Ana səhifə »  Qəzetin pdf formatı »  BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq
A+   Yenilə  A-
BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq

Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (ECOSOC) yanında əsas məşvərətçi statusuna malik Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yazılı bəyanatı BMT-nin Nyu-Yorkda keçiriləcək Davamlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun (YSSF 2019) 7-ci sessiyasında təqdim olunacaq.

BAMF-dan AZƏRTAC-a bildiriblər ki, “YSSF 2019” "İnsanların imkanlarının genişləndirilməsi, inklüzivliyi və bərabərliyi təmin etmək" mövzusuna həsr olunacaq. Burada hər il geniş şəkildə müzakirə edilən DİM 17 (məqsədlər üçün tərəfdaşlıq) ilə yanaşı, DİM 4 (keyfiyyətli təhsil), DİM 8 (layiqli əmək və iqtisadi artım), DİM 10 (bərabərsizliyin azaldılması), DİM 13 (iqlim dəyişikliyinə qarşı mübarizə) və DİM 16 (sülh, ədalət və səmərəli institutlar) dərindən araşdırılacaq.

Bəyanat ECOSOC Vətəndaş Cəmiyyəti Şəbəkəsinin rəsmi internet saytında yerləşdirilib. Sənəddə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün birgə fəaliyyətin əhəmiyyəti vurğulanır. Yazılı bəyanatda, həmçinin dünyada baş verən müharibələr, etnik və dini münaqişələr, ərazi mübahisələri və terror hücumları, iqtisadi böhran və ekoloji fəlakətlərin cəmiyyətin bərabər və davamlı inkişafına birbaşa təsiri nəticəsində yaranmış mövcud vəziyyət əks olunur.

İctimaiyyətə açıq olan bəyanatda Azərbaycan torpaqlarının 20 faizinin - Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalı, habelə Azərbaycanda yaşayan 1,2 milyon qaçqın və məcburi köçkünün probleminin yaranmasına səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələri əhatəli şəkildə göstərilib. Bundan əlavə, bəyanatda işğal olunmuş ərazilərdə dağıdılmış əmlaklar, şəhərlər və ekoloji fəlakət haqqında real faktlar yer alır. Nəticə etibarilə bəyanat münaqişələrin ədalətli həlli, işğal olunmuş ərazilərin azad edilməsi, bütün qaçqın və məcburi köçkünlərə bərabər şəraitin yaradılması, davamlı inkişafın və sülhün bərqərar olması üçün qlobal tərəfdaşlığın qurulmasına çağırır.

AZƏRTAC dərc olunan bəyanatın tam mətnini təqdim edir:

"İqtisadi və Sosial Şuranın 2019-cu il sessiyası üçün müəyyən edilmiş "İnsanların imkanlarının genişləndirilməsi, inklüzivliyi və bərabərliyi təmin etmək" mövzusu bu istiqamətdə əldə olunan inkişafın müəyyən edilməsi məqsədilə “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi”nin həyata keçirilməsi ilə bağlı inkişaf prosesindən geridə qalan insanların xüsusi ehtiyaclarının təmin edilməsində həll yollarını tapmaq üçün prioritetləri müəyyənləşdirmək istiqamətində aparılan beynəlxalq müzakirələrdə vacib məqamdır. 2015-ci ildə Davamlı İnkişaf Məqsədlərinin qəbul edilməsi ilə dünya qeyri-bərabər və davamlı olmayan inkişafa gətirib çıxaran, nəticədə qeyri-sabitliyin yaranmasına səbəb olan bərabərsizlik problemini tamamilə həll etmək üçün vaxtın yetişdiyini qəbul etdi. “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi”nin qəbul edilməsindən təxminən 4 il keçib və dövlətlərin daxilində, eləcə də ölkələr arasında planetimizin davamlı inkişafı üçün yeni təhdidlərin yaranmasına gətirib çıxaran iqtisadi və sosial bərabərsizliyə dürüst yanaşmaq zamanı gəlib çatıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) - 1992-ci ildə "Evdə Sülh, Ölkədə Sülh, Dünyada Sülh" şüarı ilə qlobal sülhü, bərabər və davamlı inkişafı dəstəkləyən uzunmüddətli məqsədlə yaradılan beynəlxalq qeyri-hökumət təşkilatıdır. Yarandığı vaxtdan bəri BAMF regional sahədə fəaliyyətini postsovet, Asiya və Avropa ölkələrinə yayıb; Birləşmiş Millətlər Təşkilatı, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Sülh Bürosu, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xarici diplomatik missiyalar və beynəlxalq təşkilatlar, hökumət və qeyri-hökumət qurumları ilə sıx əməkdaşlıq əlaqələri yaradıb.

BAMF müharibədən əziyyət çəkən bölgələrdə yaşayan əhalinin həssas hissəsini, xüsusilə qadın və uşaqların, minadan zərərçəkənlərin, qaçqın və məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası, hüquq və imkanlarının genişləndirilməsi, bərabərliyinin təmin edilməsində onları dəstəkləmək məqsədilə müxtəlif humanitar, sosial, media və təhsil layihələrinin reallaşdırılması üzərində işləyir. Hazırda BAMF beş əsas istiqamətdə fəaliyyət göstərir: Media və vətəndaş cəmiyyətinin İnkişafı; Sülhyaratma və münaqişələrin həlli; İcmanın inkişafı; Qaçqınlar / məcburi köçkünlər və Təhsil.

Biz hesab edirik ki, hər bir insan Davamlı İnkişaf Məqsədlərinə nail olmaqda töhfə verməlidir. Siyasi liderlər, tədqiqatçılar, vətəndaş cəmiyyəti qrupları və gənclər də daxil olmaqla dünyada milyonlarla insan bütün insanların davamlı gələcəyə nail olmaqda birgə fəaliyyət göstərməsi üçün Davamlı İnkişaf Gündəliyi və 17 qlobal məqsədin müəyyənləşdirilməsi üzərində işləyəcəklər.

Qaçqın və məcburi köçkünlərin də bərabər hüquqları daxil olmaqla, bərabərsizlik problemini həll etmək vacibdir. Bu gün cəmiyyətin bərabər və davamlı inkişafına birbaşa təsir göstərən müharibələrin, etnik və dini münaqişələrin, ərazi mübahisələrinin və terror hücumlarının, iqtisadi böhranın və ekoloji fəlakətlərin ən yüksək həddə çatdığı bir tarixi dövrdür. Dünyanın 50-dən çox ölkəsində baş verən münaqişələr, eləcə də müharibələrin səbəb olduğu ciddi fəlakətlər, iqtisadi və ekoloji risklər nəticəsində 65 milyondan çox insan evlərini tərk etməyə məcbur qalıb. Əksər hallarda, bu insanların yaşamaq, təhsil almaq, işləmək hüquqları pozulur və bu da onları inkişaf prosesindən geri qoyur.

Azərbaycan etnik təmizləmələrə məruz qalan və işğaldan əziyyət çəkən ölkələrdən biridir. Nəticədə bu gün Azərbaycanda 1,2 milyondan çox qaçqın və məcburi köçkün yaşayır. Təkcə 1989-cu ildə Sovet ordusunun köməyi ilə Ermənistandan təxminən 300 min azərbaycanlı deportasiya edilib. Bu gün Azərbaycan əhalisinin sayının 10 milyona çatdığını nəzərə alsaq, qaçqın və məcburi köçkünlərin sayı digər ölkələrə nisbətən daha çoxdur. 1988-1993-cü illərdə erməni qoşunları Azərbaycan torpaqlarının 20 faizini - Dağlıq Qarabağı və ona bitişik yeddi ətraf rayonu işğal edib. Azərbaycanın işğal olunmuş ərazilərində 900-dən çox yaşayış məntəqəsi və ümumi sahəsi 9,1 milyon kvadratmetr, 4 376 sosial və mədəniyyət obyekti, 7 min ictimai bina, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 1025 məktəb, 855 uşaq bağçası, 4 sanatoriya və istirahət kompleksi, 798 tibb müəssisəsi, 927 kitabxana, 1510 mədəniyyət müəssisəsi, 598 rabitə obyekti, 40 mindən çox muzey eksponatı məhv edilib. Mülkiyyət hüququ, bir milyondan artıq insanın dinc və davamlı şəraitdə yaşamaq hüququ ciddi şəkildə pozulub. İşğal olunmuş bölgələrin dağıdılması, əkinçiliyə, infrastruktura, sənayeyə və tarixi irsə zərər verilməsi, qayda-qanunu sülh yolu ilə bərpa etmək üçün mümkün qədər tez dayandırılmalıdır. Beynəlxalq ictimaiyyət təxminən 30 il davam edən bu vəziyyətə daha çox diqqət yetirməlidir. Müharibə zamanı qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə (822, 853, 874 və 884) baxmayaraq, Ermənistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Cənubi Qafqaz regionunun daha da davamlı və bərabər inkişafı üçün vacib olan bu qətnamələrə məhəl qoymur.

Üzv dövlətlərin "heç kim unudulmayıb" prinsipi ilə bağlı öhdəliyi bizdən bərabərsizliyə qarşı mübarizə aparmağı və hər bir insanın səsini eşitmək üçün istənilən ayrı-seçkilik formalarını aydın şəkildə müəyyənləşdirib aradan qaldırmağımızı tələb edir. Bütün insanların əsas hüquqlarının, o cümlədən təhsil almaq və işləmək hüququnun bərabər şəkildə təmin olunması vacibdir. Bu mənada vətəndaş cəmiyyətinin və qeyri-hökumət təşkilatlarının rolu çox vacibdir. Bərabərliyin təşviqində qeyri-ənənəvi peşələr üzrə peşə təhsili almaqda, xüsusilə qızlara, qadınlara, qaçqınlara, məcburi köçkünlərə və əlillərə üstünlük verilməlidir.

Buna təsir etmək üçün qəbul olunacaq strategiyalar mədəni, coğrafi və ekoloji dəyişiklikləri, eləcə də yoxsulluq və cəhalət kimi problemləri nəzərə almalıdır. Bundan əlavə, gənclərin inkişafı və onların qərarların qəbul edilməsi prosesinə inteqrasiyasını dəstəkləyən layihələr üzərində işləmək lazımdır. Həmçinin qaçqın və məcburi köçkünlərin bərabər hüquqlarının qorunması üçün daha güclü qurumlara ehtiyacımız var. Əvvəl və yeni yaranmış qaçqın və / və ya məcburi köçkünlər arasında ayrı-seçkilik olmamalıdır. Bu insanların hüquqları milli və beynəlxalq səviyyədə müdafiə olunmalıdır.

Nəticə etibarilə, Beynəlxalq Avrasiya Mətbuat Fondu İqtisadi və Sosial Şuranın "İnsanların imkanlarının genişləndirilməsi, inklüzivliyi və bərabərliyi təmin etmək" adlı sessiyasının əsas məsələlərdə bərabərliyin təşviqində vətəndaş cəmiyyətinin rolu və iştirakına vahid yanaşmaya əsaslanan konkret təkliflər hazırlamaq və beyin fırtınası üçün yaxşı bir platformdur. Beynəlxalq Avrasiya Mətbuat Fondu dünyada qeyri-sabitlik və bərabərsizlik dövründə, iqtisadi, sosial və siyasi davamlı inkişaf ilə əlaqəli olan bərabərsizlik probleminin tamamilə olmasa da, əsasən həll edilməli olduğu zamanın yetişdiyi ilə razılaşır. Dünyada ən çətin şəraitdə yaşayan insanların həqiqətin səsi olması üçün bərabərsizliyi yaradan səbəblərə obyektiv yanaşmaq və hökumətlərlə tərəfdaşlıq quraraq vətəndaş cəmiyyətinin rolunu təşviq etmək üçün birgə işləmək vaxtı çatıb. Buna görə də, biz beynəlxalq ictimaiyyəti, BMT qurumlarını, hökumət və qeyri-hökumət təşkilatlarını münaqişələrin ədalətli həllinə, işğal olunmuş ərazilərin azad edilməsinə daha çox diqqət yetirmək, eləcə də bütün qaçqın və məcburi köçkünlərə bərabər şərait, davamlı inkişafın və dinc mühitin yaradılması üçün qlobal tərəfdaşlıq yaratmağa çağırırıq".

Qeyd edək ki, BMT-nin davamlı inkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun (YSSF 2019) 7-ci sessiyası BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) rəhbərliyi ilə iyulun 9-dan 15-dək keçiriləcək. İyulun 16-18-də ECOSOC-un illik yüksək səviyyəli forumu ilə yanaşı, nazirlər səviyyəsində üçgünlük toplantı təşkil olunacaq.

Qırx yeddi ölkə “YSSF 2019” üçün Könüllü Milli Hesabat (KMH-lar) təqdim edəcək. Bir sıra ölkələr, o cümlədən Vyetnam, Əlcəzair, Bosniya və Herseqovina, Burkina-Faso, Kamboca, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Konqo, Kot-d’İvuar, Xorvatiya, Svazilend, Fici, Qana, Qayana, İslandiya, İraq, İsrail, Qazaxıstan, Küveyt, Lesoto, Lixtenşteyn, Mavritaniya, Mavriki, Monqolustan, Nauru, Yeni Zelandiya, Oman, Pakistan, Palau, Ruanda, Sent Lusiya, Serbiya, Cənubi Afrika, Timor-Leste, Tonqa, Tunis, Türkmənistan, Böyük Britaniya, Tanzaniya və Vanuatu tədbirə ilk dəfə qatılacaq.

Bundan əlavə, Azərbaycan, Çili, Qvatemala, İndoneziya, Filippin, Syerra-Leone və Türkiyə KMH-ları ikinci dəfə təqdim edəcək.

 
  • Oxunub:  3450  |  
  • Tarix:  20-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA