Ana səhifə »  Qəzetin pdf formatı »  Sofiyada Dünya Xəbər Agentliklərinin VI Konqresinin açılış mərasimi keçirilib
A+   Yenilə  A-
Sofiyada Dünya Xəbər Agentliklərinin VI Konqresinin açılış mərasimi keçirilib

İyunun 13-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Dünya Xəbər Agentliklərinin VI Konqresinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Bolqarıstanın BTA agentliyinin təşkilatçılığı ilə “Xəbərlərin gələcəyi” devizi altında keçirilən Konqresdə dünyanın 100-ə yaxın ölkəsindən 200-dək aparıcı xəbər agentliyinin rəhbərləri və nümayəndələri, media üzrə beynəlxalq ekspertlər, həmçinin nüfuzlu media qurumlarının təmsilçiləri iştirak ediblər.

BTA agentliyinin icraçı direktoru Maksim Minçev tədbiri açaraq Dünya Xəbər Agentlikləri Konqresinin tarixi, habelə gündəlikdə duran məsələlər barədə məlumat verdi. M.Minçev qeyd etdi ki, bu gün müasir dünyada xəbər yayımı bir çox problemlərlə üzləşir. Bugünkü tədbirdə obyektiv xəbərlərin yayılması, feyk xəbərlərin qarşısının alınması istiqamətində addım atmaq üçün gözəl imkan var. Biz bu iş uğrunda səylərimizi birləşdirməliyik.

Maksim Minçev AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanovun agentliyin 2016-2019-cu illərdə V Konqresə sədrliyi dövründə gördüyü işləri yüksək qiymətləndirib və ona minnətdarlığını ifadə etdi.

Bolqarıstanın Prezidenti Rumen Radev çıxış edərək Dünya Xəbər Agentlikləri Konqresinin əhəmiyyətinə toxundu, bu qurumun informasiya agentlikləri qarşısında duran vəzifələrin, onların üzləşdikləri problemlərin həlli üçün gözəl platforma olduğunu vurğuladı. Bildirdi ki, “Xəbərlərin gələcəyi” devizi müasir dövrümüz üçün düzgün seçilib. Belə ki, xəbərlərin gələcəyi elə bəşəriyyətin gələcəyidir. Prezident qeyd etdi ki, yeni texnologiyalar, rəqəmsallaşma KİV üçün həm yeni imkanlar, həm də yeni çağırışlar yaradır. Bu gün sosial media dayanmadan inkişaf edir. Bu, həmçinin feyk xəbərlərin yayılmasına yol açır. Yəni, operativlik obyektivliyə güclü təsir edir, ziyan vurur. “VI Konqres qarşılaşdığımız bu çağırışlara cavab vermək üçün gözəl imkandır. Feyk xəbərlərlə mübarizə təkcə informasiya agentliklərinin deyil, bütün bəşəriyyətin vəzifəsi olmalıdır”, - deyə Prezident Rumen Radev əlavə edib.

Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal xəbər agentlikləri qarşısında duran problemlərə toxunub. Bildirib ki, sosial şəbəkələrin inkişafı, həmçinin bir sıra problemlər yaradır. Belə ki, sosial şəbəkələr reklam yerləşdirməklə xəbər agentliklərindən qat-qat çox qazanır, habelə feyk xəbərlər bu platformalarda daha tez yayılır. Feyk xəbərlər cəmiyyət üçün ciddi təhdid yaradır. K.Marşal, həmçinin jurnalistlərin üzləşdiyi problemlərə toxunaraq təəssüflə bildirib ki, müasir dövrdə vəzifə borclarını yerinə yetirən media mənsubları təhdidlərlə qarşılaşır, bəzən qətlə yetirilirlər. Bu isə yolverilməzdir. Çünki jurnalist vəzifə borcunu yerinə yetirməklə cəmiyyəti məlumatlandırır.

AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov çıxış edərək bildirdi ki, Dünya Xəbər Agentliklərinin V Konqresi üç il əvvəl - 2016-cı ilin noyabrında AZƏRTAC-ın və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçirilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin Konqresin açılış mərasimində iştirakı və geniş nitq söyləməsi, sonradan iştirakçıların bir qrupu ilə görüşməsi Azərbaycan dövlətinin mediaya göstərdiyi diqqətin, verdiyi önəmin göstəricisi kimi indi də xatırlanır. Belə bir münbit atmosferdə keçən toplantıda biz dövrün qarşımıza çıxardığı çağırışları müzakirə etmişdik, baxışlarımızı bölüşmüşdük. Bizim toxunduğumuz məsələlər sosial media, innovasiyalar, multimedia jurnalistikası kimi aktual mövzular idi ki, onlar artıq agentliklərin gündəlik həyatının bir hissəsinə çevrilib. Əslində, 3 il tarixdə kiçik bir zaman kəsiyidir, lakin bu illər ərzində müasir texnologiyalar çox sürətlə dəyişib və bu, bizim fəaliyyətimizə də təsir edərək ümumilikdə jurnalistikanın dəyişməsini şərtləndirib.

Altıncı Konqresin mövzusunun əhəmiyyətinə toxunan Aslan Aslanov dedi: “Xəbərlərin gələcəyi bu gün hamını düşündürür. Ola bilər ki, kimsə bununla bağlı nikbin, kimsə bədbin fikirdədir. Şəxsən mən belə hesab edirəm ki, xəbərin gələcəyi informasiya agentliklərinin, yəni, bizim əlimizdədir. Odur ki, bu Konqresin mövzuları müasir dövrün tələbləri nəzərə alınaraq agentliklərin perspektivlərinin müzakirəsi ətrafında qurulacaq. Yuxarıda qeyd etdiyim bütün amillər müzakirələrimizin mərkəzində olacaq. Elə Konqresin də qlobal məqsədi dünyanın hər bir nöqtəsindəki agentliyin yeniliklərlə, həmçinin bu sahədə toplanmış təcrübə ilə tanış olmasını təmin etməkdir”.

Dünya Xəbər Agentlikləri Konqresinin ən etibarlı informasiya istehsalçılarını birləşdirən təşkilat olduğunu diqqətə çatdıran Konqresin prezidenti A.Aslanov qeyd etdi ki, biz bu mövqeyi saxlamaqla yanaşı, gərək onu daha da möhkəmləndirək və indiki mürəkkəb informasiya mühitində məhz bizim etibarlı tərəfdaş olduğumuzu media bazarı iştirakçılarına çatdıraq. Bu gün Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik AZƏRTAC-dan BTA-ya keçir. Əminəm ki, başladığımız işləri yenə birlikdə davam etdirəcək, xəbərlərin gələcəyinə etibarlı təminat yaradacağıq.

Bolqarıstanın Mədəniyyət naziri Boil Banov çıxış edərək bildirdi ki, müasir dövrdə feyk xəbərlərin qarşısının alınması, müəllif hüququnun qorunması ciddi müzakirə mövzusu olmalı və bu istiqamətdə düşünülmüş addımlar atılmalıdır. O, VI Konqresin bu istiqamətdə məsələləri müzakirə etmək üçün əhəmiyyətli platforma olduğuna əminliyini ifadə etdi, tədbirin işinə uğurlar arzuladı.

Almaniyanın DPA agentliyinin baş icraçı direktoru, Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Piter Kropş və digər çıxış edənlər müasir dövrdə media sahəsində əldə olunan uğurlardan, bu sahənin qarşılaşdığı problemlərdən və onların həlli yollarından danışdılar, müxtəlif təqdimatlarla çıxış etdilər.

Rəsmi hissədən sonra Konqres işini “Xəbər agentliklərinin sahiblik modelləri” mövzusunda panel iclasla davam etdirdi.

Xatırladaq ki, Dünya Xəbər Agentlikləri Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə ilk dəfə 2004-cü il sentyabrın 24-25-də Moskvada baş tutub. Dünya Xəbər Agentliklərinin V Konqresi 2016-cı ildə AZƏRTAC-ın və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilib.

 
  • Oxunub:  2250  |  
  • Tarix:  13-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA