Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sumqayıtda məhkəmə-hüquq islahatları müzakirə olunub

Sumqayıtda məhkəmə-hüquq islahatları müzakirə olunub

26.06.2019 [18:38]

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və Sumqayıt Regional Vəkil Bürosunun birgə təşkilatçılığı ilə “Sumqayıt şəhərində məhkəmə-hüquq islahatları” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, YAP-nın Sumqayıt ofisində reallaşan konfransı açan təşkilatının sədri Ramiz Hüseynov Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 2019-cu il 3 aprel tarixli Fərmanını ölkəmizdə məhkəmə-hüquq islahatlarının yeni mərhələsi üçün yol xəritəsi kimi dəyərləndirib. Bildirib ki, Fərmanda göstərilən müddəaların icra olunması vətəndaş məmnunluğunu daha da artıracaq.

Vəkillər Kollegiyasının aparat rəhbərinin müavini Seymur Səfərov Fərmanın əhalinin hüquqi maariflənməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. O, ölkə başçısının imzaladığı bu vacib sənəddən irəli gələn məsələlərin Sumqayıt şəhərində qısa müddət ərzində gerçəkləşəcəyinə əminliyini vurğulayıb.

Konfransda Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı”, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Aqil Abbasovun “Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanının əhəmiyyəti”, Milli Məclisinin deputatı Tahir Mirkişilinin “Qanunvericiliyin təkmilləşdirilməsi mexanizmləri”, Milli Məclisinin deputatı Mirzəcan Xəlilovun “Sahibkarlığın inkişafında məhkəmə-hüquq islahatlarının rolu”, Sumqayıt şəhər məhkəməsinin sədr əvəzi Fikrət Əliyevin “Hakim-vəkil münasibətlərinin etik aspektləri”, Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin sədri İslam Əliyevin “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması” mövzularında məruzələri dinlənilib.

Konfrans çərçivəsində Milli Məclisinin deputatları Tahir Mirkişili və Mirzəcan Xəlilovla Sumqayıt Regional Vəkil Bürosu arasında əhalinin aztəminatlı təbəqəsinə ödənişsiz hüquqi yardımın göstərilməsi və hüquqi maarifləndirmə işinin təşkili ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb.

Memoranduma əsasən, deputatın yazılı müraciəti əsasında büroda aztəminatlı şəxslərə ödənişsiz zəruri hüquqi yardım (məsləhət, ərizə və şikayətlərin yazılması) göstəriləcək. Deputatlar öz səlahiyyətləri daxilində qanunvericilik təşəbbüsləri sahəsində vəkillik təsisatları ilə əməkdaşlıq edəcək, qanunvericiliyin təkmilləşməsi ilə bağlı vəkillik qurumlarından daxil olan təklifləri Milli Məclisin iclaslarında səsləndirəcək. Tərəflər Sumqayıt şəhərində hüquqi maarifləndirmə işinin təşkili üçün birgə fəaliyyət göstərəcəklər.

Paylaş:
Baxılıb: 206 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31