Ana səhifə »  Qəzetin pdf formatı »  Hər cür təhdid və təhlükəyə qarşı kədərdə və sevincdə bərabərik
A+   Yenilə  A-
Hər cür təhdid və təhlükəyə qarşı kədərdə və sevincdə bərabərik

Sahil Tahirli yazır

 

Bir millətik, iki dövlət,
Eyni arzu, eyni niyyət,
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.

Vətəndaş şairimiz Bəxtiyar Vahabzadənin Azərbaycan - Türkiyə qardaşlığının himninə çevrilən eyniadlı şeirində həm də türkün at üstündə yazdığı şanlı tarixi əks olunub. Bu şeir hər dəfə səslənəndə sanki Oğuzların dastanını yenidən oxuyur, dördnala çapan atlarının ayaq səsini duyur, qılınclarının qınından necə sürətlə sıyrıldığını hiss edirik...

Çanaqqalada yadellilərə qarşı son damla qanımızacan birgə döyüşürük, 1918-də Araz-Türk Cümhuriyyətini qururuq, Bakını birgə azad edirik, “Moskva” və “Qars”da Naxçıvanın ərazi bütövlüyü və toxunulmazlığı üçün yumruq kimi birləşirik, 1992-ci ildə Sədərəkdə, Araz çayı üzərində “Ümid”lənir, 70 illik həsrətə son qoyaraq ay-ulduzlu mələklərimizi qoşalaşdırıb əbədi olaraq Ana Yurdun səmalarına ucaldırıq...Bütün beynəxalq tribunalarda Türkiyənin səsi və sözünü Azərbaycandan, Azərbaycanın səsi və sözünü Türkiyədən eşidirik...

Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bu da ulu,
Azərbaycan-Türkiyə.

 

...Tarix: 11 iyun 2019-cu il.

Məkan: Naxçıvan, Qarabağlar kəndindəki dağ-təlim mərkəzi...

İki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri keçirilir. Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar öz çıxışında deyir:

Birdir bizim hər halımız
Diləyimiz, amalımız,
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə...

...Əslində, bu təlimlərdə ən müasir silah və texnikaların, qırıcı təyyarə və helikopterlərin, ağır artilleriyaların döyüş atışlarını izlədikcə istər-istəməz ötən əsrin 90-cı illərini xatırlayıram. “Axırıncı aşırım” filmində Kərbəlayi İsmayılın dediyi kimi, topumuz yox, cəbbəxanamız yox idi... Amma namusumuz, qeyrətimiz vardı... Elə ulu diyar Naxçıvanı da erməni işğalından əliyalın, namusumuz, qeyrətimizlə qorumuşduq...

İndi isə zaman o zaman deyil... Ulu öndər Heydər Əliyevin Naxçıvandan başladığı ordu quruculuğu missiyası uğurla davam etdirilərək müasir mərhələdə ən yüksək həddə gəlib çatıb. Əlahiddə Ümumqoşun Ordu indi nəinki Naxçıvanın müdafiəsini uğurla təşkil edir, hətta ən mürəkkəb hücum və döyüş əməliyyatlarını reallaşdırmağa qadir və hazırdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov da “Sarsılmaz qardaşlıq-2019” təlimində çıxışı zamanı bu məqamı önə çəkərək dedi:
“Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirmiş, müasir silah və texnika ilə təminat gücləndirilmiş, bunların nəticəsi olaraq Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. Bu gün muxtar respublikadakı ordu, hissə və birləşmələr güclü maddi-texniki təminata, müasir silahlara və peşəkar şəxsi heyətə malikdir. Naxçıvanda ordu quruculuğu sahəsində görülən işlərdə Türkiyə Silahlı Qüvvələrinin dəstəyi də qeyd olunmalıdır. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında hərbi sahədəki əməkdaşlığın səviyyəsi məmnunluq doğurur. Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi də bu əməkdaşlığın davamı, eyni zamanda ordularımız arasındakı birliyin göstəricisidir”.

Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, bu dəfəki təlimi önəmli edən ən mühüm cəhətlərdən biri də məhz qardaş ölkənin Milli Müdafiə naziri Hulusi Akarın şəxsən Naxçıvana rəsmi səfər etməsi və döyüş atışlı taktiki təlimi izləməsi idi. Yüksək səviyyəli rəsmi şəxslər tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanan Hulusi Akar xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət etməklə ulu öndərə özünün, eləcə də Türkiyə dövləti və xalqının böyük hörmət və ehtiramını ifadə etdi. Ali Məclisin Sədri ilə görüşdə Naxçıvana səfərini və göstərilən qonaqpərvərliyi yüksək dəyərləndirərək dedi ki, Naxçıvan qədim tarixi və müasir inkişafı ilə tamamilə fərqli bir məkandır. Burada olmaqdan böyük məmnunluq duyur və özümüzü doğma vətənimizdəki kimi hiss edirik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də dediyi kimi, Naxçıvanda “Bir millət, iki dövlət” olduğumuzun bir daha şahidi olduq.

Hulusi Akarın Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Ali Məclisin Sədrinə çatdırması bir daha göstərdi ki, Naxçıvan Muxtar Respublikası ilə ötən illərdə qurulub uğurla inkişaf etdirilən qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimiz arasındakı strateji tərəfdaşlığın ən mükəmməl nümunəsi kimi yüksək siyasi dairələrdə də böyük məmnunluq doğurur. Ona görə də Hulusi Akar dedi:

Sitat: “Naxçıvanın inkişafı qardaş ölkədə məmnunluqla qarşılanır”.

Əlbəttə, heç bir təlim və ya vəzifənin icrası göstəri və yaxud süni reytinq xatirinə yerinə yetirilmir. Kifayət qədər maddi-texniki gücün sərf edildiyi, vəsait və canlı qüvvənin cəlbi ilə həyata keçirilən bu cür təlimlər konkret məqsədlərə hesablanır. “Sarsılmaz qardaşlıq-2019” təliminin də keçirilməsində əsas məqsəd qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətini koordinasiya etməkdən ibarət idi.

Əvvəlcədən peşəkar formada hazırlanmış təlim-əməliyyat planı, dağ-təlim mərkəzlərində bundan əvvəl dəfələrlə keçirilən əsgəri döyüş atışları və məşğələlər Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətini bu cür məsulliyyətli tapşırıqların icrasında müntəzir dayanmağa sövq edib. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən təlimdə 5 minə yaxın şəxsi heyət iştirak edirdi. 200-dən artıq tank və digər zirehli texnikanın, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusunun, yaylım atəşli reaktiv sistemləri və minaatanların, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələrinin, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikasının təlimə cəlb edilməsi də çox mətləblərdən xəbər verir...

Təbbi ki, söhbət təkcə sadalanan ən müasir silah və texnikaların Naxçıvan Ordusunun arsenalında cəmləşməsindən getmir. Ən önəmli cəhət odur ki, ötən bu illər ərzində Ali Məclis Sədrinin gündəlik diqqəti və tələbkarlığı, birbaşa tapşırıq və tövsiyyələri ilə ən müasir hərbi texnikaları, döyüş maşınlarını və hərbi aviasiya vasitələrini idarə edən, onları döyüşə hazırlayan personal, peşəkar zabit-gizirlər hazırlanıb! Ona görə də Naxçıvanda keçirilən bütün taktiki və döyüş əməliyyatlarının icrası ilə müşaiyət edilən təlimlər uğurla başa çatır. Bu təlimlərin nəticəsini isə biz real müharibə və döyüş şəraitində də əyani görürük. Necə ki, bir il bundan əvvəl Əlahiddə Ümumqoşun Ordu uğurla hazırlanmış əməliyyat planını peşəkarlıqla icra edərək Şərur rayonunun 1992-ci ildən işğal altına düşən Günnüt kəndini və ümumilikdə 11 min hektar ərazini nəzarətə götürdü və Şərur-Sədərək istiqamətindəki birinci eşalon bölmələrində öz mövqelərini xeyli möhkəmləndirdi.

Əldə edilən bu mühüm hərbi nəticələrdən yola çıxaraq deyə bilərik ki, heç şübhəsiz, bu dəfə keçirilən təlimlərin də real nəticələrini biz qarşıdakı dönəmlərdə görəcəyik. Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın təbirincə desək:
“Regional təhdidlərin artdığı bir dövrdə ölkələrimizin və xalqlarımızın təhlükəsizliyini təmin etməyin yolu güclü və mübariz orduya sahib olmaqdan keçir. Güclü ordu üçünsə müasir silah və texnika, həmçinin peşəkar hərbçilər lazımdır. Peşəkar hərbçilərin yetişdirilməsinin ən optimal yolu təlimlərin keçirilməsidir. Təlimlərdə əsgər və zabitlərin ərazi və hava şərtləri ilə tanış olması döyüşə hazırlıq baxımından çox əhəmiyyətlidir. Çünki şəxsi heyət döyüş həmlələrini təlimlərdə öyrənir. Xüsusilə müştərək və birləşmiş təlimlər bir-birimizi tanımamıza, çiyin-çiyinə mübarizə aparmağımıza böyük dəstək verir. Dostluq və birgə əməkdaşlıq çərçivəsində icra etdiyimiz “Sarsılmaz qardaşlıq-2019” təliminin layiqli şəkildə məqsədinə çatdığını və böyük müvəffəqiyyətlə yerinə yetirildiyinin şahidi olduq. İki dövlətin bir millət, bir ordu olduğunda nələr edə biləcəyinə bu təlim bir nümunədir. Mustafa Kamal Atatürkün də dediyi kimi: “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir”. Qardaş ölkə Azərbaycan və Türkiyə hər cür təhdid və təhlükəyə qarşı kədərdə və sevincdə bərabərdir”,- sitatın sonu.

“Ordunun gücünü və döyüş qabiliyyətini yalnız maddi-texniki baza və silah təminatı deyil, həm də şəxsi heyətin vətənpərvərliyi və birliyi artırır. O ordu güclüdür ki, onun əsgər və zabitlərində vətənpərvərlik və birlik olsun. Keçirilən təlimdən çıxan nəticə də ondan ibarətdir ki, bir millətin, iki dövlətin silahlı qüvvələrində yüksək vətənpərvərlik və birlik vardır”, - deyən Ali Məclisin Sədri cənab Vasif Talıbov hərbi təlimin uğurla başa çatması münasibətilə şəxsi heyətləri təbrik etdi, hərbi təlimin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirdi.

Qısaca demək olar ki, hazırlanmış ssenariyə uyğun Türkiyə Respublikası Silahlı Qüvvələrinin təlimə cəlb olunan heyəti ilə Naxçıvan Qarnizonu Qoşunlarının şəxsi heyəti arasında bölmələrin birgə idarə edilməsində vahid prosedurların tətbiqinə nail olundu və hədəflərin 85, maketlərin 90 faizindən çoxu məhv edildi. Nəticədə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırdılar və yenə də əsgərlərimiz “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarının sədaları altında birlik və qardaşlıq mesajı verdilər.

Bu günlər Naxçıvanda təşkil edilən bu cür mötəbər tədbirlər bir daha təsdiq etdi ki, qədim diyarın quruculuq və inkişafında hərbi quruculuq da müstəsna yer tutur. Məhz Hulusi Akarın iştirakı ilə Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binasının, hərbçi ailələri və sakinlər üçün yeni istirahət parkının istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən ardıcıl və sistemli tədbirlərin nəticəsi idi.

Təlimin və keçirilən açılış tədbirlənin ümumi nəticəsini isə belə səciyyələndirmək olar:

Birincisi, Blokada şəraitində yaşayan Naxçıvan 90-cı illərin Naxçıvanı deyil. İndi modern və güclüdür. Həm iqtisadiyyatı, həm də ordusu ilə;

İkincisi, Xalq-Dövlət-Ordu birliyinin ən real nümunəsini bu diyarın timsalında aydın görmək olar: Hamı bir nəfər, bir nəfər hamı üçündür;

Üçüncüsü, Peşəkarlıq və ondan da vacib olan vətənpərvərlik ruhu ordumuzun şəxsi heyətində vardır;

Dördüncüsü, Azərbaycan-Türkiyə dostluq və qardaşlığının sərhəddi yoxdur! Anca bərabərik, qanca da həmişə bərabər olacağıq! Bu təlim dostlarımıza sevgimiz, düşmənlərimizə ortaq mesajımızdır.

Beşinci məqamı, elə yazını da Xalq şairimiz Bəxtiyar Vahabzadə tamamlasın:

Ana yurdda yuva qurdum
Ata yurda könül verdim
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə!!!

P.S. Yeri gəlmişkən, Türkiyə Milli Müdafiə nazirinin Naxçıvana səfərinə və burda keçirilən “Sarsılmaz qardaşlıq-2019” təliminə Azərbaycan, eləcə də Türkiyə və bir sıra dünya ölkələrinin mediası geniş yer verib. Təlimlərin uğula başa çatdığı qeyd olunub, Naxçıvan televiziyasının təlimlərdən hazırladığı videomateriallar sosial şəbəkələrdə geniş paylaşılıb.

 
  • Oxunub:  3270  |  
  • Tarix:  12-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir

14 Oktyabr 10:28
Azərbaycan və Qazaxıstan arasında vizasız rejim qaydaları dəyişdi
14 Oktyabr 10:22
Birinci vitse-prezident Mehriban Əliyeva: Böyük alim Vasim Məmmədəliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq
14 Oktyabr 09:58
Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
14 Oktyabr 09:42
Bakıda Rusiyanın tanınmış pianoçusu çıxış edib
14 Oktyabr 09:35
“İrəli” İB-nin rəhbəri Türk Şurası Gənclər Platformasının sədri seçilib
14 Oktyabr 09:30
Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib
14 Oktyabr 09:28
Liderlik məktəbi yeni tədris ilinə start verib
14 Oktyabr 09:24
Azərbaycanın Dövlət Müstəqilliyi günü Helsinkidə qeyd olunub
13 Oktyabr 13:26
Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub
13 Oktyabr 13:10
Birinci vitse-prezident Mehriban Əliyeva : Şahmatçımız Aydın Süleymanlının qalib olması xəbəri hər birimizə ancaq qürur və sevinc hissi yaşada bilər
13 Oktyabr 12:36
Ədliyyə nazirinin müavini Gəncədə vətəndaşları qəbul edib
13 Oktyabr 11:17
Avropa Azərbaycanlıları Konqresinin nümayəndələri Finlandiya parlamentinin deputatı ilə görüşüblər
13 Oktyabr 11:09
M.Çavuşoğlu: “Sülh çeşməsi” əməliyyatı suriyalıları terror qruplaşmalarının zülmündən xilas edəcək
13 Oktyabr 11:03
Usta cüdoçularımız dünya çempionatında daha iki medal qazanıblar
13 Oktyabr 10:57
Türkiyə Prezidenti və Britaniyanın Baş Naziri telefon söhbətində “Sülh çeşməsi” əməliyyatını müzakirə ediblər
13 Oktyabr 10:46
13 oktyabr Azərbaycan dəmiryolçularının peşə bayramıdır
13 Oktyabr 10:39
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub
12 Oktyabr 19:30
DİN-in Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
12 Oktyabr 19:19
İsrailli politoloq: İlham Əliyev diplomatik ustalıq göstərdi və kimin kim olmasını Paşinyanın üzünə dedi
12 Oktyabr 19:12
Səməd Seyidov: Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında bir daha öz qətiyyətli mövqeyini nümayiş etdirdi
12 Oktyabr 19:00
ADA Universitetində gənclərin debatı keçirilib
12 Oktyabr 18:35
Sosial şəbəkələrdən düzgün və səmərəli istifadə edilməməsi böyük fəsadlara yol aça bilər
12 Oktyabr 18:20
Bəhruz Quliyev: Prezident İlham Əliyevin çıxışı Ermənistan rəhbərliyinin terrora dəstək siyasətinə verilən tutarlı cavab idi
12 Oktyabr 16:21
Azərbaycanın və Polşanın xalq qəhrəmanları yad edilib
12 Oktyabr 16:17
Azərbaycan Prezidentinin mətbuat katibi İlham Əliyev və Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh edib
12 Oktyabr 15:57
Elçin Mirzəbəyli: Prezident İlham Əliyev Paşinyanın faşist cəlladını təmizə çıxarmaq cəhdlərinin üstündən xətt çəkdi
12 Oktyabr 15:46
Zakir Həsənov: Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajı Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur
12 Oktyabr 15:32
Sahibə Qafarova: Prezident İlham Əliyev Paşinyanı yerinə oturtdu
12 Oktyabr 15:28
İsmayıllının 4 kəndinə təbii qaz verilib
12 Oktyabr 15:25
Dövlət Məşğulluq Xidmətinin növbəti zona müşavirəsi keçirilib
12 Oktyabr 15:21
Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb
12 Oktyabr 15:15
RF Dövlət Dumasının deputatı: Njdeyə heykəl qoyulması cinayətdir
12 Oktyabr 15:13
Ötən il Azərbaycanla Avstriyanın ticarət dövriyyəsi 2 dəfəyədək artıb
12 Oktyabr 14:59
Elman Nəsirov: Azərbaycan Prezidentinin Aşqabaddakı çıxışı Ermənistanın baş nazirinə vurulan növbəti tərs sillə oldu
12 Oktyabr 14:53
İndiyədək 6,7 mindən çox Qarabağ əlili mənzil, 6, 3 min nəfərdən çoxu isə avtomobillə təmin olunub
12 Oktyabr 14:49
“Kommersant” qəzeti MDB Dövlət Başçıları Şurasının iclasında Paşinyanın gülünc vəziyyətə düşdüyünü yazır
12 Oktyabr 14:45
Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək
12 Oktyabr 14:37
Hikmət Babaoğlu: Azərbaycan Prezidenti sübut etdi ki, Ermənistanın yürütdüyü işğalçı siyasət faşizmə olan sevgi ilə bağlıdır
12 Oktyabr 14:31
Yeniyetmə şahmatçımız Aydın Süleymanlı dünya çempionu adını qazanıb
12 Oktyabr 14:27
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
12 Oktyabr 14:26
Firəngiz Əlizadə: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü Nəsiminin xatirəsinə inanılmaz hədiyyədir
12 Oktyabr 14:15
Siyavuş Novruzov: “Qaregin Njde kimi, Ermənistan dövlətinin də ikiüzlülüyü bu gün göz önündədir”
12 Oktyabr 13:29
Malik Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə möhtəşəm uğurlar qazanır
12 Oktyabr 13:27
Səfər Mehdiyev: Azərbaycan, Türkiyə və Gürcüstanın gömrük qurumları arasında sənədlərin elektron sistemlə qarşılıqlı ötürülməsi mühüm layihədir
12 Oktyabr 13:06
Ağacan Abiyev: Nüfuzlu idman yarışlarının Azərbaycanda keçirilməsi təbii qanunauyğunluqdur
12 Oktyabr 13:02
Bakıda “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş dəyirmi masa təşkil edilib
12 Oktyabr 12:58
Tahir Mirkişili: Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi regionun bütün xalqlarının maraqlarına xidmət edir
12 Oktyabr 12:56
Sevinc Hüseynova: Azərbaycan öz hədəflərinə çatmaq üçün inamlı addımlar atır
12 Oktyabr 10:54
Elçin Əhmədov: Azərbaycan Prezidenti Ermənistanın işğalçılıq siyasətini və faşist ideologiyasını faktlarla ifşa etdi
12 Oktyabr 10:52
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XVI hesabat-seçki konfransı keçirilib
12 Oktyabr 10:50
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
12 Oktyabr 10:48
Bu gün 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatır
12 Oktyabr 10:33
Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir
12 Oktyabr 10:30
Qəbələdə “Qafqaz Albaniyası: tarix və müasirlik kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilib
12 Oktyabr 10:28
139 illik tarixə malik olan Azərbaycan Dəmir Yolu çox əzəmətli fəaliyyət yolu keçib
12 Oktyabr 10:27
YAP Nərimanov rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında görüşlər davam edir
12 Oktyabr 10:25
YAP Şəmkir rayon təşkilatının geniş tərkibli Şura yığıncağı keçirilib
12 Oktyabr 10:23
Nizami Cəfərov: Azərbaycanşünas alim
12 Oktyabr 10:22
Saxtakar piketçi etiraf etdi...
12 Oktyabr 10:19
Nikol Paşinyan Ermənistanın terrorçu siyasətindən əl çəkmədiyini sübut edir
12 Oktyabr 10:17
Partlayıcı qurğu “mütəxəssisi” və digər terrorçular DTX tərəfindən saxlanılıb
12 Oktyabr 10:14
Bakcell jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib
12 Oktyabr 10:12
Regionların turizm potensialının tanıdılması istiqamətində davamlı işlər görülür
11 Oktyabr 22:49
Prezident İlham Əliyev: MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur
11 Oktyabr 22:10
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xalq yazıçısı Anarla görüş olub
11 Oktyabr 22:09
Kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı məsələlərə dair müzakirələr aparılıb
11 Oktyabr 22:00
Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin inkişafında neft-qaz sahəsində münasibətlərin rolu müzakirə edilib
11 Oktyabr 21:59
Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub
11 Oktyabr 21:45
BSU-da Rusiya universitetləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub
11 Oktyabr 21:36
Avstriya şirkətləri Azərbaycanın kimya sənayesi ilə maraqlanır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+15 +18