Ana səhifə »  Qəzetin pdf formatı »  Hikmət Şikarov: Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
A+   Yenilə  A-
Hikmət Şikarov: Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir

Artıq 21 ildir ki, iyunun 26 - sı – Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ümummilli liderin 1998-ci il mayın 22 - də imzaladığı fərmanla 1918 - ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ulu öndərin bu fərmanı tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm sənəddir. 
Ordu  hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Hazırda müasir dünyamızda baş verənlər onu təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə çətinlik çəkirlər. Ordusu zəif olan dövlətlərə təsir etmək daha asandır. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan üçün ordu quruculuğu çox mühüm əhəmiyyət kəsb edir. Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın geri qaytarılması üçün güclü hazırlığa, maddi - texniki bazaya malik olan ordunun olması əsas şərtdir. Digər tərəfdən isə , güclü ordu elə güclü dövlət deməkdir. Məlumdur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991 - ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993 - cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, ulu öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993 - cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. Bu gün iqtisadi inkişafa görə dünyada öncül yerdə olan ölkəmizin ordusu da bu inkişafa uyğun şəkildə inkişaf edir.  Artıq Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Təkcə kəmiyyət etibarı ilə deyil, peşəkarlıq və təminat - təhcizat baxımından da ordumuz öndədir. Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı çox yüksəkdir.
Xalqımızın dahi oğlu Heydər Əliyev müasir müstəqil dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur. Bu gün Azərbaycanın güclü ordusu var. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam - intizama malik bir quruma çevrilmişdir. Ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Azərbaycan Prezidentinin hərbi qulluqçuların təltif edilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncamlar Silahlı Qüvvələrin şəxsi heyətini daha qətiyyətli, Vətənin müdafiəsi işində daha əzmkar və ayıq-sayıq olmağa ruhlandırır. 
Ulu öndərin ordu ilə bağlı müəyyən etdiyi strategiya bu gün onun layiqli siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirilir. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, ordunun gücləndirilməsi daim prioritet məsələdir. Məlum olduğu kimi, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası 2005 - ci ildən öz bəhrəsini verməyə başladı, Azərbaycanın iqtisadi imkanları daha da artdı. Məhz bundan səmərəli istifadə edərək ölkəmizin dinamik və davamlı inkişafına nail olan Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri də ordudur. 2007 - ci ildən etibarən Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini ötdü. Ordumuzun arsenalına yeni silahlar daxil edildi. Hərbi hissələr müasir texnologiyaya əsaslanan silahlarla təchiz olunmağa başladı.
Ümumiyyətlə, son 16 il bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da möhtəşəm uğurlarla əlamətdardır. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Hazırda dünya hərb sənayesinin ən son yenilikləri olan silah - sursat Azərbaycan Ordusunun arsenalında yer alır. Ordunun mühüm şərtlərindən biri kimi Ali Baş Komandanın özünün Silahlı Qüvvələrə bağlı olması, hərbi işi dərindən bilməyi və daim ordunun problemləri ilə maraqlanıb, onları uğurla həll etməyi bacarmasıdır. Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır. Bunlar həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır. Bütövlükdə ordu - rəhbər birliyi, ordu - xalq vəhdəti özünün yüksək səviyyədə həllini tapır! 
Bu gün ordumuzun qarşısında duran əsas vəzifə odur ki, Ali Baş Komandan əmr verərsə, torpaqlarımız müharibə yolu ilə işğaldan azad edilsin! Çünki Azərbaycan Ordusu müstəqilliyimizi əbədi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək gücündədir! Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir! Buna görə də biz ordumuza güvənirik, ordumuzu sevirik və hər zaman da ordumuzun arxasındayıq!

 
  • Oxunub:  2760  |  
  • Tarix:  25-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib

17 Sentyabr 22:15
Bakıda Əfqanıstanın müstəqilliyinin 100-cü ildönümü münasibətilə qəbul təşkil olunub
17 Sentyabr 22:13
ADA Universitetində “Dağlıq Qarabağ düyünü” kitabının təqdimatı olub
17 Sentyabr 22:12
Azərbaycan və Latviya arasında 300 ikitərəfli və tranzit daşınma həyata keçiriləcək
17 Sentyabr 22:09
Azərbaycan Polisi Bilik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb
17 Sentyabr 22:06
Vatikanda Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə Pontifik Şərq İnstitutu arasında memorandum imzalanıb
17 Sentyabr 22:04
Vəkillər Kollegiyasının rəhbərliyi Türk-Av Baş Assambleyasının zirvə toplantısında iştirak edib
17 Sentyabr 22:00
15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
17 Sentyabr 21:56
Teatrın 147-ci mövsümünün açılışı olub
17 Sentyabr 21:55
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
17 Sentyabr 21:51
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi, sosial vəziyyətini yaxşılaşdırdı
17 Sentyabr 21:19
Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası olub
17 Sentyabr 21:18
Azərbaycan ilə İran arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
17 Sentyabr 21:15
Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 1,2 milyon manat güzəştli kredit verilib
17 Sentyabr 21:13
Azərbaycanın sənaye məhsullarının Gürcüstan bazarına daha geniş çeşiddə və həcmdə çıxarılmasına dair müzakirələr aparılıb
17 Sentyabr 21:11
Əbülfəs Qarayev: Cəfər Cabbarlının ev-muzeyi ilə bağlı məsələ tezliklə öz həllini tapacaq
17 Sentyabr 21:09
Aydın Mirzəzadə: Azərbaycan-Çin münasibətləri dostluq və qarşılıqlı mənfəət prinsipləri üzərində qurulub
17 Sentyabr 21:08
Azərbaycan şərablarının Çin bazarında satışının artırılması müzakirə olunub
17 Sentyabr 21:05
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
17 Sentyabr 21:01
Kənd Təsərrüfatı Nazirliyinin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb
17 Sentyabr 20:59
Azərbaycan və Vatikan arasında əlaqələr inkişaf edir
17 Sentyabr 20:57
Qadınlarla bağlı dövlət siyasəti Azərbaycanı bu sahədə qabaqcıl ölkələr sırasına çıxarıb
17 Sentyabr 20:53
Azərbaycanla Banqladeş arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 Sentyabr 20:43
Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasına dair iş planı təsdiqlənib
17 Sentyabr 20:40
Azərbaycanın Baş Naziri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb
17 Sentyabr 17:53
Bakının işğaldan azad edilməsinin 101 illiyi ilə əlaqədar İğdırda konfrans təşkil olunub
17 Sentyabr 17:45
Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin təşkili prosesi ilə tanış olub
17 Sentyabr 17:43
Hadi Rəcəbli: İslahatlar ölkəmizin bundan sonrakı uğurlu inkişafını şərtləndirən əsas amillərdən biridir
17 Sentyabr 17:40
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17 Sentyabr 17:36
Azər Badamov: Azərbaycanın regionlarında inkişaf prosesi dinamikdir
17 Sentyabr 17:32
Nəsib Məhəməliyev: Ölkəmiz uğurla inkişaf edir
17 Sentyabr 17:24
Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub
17 Sentyabr 17:22
Cəmiyyətimiz xaricdəki “mühacirlər”in əsl simasını görür
17 Sentyabr 17:17
Bərpa olunan enerji mənbələrinin inkişaf istiqamətləri müzakirə olunub
17 Sentyabr 17:13
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
17 Sentyabr 17:08
BMT-nin Baş katibi ozon təbəqəsini dağıdan qazlardan qanunsuz istifadə edilməsinin qarşısını almağa çağırıb
17 Sentyabr 17:03
Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi
17 Sentyabr 16:30
“Saber Junction - 19” təlimi davam edir
17 Sentyabr 16:27
FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib
17 Sentyabr 16:23
ADNSU Xarkov Politexnik Universiteti ilə əməkdaşlığı genişləndirir
17 Sentyabr 16:09
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib
17 Sentyabr 16:07
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Şərq Araşdırma qrupunun nümayəndələri ilə görüşüb
17 Sentyabr 16:04
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Sentyabr 16:00
“Yaxşılıq unudulmur” layihəsinin yekununa həsr edilmiş konfrans keçirilib
17 Sentyabr 15:51
Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
17 Sentyabr 15:13
Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
17 Sentyabr 15:10
Seçenov Universitetinin Bakı filialında yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbir keçirilib
17 Sentyabr 15:02
Nazir: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb
17 Sentyabr 14:57
Energetika Nazirliyində Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib
17 Sentyabr 14:47
Neftçalanın Astanlı kəndi qazlaşdırılıb
17 Sentyabr 14:43
FHN-in Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi keçirilib
17 Sentyabr 14:34
Sabah ölkə ərazisində 32 dərəcə isti olacaq
17 Sentyabr 14:25
Təlimlərdə qoşunlar yerdəyişmə tapşırıqlarını icra ediblər
17 Sentyabr 14:23
AZƏRTAC və Tazpit gündəlik informasiya mübadiləsinə başlayıblar
17 Sentyabr 14:21
“Jewish Journal”: Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir
17 Sentyabr 14:18
AMEA-nın üç elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsinə seçkilər keçirilib
17 Sentyabr 14:03
BMT-də “2021-ci ilin Beynəlxalq Sülh və Etimad ili” elan olunması haqqında sənəd qəbul edilib
17 Sentyabr 13:22
Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib
17 Sentyabr 12:52
ADPU-nun magistratura səviyyəsinə 310 nəfər qəbul olunub
17 Sentyabr 12:51
Qəbələdə 37 kilometrlik 2 avtomobil yolu yenidən qurulub
17 Sentyabr 12:46
Ötən illərdə Heydər Əliyev adına Hərbi Liseyi 3 mindən çox kursant bitirib
17 Sentyabr 12:41
“Mədəniyyət” kanalında yeni layihə - “Bizi birləşdirən mədəniyyət”
17 Sentyabr 12:36
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?
17 Sentyabr 12:34
Hüseynbala Mirələmov: Dövlətimiz və xalqımız heç vaxt xarici müdaxilələrə imkan verməyəcək
17 Sentyabr 12:29
Bu gün UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək
17 Sentyabr 12:27
Ağdam xalçaçıları: Çalışırıq ki, Prezidentimizin bizə göstərdiyi qayğıya cavab olaraq keyfiyyətli xalçalar toxuyaq
17 Sentyabr 12:20
Akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr edilən “Ömrümün illəri və izləri” kitabı təqdim olunub
17 Sentyabr 12:19
Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
17 Sentyabr 12:14
Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı
17 Sentyabr 12:07
Əli Əhmədov: Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur
17 Sentyabr 11:55
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA