Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Kukla Teatrı 87-ci mövsümə yekun vurub

Kukla Teatrı 87-ci mövsümə yekun vurub

12.07.2019 [10:10]

Yaradıcılıq baxımından səmərəli fəaliyyəti ilə seçilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci teatr mövsümünə yekun vurub.

AZƏRTAC xəbər verir ki, ənənə halını alan bu təntənəli bağlanış mərasimində əvvəlcə mövsüm ərzində əldə olunan uğurların, yaradıcılıq planı üzrə görülən işlərin hesabatı da verilib. Sonra məhsuldar səhnə nümunələri sərgiləyən yaradıcı heyətin mükafatlandırılması mərasimi keçirilib. Teatr əməkdaşlarının stimullaşdırılması, onların illik fəaliyyətinə rəmzi qiymətin verilməsi məqsədilə keçirilən bu mərasimdə ilin ən yaxşı tamaşası, ən yaxşı aktyor və aktrisası, ən məhsuldar əməkdaşı, eləcə də uğurlu debütü, perspektivli işçisi kimi bir sıra digər nominasiyalarda seçilənlər elan olunub.

Teatrın truppası ilə yanaşı, onun nəzdindəki “Oyuq” teatr-studiyasında fərqlənməyi bacaran balacalar da öz mükafatlarını alıblar.

Tədbirdə teatrın fəaliyyətini daha geniş şəkildə işıqlandıran, sənət ocağının yaradıcılığı ilə ictimaiyyəti daha yaxından tanış edən kütləvi informasiya vasitələri təmsilçiləri “Teatrın dostu” nominasiyası ilə mükafatlandırılıb.

Mərasimdə repertuardakı seçkin və yeni tamaşalardan səhnəciklər, “Oyuq“ teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında musiqi çələngi təqdim olunub.

Paylaş:
Baxılıb: 173 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30