Ana səhifə »  Qəzetin pdf formatı »  Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
A+   Yenilə  A-
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Dünya Xəbər Agentliklərinin “Xəbərlərin gələcəyi” devizi altında keçirilən VI Konqresi iyunun 14-də işini panel iclaslarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşalın moderatorluğu ilə keçən “Yeni gəlir mənbələri” mövzusunda panel iclasda xəbər agentlikləri üçün əlavə gəlir mənbələrinin tapılmasından danışılıb. Panel iştirakçıları təmsil etdikləri media qurumlarında bu sahədə görülən işlər barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, bunun üçün xəbər agentlikləri öz xidmət sahələrini genişləndirməli, saytlarda şəkillər vasitəsilə daha çox reklam yerləşdirilməlidirlər. Diqqətə çatdırılıb ki, bu sahədə eksklüziv foto və videoların çəkilişinə də xüsusi diqqət yetirilməlidir və bu, daha böyük gəlir gətirə bilər. Həmçinin xarici ölkələrdə müxbir məntəqələrinin yaradılması da vacibdir, belə ki, bununla xəbərləri həmin müxbirlərin qurduqları əlaqələr vasitəsilə digər informasiya agentliklərinə satmaq olar. Vurğulanıb ki, bu işdə müəllif hüququnun qorunması prinsipinə əsaslanmaq çox vacibdir.

Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid Əyyarın moderatorluğu ilə keçən “Feyk xəbərlər” mövzusunda panel iclasda qeyri-obyektiv xəbərlərin yayılmasının qarşısının alınması yolları müzakirə edilib. Panel iştirakçıları təmsil etdikləri xəbər agentliklərində bu istiqamətdə görülən işlərdən danışıblar. Bildirilib ki, oxucuların doğru xəbərlərə ehtiyacları olduğundan, jurnalistlər işlərinə məsuliyyətlə yanaşmalı, yanlış xəbər yaymamalı, informasiya agentlikləri arasında isə güclü əlaqələr qurulmalıdır. Diqqətə çatdırılıb ki, xəbər agentlikləri dəqiqlik, obyektivlik və etibarlılıqla uğur əldə edə bilərlər. Yalnız bu yolla feyk informasiyalara qarşı birgə mübarizə aparmaq olar.

Vurğulanıb ki, feyk xəbərlərə qarşı mübarizə elə sosial şəbəkələrdən başlamalı, orada yerləşdirilən informasiyalar yayılmamışdan əvvəl mütləq diqqətlə yoxlanılmalıdır. Söhbət təkcə yazılı xəbərlərdən getmir, foto və video informasiyaların da doğruluğuna diqqət yetirmək vacibdir.

Sonra tədbir Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluğu ilə “Süni intellekt” mövzusunda panel iclasla davam edib.

Çinin Sinxua agentliyinin Avropa üzrə regional bürosunun baş direktoru Yong Huang xəbər proqramları üçün istifadə etdikləri virtual aparıcılardan danışıb, təqdimatla çıxış edib. Bildirib ki, süni intellektlə yaradılmış bu aparıcılardan agentlik tərəfindən artıq 6 aydır istifadə olunur. Ötən 6 ay ərzində həmin aparıcılar 5100 xəbəri səsləndiriblər.

Digər çıxış edənlər yüksək texnologiyalardan, süni intellektdən istifadə sahəsində qazandıqları uğurlardan bəhs ediblər. Qeyd olunub ki, müasir dövrdə yüksək texnologiyalardan istifadə xəbər agentliklərinin işini xeyli yüngülləşdirməyə imkan yaradır.

Sonra Dünya Xəbər Agentliklərinin VI Konqresinin yekun müzakirələr aparılıb.

Klayv Marşal AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova 2016-2019-cu illərdə Konqresə prezidentliyi dövründə gördüyü işlərə görə dərin minnətdarlığını bildirib. O qeyd edib ki, bu illər ərzində Konqresin nüfuzunun artırılması istiqamətində ciddi addımlar atılıb.

Bununla da Dünya Xəbər Agentliklərinin VI Konqresi işini başa çatdırıb.

X X X

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Sofiya Konqresi çərçivəsində İtaliyanın ANSA, Koreya Respublikasının Yonhap, Albaniyanın ATA, İsrailin Tazpet, Monqolustanın Montsame, İndoneziyanın Antara, Səudiyyə Ərəbistanın SPA, Qətərin QNA, Pakistanın PPİ agentliklərinin, habelə “Latın Amerikası Xəbər Agentliyi”nin rəhbərləri, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi ilə görüşlər keçirib. Görüşlərdə agentliklər arasında əməkdaşlığın genişləndirilməsinin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

X X X

Xatırladaq ki, VI Konqresdə dünyanın 100-ə yaxın ölkəsindən 200-dək aparıcı xəbər agentliyinin rəhbərləri və nümayəndələri, media üzrə beynəlxalq ekspertlər, həmçinin nüfuzlu media qurumlarının təmsilçiləri iştirak ediblər.

Dünya Xəbər Agentliklərinin I Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə 2004-cü il sentyabrın 24-25-də Moskvada, V Konqresi isə 2016-cı ildə Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda keçirilib. AZƏRTAC 2016-2019-cu illərdə Konqresə sədrlik edib. Növbəti üç il ərzində Konqresə Bolqarıstanın BTA agentliyi sədrlik edəcək.

 
  • Oxunub:  2280  |  
  • Tarix:  14-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19 İyul 11:30
Hikmət Babaoğlu: Azərbaycan mətbuatı çətin və böyük inkişaf yolu keçib
19 İyul 11:29
Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasına dair pilot layihənin təqdimatı olub
19 İyul 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 İyul 11:12
XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə 41 təcili tibbi yardım briqadaları növbə çəkəcəklər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24