Ana səhifə »  Qəzetin pdf formatı »  Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Ümummilli Liderin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub
A+   Yenilə  A-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Ümummilli Liderin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

İyulun 12-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a daimi nümayəndəlikdən məlumat verilib.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov dünya şöhrətli dövlət xadimi, siyasi xadim, dahi şəxsiyyət, əbədiyaşar lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışaraq bildirib ki, Azərbaycanın demək olar XX əsrin ikinci yarısından sonrakı inkişafının və ikinci dəfə dövlət müstəqilliyimizin əldə edilməsinin əsası 1969-cu il iyulun 14-də Ulu Öndərin Azərbaycanın rəhbərliyinə gəlişindən sonra qoyulub. Həmin tarixdə siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev, sözün həqiqi mənasında, böyük bir xalqın həyatında möhtəşəm dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb, möhkəm təməl yaradıb. 1969-cu ilə qədər keçmiş SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir ölkəyə çevrilib. Bu baxımdan, 1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir və qiymətləndirilməlidir. Bəlkə elə buna görə bir sıra tanınmış tarixçilər və siyasətçilər haqlı olaraq qeyd edirlər ki, Azərbaycan xalqının XX əsrdəki milli Qurtuluşu, əslində, 1969-cu il iyulun 14-dən başlanır. Çünki həmin tarixdə siyasi hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyev, sözün əsl mənasında, xalqımızın həyatında möhtəşəm dəyişikliyə və görünməmiş inkişafa nail oldu. Ulu öndər Heydər Əliyevin özü o dövrü belə xarakterizə edirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdur. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.

Bəxtiyar Əsgərov xatırladıb ki; “tarix hər şeyi olduğu kimi özündə yaşadır və bu, bir həqiqətdir ki, 1969-cu ildə Heydər Əliyev rəhbər seçiləndə Azərbaycan, doğrudan da o zamankı SSRİ-nin ən geridə qalmış respublikalarından idi. 1971-ci ildə isə Azərbaycan inkişafının sürətinə görə keçmiş SSRİ-də ən qabaqcıl respublikaya çevrildi. Əlbəttə, sosial-mənəvi-psixoloji mühiti, insana münasibəti dəyişmədən, insanların cəmiyyətə, ölkəyə və siyasi rəhbərliyə münasibətini dəyişmədən heç vaxt dinamik inkişafı təmin etmək mümkün deyil. Ona görə də 50 il bundan əvvəl Heydər Əliyev Azərbaycana rəhbər seçilərkən, qarşıda başlıca vəzifə kimi, ilk növbədə, Azərbaycan xalqının mənəvi dəyərlərinin, ölkənin sosial-mənəvi-psixoloji mühitinin ciddi şəkildə dəyişdirilməsi, insanlarda sabaha inam hissinin aşılanması, gələcəkdə müstəqil dövlət quruculuğu yolunda atılacaq addımlar, davamlı kadr islahatlarının aparılması, ölkənin sənayeləşdirilməsi, elmin, təhsilin, mədəniyyətin yüksəldilməsi, kənd təsərrüfatının real sahələrinə diqqətin artırılması və s. kimi əhəmiyyətli məsələlər qarşıda dururdu. Tam məsuliyyətlə qeyd etmək olar ki, ulu öndər Heydər Əliyev - hələ keçmiş Sovetlər İttifaqı dövründə cavan, qətiyyətli və enerjili lider sadalanan vəzifələrin öhdəsindən ləyaqətlə və layiqincə gəldi.

