Ana səhifə »  Qəzetin pdf formatı »  Ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir
A+   Yenilə  A-
Ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir

Prezident İlham Əliyevin bu günlərdə imzaladığı müvafiq sərəncamlar təhsil sahəsində aparılan uğurlu islahatların davamıdır
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət ölkəmizin inkişafına, xalqımızın əmin-amanlıq şəraitində yaşamasına tam təminat verir. Bu siyasətin əsas məqsədi insanların rifah halının yaxşılaşdırılması, onlara göstərilən qayğının daha da artırılması və həyat səviyyəsinin yüksəldilməsidir. Prezident İlham Əliyevin sosial islahatlar paketinin yeni uğurlu nəticələri, sosial müdafiə sahəsində atılan mühüm addımlar müəllimləri də əhatə edir. Dövlət başçısının iyunun 18-də imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar bu istiqamətdə daha bir əhəmiyyətli addımın atılmasına imkan verib.
Məlumat üçün bildirək ki, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Sərəncamda həmin müəllimlərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılması tapşırılır. Sərəncam ümumilikdə 160 minə yaxın müəllimi əhatə edir və onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, bu il (sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq.
Prezident İlham Əliyevin “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı isə həmin təbəqədən olan müəllimlərin və işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmasını nəzərdə tutur.
“Yeni Azərbaycan” qəzeti olaraq, sözügedən sərəncamlarla bağlı Bakı şəhərində fəaliyyət göstərən müəllimlərin fikirlərini öyrəndik.
Səbail rayonu, M.Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova Azərbaycan dövlətinin apardığı uğurlu siyasətdən, həyata keçirilən təhsil islahatlarından və təhsil işçilərinin maddi rifah halının yaxşılaşdırılması sahəsində görülən işlərdən danışıb: “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Sərəncam barədə məlumatı dərs zamanı aldıq. Təbii ki, bu xəbər pedaqoji kollektivin çox böyük sevincinə səbəb oldu. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı göstərilməsi dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Təhsil işçilərinin əməkhaqlarının artırılması, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar bizim üçün böyük stimul olmaqla yanaşı, həm də məsuliyyətimizi artırır. Ümumiyyətlə, vətəndaşların həyatının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi strategiyanın əsasını təşkil edir”.
Eləcə də sözügedən tam orta məktəbin riyaziyyat müəllimi Şəhla Yolçuyeva son sərəncamları əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan inqilabi addımların davamı kimi qiymətləndirib. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün uğurla davam etdirilir: “Çox sevinirik ki, zəhmətimiz, əziyyətimiz daim qiymətləndirilir. Hər zaman dövlətimizin diqqət və qayğısını öz üzərimizdə hiss etmişik. Bildiyiniz kimi, bu yaxınlarda diaqnostik qiymətləndirməyə görə maaşlarımız artmışdı, artıq yeni dərs ilindən etibarən maaşlarımız orta hesabla 20 faiz də artacaq. Bu, bizim üçün bir stimul oldu. Təbii ki, bu diqqət bizi sevindirir və qürurlandırır. Eyni zamanda, məsuliyyət hissimizi artırır. Qeyd edim ki, 7 nömrəli tam orta məktəbin ən gənc müəllimlərindən biriyəm. Müəllim peşəsini seçən biz gənclərin üzərinə böyük məsuliyyət düşür. Buna görə biz gənclər müstəqil dövlətimizin qədrini bilməli, onu göz bəbəyimiz kimi qorumalıyıq”.
94 nömrəli tam orta məktəbin direktoru Şəmsəddin Vəliyev də bəhs olunan sərəncamlarla bağlı fikirlərini bölüşərək vurğulayıb ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatlar gənclərin təhsilə cəlb olunmasına, təhsil sahəsində kadr problemlərinin həllinə və müəllim peşəsinin nüfuzunun daha da yüksəlməsinə öz müsbət təsirini göstərir: “Müəllim cəmiyyətin sabahının və gözəl gələcəyinin yaradıcısıdır. Ümummilli Lider Heydər Əliyev müəllim peşəsinə və əməyinə həmişə yüksək qiymət verib. Ulu Öndərin Azərbaycana rəhbərliyi illərində ölkəmizdə yüzlərlə yeni məktəb binası, uşaq bağçası tikilib istifadəyə verilib. Sevindirici haldır ki, müəllimin əməyinə bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymət verilir, bu peşə sahiblərinin sosial rifahının yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir. Bu gün təhsilə, müəllimə diqqət göz qabağındadır. Azərbaycan Prezidentinin müvafiq sərəncamları məktəb kollektivləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır, təlim-tərbiyə işinin daha da yaxşılaşmasına öz töhfəsini verir”.
“Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Bu fikirləri K.Kərimov adına 8 nömrəli məktəbin direktoru Aytən Baxşıyeva qəzetimizə açıqlamasında deyib. Onun sözlərinə görə, son illər ölkəmizdə görülən işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaqdır: “Biz də Prezidentimizin bütün sahələr üzrə uğurlu siyasətini görür, daim dəstəkləyir və Onun ətrafında sıx birləşmişik. Sözügedən sərəncamlarla bağlı xoş xəbəri aldıqdan sonra bütün müəllimlərimiz bir-birinə zəng edib sevinclərini paylaşıblar. Cəmiyyətdə müəllim peşəsinə hörmət artır. Bu, islahatlar nəticəsində mümkün olub. Yeri gəlmişkən xatırladım ki, məktəbimiz əvvəllər A.S.Loginovun adını daşıyırdı. 2017-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə 8 nömrəli tam orta məktəbə kosmonavtikanın inkişafında misilsiz xidmət göstərmiş general-leytenant Kərim Kərimovun adı verildi. Ötən il ölkə başçısının müfaviq Sərəncamı ilə məktəbimiz yenidən təmir edildi. Cənab Prezident məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Təhsil sahəsində aparılan islahatlara görə təhsil işçiləri adından Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk”.
Öz növbəsində, 8 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Əliyeva da bildirib ki, bu gün Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Azərbaycan Prezidenti həmişə vurğulayır ki, dövlətin, xalqın gələcəyi intellektual inkişafla bağlıdır və elmə qoyulan sərmayə millətin sabahına xidmət edir. Ölkədə həyata keçirilən neft strategiyasından gələn gəlirlərin insan kapitalına yönəldilməsi sosial-iqtisadi islahatların davamlılığına və tarazlı inkişafa xidmət edir. Bir sözlə, daha savadlı, istedadlı və dinamik gəncliyin formalaşması üçün bu gün hökumətimiz bütün sahələrlə yanaşı, təhsil sistemində islahatlar həyata keçirir, gənclərin ictimai-siyasi həyatda rolunun artırılmasına xüsusi diqqət yetirir. Dövlətimizin başçısının məqsədyönlü siyasəti nəticəsində respublikamız bu sahədəki strateji məqsədlərinə doğru inamla irəliləyir. Həmin islahatlardan biri də biz təhsil işçilərinin könlünü şad edən xəbər idi. Sözsüz ki, bu şad xəbər pedaqoji heyətimiz tərəfindən sevinclə qarşılandı. Maaşların artırılması biz müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün çox böyük addımdır. Bu, peşə sahiblərinin hər birinin ailəsinə və ailə üzvlərinin güzəranının yaxşılaşmasına öz müsbət təsirini göstərəcək. Təhsilə və müəllimlərə qayğı, xalqımızın savadlı gələcəyinə yatırım deməkdir. Böyük müəllim ordusu adından daim təhsilin və təhsil işçilərinin qayğısına qaldığı üçün dövlət başçımıza təşəkkürümü bildirirəm”, - deyə S.Əliyeva vurğulayıb.
Bu gün ölkədə müəllim peşəsinin nüfuzunun xeyli artdığını deyən Binəqədi rayonu 246 saylı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Səadət Cahangirzadə isə bildirib ki, son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. “Müəllimlik çox çətin və şərəfli peşədir. 2005-ci ildən bu məktəbdə pedaqoji fəaliyyət göstərirəm. Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edirəm. Şagirdlərimin təlim-tərbiyəsində, onların xeyirli bir vətəndaş kimi formalaşmasında əlimdən gələni etməyə çalışıram. Sevindirici haldır ki, ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayı xeyli artıb. Ölkəmizdə davamlı olaraq aparılan məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, müəllimlərin işə qəbulunun şəffaf təşkili bu peşənin cazibədarlığını artırıb. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam bizi çox sevindirdi. Dövlət qayğısı təhsildə keyfiyyətin yüksəldilməsinə zəmin yaradır. Biz vətəndaşlar olaraq öz dövlətimizə və Prezidentimizə ürəkdən inanır, hər bir işdə Ona güvənir və Prezidentimizin gücünü həmişə hiss edir, bununla da qürur duyuruq”, - deyə S.Cahangirzadə söyləyib.
Müşfiqə BAYRAMLI

 
  • Oxunub:  3420  |  
  • Tarix:  20-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA