Ana səhifə »  Qəzetin pdf formatı »  Davamlı islahatlar dövlət qulluğunun təkmilləşdirilməsində mühüm vasitədir
A+   Yenilə  A-
Davamlı islahatlar dövlət qulluğunun təkmilləşdirilməsində mühüm vasitədir

İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günüdür. AZƏRTAC bu münasibətlə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İSMAYILOVUN məqaləsini təqdim edir.

X X X

Azərbaycan dövlətinin sürətli inkişafı, dünyanın nüfuzlu iqtisadi qurumları tərəfindən tanınan nailiyyətləri, ilk növbədə, ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl və davamlı islahatların nəticəsidir və bu islahatların səmərəsini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir, əldə olunan uğurlardan bəhrələnir.

2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra iqtisadi islahatların növbəti mərhələsinə qədəm qoyan Azərbaycan həyatın bütün sahələrində yeni uğurlara imza atıb və əhalinin güzəranını yaxşılaşdırmaq, ölkənin iqtisadi potensialını gücləndirmək, onun rəqabət qabiliyyətliliyini artırmaq üçün ciddi tədbirlər görüb. İlk növbədə, qeyri-neft sektorunun inkişafına diqqət yetirən dövlətimizin başçısı tərəfindən ölkənin idarəetmə strukturunun təkmilləşdirilməsi, idarəetmə aparatının çevik fəaliyyət göstərməsi üçün təsirli tədbirlər həyata keçirilib, bir çox dövlət orqanlarının strukturu dəyişdirilərək onların bazasında yeni idarəetmə qurumları yaradılıb.

Ölkənin daha da müasirləşdirilməsini, idarəetmə sisteminin təkmilləşdirilməsini əsas məqsəd və vəzifə kimi qarşıya qoyan Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin birinci rübünün yekunlarından bəhs edərkən son illərdə həm sosial, həm də infrastruktur sahələrində insanların rifahının yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətləri bilavasitə islahatların nəticəsi kimi dəyərləndirərək onların bundan sonra da qətiyyətlə davam etdiriləcəyini qeyd edib və sürətlə dəyişən dünyada yaranmış vəziyyətin Azərbaycanın qarşısında yeni çağırışlar, yeni məqsədlər qoyduğunu göstərək bir daha vurğulayıb ki, biz daim irəliyə baxmalıyıq, ölkəmizin inkişafını davamlı və uzunmüddətli etməliyik.

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, aparılan iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımıza sərmayə qoyuluşu xeyli artıb, büdcə gəlirlərinin çoxalması bir çox sosial problemlərin həllinə imkan verib, ölkədə biznes mühiti xeyli yaxşılaşıb, son nəticədə ölkə bütün iqtisadi göstəricilər üzrə ciddi irəliləyiş əldə edib, Dünya Bankının “Doing Business” hesabatında 25-ci yerə layiq görülüb, il ərzində 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında yer alıb. İqtisadi nailiyyətlər Azərbaycan xalqının güzəranının daha da yaxşılaşdırılmasına, böyük infrastruktur layihələrinin reallaşdırılmasına, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla həyata keçirilməsinə imkan verib. Təkcə regionların inkişafı proqramları çərçivəsində 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikilib təhvil verilib, digər infrastruktur layihələri, qaz və su xətlərinin çəkilməsi, magistral və yerli əhəmiyyətli yolların salınması uğurla davam etdirilib.

Əlbəttə, bütün bu nailiyyətlərin qazanılmasında, ümumiyyətlə, dövlətin idarə olunmasında əsas qüvvə olan dövlət qulluqçularının rolu nəzərəçarpacaq dərəcədə yüksəkdir. Azərbaycanda iqtisadi yüksəlişin, sabitliyin, əmin-amanlığın təmin edilməsində, əhalinin işlə təmin olunması üçün yeni müəssisələrin açılmasında, ölkə üçün vacib sənaye sahələrinin formalaşdırılmasında, bütövlükdə yeni iş yerlərinin yaradılmasında və bütün resursların ölkə iqtisadiyyatının inkişafına səfərbər edilməsində dövlət orqanlarının və bu orqanlarda xidmət edən qulluqçuların fəaliyyəti böyük əhəmiyyət daşıyır.

Ölkə Prezidenti Azərbaycan xalqının həyat səviyyəsinin yüksəldilməsini, vətəndaşlarımızın problemlərinin həlli üçün bütün dövlət qulluqçularının səfərbər edilməsini, onların ölkədə aparılan quruculuq işlərinin önündə getməsini, mövcud çətinliklərin aradan qaldırılmasında daha fəal iştirak etməsini, vəzifəli şəxslərə qarşı tələbkarlığın gündən-günə artırılmasını daim diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq qeyd edir ki, vətəndaşlara hərtərəfli qayğı nümunəsi göstərən ölkələrdən biri Azərbaycandır və həm keyfiyyət, həm müddət, həm operativlik, həm də əhaliyə qayğı baxımından bu nümunə əvəzsizdir.

Prezident müvafiq icra orqanlarının rəhbərlərindən və məsul şəxslərindən qəti surətdə tələb edir ki, onlar vətəndaşların problemləri ilə müntəzəm məşğul olsunlar, vətəndaşların problemlərinə biganə qalmasınlar, onlara şərait yaratsınlar, dəstək olsunlar və kömək göstərsinlər.

Azərbaycan Respublikasının Prezidenti ölkədə mükəmməl idarəetmə mexanizminin yaradılması, ən müasir idarəetmə formalarının tətbiqi üçün ciddi səylərini davam etdirir. Prezidentin qeyd etdiyi kimi, “Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır. Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar”.

Prezident vurğulayır ki, bütün sahələrdə çox ciddi islahatlar aparılır və aparılacaq. O, deyir: “Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var... Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcəkdir. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar”.

Bu baxımdan mübaliğəsiz və inamla demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyev öz gündəlik fəaliyyətində dövlət qulluğunun mükəmməl nümunəsini nümayiş etdirir və hər bir məmurdan, hər bir dövlət qulluqçusundan da bunu qətiyyətlə tələb edir.

Dövlət qulluğu sahəsində aparılan islahatlar cəmiyyətin inkişafında həmişə mühüm rol oynayıb və onun inkişafına, müasirləşməsinə müsbət təsirini göstərib. Dövlət idarəçiliyinin ən mühüm elementlərindən biri olan dövlət qulluğunu həyata keçirən insanlar, yəni dövlət qulluqçuları cəmiyyətdə gedən inkişaf proseslərinin həm təşkilatçısı, həm də icraçısıdırlar. Bu sahənin işi nə qədər yaxşı qurulsa, cəmiyyətin uğurları bir o qədər yüksək, nəticələri daha səmərəli olar. Buna görə də dövlətimizin başçısının səyləri ilə Azərbaycanda dövlət qulluğunun optimallaşdırılması, onun ən müasir tələblər səviyyəsinə qaldırılması üçün sistemli və məqsədyönlü iş aparılır.

Azərbaycanda dövlət qulluğunun əsas xüsusiyyətləri və prinsipləri, dövlət qulluğunun təşkilini şərtləndirən normalar 2000-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda və bu Qanun əsasında hazırlanmış, dövrün, həyatın, mövcud ictimai vəziyyətin tələbindən irəli gələn çoxsaylı normativ hüquqi aktlarda müəyyən edilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklə çox mükəmməl bir hüquqi akt yaradılıb. Ölkədə idarəçiliyin təşkilində mühüm rol oynayan bu aktlarla dövlət qulluqçularının etik davranış qaydaları, icbari sığortası, pensiya təminatı və digər məsələlər tənzimlənir. Dövlət quruculuğu məsələlərinə böyük əhəmiyyət verən dövlətimizin başçısı növbəti prezident seçkilərindən sonra 2000-dən çox fərman və sərəncam imzalayıb. İdarəetmə sahəsində aparılan islahatlar nəticəsində idarəetmə strukturunun təkmilləşdirilərək çevik mexanizmin yaradılması xüsusi diqqət yetirilən vacib məsələlərdən biridir. Son dövrdə bir çox dövlət qurumlarının statusu yenilənərək onlara publik hüquqi şəxs statusu verilib, bununla da onların həm hüquqları genişləndirilib, həm məsuliyyəti artırılıb və həm də müvafiq sahələrin idarə edilməsində daha fəal iştirakı təmin edilib.

