədlərinə aldanaraq səhv istiqamət götürən gənclərin düz yola gətirilməsi üçün çağırışlar etməyimizə şans verdi.

YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Emin İsmayılov vurğulayıb ki, partiyanın “Yay məktəbləri” ilk növbədə gənclərin mənalı istirahətini təşkil etməklə yanaşı, onlarda müstəqil fikir yürütmə, söylənilən fikrə qarşı tezislə çıxışetmə, maraqlı və intellektual diskussiya aparma və s. kimi keyfiyyətləri formalaşdırır.

“Bütövlükdə layihənin proqramına nəzər saldıqda görürük ki, məktəbin iştirakçıları daim fiziki işlə, zehni, intellektual atmosferlə əhatələnir” – deyən YAP Saatlı rayon təşkilatının məsləhətçisi Aqşin Əliyev respublikamızın tarixi, görməli yerlərilə tanışlıq, intellektual və digər profilli oyunlar, maraqlı söhbətlər və diskussiyalar insanın həm dünyagörüşünü zənginləşdirir, həm də hazırcavab insan kimi yetişdirir. Bu unikal bir layihədir ki, gəncliyimiz “Yay məktəbləri”ndən hələ çox fayda götürəcək.

Sonda gənclər bir daha YAP rəhbərliyinə bu cür layihə təşkil etdiyinə görə minnətdarlığını, daim Azərbaycan gəncliyinə dəstək olan, onların inkişafı üçün bütün lazımi şəraiti yaradan Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

 
  • Oxunub:  2940  |  
  • Tarix:  15-07-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan regionda strateji nəqliyyat qovşağına çevrilib

