Ana səhifə »  Qəzetin pdf formatı »  “Azərbaycan həqiqətlərinin təbliğində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib
A+   Yenilə  A-
“Azərbaycan həqiqətlərinin təbliğində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

İyunun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycan həqiqətlərinin təbliğində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təmsilçiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, gənclər iştirak ediblər.

Tədbiri açan DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, ölkəmizdəki dini dözümlülük, multikultural və tolerant mühitin qorunub saxlanılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda bütün dini konfessiyaların fəaliyyətinə lazımi şərait yaradılıb, onlar dövlətin qayğısı ilə əhatə olunub. Respublikamızda 940 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan Gündüz İsmayılov ölkəmizdə 2500-ə yaxın məscid, 14 kilsə və 7 sinaqoqun olduğunu deyib. Qeyd olunub ki, Azərbaycanda məscid və ziyarətgahlarla bərabər, xristian və yəhudi məbədlərinin tikintisi və bərpası bütün dünyaya nümunə göstəriləcək həqiqətdir. Ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşdığını, milli və dini zəmində heç bir ayrı-seçkilik faktının qeydə alınmadığını deyən sədr müavini Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qrupların respublikamızda özlərini nəinki yad hesab etmədiklərini, fərqli dini konfessiyaların nümayəndələri hər zaman xalqımızla həmrəy olduğunu, Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə apardıqlarını diqqətə çatdırıb.

Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlərə toxunan sədr müavini bu istiqamətdə təşkil olunan tədbirlərin coğrafiyasının geniş olduğunu deyib. Əlavə edib ki, bu istiqamətdə nəşr olunan kitablar, sənədli filmlər, xüsusilə sosial şəbəkələrdəki fəaliyyət mühüm rola malikdir.

Cəmiyyətin bütün sahələrində fəallıq göstərən dini konfessiyaların Azərbaycan həqiqətlərinin təbliği nöqteyi-nəzərindən dövlət qurumları ilə yanaşı tədbirlər gördüyünü bildirən Komitə rəsmisi bugünkü konfransın sözügedən məsələdə icmaların aktivliyinin daha da artırılması məqsədilə təşkil olunduğunu qeyd edib.

Qarabağla bağlı faktların, xalqımızın əsrlərboyu formalaşdırdığı multikultural və tolerant dəyərlərinin, eləcə də ölkəmizin tarixinin, mədəniyyətinin, o cümlədən Azərbaycandakı dini durumla bağlı obyektiv məlumatların Azərbaycan həqiqətləri kimi təbliğ olunmasının zəruriliyini önə çəkən G.İsmayılov bu sahədə Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Dağ və Avropa yəhudiləri, katolik və Alban-Udi dini icmalarının uğurlu fəaliyyətinə diqqət çəkib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada müxtəlif dini konfessiyaların nümayəndələri əmin-amanlıq şəraitində birgə yaşayırlar, bütün dini inanclara, onların mənsublarına hörmətlə yanaşılır. Qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycanın bu nümunəvi modelinin respublikamızın nüfuzunun dünya miqyasında daha da artmasına gətirib çıxardığını vurğulayan QMİ sədrinin müavini Azərbaycandakı dini konfessiya rəhbərlərinin bir-birinə olan dostluq, qardaşlıq münasibətlərinin xarici ölkələrə səfərlər zamanı heyranlıqla qarşılandığını deyib.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev rəhbərlik etdiyi icmanın bu sahədə gördüyü işlərə toxunub. Ölkəmizə səfər edən xarici jurnalistlərin Azərbaycandakı dinlərarası harmoniyanın canlı şahidi olduğunu bildirən icma sədri ölkə həqiqətlərinin təbliği istiqamətində təşkil olunan yerli və beynəlxalq tədbirlərin, səfərlərin önəmindən bəhs edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi Yadigar Məmmədli Azərbaycandakı tolerant və multikultural mühitin təbliğ və təşviq edilməsinin təmsil etdiyi qurumun əsas vəzifələrindən biri olduğunu söyləyib. O, dünyanın iyirmiyə yaxın ölkəsində “Multikulturalizmə giriş” fənninin tədrisinin, müxtəlif ölkələrin gənclərinin qoşulduğu qış və yay məktəblərinin təşkilinin, eləcə də “Azərbaycanın gənc dostları” beynəlxalq klubunun fəaliyyət göstərməsinin bu istiqamətdəki işlərdə xüsusi rola malik olduğunu bildirib.

Daha sonra çıxış edən Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri, Xalq artisti Aleksandr Şarovski, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova, Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov və “Yeni Həyat” Xristian İncil dini icmasının sədri Lyudmila İbrahimova ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm ənənələrinin, eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsimizə qarşı vandalizm faktlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında dini icmaların üzərinə düşən vəzifələr barədə danışıblar.

 
  • Oxunub:  3180  |  
  • Tarix:  11-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

19 Oktyabr 10:12
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 10:08
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
19 Oktyabr 09:52
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir
19 Oktyabr 09:47
Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırıb
19 Oktyabr 09:43
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 09:41
Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə YAP Şəmkir rayon təşkilatında görüş keçirilib
19 Oktyabr 09:39
Balakəndəki Nəsimi adına məktəbin kollektivi şairin xatirəsinə həsr olunan ağacəkmə təşəbbüsünə fəallıqla qoşulacaq
19 Oktyabr 09:37
Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcək
19 Oktyabr 09:35
SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi üzrə qazma müqaviləsi imzalayıblar
19 Oktyabr 09:32
Radikal müxalifət mitinq keçirmək deyil, qarşıdurma yaratmaq və təxribat törətmək istəyir
18 Oktyabr 22:17
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18 Oktyabr 22:14
Azərbaycan XİN: Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18 Oktyabr 20:56
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 Oktyabr 20:37
Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
18 Oktyabr 20:30
Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib
18 Oktyabr 20:24
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb
18 Oktyabr 20:20
Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb
18 Oktyabr 20:17
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18 Oktyabr 20:14
Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər
18 Oktyabr 20:11
Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib
18 Oktyabr 20:08
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
18 Oktyabr 20:03
Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub
18 Oktyabr 20:00
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
18 Oktyabr 19:50
Gənclər və İdman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18 Oktyabr 19:40
BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək
18 Oktyabr 19:33
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 19:26
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18 Oktyabr 19:23
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
18 Oktyabr 17:47
YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
18 Oktyabr 17:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
18 Oktyabr 17:37
Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək
18 Oktyabr 17:27
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
18 Oktyabr 17:25
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
18 Oktyabr 17:23
Nüfuzlu "China Daily" qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub
18 Oktyabr 17:20
Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manatı ayrılıb
18 Oktyabr 17:05
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib
18 Oktyabr 17:00
Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
18 Oktyabr 16:51
İlk dəfə Azərbaycanın turizm potensialı Sinqapurda təbliğ edilib
18 Oktyabr 16:50
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
18 Oktyabr 16:47
MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini qərara alıb
18 Oktyabr 16:43
Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi
18 Oktyabr 16:40
Naqif Həmzəyev: Ölkədə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb
18 Oktyabr 16:38
Rauf Əliyev: Bu gün müstəqil Azərbaycan dünyada söz sahibi olan dövlətdir
18 Oktyabr 16:33
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib
18 Oktyabr 16:25
İlham Məmmədov: Azərbaycan öz dinamik inkişafını bundan sonra da uğurla davam etdirəcək
18 Oktyabr 16:15
Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu keçirilir
18 Oktyabr 16:11
Doqquz ayda dəmir yolu ilə 2,5 milyon sərnişin daşınıb
18 Oktyabr 16:08
Rabatda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə rəsmi qəbul təşkil edilib
18 Oktyabr 15:36
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib
18 Oktyabr 15:05
Azərbaycanın dövlət müstəqilliyi: uğurlar və tarixi nailiyyətlər
18 Oktyabr 14:57
BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçilib
18 Oktyabr 14:44
18 oktyabr 1991-ci il - Naxçıvandan başlanan müstəqillik uğrunda siyasi mübarizənin təntənəsi
18 Oktyabr 14:39
“Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dəyirmi masa keçirilib
18 Oktyabr 14:35
XİN: Azərbaycan hər zaman Ukraynanın etibarlı və yaxın dostu olub
18 Oktyabr 14:27
Azərbaycan ilə Namibiya arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike imzalanıb
18 Oktyabr 14:15
Siyavuş Novruzov: Biz müstəqil dövlətimizə xidməti sözdə deyil, əməlimizlə təsdiq edirik
18 Oktyabr 14:11
Fəzail İbrahimli: 18 oktyabr 1991-ci il Azərbaycan tarixində mühüm yer tutur
18 Oktyabr 14:10
YAP İcra Katibliyində 18 Oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş gənc memarların yaradıcılıq sərgisi keçirilib
18 Oktyabr 13:58
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
18 Oktyabr 13:55
Düşənbədə MDB gömrük orqanlarının əməkdaşlıq məsələləri müzakirə edilib
18 Oktyabr 13:01
“Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib
18 Oktyabr 12:45
1991- ci il oktyabrın 18-i müasir Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifələrdən biridir
18 Oktyabr 12:41
Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir
18 Oktyabr 12:37
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18 Oktyabr 12:15
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
18 Oktyabr 12:06
Ukrayna telekanalında Azərbaycanla bağlı geniş veriliş yayımlanıb
18 Oktyabr 11:57
Ağsaqqallar Şurasının sədri Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 11:55
Azərbaycanda 18,1 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edilib
18 Oktyabr 11:48
Parlamentlərarası İttifaqın komitə iclasında humanitar fəlakət mövzusunda müzakirələr aparılıb
18 Oktyabr 11:44
Sahibə Qafarova: Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +25
gecə+16 +18