Azərbaycan Respublikasının daha sürətli inkişafını təmin etmək üçün sosial və iqtisadi islahatların alternativinin olmadığını qeyd edən dövlətimizin başçısı yaşadığımız 2019-cu ildə də çox ciddi islahatların aparılacağını və dərinləşdiriləcəyini, bunun nəticəsində hər bir sahədə inkişafın, tərəqqinin davam edəcəyini, son nəticədə vətəndaşların daha yaxşı yaşayacağını qeyd edib və aparılan islahatların, şəffaflıqla bağlı görülən işlərin artıq öz bəhrəsini verdiyini göstərib. Xüsusilə vergi və gömrük orqanlarının fəaliyyətində aparılan islahatlar, bu sahədə şəffaflığın artırılması öz nəticələrini verməkdədir. Qısa müddətdə həmin orqanlar vasitəsilə büdcəyə daxilolmalar külli miqdarda artıb, bu, son nəticədə vətəndaşların güzəranının yaxşılaşmasına xidmət edib, bir çox sosial məsələlərin həllinə imkan yaranıb.

Bu bir həqiqətdir ki, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrini uğurla davam etdirən, ona daim müasirlik, yenilik gətirən Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və müdrik siyasəti möhkəm elmi əsaslara söykənir, dərin araşdırmalar əsasında qurulur, bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş surətdə və müəyyənləşdirilmiş proqramlar əsasında aparılır.

Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır. Bu plan əsasında müvafiq dövlət qurumları tərəfindən dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyən edilməsi, bu orqanların struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması, kadr qurumlarının işçilərin sayına mütənasib olaraq təşkili, bu qurumların nümunəvi əsasnaməsinin hazırlanması, dövlət qulluqçularının peşəkar inkişafı və təhsili, onların məlumat bazalarının və reyestrinin yaradılması, dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərin əməkdaşlarının, statusunun müəyyən edilməsi və digər məsələlər öz həllini tapır və tapacaqdır. Müvafiq sənəddə bu sahədə hər bir dövlət qurumunun vəzifələri konkret müəyyənləşdirilərək lazımi tapşırıqlar verilib.

Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır. Bu cəhətdən “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli Fərmanı üzərində bir qədər ətraflı dayanmaq istərdik. Bu sənəd dövlət qulluqçularının hüquqlarının qorunmasında və məsuliyyətinin artırılmasında mühüm rol oynayacaqdır. Bu nümunədə tərəflər haqqında məlumat, əmək müqaviləsinin müddətləri, dövlət qulluqçusunun əmək funksiyaları, qulluq şəraitinə, dövlət məvacibinə, əməyin mühafizəsinə, iş və istirahət vaxtına, məzuniyyətə, bədən tərbiyəsi və idmana dair şərtlər, birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti, sosial müdafiə məsələləri, mülkiyyət münasibətlərinin tənzimlənməsi, əmək müqaviləsində dəyişiklik edilməsi və ona xitam verilməsi barədə müddəalar vardır. Bu müqavilədə müəyyən edilən bütün hüquqlar dövlət qulluğuna dair normativ hüquqi aktların müvafiq maddələrinə istinad edilərək əsaslandırılır.

Bunlardan iş və istirahət vaxtına dair şərtlər diqqəti daha çox cəlb edir. “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilmiş dövlət qulluqçularının iş vaxtı istisna olmaqla, qulluq üçün zəruri olduqda, dövlət orqanının rəhbərinin müstəsna halda iş vaxtının ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilməsi, 5 saatdan çox artırdığı təqdirdə isə hər əlavə iş saatı üçün vəzifə maaşının ikiqat məbləğindən az olmamaqla əməkhaqqı verilməsi nəzərdə tutulub.

Azərbaycanda dövlət qulluqçularının daha səmərəli fəaliyyət göstərməsini və onlara tapşırılan mürəkkəb vəzifələrin daha yaxşı yerinə yetirilməsini təmin etmək üçün bu kateqoriyadan olan insanların sosial müdafiəsinin yaxşılaşdırılması da ölkə Prezidentinin daim diqqət göstərdiyi məsələlərdən biridir. Elə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il iyunun 18-də imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqının 250 manata çatdırılması, demək olar ki, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılması hamını, o cümlədən dövlət qulluğunda çalışan insanları son dərəcə sevindirib və təbiidir ki, daha yaxşı çalışmağa ruhlandırıb. Qeyd olunmalıdır ki, bu artımlar respublikada orta əməkhaqqının və pensiyaların miqdarına da müsbət təsir göstərib, bütövlükdə 2 milyona qədər vətəndaşı əhatə edib və bunun üçün büdcədən 1 milyard manata yaxın vəsait ayrılıb.

Ölkənin idarə olunmasında və inkişafının gücləndirilməsində ciddi rol oynayan dövlət qulluqçularının sayı da həmişə diqqəti cəlb edən məsələlərdən biridir. İlk baxışda onların sayı çox görünsə də, əslində, heç də belə deyildir. 2019-cu il yanvarın 1-nə olan məlumata görə, hazırda ölkədə dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir. Aparılan islahatlar nəticəsində dövlət qulluqçularının sayı 0,7 faiz azalıb. Ümumiyyətlə, dövlət qulluqçularının 28,5 faizini qadınlar təşkil edir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü göstərir ki, bu sahədə çalışanların orta yaş həddi 43 ildir. 35-44 yaşda olan dövlət qulluqçuları 26,3 faiz təşkil edirsə, 63-64 yaşda olanlar cəmi 2,9 faizdir. Bu rəqəmlər gənclər üçün zəngin təcrübə məktəbindən bəhrələnmək imkanı olduğunu sübut edir.

Bütövlükdə Azərbaycanda dövlət qulluqçuları ölkənin məşğul əhalisinin çox cüzi bir hissəsini – 0,6 faizini təşkil edir. Bu rəqəm digər ölkələrlə müqayisədə xeyli azdır. Odur ki, bu sahədə çalışanların hazırlıq səviyyəsinin və iş keyfiyyətlərinin yüksək olması çox vacibdir. Yalnız yüksək peşəkarlıqla, dərin biliklə, kreativ düşüncə tərzi ilə, ən başlıcası Vətənə, xalqa, dövlətə sədaqət hissi ilə bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür.

Azərbaycanda dövlət qulluğunun təşkili prinsiplərindən danışarkən, sözsüz ki, ilk növbədə, onun məqsəd və vəzifələri üzərində dayanmaq lazımdır. Ümumiyyətlə, ölkə Prezidentinin siyasətinin sosialyönümlü olduğunu və dövlətlə vətəndaşlar arasında münasibətlərin sağlam zəmində qurulduğunu, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının, onun maraqlarının və rifahının dayandığını xüsusi qeyd etmək vacibdir. Hər bir Azərbaycan vətəndaşı dərindən dərk edir ki, dövlət nə qədər güclü olarsa, onun həyatı o qədər təhlükəsiz, risksiz və rahat olar, maddi rifahı ildən-ilə yaxşılaşar. Vətəndaşlarla dövlətin ünsiyyəti bilavasitə dövlət qulluqçuları vasitəsilə həyata keçirildiyinə görə bu qarşılıqlı münasibətlərin gündən-günə yaxşılaşması və dövlət qulluqçularının, ilk növbədə, vətəndaşın mənafeyini düşünməsi vacib məsələdir.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Azərbaycanda vətənpərvərlik hissləri, dövlətçiliyə bağlılıq çox yüksək səviyyədədir. Ona görə vətəndaş dövlət qarşısında öz vəzifə borcunu yerinə yetirir və yetirməlidir. Eyni zamanda, dövlət də həmişə vətəndaşın yanında olmalıdır”. Dövlət və vətəndaş münasibətlərinin ahəngdarlığını dövlətimizin başçısının çətin məqamlarda həmişə xalqın içində olmasında, Azərbaycan vətəndaşlarına arxa-dayaq olmasında aydın görmək mümkündür.

Son vaxtlar dövlət qulluğunun təşkilində yeni nüanslar və formalar, tamamilə yeni nümunələr özünü göstərməkdədir. Bu baxımdan bir çox dövlət orqanlarının vacib funksiyalarını ən müasir texnoloji vasitələrlə həyata keçirən “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycan Prezidentinin bilavasitə təşəbbüsü ilə yaradılan bu qurum artıq bütün dünyada maraq doğurur və müasir idarəetmə kadrlarının yetişməsində və bu sahədə yüksək şəffaflığın təmin edilməsində çox vacib amilə çevrilməkdədir.

Gənc kadrların idarəçilik məktəbinə çevrilən bu mərkəzlərdə gənclər çox zəngin təcrübə toplayır və özlərinə gələcək həyat vəsiqəsi qazanırlar. Hazırda respublikada fəaliyyət göstərən 15 “ASAN xidmət” mərkəzi ilə yanaşı, daha 5-i yaradılmaqdadır.

Hələ 2015-ci ildə bu xidmətin uğurlu fəaliyyəti BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görülüb və həmin dövrdən öz fəaliyyət diapazonunu daha da genişləndirərək əsl Azərbaycan brendinə çevrilib. BMT-nin bir neçə ölkədə keçirdiyi forumlarda barəsində geniş söhbət açılan bu xidmətin təcrübəsi çoxlarına örnək kimi təqdim edildiyinə görə BMT-nin Dövlət Xidmətləri Günü münasibətilə 2003-cü ildən etibarən hər il keçirilən Dövlət Xidmətləri Forumu bu il iyunun 24-dən 26-dək Bakıda təşkil olunacaq və bu Forumda BMT Baş katibinin müavini Lui Zemin, dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndə iştirak edəcəkdir. Heydər Əliyev Mərkəzində baş tutacaq bu tədbir Azərbaycanın və onun dövlətçiliyinin uğurlarının nümayişinə çevriləcəkdir.

Görülən bütün tədbirlər Azərbaycanın daha yaxşı inkişafına, ölkədə daha mükəmməl idarəetmə sistemi yaradılmasına, eyni zamanda, xalq-iqtidar birliyinin, sabitliyin qorunmasına və bunun bütün xalqın məqsəd və məramına çevrilməsinə xidmət edir və edəcəkdir.

 
  • Oxunub:  3000  |  
  • Tarix:  20-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir

20 Sentyabr 09:23
Elçin Əhmədov: “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın enerji təhlükəsizliyi tam təmin edildi
20 Sentyabr 09:11
“Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir
20 Sentyabr 08:48
Regionlarda meyvəçiliyin inkişafı istiqamətində çoxşaxəli tədbirlər görülür
19 Sentyabr 23:14
Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir
19 Sentyabr 22:55
Azərbaycan-Qırğızıstan əməkdaşlığına dair fikir mübadiləsi aparılıb
19 Sentyabr 22:40
Səfir Erkan Özoral: Azərbaycan vətəndaşlarının Türkiyədən deportasiyasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir
19 Sentyabr 22:32
Yelizaveta Truss və Kristofer Pinçerdən
19 Sentyabr 21:39
Li Canşu: Çin Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir
19 Sentyabr 17:57
Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 Sentyabr 17:56
YAP Gəncə şəhər təşkilatında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
19 Sentyabr 17:55
“Əsrin müqaviləsi” – Ulu Öndərimizin şah əsəri, bu günkü və gələcək inkişafımızın təməl daşıdır
19 Sentyabr 17:52
Mərkəzi Elmi Kitabxanada “Qafqaz Neoliti” sənədli filminin təqdimatı olub
19 Sentyabr 17:50
YAP Binəqədi və Pirallahı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi ilə əlaqədar Nəft Daşlarında təntənəli tədbir keçirildi
19 Sentyabr 17:48
Vüqar Rəhimzadə: «Əsrin müqaviləsi» Azərbaycanı dünyada sabit, təhlükəsiz ölkə kimi tanıtdı
19 Sentyabr 17:46
Qlobal enerji təhlükəsizliyi problemi və “Əsrin müqaviləsi”
19 Sentyabr 17:38
Humanist ruhlu pedaqoq və alim – Rəfiqə Əliyeva
19 Sentyabr 17:33
Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının yüksək fəxri mükafatı ilə təltif olunub
19 Sentyabr 17:31
Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın rəsmi “Twitter” səhifəsi yaradılıb
19 Sentyabr 17:30
Budapeştdə Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
19 Sentyabr 17:25
Bakıda “Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib
19 Sentyabr 17:19
Ulu Öndərin formalaşdırdığı enerji siyasəti “Əsrin müqavilə”si ilə Azərbaycanı beynəlxalq enerji bazarında birbaşa iştirakçıya çevirdi
19 Sentyabr 17:10
Orxan Məmmədov: Yaxın müddətdə KOB-lar üçün yeni dəstək mexanizmləri işə düşəcək
19 Sentyabr 17:02
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib
19 Sentyabr 16:57
Elmar Məmmədyarov: Macarıstanın Türk əməkdaşlıq təşkilatları ilə sıx münasibətlər qurmaq niyyəti təqdirəlayiqdir
19 Sentyabr 16:50
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Qubada vətəndaşları qəbul edib
19 Sentyabr 16:46
“Azərsu” sədri Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcərdən olan sakinləri qəbul edib
19 Sentyabr 16:43
Əsrin müqaviləsi - əsrə bərabər 25 il
19 Sentyabr 16:40
Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq
19 Sentyabr 16:38
Əli Əhmədov: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir
19 Sentyabr 16:36
Firəngiz Əlizadə: Berlin kimi böyük şəhərdə konsert təşkil etmək və zalları tamaşaçılarla doldurmaq böyük uğurdur
19 Sentyabr 16:33
Strateji inkişaf yolunun başlanğıcı – “Əsrin müqaviləsi”
19 Sentyabr 16:13
Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub
19 Sentyabr 16:05
Azərbaycan-Tacikistan əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib
19 Sentyabr 16:02
Gələn il 2 yeni “ASAN xidmət” mərkəzi Bakıda, 5 mərkəz isə regionlarda açılacaq
19 Sentyabr 15:50
Sevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdur
19 Sentyabr 15:42
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Sədri Azərbaycana rəsmi səfərə gəlib
19 Sentyabr 15:13
Tokioda Azərbaycan-Yaponiya Dostluq Mərkəzi ilə “Cross Border Club” arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Sentyabr 15:07
Qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb
19 Sentyabr 15:01
Azərbaycan İlahiyyat İnstitutunda Əhməd bəy Ağaoğluna həsr edilən konfrans keçirilir
19 Sentyabr 14:58
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
19 Sentyabr 14:47
BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 32-ci qurultayı təşkil edilib
19 Sentyabr 14:45
Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib
19 Sentyabr 14:25
Azərbaycanda pensiya kapitalından necə istifadə etmək olar – Yeni modellər öyrənilir – ARAŞDIRMA
19 Sentyabr 14:13
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov mətbuat konfransı keçirib
19 Sentyabr 14:07
“Əsrin kontraktı”: müstəqilliyimizin qarantı olan tarixi layihə
19 Sentyabr 14:02
Bakının Baş planının hazırlanması üzrə qurumlararası İşçi Qrupun növbəti iclası keçirilib
19 Sentyabr 14:00
Azərbaycan OPEC-lə neft bazarındakı vəziyyəti müzakirə edib
19 Sentyabr 13:53
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəki və Zaqatala rayonlarının vətəndaşlarını qəbul edib
19 Sentyabr 13:46
Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin əməkdaşlığının perspektivləri müzakirə olunub
19 Sentyabr 13:40
Pərviz Şahbazov: "Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatındə müstəsna xidmətləri olub
19 Sentyabr 13:31
Xəbər agentlikləri informasiya istehsalında süni intellektin tətbiqi məsələsini müzakirə edirlər
19 Sentyabr 13:28
BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb
19 Sentyabr 12:52
Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri Naxçıvanda səfərdə olub
19 Sentyabr 12:50
“News Blaze” nəşri: “Ermənistanın Baş naziri Nikol Paşinyan Los-Ancelesdə persona non-qrata elan edilməlidir”
19 Sentyabr 12:29
AZƏRTAC Xəzər-Qara Dəniz regionu ölkələri üzrə ilin xəbər agentliyi mükafatına layiq görülüb
19 Sentyabr 12:19
Bəhruz Quliyev: "SƏS" İnformasiya Agentliyi 11 il ərzində ətrafında oxucu ordusu cəmləyib
19 Sentyabr 11:47
Azərbaycan ilə Belarusun ikitərəfli münasibətlərində təhlükəsizlik fəaliyyəti mühüm əhəmiyyət kəsb edir
19 Sentyabr 11:43
Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq
19 Sentyabr 11:38
Nazir müavini: Energetika bazarının liberallaşmasına dair təkliflər hazırlanıb
19 Sentyabr 11:16
Kolumbiya parlamentində Azərbaycan ilə bağlı dinləmələr keçirilib
19 Sentyabr 11:09
Milli Musiqi Günü münasibətilə Qız Qalasının önündə konsert təşkil olunub
19 Sentyabr 11:06
Təlimlərdə qoşunların qarşılıqlı fəaliyyəti ərazinin maketi üzərində icra olunub
19 Sentyabr 11:00
Nazir müavini: Azərbaycan Xəzəryanı ölkələrin hər biri ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir
19 Sentyabr 10:48
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq
19 Sentyabr 10:36
“VFS Global”, Elektron Hökumətin İnkişafı Mərkəzi və İnnovasiyalar Mərkəzi Anlaşma Memorandumu imzalayıblar
19 Sentyabr 10:30
Tacikistanın nümayəndə heyəti Azərbaycanda istehsalat müəssisələrinin iş prosesi ilə tanış olub
19 Sentyabr 10:26
Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim
19 Sentyabr 10:25
SOCAR Gürcüstana təbii qaz tədarükü ilə bağlı məsələləri müzakirə edib
19 Sentyabr 10:20
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir
19 Sentyabr 10:17
Xələf Xələfov: “Əsrin müqaviləsi” üzrə bugünkü nailiyyətlər Azərbaycan xalqının, dövlətinin maraqlarına xidmət edən nailiyyətlərdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +29
gecə+18 +22