28 Yanvar 17:59
Xırdalanın Heydər Əliyev prospekti yenidən qurulur
28 Yanvar 17:58
Deputatlığa namizəd Cavid Osmanov növbəti görüşünü Ağdaş şəhər seçiciləri ilə keçirib
28 Yanvar 17:56
Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşlərini keçirib (VİDEO)
28 Yanvar 17:52
Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonun Kortala kəndində seçicilərlə görüş keçirdi
28 Yanvar 17:51
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa rayonu Qırılı kəndində seçicilərlə görüşüb
28 Yanvar 17:49
Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib
28 Yanvar 17:46
Ombudsmanın Şəki və Gəncə regional mərkəzləri tərəfindən seçki hüququ ilə əlaqədar tədbir keçirilib
28 Yanvar 17:34
İcbari tibbi sığorta tədbiq olunan 23 rayonun tibb müəssisələri üzrə 265 min 335 müraciət qeydə alınıb
28 Yanvar 17:14
Mədəniyyət naziri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi ilə görüşüb
28 Yanvar 17:08
Azərbaycan ilə Qətərin prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
28 Yanvar 17:06
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
28 Yanvar 16:58
Gözde Dizdar: "Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb"
28 Yanvar 16:46
Azərbaycanla Türkiyənin maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları müzakirə olunub
28 Yanvar 16:29
“ASAN xidmət” mərkəzlərinə gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir
28 Yanvar 16:24
Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib
28 Yanvar 15:33
Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq
28 Yanvar 15:13
Gəncə xanımları Pərvin Kərimzadəni dəstəkləyirlər
28 Yanvar 14:59
Yasamalda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 Yanvar 14:40
“Azərenerji” ilə Yaponiyanın “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib
28 Yanvar 14:35
Müdafiə Nazirliyinin hərbi liseylərinə kursant qəbulunun qaydaları açıqlanıb
28 Yanvar 14:31
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır
28 Yanvar 14:19
Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik
28 Yanvar 14:16
Deputatlığa namizəd Fatma Yıldırımın Bərdədə qadın seçicilərlə görüşü keçirilib
28 Yanvar 13:57
Prezident İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb
28 Yanvar 13:00
“Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”
28 Yanvar 12:57
Aleksandr Şapiro Suliman: "Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır"
28 Yanvar 12:42
Azərbaycan nümayəndə heyəti Leninqradın blokadadan azad edilməsinin ildönümü tədbirlərində iştirak edib
28 Yanvar 12:35
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ceyhun Məmmədov seçicilərlə görüşlərini davam etdirir
28 Yanvar 12:10
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
28 Yanvar 11:16
Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçilib
28 Yanvar 11:08
Şirin Nexamiya Mixaeli: "Ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək"
28 Yanvar 10:54
Azad Rəhimov: Bu il də Azərbaycan idmanı üçün əlamətdar olacaq
28 Yanvar 10:42
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
28 Yanvar 10:29
Seçki dairələrində müşahidə aparılması üçün MSK-ya müraciət müddəti yanvarın 30-dək başa çatır
28 Yanvar 10:25
Bakıda Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar mərasim keçirilib
28 Yanvar 10:14
Azərbaycanlı tələbələr: Zəlzələ bölgəsindən təxliyə olunmağımıza göstəriş verən Prezidentimizə minnətdarıq
28 Yanvar 09:36
Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir
28 Yanvar 09:32
Azərbaycan regionda strateji nəqliyyat qovşağına çevrilib
27 Yanvar 21:16
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Yanvar 21:11
Dünya Bankının nümayəndə heyəti Ali Məhkəmədə olub
27 Yanvar 21:09
Hulusi Kılıç: Əminəm ki, parlament seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixə düşəcək
27 Yanvar 20:51
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsi
27 Yanvar 18:01
BDU-da qış imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü
27 Yanvar 18:00
Məzahir Pənahov: 1374 nəfərin namizədliyi qeydə alınıb
27 Yanvar 17:45
Türkiyənin Ətraf mühit və Şəhərsalma Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdə olub
27 Yanvar 17:43
Deputatlığa namizəd Sadiq Qurbanov Şabranın Əmirxanlı, Dəvəçi, Şahnəzərli kəndlərinin seçiciləri ilə görüşüb
27 Yanvar 17:40
Seçkilərlə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
27 Yanvar 17:39
Qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb
27 Yanvar 17:38
MDB müşahidəçi missiyası parlament seçkilərinin monitorinqini davam etdirir
27 Yanvar 17:32
Neft istehsal edən ölkələrin birgə çalışması təşəbbüsünü ilk dəfə Prezident İlham Əliyev irəli sürüb
27 Yanvar 17:12
Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamovun seçicilərlə görüşləri davam edir
27 Yanvar 16:59
Turizm subyektləri üçün qiymətləndirmə - reytinq modulu fəaliyyət göstərəcək
27 Yanvar 16:46
MSK-nın iclasında Milli Məclisə seçkilərdə "exit poll" keçirmək niyyətində olan qurumun müraciətinə baxılıb
27 Yanvar 15:48
Dövlət Komitəsinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
27 Yanvar 15:26
Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında seçkilərə hazırlıq işləri uğurla davam etdirilir
27 Yanvar 15:07
Moskvada növbəti erməni təxribatının qarşısı alınıb
27 Yanvar 15:05
Treninqlərə 83 saylı seçki dairəsi üzrə 264 məntəqə seçki komissiyası üzvü cəlb edilib
27 Yanvar 14:38
Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub
27 Yanvar 14:25
29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər təşkil edilib
27 Yanvar 14:10
Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabın təqdimatı keçirilib
27 Yanvar 13:52
İnanırıq ki, seçicilər daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
27 Yanvar 13:39
Dövlət Miqrasiya Xidmətinin İnformasiya Texnologiyaları Məktəbinin məzunlarına diplomlar təqdim olunub
27 Yanvar 13:32
Sabah Abşeron yarımadasında hava meteohəssas insanlar üçün əsasən əlverişli olacaq
27 Yanvar 13:24
Səadət Bənənyarlı: Azərbaycanda məhkumların seçki hüququndan istifadə etmələri qanunvericiliyə uyğun təşkil olunur
27 Yanvar 12:58
Yeni Azərbaycan Partiyasının 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatliğına namizədi Eldar İbrahimovun seçicilərlə görüşü olub
27 Yanvar 12:54
Yeni Azərbaycan Partiyası parlament seçkilərinə mütəşəkkil qüvvə ilə gedir
27 Yanvar 12:47
Ceyhun Bayramov: Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır
27 Yanvar 12:43
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb
27 Yanvar 12:42
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27 Yanvar 12:38
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA