Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz!
A+   Yenilə  A-
Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz!

1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə fərəhləndiyimiz Azərbaycan Silahlı Qüvvələrimizdir!

Artıq 21 ildir ki, iyunun 26-sı – Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi qürurla qeyd edilir. Bu günün bayram kimi şanlı tarix səhifəmizə yazılmasının müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Məhz Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Bu baxımdan, qeyd edilməlidir ki, Ümummilli Lider Heydər Əliyevin bu fərmanı tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm sənəddir. Bu tarixi sənəd Azərbaycanın suverenliyinin, müstəqilliyinin, müdafiəsinin, sabitliyinin qorunub-saxlanılması, inkişaf etdirilməsi üçün öz önəmliyini göstərməkdədir.

O cümlədən, məlumdur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Biz fəxrlə deyə bilərik ki, Ümummilli Liderimizin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur!

Söz yox ki, biz bu barədə danışarkən ötən əsrin sonlarında ermənilərin Azərbaycana qarşı qaldırdıqları ərazi iddialarını və müstəqilliyimizin ilk illərində baş verən prosesləri də unutmur və tarixdən dərs alırıq. Ermənilərin işğalçılıq siyasətlərinin ilk vaxtlarından kəndlərimiz qarət olunmağa başlandı. Onlar quldur basqınları törədərək, azərbaycanlıları girov götürür, pul müqabilində buraxırdılar. Bütün bunlara isə güclü strukturları olan SSRİ-nin rəhbərliyi “növbətçi açıqlamalar” verməklə kifayətlənirdi. Erməni terrorçularına “gözün üstündə qaşın var” deyən yox idi. Azərbaycan əhalisi haqlı olaraq sual edirdi ki, bir dövlətin tərkibində yaşayırıq, amma bizim əl-qolumuzu bağlayıblar, ermənilər isə istədiklərini edirlər. Əksinə, SSRİ-də ermənipərəst rəhbərlər işğalçılara, separatçılara müxtəlif üsullarla silahlar verir, onları bütün mənalarda təchiz edir, azərbaycanlıların isə haqq-ədalət çağırışlarına bütün dünya göz yumurdu.

Kreml isə, bizi sakitləşdirmək yolunu tutmaqla Ermənistandakı soydaşlarımızın zorla, fiziki təzyiqlərlə, hətta qəsdlərlə dədə-baba torpaqlarından çıxarılaraq Azərbaycana qovulmasına şərait yaradırdılar. Qarabağda yaşayan azərbaycanlılar isə məcbur olurdular ki, özləri öz kəndlərini, ev-eşiklərini, torpaqlarını özləri qorusunlar. Gecə səhərə qədər kəndlərdə tonqal qalayırdılar. Çomaqla, baltayla, dəhrəylə keşik çəkirdilər. Hətta “quş tüfəngi” deyilən köhnə silahlar belə təhvil alınır, təhvil verməyənlər isə cinayət məsuliyyətinə cəlb edilirdilər. Vəziyyət gərgin həddə qədər gəlib-çıxmışdı...

Bunun ardınca AXC-Müsavat hakimiyyəti dövründə torpaqlarımız ard-arda işğala məriz qalır, erməni vəhşiliyi nəticəsində insanlarımız öldürülür, soyqırımları törədilir, doğma yurd-yuvalarını təkr edərək, kütləvi şəkildə qaçqın və məcburi köçkünlərə dönürdülər. Məhz həmin zamanlardan sonra – 1993-cü ilin yayında Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayışı daha böyük fəlakətlərin qarşısını almağa başladı. Çünki Heydər Əliyev təcrübəli və səriştəli siyasətçi olmaqla yanaşı, həm də uzun müddət dövlət təhlükəsizliyi orqanlarında işləmişdi, SSRİ-nin rəhbərlərindən biri olmuşdu. Həm dünyada gedən siyasi proseslərdən, həm də hərbi sahədən kifayət qədər xəbəri vardı. Ulu Öndər hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan vaxtdan ölkəmizdə ordu quruculuğuna başlamışdı. O, yaxşı bilirdi ki, ordu ilk növbədə milli zabit kadrların olması deməkdir və Heydər Əliyev öz nüfuzu və hörməti ilə mərkəzə müəyyən təsirlər edərək Cəmşid Naxçıvanski adına hərbi təmayüllü internat məktəbini yaratmışdı. Bu, o dövr üçün çox mühüm addım idi – hərbi potrensiallı kadrlarımız yetişdi və bu reallıq özünü sonrakı illərdə sübuta yetirdi.

Misal üçün, 90-cı illərin əvvəllərində Müdafiə Nazirliyinin tərkibində batalyonlar yaradılsa da, onların hamısı vətənin müdafiəsinə xidmət etmirdi. Bir çoxu müxtəlif siyasi partiyaların maraqlarını güdürdü. Həmin silahlı dəstələr Ulu Öndər tərəfindən ləğv olundu, əvəzində vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusu yaradıldı. Bu, bütün ictimaiyyətdə böyük ruh yüksəkliyi doğurdu! Tezliklə Horadiz əməliyyatı keçirildi, indiki Çocuq Mərcanlı kəndi də daxil olmaqla 22 yaşayış məntəqəsi işğaldan azad edildi. Məhz bu əməliyyatlardan sonra ermənilər atəşkəs müqaviləsini imzalamağa məcbur oldular. Çünki gördülər ki, yeni yaradılmış bu ordu ilə Azərbaycan onlara üstün gəlir. Ona görə məcburiyyət qarşısında qalaraq atəşkəsə də razı oldular. Bundan sonra isə Heydər Əliyev ordu quruculuğu prosesini tam miqyasda həyata keçirməyə başladı. Atəşkəs elan olunandan sonra qeyri-qanuni silahlı dəstələr ləğv edildi, əhalidə olan külli miqdarda silah-sursat toplanıldı. Ölkədə möhkəm və dönməz sabitlik yarandı. Nəhayət, iqtisadi islahatlara start verildi, bazar iqtisadiyyatı münasibətlərinə keçid üçün addımlar atıldı, özəlləşdirmə proqramları həyata keçirildi. Ən mühüm tarixi hadisə olan “Əsrin müqaviləsi” neft kontraktının imzalanması oldu. Bütün bu proseslərlə paralel ordu quruculuğu durmadan davam etdirildi. Hətta yadımıza gəlir ki, o dövrdə əsgərliyə gedənlər bir neçə ay mülki formada xidmət edirdilər. Onları hərbi geyimlə təmin etmək imkanları aşağı idi. Bunlara baxmayaraq, qısa müddətdə Azərbaycan Ordusu lazımi səviyyədə formalaşdırıldı.

Ulu Öndər Heydər Əliyevin ordu ilə bağlı müəyyən etdiyi strategiya bu gün Onun layiqli siyasi davamçısı, siyasi varisi – Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları tərəfindən əzmlə, uğurla həyata keçirilir. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, ordunun gücləndirilməsi daim prioritet məsələdir. Məhz Heydər Əliyevin miras qoyduğu güclü iqtisadi əsaslardan səmərəli istifadə edərək ölkəmizin dinamik və davamlı inkişafına nail olan Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri də ordudur. 2007-ci ildən etibarən Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini ötdü. Ordumuzun arsenalına yeni silahlar daxil edildi. Hərbi hissələr müasir texnologiyaya əsaslanan silahlarla təchiz olunmağa başladı.

Ümumiyyətlə, son 16 il bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da möhtəşəm uğurlarla əlamətdardır. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Hazırda dünya hərb sənayesinin ən son yenilikləri olan silah-sursat Azərbaycan Ordusunun arsenalında yer alır. İki həftə əvvəl dövlət başçısının baxış keçirdiyi “Polonez” və “Lora” əməliyyat-taktiki raket kompleksləri dünyada cəmi bir neçə orduda var. Son vaxtlara qədər “İsgəndər”lə öyünən ermənilər indi dərin təlaş keçirirlər. Ali Baş Komandan, Prezident İlham Əliyev Silahlı Qüvvələrdə irimiqyaslı köklü islahatların keçirilməsi, ordunun ən müasir, yüksək dəqiqlikli və böyük dağıdıcı gücə malik olan silah və hərbi texnika ilə təchizatı vəzifəsini qarşıya qoyub. Bu vəzifənin icra edilməsi çərçivəsində cəmi 3-4 il ərzində ordunun zirehli döyüş texnikası parkı böyük ölçüdə yenilənib. Azərbaycan Ordusunun raket-artilleriya qoşunlarının silahlanmasında yer alan artilleriya qurğuları, reaktiv artilleriya sistemləri o qədər çoxsaylıdır ki, onlardan eyni vaxtda bir yaylım atəşi açılsa, düşmənin bütün mövqeləri darmadağın olardı.