Azərbaycan 1990-cı illərin əvvəllərində hamıya məlum olan daxili xaos, anarxiya, vətəndaş qarşıdurması, bir sözlə, fəlakət, uçurum qarşısında olanda yenə də xalqımızın tarixi çağırışına səs verən böyük şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyev oldu və o, zamanın məhz onun üzərinə qoyduğu xilaskarlıq missiyasını şərəflə yerinə yetirmiş oldu. Beləliklə, 1969-cu ildə əsası qoyulan yol, müəyyənləşdirilən siyasət bu gün də müstəqil Azərbaycana xidmət edir, ölkəmizi və xalqımızı işıqlı gələcəyə aparır. Ötən 50 ildə dünya tanınmaz dərəcədə çox dəyişib. Sovetlər İttifaqı süquta uğrayıb. Azərbaycan bu gün Heydər Əliyevin düşündüyü kimi, dünyada müstəqil, qüdrətli dövlət kimi öz sözünü deyərək yaşayır və durmadan inkişaf edir. Böyük Heydər Əliyev siyasəti ötən 50 il ərzində Azərbaycanın simasını kökündən dəyişib və hazırda bu siyasi kurs Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev tərəfindən ləyaqətlə, uğurla davam və inkişaf etdirilir. Artıq 1970-ci illərdə Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə Sovetlər Birliyinin ən dinamik inkişaf edən respublikası adını qazanmışdırsa, bu gün məmnunluq hissi ilə deyə bilərik ki, məhz Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan dövləti bütün dünyada iqtisadiyyatı güclü olan, böyük sürətlə inkişaf edən, daxili sabitliyə, regional gücə, aparıcı rola malik müstəqil dövlət kimi öz sözünü deyir. Bu, onu göstərir ki, vaxtilə Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün siyasət, ideoloji xətt, inşa edilmiş yol, ideoloji çərçivələrdə əhəmiyyətli dəyişikliklərin baş verməsinə baxmayaraq, xalqımıza, Vətənimizə xidmət edib və bu gün də xidmət etməkdədir”.

“1969-cu ildən başlanan kompleks inkişaf dinamikası bütün Azərbaycanda olduğu kimi, Naxçıvan Muxtar Respublikasını da öz əhatəsinə almışdı. Reallıq budur ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geridə qalırdı və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı sıralarda qərar tuturdu. Ulu Öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış layihələr və verilmiş qərarlar bu geriliyin aradan qaldırılmasında, Naxçıvanın inkişaf yoluna çıxarılmasında mühüm rol oynayıb. Muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi məqsədilə müvafiq qurumlar qarşısında konkret vəzifələr qoyuldu, onların icra müddəti müəyyənləşdirildi. Aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı təxminən üç dəfə artdı. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verildi. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artdı.

Ümummilli Liderin o vaxt Naxçıvanın elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün atdığı addımlardan biri də Araz çayının üzərində Su Elektrik Stansiyasının tikilməsi idi ki, bu da muxtar respublikanın gələcək taleyində mühüm rol oynayıb. Təkcə görülən bu işləri sadalamaqla, hələ o zaman nəinki keçmiş Sovetlər İttifaqında bütün dünyada Heydər Əliyevin böyüklüyünü, nəhəngliyini, onun miqyasını ifadə etmək mümkün deyil.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ötən əsrin 70-80-ci illərində Azərbaycanın gələcəyi naminə həyata keçirilən tədbirləri belə xarakterizə edib: “Tarixilik baxımından olduqca qısa bir müddətdə – cəmi 14 il ərzində Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin fəlsəfəsini təşkil edirdi. Bu da ondan ibarət idi ki, Azərbaycan qısa müddətdə öz tarixi taleyinin sahibi oldu; ölkəmiz başqa müttəfiq respublikaların 50 ilə keçdiyi yolu nəinki 14 ilə qət etdi, hətta bu respublikaları da qabaqlayaraq aqrar-sənaye kompleksinin güclü inkişaf etdiyi lider respublika kimi şöhrət qazandı”.

“1990-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikası Ermənistan tərəfindən blokadaya alınarkən, muxtar respublika əhalisi məhz həmin enerji mənbələri hesabına həyat ritmini qoruyub saxlaya bildi. 1990-1993-cü illərdə Azərbaycanla yanaşı, Naxçıvanın da başı üzərini qara buludların aldığı bir vaxtda Ulu Öndər doğma Naxçıvana qayıtdı. Məhz bundan sonra qədim diyarın xilası üçün lazım olan bütün addımlar atıldı. Eyni zamanda, yalnız muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mühüm rol oynayan qərarlar qəbul olundu. 1993-cü ilin yayında ölkədə qardaş qanı töküldüyü və milli dövlətçiliyimizin ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalq yenidən nicatını Ulu Öndərin hakimiyyətə gəlişində gördü, dahi rəhbəri Naxçıvandan Bakıya dəvət etdi. Vətəninin və xalqının taleyinə biganə qala bilməyən Ümummilli Lider 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya qayıtdı və bu Qayıdış Azərbaycanın xilası, xalqımızın Qurtuluş tarixinə çevrildi, Azərbaycan qısa aradan sonra 1969-cu ildən başlanan quruculuq yoluna döndü, lakin bu dəfə müstəqil dövlət kimi. Torpaqlarımızın ard-arda işğalının qarşısı alındı, yüksək ruhlu, nizami milli ordu yaradıldı, ölkədə siyasi sabitlik təmin edildi. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi,1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi və istifadəyə verilməsi Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, infrastrukturun yenilənməsinə, yeni iş yerlərinin açılmasına imkan yaratdı. Bu tarixi fürsətdən Naxçıvan Muxtar Respublikası da məharətlə yararlanıb, Prezident İlham Əliyevin və Ali Məclisin Sədri Vasif Talıbovun rəhbərliyi ilə burada ötən dövr ərzində illərdir ki, blokada şəraitində yaşayan muxtar respublikada inqilabi inkişafa nail olunub, xarici iqtisadi-ticari əlaqələr qurulub, böyük sənaye müəssisələri yaradılıb, kənd təsərrüfatı inkişaf etdirilib, iri enerji, yol və su layihələri həyata keçirilib, enerji və ərzaq təhlükəsizliyi tam təmin edilib, əhalinin sosial vəziyyəti yaxşılaşdırılıb, elm, təhsil, səhiyyə, mədəniyyət və turizm sahələri yüksəldilib, vətəndaşlara xidmət sahələri operativləşdirilib, hərbi uğurlara nail olunub, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərlə qarşılıqlı, səmimi münasibətlər qurulub, insanların rahat, sərbəst yaşamaları üçün ən müxtəlif infrastruktur layihələri icra edilib, inzibati və sosial binalar, kənd mərkəzləri, müasir məktəblər, baxçalar, mədəniyyət ocaqları, təkmənzilli və çoxmənzilli yaşayış sahələri tikilib, nəqliyyat və texnologiya sahələri tamamilə yenilənib, ekoloji layihələr çərçivəsində yüz minlərlə ağac əkilib, hektarlarla ərazilərdə yaşıllıqlar salınıb, şəhərlər və kəndlər arasında fərqlər aradan qaldırılıb, həyatın bütün sahələrində, inkişafa, tərəqqiyə nail olunub. Bir sözlə, böyük Heydər Əliyevin 1969-cu ildən başlanan quruculuq xəttinin ölkəmizin bu qədim diyarında davamı olaraq, Naxçıvan Muxtar Respublikası 1995-ci ildən sonra muxtar respublikanın Ali vəzifəli şəxsi Vasif Talıbovun rəhbərliyi ilə davam etdirilən hərtərəfli inkişaf yolu ilə dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə əlavə töhfələr verməkdə davam edir”, - deyə daimi nümayəndəliyin rəhbəri diqqətə çatdırıb.

Bəxtiyar Əsgərov bildirib ki, ulu öndər Heydər Əliyev öz fədakar və vətənpərvər fəaliyyəti ilə adını xalqımızın ictimai-siyasi fikir və dövlətçilik tarixinə qızıl hərflərlə yazıb. Təqdirəlayiq haldır ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya son illərdə onun layiqli davamçısı və varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Hazırda Azərbaycan bütün sahələrdə çox böyük inkişafa nail olub. Xarici və daxili siyasət aləmində məharətlə öz sözünü deyən, beynəlxalq arenada yüksək nüfuz qazanmış dövlətimizin başçısı İlham Əliyev ölkəmizin daha da qüdrətlənməsi, mənfur düşmənlərimiz tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı torpaqlarımızın geri qaytarılması, yurdundan, yuvasından didərgin düşmüş vətəndaşlarımızın tezliklə öz doğma torpaqlarına dönüşü naminə gecə-gündüz əzmlə çalışır.

Bu gün hərbi, siyasi, sosial-iqtisadi, elmi-mədəni və digər sahələrdə qazanılan, sadalanan, yaxud sadalanmayan bütün nailiyyətlərin başlıca səbəbi böyük siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin 1969-cu il iyul ayının 14-də Azərbaycana rəhbər seçilməsi ilə birbaşa bağlıdır. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, ümummilli lider Heydər Əliyev ürəklərdə daim yaşayacaqdır. Çünki Heydər Əliyev əbədi ömrünü xalqa sevgisi və xalqın sevgisi ilə qazanıb.

Tədbir digər çıxışlarla davam etdirilib.

 
  • Oxunub:  2550  |  
  • Tarix:  12-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib

17 Sentyabr 22:15
Bakıda Əfqanıstanın müstəqilliyinin 100-cü ildönümü münasibətilə qəbul təşkil olunub
17 Sentyabr 22:13
ADA Universitetində “Dağlıq Qarabağ düyünü” kitabının təqdimatı olub
17 Sentyabr 22:12
Azərbaycan və Latviya arasında 300 ikitərəfli və tranzit daşınma həyata keçiriləcək
17 Sentyabr 22:09
Azərbaycan Polisi Bilik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb
17 Sentyabr 22:06
Vatikanda Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə Pontifik Şərq İnstitutu arasında memorandum imzalanıb
17 Sentyabr 22:04
Vəkillər Kollegiyasının rəhbərliyi Türk-Av Baş Assambleyasının zirvə toplantısında iştirak edib
17 Sentyabr 22:00
15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
17 Sentyabr 21:56
Teatrın 147-ci mövsümünün açılışı olub
17 Sentyabr 21:55
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
17 Sentyabr 21:51
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi, sosial vəziyyətini yaxşılaşdırdı
17 Sentyabr 21:19
Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası olub
17 Sentyabr 21:18
Azərbaycan ilə İran arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
17 Sentyabr 21:15
Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 1,2 milyon manat güzəştli kredit verilib
17 Sentyabr 21:13
Azərbaycanın sənaye məhsullarının Gürcüstan bazarına daha geniş çeşiddə və həcmdə çıxarılmasına dair müzakirələr aparılıb
17 Sentyabr 21:11
Əbülfəs Qarayev: Cəfər Cabbarlının ev-muzeyi ilə bağlı məsələ tezliklə öz həllini tapacaq
17 Sentyabr 21:09
Aydın Mirzəzadə: Azərbaycan-Çin münasibətləri dostluq və qarşılıqlı mənfəət prinsipləri üzərində qurulub
17 Sentyabr 21:08
Azərbaycan şərablarının Çin bazarında satışının artırılması müzakirə olunub
17 Sentyabr 21:05
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
17 Sentyabr 21:01
Kənd Təsərrüfatı Nazirliyinin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb
17 Sentyabr 20:59
Azərbaycan və Vatikan arasında əlaqələr inkişaf edir
17 Sentyabr 20:57
Qadınlarla bağlı dövlət siyasəti Azərbaycanı bu sahədə qabaqcıl ölkələr sırasına çıxarıb
17 Sentyabr 20:53
Azərbaycanla Banqladeş arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 Sentyabr 20:43
Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasına dair iş planı təsdiqlənib
17 Sentyabr 20:40
Azərbaycanın Baş Naziri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb
17 Sentyabr 17:53
Bakının işğaldan azad edilməsinin 101 illiyi ilə əlaqədar İğdırda konfrans təşkil olunub
17 Sentyabr 17:45
Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin təşkili prosesi ilə tanış olub
17 Sentyabr 17:43
Hadi Rəcəbli: İslahatlar ölkəmizin bundan sonrakı uğurlu inkişafını şərtləndirən əsas amillərdən biridir
17 Sentyabr 17:40
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17 Sentyabr 17:36
Azər Badamov: Azərbaycanın regionlarında inkişaf prosesi dinamikdir
17 Sentyabr 17:32
Nəsib Məhəməliyev: Ölkəmiz uğurla inkişaf edir
17 Sentyabr 17:24
Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub
17 Sentyabr 17:22
Cəmiyyətimiz xaricdəki “mühacirlər”in əsl simasını görür
17 Sentyabr 17:17
Bərpa olunan enerji mənbələrinin inkişaf istiqamətləri müzakirə olunub
17 Sentyabr 17:13
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
17 Sentyabr 17:08
BMT-nin Baş katibi ozon təbəqəsini dağıdan qazlardan qanunsuz istifadə edilməsinin qarşısını almağa çağırıb
17 Sentyabr 17:03
Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi
17 Sentyabr 16:30
“Saber Junction - 19” təlimi davam edir
17 Sentyabr 16:27
FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib
17 Sentyabr 16:23
ADNSU Xarkov Politexnik Universiteti ilə əməkdaşlığı genişləndirir
17 Sentyabr 16:09
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib
17 Sentyabr 16:07
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Şərq Araşdırma qrupunun nümayəndələri ilə görüşüb
17 Sentyabr 16:04
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Sentyabr 16:00
“Yaxşılıq unudulmur” layihəsinin yekununa həsr edilmiş konfrans keçirilib
17 Sentyabr 15:51
Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
17 Sentyabr 15:13
Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
17 Sentyabr 15:10
Seçenov Universitetinin Bakı filialında yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbir keçirilib
17 Sentyabr 15:02
Nazir: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb
17 Sentyabr 14:57
Energetika Nazirliyində Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib
17 Sentyabr 14:47
Neftçalanın Astanlı kəndi qazlaşdırılıb
17 Sentyabr 14:43
FHN-in Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi keçirilib
17 Sentyabr 14:34
Sabah ölkə ərazisində 32 dərəcə isti olacaq
17 Sentyabr 14:25
Təlimlərdə qoşunlar yerdəyişmə tapşırıqlarını icra ediblər
17 Sentyabr 14:23
AZƏRTAC və Tazpit gündəlik informasiya mübadiləsinə başlayıblar
17 Sentyabr 14:21
“Jewish Journal”: Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir
17 Sentyabr 14:18
AMEA-nın üç elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsinə seçkilər keçirilib
17 Sentyabr 14:03
BMT-də “2021-ci ilin Beynəlxalq Sülh və Etimad ili” elan olunması haqqında sənəd qəbul edilib
17 Sentyabr 13:22
Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib
17 Sentyabr 12:52
ADPU-nun magistratura səviyyəsinə 310 nəfər qəbul olunub
17 Sentyabr 12:51
Qəbələdə 37 kilometrlik 2 avtomobil yolu yenidən qurulub
17 Sentyabr 12:46
Ötən illərdə Heydər Əliyev adına Hərbi Liseyi 3 mindən çox kursant bitirib
17 Sentyabr 12:41
“Mədəniyyət” kanalında yeni layihə - “Bizi birləşdirən mədəniyyət”
17 Sentyabr 12:36
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?
17 Sentyabr 12:34
Hüseynbala Mirələmov: Dövlətimiz və xalqımız heç vaxt xarici müdaxilələrə imkan verməyəcək
17 Sentyabr 12:29
Bu gün UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək
17 Sentyabr 12:27
Ağdam xalçaçıları: Çalışırıq ki, Prezidentimizin bizə göstərdiyi qayğıya cavab olaraq keyfiyyətli xalçalar toxuyaq
17 Sentyabr 12:20
Akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr edilən “Ömrümün illəri və izləri” kitabı təqdim olunub
17 Sentyabr 12:19
Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
17 Sentyabr 12:14
Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı
17 Sentyabr 12:07
Əli Əhmədov: Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur
17 Sentyabr 11:55
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA