Ana səhifə »  Qəzetin pdf formatı »  Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
A+   Yenilə  A-
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildiriblər ki, iclasda dövlətimizin başçısının “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı üzrə görülən işlər müzakirə edilib.

Çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi qüdrətinin daim artdığını, sosialyönümlü mühüm qərarların qəbul olunduğunu vurğulayıb, ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq məhkəmə fəaliyyətinin də müasirləşdirildiyini qeyd edib.

Bildirilib ki, Fərmanın icrası üzrə məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, məhkəmə fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması və digər məsələlər üzrə qanunvericiliyə əsaslı dəyişikliklər nəzərdə tutan mühüm layihələr hazırlanaraq təqdim olunub.

Artıq bəzi qanun layihələri bu ərəfədə Milli Məclis tərəfindən qəbul edilib. Yeni qanunvericiliyə uyğun olaraq, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, sahibkarlıqla bağlı mübahisələrə bu sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və daha çevik baxılmasını təmin etmək məqsədilə yeni ixtisaslaşmış məhkəmələrin – Kommersiya məhkəmələrinin yaradılması təsbit olunub. Ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşmasına əlavə təkan olacaq bu məhkəmələrdə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə baxılması nəzərdə tutulur.

Həmçinin hakimlərin müstəqilliyinin təmin edilməsi məqsədilə onların maddi təminatının yaxşılaşdırılmasına, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edən digər mühüm qanunlar qəbul edilib. Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş bu qanunlar ölkəmizin məhkəmə sisteminin daha effektiv fəaliyyətinin təmin edilməsində mühüm rol oynayacaq.

İclasda Fərmana uyğun olaraq hakim ştatlarının sayının 200 vahid artırılmasının iş yükünün azalmasına, bununla da süründürməçilik hallarının qarşısının alınmasına, işlərə vaxtında və keyfiyyətlə baxılmasına xidmət edəcəyi vurğulanıb. Ölkəmizdə tətbiq olunan hakimlərin seçilməsi qaydasının Avropada ən şəffaf və obyektiv seçim üsulu kimi qiymətləndirildiyi bildirilib, müasir İKT-lər tətbiq olunmaqla namizədlər üçün daha əlverişli şəraitin yaradılması və çevikliyin təmin olunması məqsədilə qaydalara müvafiq dəyişikliklər edilib.

Şurada hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə yaradılmış “Qaynar Xəttin” fəaliyyəti təqdir olunub. Qeyd edilib ki, Fərmanın icrası üzrə yaradılmış monitorinq sektorları tərəfindən məhkəmələrdə mütəmadi monitorinqlər keçirilərək qeyri-prosessual münasibətlərə şərait yaradan və vətəndaşların haqlı narazılığını doğuran pozuntular dərhal aradan qaldırılmaqla, yol verilən nöqsanlar hakimlərin və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb.

Vətəndaşlar üçün əlverişli şərait yaradılması və yol verilən nöqsan və çatışmazlıqların yerində aradan qaldırılmasının təmin edilməsi məqsədilə bilavasitə məhkəmələrdə qəbulların keçirilməsi təcrübəsinin yaradılması təqdir olunaraq, qəbul günləri barədə əvvəlcədən internet resurslarında müvafiq elanların yerləşdirilməsi məqsədəmüvafiq bilinib.

Fərmanda qarşıya qoyulmuş vəzifələrin icrası üzrə, həmçinin hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığın daha da artırılması, bu sahədə tətbiq edilən meyarların təkmilləşdirilməsi məqsədilə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi metodologiyasının yeni layihəsi, habelə məhkəmə monitorinqlərinə dair qaydalar hazırlanıb.

Eyni zamanda, iclasda Fərmandan irəli gələn məsələlər üzrə əlavə tədbirlər müəyyən olunub, təcrübəli hakimlərin və könüllülərin Şuranın fəaliyyətinə daha geniş cəlb edilməsi, intizam icraatları üzrə qərarların profilaktik təsirinin gücləndirilməsi, xarakterik və digər nöqsanların qarşısının alınması məqsədilə onların hakimlərlə müzakirəsinin yerində təşkili qərara alınıb.

Şurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib, o cümlədən Gəncə İnzibati-iqtisadi məhkəməsinin sədri Natiq Abbasovun və hakimi Kamil Rzayevin, Göygöl rayon məhkəməsinin hakimi Rafiq Məmmədovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar qəbul edilib.

 
  • Oxunub:  3210  |  
  • Tarix:  12-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda kadr siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur - idarəetməyə daha gənc kadrlar cəlb olunur

23 Oktyabr 11:35
“İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilir
23 Oktyabr 11:21
Azərbaycan nümayəndə heyəti Çində kənd təsərrüfatı sərgisində iştirak edib
23 Oktyabr 11:11
Gəncə şəhərində velosiped yürüşü keçiriləcək
23 Oktyabr 11:09
Oktyabrın 1-nə ölkədə taxıl istehsalı 3,4 milyon tona, buğda istehsalı isə 2,2 milyon tona çatıb
23 Oktyabr 10:49
SOCAR-ın prezidenti Türkmənistanda “SOCAR Trading”in nümayəndəliyinin açılmasını təklif edib
23 Oktyabr 10:33
Ermənistan ordusu pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
23 Oktyabr 10:25
Bakıda Qoşulmama Hərəkatının Nazirlər Görüşü keçirilir
23 Oktyabr 10:04
ABŞ-ın Santa Fe şəhərində 18 oktyabr Azərbaycanın Müstəqilliyi Günü elan olunub
23 Oktyabr 09:46
Bir sıra aparıcı xarici KİV-lər AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini yayıb
23 Oktyabr 09:44
Milli Məclisin Sədri Oqtay Əsədov Yaponiya İmperatoru Naruhitonun rəsmi taxtaçıxma mərasimində iştirak edib
23 Oktyabr 09:41
Əli Əhmədov: Ümid edirəm ki, hər bir məmur Prezidentin bu mesajından lazım olan nəticəni çıxaracaq
23 Oktyabr 09:37
Milli Məclisin növbəti iclası keçirilib
23 Oktyabr 09:35
Azərbaycanda kadr siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur - idarəetməyə daha gənc kadrlar cəlb olunur
23 Oktyabr 09:30
Dövlət Komitəsində görüş keçirilib
23 Oktyabr 09:27
Tbilisidə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının iclası keçirilib
23 Oktyabr 09:24
UNEC-də “Elm həftəsi” çərçivəsində növbəti tədbir keçirilib
23 Oktyabr 09:21
Radikal düşərgənin daha bir əməli ifşa olundu
23 Oktyabr 09:16
Əli Kərimli yenə də xidmət etdiyi ermənipərəst dairələrin qarşısında “üzüqara” qaldı
23 Oktyabr 09:12
Zərdab sakini: Rayonumuzun yaşıllaşdırılması üçün əlimizdən gələni əsirgəməyəcəyik
23 Oktyabr 09:10
Bu ilin doqquz ayı ərzində sahibkarlara 130 milyon manat güzəştli kredit verilib
22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+20 +22
gecə+13 +17