Qeyd etmək olar ki, ordunun mühüm şərtlərindən biri Ali Baş Komandanın özünün Silahlı Qüvvələrə bağlı olması, hərbi işi dərindən bilməyi və daim ordunun problemləri ilə yaşayıb, onları uğurla həll etməyi bacarmasıdır. Bu sahədə də Azərbaycan Ordusunun bəxti gətirib. Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır, onlarla birgə əsgər yeməyi yeyir. Bunlar həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır. Bütövlükdə ordu-rəhbər birliyi, ordu-xalq vəhdəti özünün yüksək səviyyədə həllini tapmışdır!

Bu vəhdətin təsdiqini biz 3 il əvvəl aprel döyüşlərində gördük. Həmin vaxt həyata keçirilən hərbi əməliyyatlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Gördük ki, bu ordu çox qısa müddətdə qarşısına qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirmək iqtidarındadır. Ermənilər uzun müddət kimlərinsə sayəsində “keçilməz sədd”, “aşılmaz maneələr”, “dəfedilməz səngərlər” yaratmışdı. Amma Lələtəpə və Talış əməliyyatları göstərdi ki, bütün bunlar mifdir, Azərbaycan əsgəri üçün asan hədəfdir. Həm də o əməliyyatlarda bizim malik olduğumuz silah-sursatın cüzi qismi işlədildi. Uğurlu əməliyyat nəticəsində Azərbaycan xalqının orduya olan məhəbbəti, inamı qat-qat artdı! Həmçinin, Aprel döyüşləri başlayanda yüzlərlə Azərbaycan gənci hərbi xidmətə çağırış vərəqəsini gözləmədən döyüşmək istəyi ilə səfərbərlik orqanlarına müraciət etdilər. Əməliyyat gedən əraziyə bu gəncləri buraxmamaq üçün bir sədd yaratmışdılar. Ermənistan tərəfdə isə Azərbaycan əsgərindən, Azərbaycan silahından qorxub qaçan erməni əsgərlərini saxlamaq üçün sədd çəkmişdilər, hətta onları geriyə qaytarmaq üçün güllə ilə vururdular da... Bərkə düşən kimi erməni hərbçiləri qaçmağa başlayırlar. Çünki bilirlər ki, Qarabağ onların deyil və bu ərazidə müvəqqətidirlər!

Azərbaycanın Ermənistana tərs şapalağı olan aprel müharibəsi həm Dağlıq Qarabağ münaqişəsində indiyədək yaranmış vəziyyəti ərazi baxımından qismən dəyişdi, həm qüvvələr nisbətində baş vermiş ciddi dəyişiklikləri nümayiş etdirdi, həm də çox ciddi psixoloji dönüşə səbəb oldu. Cəmi dörd gün çəkən aprel müharibəsi göstərdi ki, Azərbaycan iqtisadi, siyasi, mənəvi-psixoloji və hərbi cəhətdən düşməndən qat-qat güclü və üstün mövqedədir!

Prezident İlham Əliyevin hər bir addımı atmazdan öncə onun nəticələrini və həmin nəticələrdən yaranacaq istənilən situasiyanı aradan qaldırmağın üsul və vasitələrini irəlicədən hesablaması hamıya bəllidir. Budur, Ali Baş Komandanımız əlverişli məqam taparaq bu dəfə Ermənistanın yeni rəhbərliyinin hoqqalarına və oyunbazlığına cavab kimi düşmənə ikinci zərbəsini vurdu. Özü də bu zərbənin səsi Qarabağdan yox, Naxçıvandan gəldi! Bu dəfə azad olunan vətən torpağının adı isə Günnüt kəndidir. Nə az, nə çox - 11 min hektar torpaq sahəsi yenidən qəhrəman Azərbaycan Ordusunun nəzarətinə keçdi. 26 ildən sonra çox mühüm strateji nöqtələr – Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya və Mehridağ geri qaytarıldı. Üstəlik, Ermənistandan Dağlıq Qarabağa aparan Gorus-Laçın-Xankəndi yolu da hərbçilərimiz tərəfindən nəzarətə götürüldü. Bu isə o deməkdir ki, əgər Ermənistan Azərbaycanda hərbi əməliyyatlara yenidən başlasa, düşmən ordusu mühasirə vəziyyətinə düşəcək. Amma hələ bu da son deyil. Azərbaycan üçün başlanan Böyük Qayıdışın davamıdır. Başlanğıcını Cocuq Mərcanlıdan götürən qayıdışın...

Fərrux Hqverdiyev,

YAP Xızı rayon təşkilatının sədri

 
  • Oxunub:  3090  |  
  • Tarix:  25-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

21 Oktyabr 21:12
Prezident İlham Əliyev Baş Nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
21 Oktyabr 20:41
Prezident İlham Əliyev Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
21 Oktyabr 20:22
Dövlət Miqrasiya Xidmətində “Açıq hökumət sahəsində gənclərin maarifləndirilməsi” təliminin açılışı olub
21 Oktyabr 20:19
Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah
21 Oktyabr 20:06
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Braziliyada ağacəkmə mərasimi keçirilib
21 Oktyabr 20:03
Şahin Mustafayev: Bu il sənaye məhəllələrində 650-dən çox iş yeri açılıb
21 Oktyabr 19:59
Hüseynbala Mirələmov: Ölkədə qarşıdurma yaratmaq istəyən qaragüruha çirkin niyyətlərini reallaşdırmağa əsla imkan verilməyəcək
21 Oktyabr 19:55
Səfir: Azərbaycan Türkiyə Ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarını hər zaman dəstəkləyib
21 Oktyabr 19:53
YAP-ın Pirallahı və Binəqədi rayon təşkilatlarının birgə təşkilatçılığı ilə N saylı hərbi hissəsində 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib
21 Oktyabr 19:48
Vüqar Rəhimzadə: Anti-Azərbaycan dairələrin əlində alətə çevrilən «Milli Şura»nın və AXCP-nin əsas məqsədi dövlət müstəqilliyimizə xələl gətirməkdir
21 Oktyabr 17:28
Bakı Metropoliteni daha 60 yeni nəsil vaqonları alacaq
21 Oktyabr 17:19
“Azərbaycan energetikası” filmi və kitabının təqdimatı olub
21 Oktyabr 17:15
Avropa ölkələrində mitinq iştirakçılarına qarşı polis tərəfindən tətbiq olunan şiddət nümunələri – FOTO
21 Oktyabr 16:47
NATO kontr-admiralı: Azərbaycan hərbi qulluqçularının peşəkarlıq səviyyəsi onların güclü olduğundan xəbər verir
21 Oktyabr 16:29
Pakistan Azərbaycanın idman sahəsindəki təcrübəsindən yararlanmaq istəyir
21 Oktyabr 16:23
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 2 milyon 400 mindən çox xarici vətəndaş gəlib
21 Oktyabr 16:20
“Yun tədarükündə mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
21 Oktyabr 16:16
Azərbaycan Gürcüstanın ixracda ikinci əsas tərəfdaşıdır
21 Oktyabr 16:09
Cari ilin doqquz ayında mehmanxanaların gəlirləri 16,7 faiz artıb
21 Oktyabr 16:07
Baş Prokurorluq oktyabrın 19-da keçirilmiş qanunsuz aksiya ilə bağlı məlumat yayıb
21 Oktyabr 15:50
Əli Əhmədov: 19 oktyabr mitinqinin Azərbaycanın və onun vətəndaşlarının maraqları ilə heç bir əlaqəsi yoxdur
21 Oktyabr 15:46
Dövlət başçısının tapşırıqlarının icrasına dair İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib
21 Oktyabr 15:44
Səməd Seyidov: Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir
21 Oktyabr 15:37
Əli Hüseynli: Hüquq-mühafizə orqanları qanunsuz aksiya zamanı adekvat davranıblar
21 Oktyabr 15:32
Əli Əhmədov: Qanunsuz aksiyanı təşkil edənlər xaricdən idarə olunur
21 Oktyabr 15:23
Ölkənin təhsil sisteminin göstəriciləri yüksəlib
21 Oktyabr 15:15
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində toplantı keçirilib
21 Oktyabr 15:09
21 oktyabr 1987-ci il: Heydər Əliyevin SSRİ rəhbərliyindən istefası və anti-Azərbaycan ssenarilərinin işə düşməsi
21 Oktyabr 14:51
ADU ilə ELTE Universiteti arasında əlaqələrin qurulması barədə müzakirələr aparılıb
21 Oktyabr 14:45
Dövlət Müstəqilliyi Günü Heydər Əliyev Sarayında konsert proqramı ilə qeyd edilib
21 Oktyabr 14:34
Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində Azərbaycan-Türkiyə təcrübə mübadiləsi aparılır
21 Oktyabr 14:14
Şahin İsmayılov: Radikal müxalifətin qanunsuz aksiyası “fləşmob”dan başqa bir şey deyildi
21 Oktyabr 13:53
Oleq Kuznetsov: Qaregin Njdenin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar, sənədlər var
21 Oktyabr 13:51
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlu” mövzusunda simpozium keçirilir
21 Oktyabr 13:15
Əli Əhmədov: Belə qanunsuz aksiyaların məqsədi ölkəmizdəki sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır
21 Oktyabr 13:02
Mikro və kiçik sahibkarlar “BakuBuild 2019” sərgisində iştirak edəcəklər
21 Oktyabr 12:33
KOBİA elektron ticarətin payının artırılması prosesində irəli sürülücək təşəbbüsləri dəstəkləməyə hazırdır
21 Oktyabr 12:15
UNEC-in rektoru tələbə və əməkdaşların müraciətlərini dinləyib
21 Oktyabr 12:11
Hava nəqliyyatı ilə sərnişindaşıma 10 faiz artıb
21 Oktyabr 12:09
Çində Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib
21 Oktyabr 11:47
Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
21 Oktyabr 11:42
Azərbaycan Milli Məclisinin Sədri Yaponiyaya səfərə gedib
21 Oktyabr 11:34
Ramin İsayev: Türk Şurasının Bakı Zirvəsi milli şirkətlərin beynəlxalq inteqrasiyası üçün əsaslı stimul verdi
21 Oktyabr 11:27
Elçin Quliyev: Xalqla dövlət arasında olan inama, etibara heç bir qüvvə mane ola bilməyəcək
21 Oktyabr 11:24
Əli Vəhdəti: Azərbaycanda innovasiya və yeni texnologiyaların inkişafına geni imkanlar yaradılıb
21 Oktyabr 11:22
“Jewish News Syndicate”: Azərbaycanın Milli Qəhrəmanı yəhudi-müsəlman münasibətlərinin parlaq nümunəsidir
21 Oktyabr 11:19
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
21 Oktyabr 10:57
Nazir: Məqsədimiz milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir
21 Oktyabr 10:55
İndoneziya Prezidenti Coko Vidodonun inaqurasiya mərasimində Azərbaycan da təmsil olunub
21 Oktyabr 10:53
Qoşunların təmas xətti yenidən monitorinq ediləcək
21 Oktyabr 10:48
Dövlət müstəqilliyinin şərəfinə on minlərlə insan meydanda birləşdi
21 Oktyabr 10:47
II “Bakı Elektron Ticarət Forumu” işə başlayıb
21 Oktyabr 10:34
Azərbaycanın Müdafiə naziri Çində bir sıra görüşlər keçirib
21 Oktyabr 10:02
Qrant gəmiricilərinin " payız hesabatı " iflasa uğradı
21 Oktyabr 09:59
Azərbaycan triatlonçusu Avropa kuboku finalında qızıl medal qazanıb
21 Oktyabr 09:44
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub
21 Oktyabr 09:07
Cocuq Mərcanlı kəndində “Xalqla Ordu əl-ələ” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib
21 Oktyabr 09:06
Özbəkistanda keçirilən Beynəlxalq İnvestisiya Forumunda ölkəmiz də təmsil olunub
21 Oktyabr 08:45
Strasburqda AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin sammiti olacaq
21 Oktyabr 08:42
Azərbaycanla Pakistanın hərbi sahədə əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunub
21 Oktyabr 08:36
Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik Günü münasibətilə konsert olub
20 Oktyabr 17:38
Əli Əhmədov: İnanıram ki, törədilən təxribatlara və anti-kostitusion çağırışlara lazımi hüquqi qiymət veriləcək
20 Oktyabr 16:41
Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20 Oktyabr 16:31
Siyasi ekspert: Azərbaycanın İstiqlal tarixini, məfkurəsini, müstəqil yaşamaq iradəsini somvolizə edən ad və tarixlərlə oynanıldığı göz qabağındadır
20 Oktyabr 14:55
Yeni Azərbaycan Partiyası Bakı şəhərində icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanat yayıb
20 Oktyabr 14:38
Akademik İsa Həbibbəylinin tədqiqatlarında Naxçıvan ədəbi mühiti xüsusi yer tutur
20 Oktyabr 13:31
Sabah əksər bölgələrdə hava əsasən yağmursuz olacaq
20 Oktyabr 11:45
Polşada ixracatçılar üçün seminar keçirilib
20 Oktyabr 11:18
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20 Oktyabr 10:53
Filarmoniyada Türkiyə-Azərbaycan birliyinə həsr olunan ədəbi-musiqili gecə keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA