Ana səhifə »  Qəzetin pdf formatı »  Respublika Günü və diplomatik xidmət orqanlarımızın yaranmasının 100 illiyi Kuala Lumpurda qeyd edilib
A+   Yenilə  A-
Respublika Günü və diplomatik xidmət orqanlarımızın yaranmasının 100 illiyi Kuala Lumpurda qeyd edilib

Kuala Lumpurda Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən 28 May - Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Malayziyanın Xarici İşlər Nazirliyinin rəsmiləri, Azərbaycan-Malayziya parlamentlərarası dostluq qrupunun üzvləri, Selanqor ştatının şahzadəsi Sulaiman Şah ibni Sultan Abdul Aziz Şah, “Petronas” dövlət neft və qaz şirkətinin prezidenti Van Zulkifli Van Ariffin, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri, tanınmış iş adamı Ko Ko Latt və soydaşlarımız iştirak ediblər.

Rəsmi qəbul hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən səfir Qaley Allahverdiyev 2019-cu ildə Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyinin qeyd edildiyini və bunun Azərbaycan tarixində mühüm hadisə olduğunu bildirib. Azərbaycan Prezidentinin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə 9 iyul tarixinin Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü elan edildiyi, məhz bu tarixin seçilməsində 9 iyul 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsinin əsas götürüldüyü diqqətə çatdırılıb.

Azərbaycan diplomatiyasının zəngin tarixə malik olduğunu vurğulayan Q.Allahverdiyev orta əsrlərdə Azərbaycan dövlətlərinin Avropa və Asiya dövlətləri ilə geniş diplomatik münasibətlər qurduğunu, Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin anası Sara Xatunun müsəlman dünyasında ilk qadın diplomat olduğunu qeyd edib.

Cümhuriyyətin uğurlu xarici siyasətindən danışan səfir həmin dövrdə bir çox ölkələrlə diplomatik münasibətlərin qurulduğunu, Azərbaycanda 16 dövlətin diplomatik nümayəndəliklərinin fəaliyyət göstərdiyini, bir sıra ölkələrdə diplomatik nümayəndəliklərin təsis edildiyini, 11 yanvar 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransının Ali Şurası tərəfindən de-fakto tanındığını bildirib.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın milli mənafelərimizin qorunmasına xidmət edən müstəqil, çoxşaxəli, tarazlaşdırılmış və fəal xarici siyasət həyata keçirdiyi, bütün dövlətlər və beynəlxalq təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurmaq əzmində olduğu, beynəlxalq hüququn norma və prinsiplərinə tam sadiq qaldığı qeyd edilib.

Q.Allahverdiyev müstəqil Azərbaycanın xarici siyasətdə böyük uğurlar əldə etdiyini, beynəlxalq münasibətlər sistemində rolunun davamlı olaraq gücləndiyini vurğulayaraq, ölkəmizin regional əməkdaşlığı təşviq edən irimiqyaslı layihələrdə iştirakından bəhs edib.

2019-cu ilin oktyabr ayında Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünə ev sahibliyi edəcəyi qeyd olunaraq, toplantıda üzv ölkələrin, o cümlədən Malayziyanın ən yüksək səviyyədə təmsil olunacağına ümid ifadə edilib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasının və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpasının xarici siyasətimizin prioritetlərindən olduğu vurğulanıb.

Azərbaycan-Malayziya münasibətlərindən danışan səfir Malayziya ilə dostluq, qarşılıqlı anlaşma və etimad şəraitində sıx dialoq və əməkdaşlığın ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. 2018-ci ildə Azərbaycan ilə Malayziya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olduğu qeyd edilərək, keçən müddətdə iki ölkə arasında dostluq münasibətlərinin daha da gücləndiyi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın əhəmiyyətli dərəcədə inkişaf etdiyi bildirilib. 2014-cü ildə Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığı, Azərbaycan hökumətinin Malayziyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyi vurğulanıb. Azərbaycan-Malayziya parlamentlərarası əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. Enerji sektorunda, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasında sıx ikitərəfli əməkdaşlıq barədə danışılıb, iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edilib.

Tədbirdə əsas qonaq Malayziyanın Plantasiya Sənayesi və Əmtəə nazirinin müavini Şamsul İskandar bin Haci Mohd Akin çıxış edərək bayram münasibətilə təbriklərini çatdırıb, Azərbaycan Prezidenti İlham Əliyevə möhkəm cansağlığı və rifah, Azərbaycan hökumətinə və xalqına müvəffəqiyyətlər arzulayıb.

Rəsmi qəbulda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs qrupunun təqdim etdiyi milli rəqslərimizin də daxil edildiyi konsert proqramı böyük maraqla qarşılanıb.

Tədbirdə, həmçinin müasir Azərbaycanın inkişafından və nailiyyətlərindən bəhs edən videoçarxlar nümayiş etdirilib, milli mətbəximizin ləziz təamları təqdim edilib.

Tədbirin keçirildiyi zalın foyesində Azərbaycan diplomatiyasının tarixi və nailiyyətlərini əks etdirən stendlərdən, eləcə də Azərbaycan xalqının zəngin tarixi və mədəni irsini, ölkəmizin inkişafını və gözəl təbiətini nümayiş etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub.

“İrs” jurnalının Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunan xüsusi buraxılışı və digər nəşrlər qonaqlara hədiyyə edilib.

 
  • Oxunub:  3030  |  
  • Tarix:  18-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA