Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiqlənib

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiqlənib

11.06.2019 [15:39]

İyunun 11-də AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.

Tədbirdə bölmənin akademik-katibi, akademik Teymur Kərimli, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, ilk olaraq Memarlıq və İncəsənət İnstitutunun Muğamşünaslıq şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova "Muğam problemi humanitar və dəqiq elmlərin qovşağında" mövzusunda elmi məruzə ilə çıxış edib. Alim muğamın müxtəlif istiqamətlər üzrə tədqiqinin vacibliyini diqqətə çatdırıb. Mövzunun multidissiplinar xarakter daşıdığını deyən natiq bu sahədə aparılan tədqiqatlar haqqında məlumat verib.

Sonra məruzə ətrafında Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov və digərləri çıxış edərək mövzu ilə bağlı təkliflərini səsləndiriblər. Bölmə məruzənin dinlənilməsi üçün Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

Daha sonra elmi-təşkilati məsələlərə baxılıb.

Tədbirdə "AMEA-nın professoru" elmi adını almaq üçün bölmə üzrə sənəd verən namizədlər müzakirəyə çıxarılıb. Akademik Teymur Kərimli xatırladıb ki, AMEA-nın Rəyasət Heyəti 2019-cu il aprelin 3-də "AMEA-nın professoru" elmi adını almaq üçün növbəti müsabiqənin keçirilməsi haqqında" qərar qəbul edib. Natiq bununla bağlı müsabiqədə iştirak edəcək namizədlərin müəyyənləşdirilməsi məqsədilə bölmə üzvlərindən ibarət müvafiq ekspert qruplarının yaradılmasının nəzərdə tutulduğunu deyib. Sonra namizədlər çıxış edərək elmi fəaliyyətləri və nailiyyətləri haqqında geniş məlumat veriblər.

İclasda Memarlıq və İncəsənət İnstitutu, Nəsimi adına Dilçilik İnstitutunun strukturlarında, eləcə də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı qərar layihəsinin Rəyasət Heyətinə təqdim olunacağı bildirilib.

Bölmənin növbəti qərarı ilə filologiya üzrə fəlsəfə doktoru Teyyub Quliyev Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri vəzifəsinə təsdiq edilib. Tədbirdə, həmçinin digər kadr məsələlərinə baxılıb.

Sonda cari məsələ müzakirə olunub. Bildirilib ki, bu il Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 80 ili tamam olur və bununla bağlı il ərzində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bölmə muzeyin yubileyi ilə bağlı tədbirlər planını təsdiq edib.

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31