Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistan sülh danışıqlarının konstruktiv məcrada davam etdirilməsini istəmir

Ermənistan sülh danışıqlarının konstruktiv məcrada davam etdirilməsini istəmir

13.06.2019 [09:32]

İşğalçı ölkənin təxribat xarakterli addımlar atması bunu sübuta yetirir
Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir. Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Xüsusi vurğulamaq gərəkdir ki, beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyi davamlı olaraq ifadə olunur. Bunu təmin edən faktor isə, qeyd etdiyimiz kimi, Azərbaycanın hücum diplomatiyası və qətiyyətli mövqeyi, prinsipial siyasətidir. Bir sözlə, münaqişənin həlli ilə bağlı Azərbaycanın ədalətli və haqlı mövqeyi dəstəklənir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər də Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin əyani ifadəsidir.
Ermənistan isə qeyri-konstruktiv mövqeyini davam etdirməklə danışıqlar prosesini pozmağa hesablanmış addımlar atır. Yeri gəlmişkən, Dağlıq Qarabağdakı Ermənistan silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elşən Xəlilovun həlak olması bu cür təxribat xarakterli addımlardan biridir. Ekspertlər qeyd edirlər ki, belə təxribatçı addımlar Ermənistanın sülh danışıqlarının konstruktiv məcrada davam etdirilməsini istəmədiyini göstərir. Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Flora Qasımova deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll olunması strateji zərurətdir. Onun sözlərinə görə, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: “Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanan prinsipial mövqe sərgiləyir, münaqişənin ölkəmizin ərazi bütövlüyü əsasında həll edilməsi istiqamətində çoxşaxəli fəaliyyətini davam etdirir. Ermənistan isə məhz qeyri-konstruktiv mövqe nümayiş etdirməklə danışıqlar prosesini pozmağa çalışır, beynəlxalq hüquq normalarına zidd hərəkətlərə yol verir. Ermənistan silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elşən Xəlilovun həlak olması bilavasitə işğalçı ölkənin təxribat xarakterli addımları davam etdirməsinin göstəricisidir. Məqsəd, qeyd etdiyim kimi, danışıqlar prosesini pozmaqdır”.
Millət vəkili Flora Qasımova əlavə edib ki, Ermənistan öz yalanları ilə ATƏT-in Minsk qrupu həmsədrlərini, dünya ictimaiyyətini aldatmağa çalışsa da, bu niyyətinə nail ola bilmir: “İşğalçı ölkənin müdafiə naziri David Tonoyan Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verdiyini təsdiq etməklə yanaşı, bu əməliyyatı icra edən erməni hərbçilərini yüksək mükafata təqdim edib. Baş nazir Nikol Paşinyan isə Sankt-Peterburqda forum zamanı işğalçı ölkənin rəhbərliyinin cəbhə xəttində təxribatlara hər hansı aidiyyətinin olması barədə sualı təkzib etdi. Görünən odur ki, ya baş nazir ölkəni idarə edə bilmir, ya da bütün bunlar yalandır və sülh danışıqlarının imitasiyasıdır”.
Milli Məclisin deputatı Rauf Əliyev isə deyib ki, Ermənistanın təxribat xarakterli addımlar atmaqla danışıqlar prosesini pozmağa çalışması yolverilməzdir: “Cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun zabiti, mayor Aqil Omarovun snayper tüfəngindən açılan atəşlə qətlə yetirilməsi, ondan bir neçə gün sonra isə işğal altında olan Dağlıq Qarabağdakı Ermənistan silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elşən Xəlilovun həlak olması bu qəbildən olan təxribatlardır. İşğalçı ölkə bu cür təxribatçı addımlarla atəşkəs rejiminin qorunub saxlanmasını istəmədiyini nümayiş etdirir. Belə olan halda, beynəlxalq ictimaiyyət konkret mövqe ortaya qoyaraq işğalçı ölkəyə qarşı sərt reaksiya verməlidir. Yəni bu cür halların qarşısı alınmalı - təxribatçı hərəkətlərə son qoyulmalıdır”.
Millət vəkili Rauf Əliyev Ermənistanın işğalçı siyasətinin regional təhlükəsizliyə ciddi təhdidlər yaratdığını diqqətə çatdıraraq bildirib ki, Azərbaycan işğalçı ölkənin status-kvonu legitimləşdirmək cəhdlərinə heç vaxt imkan verməyəcək.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 186 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30