Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

11.07.2019 [15:19]

İyulun 11-də M.F.Axundzadə adına Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Ulu Öndərin fəaliyyətinə həsr olunan videoçarx nümayiş edilib.

Mili Kitabxananın direktoru Kərim Tahirov Azərbaycan xalqının, dünya azərbaycanlılarının taleyində əhəmiyyətli rol oynayan, müasir ölkəmizin inkişafında əvəzsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş söhbət açıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında bildirib ki, Ulu Öndər öz fəaliyyəti ilə müasir Azərbaycan dövlətinin memarı, qurucusu oldu. Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Azərbaycan aqrar respublika idi, neft sənayesi bərbad vəziyyətdə idi. Ümummilli Lider hakimiyyətə gələndən sonra iqtisadiyyat sürətlə inkişaf etdi, Azərbaycan aqrar sənaye ölkəsinə çevrildi.

Müstəqillik illərində Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışan Vaqif Əliyev hazırda Azərbaycanın dünyada sayılıb-seçilən bir dövlət olduğunu vurğulayıb.

Tədbirdə Milli Məclisin deputatları Hikmət Babaoğlu, Aqil Abbas, Nizami Cəfərov, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən, Ümummilli Liderin xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan söhbət açıblar.

Paylaş:
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30