Ana səhifə »  Qəzetin pdf formatı »  “Azərbaycanda biz Ermənistanın yeni rəhbərliyinin sağlam düşüncə nümayiş etdirəcəyinə ümid bəsləyirik”
A+   Yenilə  A-
“Azərbaycanda biz Ermənistanın yeni rəhbərliyinin sağlam düşüncə nümayiş etdirəcəyinə ümid bəsləyirik”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yerevan ilə Dağlıq Qarabağa dair danışıqlar haqqında
Rusiyanın nüfuzlu “Kommersant” qəzetinin 27 may tarixli nömrəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun geniş müsahibəsi dərc olunub. AZƏRTAC müsahibəni təqdim edir.

* * *

Ermənistanın hakimiyyət orqanları iddia edirlər ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndələri danışıqlara cəlb edilmədən Dağlıq Qarabağda münaqişənin həlli mümkün deyil. Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov “Kommersant” qəzetinin suallarına yazılı şəkildə cavab verərək bunun nəyə görə mümkün olmadığını, Nikol Paşinyan başda olmaqla Ermənistan hökumətindən Bakının nə gözlədiyini, habelə danışıqlar prosesində nəzərəçarpacaq tərəqqi olmadan xalqlar arasında qarşılıqlı etimadı bərpa etməyin mümkün olub-olmamasını izah edib.

-Ermənistanda hakimiyyətin dəyişməsindən bir il keçib. Nikol Paşinyan hökumətinin Dağlıq Qarabağ məsələsinə daha konstruktiv yanaşacağı barədə Bakının gözləntiləri doğrulubmu?

-İlk növbədə qeyd etmək istərdim ki, Ermənistanın əvvəlki hökumətləri özlərinin bilavasitə beynəlxalq öhdəliklərini yerinə yetirməkdən hər vasitə ilə yayınmağa çalışırdı. BMT-nin üzvü olan Ermənistan həm də bu qlobal təşkilatın nizamnamə müddəaları, beynəlxalq hüququn norma və prinsipləri ilə bağlıdır. Ərazilər tutulması məqsədilə güc tətbiq edilməsinin yolverilməzliyi, ərazi bütövlüyünə hörmət və dövlət sərhədlərinin toxunuzmalığı, beynəlxalq mübahisələrin dinc vasitələrlə həlli və sair tələblərin təsbit olunduğu bu universal ümumi çərçivələrlə yanaşı, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş, Azərbaycan ərazilərinin işğal edilməsi ilə bilavasitə bağlı olan dörd məlum qətnaməsi var. Məlum olduğu kimi, yuxarıda sadalanan bütün prinsiplərin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müddəti yoxdur və onlar imperativ xarakter daşıyır, yəni onlara riayət edilməlidir. Təəssüf ki, Ermənistan Respublikasının rəhbərliyi uzun illər ərzində beynəlxalq birliyin bu birmənalı tələblərinin yerinə yetirilməsi üçün xeyirxah siyasi iradə nümayiş etdirməyib, bu da nəticə etibarilə Yerevanın genişmiqyaslı regional əməkdaşlıqdan təcrid olunmasına, ölkədə durğunluğa və dərin sosial-siyasi böhrana gətirib çıxarıb. Nəticədə sizin xatırlatdığınız hadisələr baş verdi və Nikol Paşinyanın hökuməti hakimiyyətə gəldi.

Əlbəttə, Azərbaycanda biz müəyyən dərəcədə ümid edirik ki, qonşu ölkənin yeni rəhbərliyi sağlam düşüncə nümayiş etdirəcək, başa düşəcək ki, Ermənistan təcavüz və işğal siyasəti yürütməklə özünü çıxılmaz vəziyyətə salıb və Azərbaycan ilə münasibətlər nizamlanmadan, genişmiqyaslı regional əməkdaşlığa inteqrasiya olunmadan Ermənistanı bu vəziyyətdən xilas etmək qeyri-mümkündür. Biz öz tərəfimizdən müəyyən zaman fasiləsi verdik ki, Ermənistanın yeni siyasi rəhbərliyi danışıqlar prosesinin detalları ilə tanış olsun. Bu keçid dövrü başa çatıb, həm iki ölkənin liderləri səviyyəsində, həm də xarici siyasət idarələrinin rəhbərləri səviyyəsində danışıqlar bərpa olunub. Belə ki, mən bu il ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, Fransa və ABŞ-ın - “Kommersant”) vasitəçiliyi ilə iki dəfə - yanvar ayında Parisdə və aprel ayında Moskvada erməni həmkarımla (Zoqrab Mnatsakanyanla - “Kommersant”) görüşmüşəm. Bizim görüşümüz Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə üçtərəfli formatda keçdi. Mövcud formatda dialoq məlum gündəlik üzrə aparılır və bu, müəyyən optimizm doğurur.

Bununla bərabər, bəzən praktiki olaraq danışıqlar prosesi çərçivəsində keçirilən görüşlərlə eyni vaxtda Ermənistan tərəfindən heç də birmənalı olmayan və siyasi nizamlamanın bütün konstruksiyasına kölgə salan bəyanatlar səslənir. Təəssüf ki, bu bəyanatlar heç də təsadüfi xarakter daşımır və əlbəttə, təşviş doğurur.

Buna görə deyə bilərəm ki, keçən il hadisələrlə zəngin və ziddiyyətli olub. İndi isə biz danışıqlar prosesini irəlilətmək üçün ilk növbədə Ermənistan Respublikasının rəhbərliyi tərəfindən siyasi iradə nümayiş etdirilməsini gözləyirik.

-Siz bu yaxınlarda Parisdə erməni həmkarınızla humanitar əlaqələri nizamlamaq – jurnalistlərin və məhbusların qohumlarının qarşılıqlı səfərlərini təşkil etmək barədə razılığa gəlmisiniz. Bu razılaşmaların reallaşması necə gedir?

-Azərbaycan hər iki tərəfdən saxlanılan şəxslərin “hamının hamıya” prinsipi üzrə mübadilə olunmasını dəfələrlə təklif edib. Saxlanılan şəxslərin və hərbi əsirlərin “hamının hamıya” prinsipi üzrə mübadilə olunması dünya praktikasında qəbul edilmiş ümumi prinsipdir və o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən dəstəklənir.

Biz əminik ki, bu, danışıqlar prosesində daha da irəliləmək və hər iki ölkənin cəmiyyətlərini sülhə hazırlamaq üçün daha əlverişli emosional fon yarada bilər.

Real səfərlərin həyata keçirilməsinə gəldikdə isə, burada ilk növbədə konkret, necə deyərlər ölçülüb-biçilmiş təkliflər istiqamətində işləmək, bunun hər iki cəmiyyət üçün çox həssas mövzu olmasını başa düşmək, başqa sözlə desək, sülhün ziyanına deyil, onun xeyrinə işləmək lazımdır.

-Yerevanda eşitdim ki, 2016-cı ildə Dağlıq Qarabağda münaqişənin əsas səbəbi 2012-ci ildə Ramil Səfərovun (2004-cü ildə erməni zabit Qurgen Marqaryanı öldürmüş və öz vətənində qəhrəman olmuş azərbaycanlı hərbçi - “Kommersant”) təltif edilməsi olub. Bunu siz necə şərh edərsiniz?

-Biz qəti əminik və yeri gəlmişkən, praktiki olaraq bütün beynəlxalq birlik də belə hesab edir, bir sıra beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qətnamə və qərarlar da bunu sübut edir ki, problemin əsas səbəbi – dönüş nöqtələri ilə və onlarsız – ermənilər tərəfindən həyata keçirilmiş təcavüz aktları, Azərbaycan ərazilərinin işğal edilməsi və oradakı bütün azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qalması, o cümlədən Dağlıq Qarabağdakı Xocalı şəhərində (1992-ci ildə - “Kommersant”) törədilmiş dəhşətli soyqırımı aktı, erməni hərbçilər tərəfindən bu şəhərin dinc əhalisinin yalnız azərbaycanlı olduğuna görə məhv edilməsi olub.

2016-cı il aprel hadisələrinə gəldikdə isə, onlar əyani şəkildə sübut etdi ki, hazırda mövcud olan, Azərbaycan torpaqlarının işğalına əsaslanan, artıq dediyim kimi qəddar etnik təmizləmələrlə müşayiət olunan status-kvo çox böyük riskdir və istənilən anda mövcud münaqişənin silahlı şəkildə eskalasiyasına gətirib çıxara bilər.

Başqa sözlə desək, bütün problemlərin, o cümlədən müharibənin yenidən başlanması riski ilə atəşkəs rejiminin pozulmasının səbəbi məhz Ermənistan Respublikasının işğalçı qüvvələrinin Azərbaycan Respublikasının işğal edilmiş və zorla əldə saxlanılan ərazilərində qeyri-qanuni şəkildə olmasının davam etməsidir. Bu səbəbdən yüz minlərlə azərbaycanlı məcburi köçkünlər, o cümlədən Ramil Səfərovun Cəbrayıl rayonundan qovulmuş ailəsi oraya qayıda bilmir.

-Ekspertlər arasında belə bir fikir var ki, ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcək statusu və qaçqınların qayıtması kimi məsələlərin indiki şəraitdə müzakirə edilməsi sadəcə mənasızdır və bu səbəbdən həmin müzakirələri təxirə salmaq, qarşılıqlı etimadın bərpa edilməsi ilə məşğul olmaq lazımdır.

-Mən düşünürəm ki, məhz bunun əksi olmalıdır. Bu qədər insan öz doğma şəhərlərindən və kəndlərindən qovulmuş olduğu halda qarşılıqlı etimadı necə bərpa edə bilərik? Əgər etimadı bərpa etmək üçün göstərilən cəhdlər danışıqlar prosesində real addımlarla və münaqişənin nizamlanması, onun ağır nəticələrinin aradan qaldırılması üçün aşkar siyasi iradə nümayiş etdirilməsi ilə təsdiqlənmirsə, bu cəhdlərin hamısı uğursuzluğa məhkumdur. Buna görə də biz məhz addım-addım nizamlama istiqamətində hərəkət etməliyik, bu hərəkətin başlanğıcı isə işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması və bundan sonra məcburi köçkünlərin oraya qaytarılması olmalıdır. Məhz bu halda etimadın bərpası üçün nəzərəçarpacaq şərait yaranar.

Bir-birinə etimad göstərmək üçün ən azı daim əlaqədə olmaq lazımdır. Məsələn, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun azərbaycanlılar icması tərk etdikləri yurdlarına qayıtmağa və regionun erməni icması ilə birlikdə əlaqələri nizamlamağa, etimadı bərpa etməyə və sülhü qaytarmağa hazırdır.

-Sizin erməni həmkarınız danışıqların formatına qondarma “Dağlıq Qarabağ Respublikası”nın hakimiyyət orqanlarının daxil edilməsi zərurətini əsaslandırmaq üçün bəyan edib ki, onlar Yerevana tabe deyildir, yəni Yerevan sizinlə Zoqrab Mnatsakanyanın danışıqlarda əldə edə biləcəyiniz hipotetik qərarı onlara zorla qəbul etdirə bilməz. Siz bu arqumentə necə cavab verə bilərsiniz?

-Bəs siz Yerevanda soruşmadınız ki, Ermənistan Respublikasının ali siyasi rəhbərliyinin bəzi nümayəndələrinin oğlanları müddətli hərbi xidməti harada keçirlər? Bu ölkənin indiki prezidenti və baş naziri tez-tez haraya gedirlər? Sizin xatırlatdığınız oyuncaq qurumun büdcəsi əsasən kimin vergi ödəyiciləri hesabına formalaşır?

Hər şey çox sadədir – münaqişə tərəfi kimi Ermənistan Respublikasının tərəf-müqabili Azərbaycan Respublikasıdır. Bu format Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli qərarı ilə təsdiq edilib. Reallıq belədir. Bütün qalan məsələlər ya yozumdur, ya da uydurma bəhanələr altında nizamlama prosesini uzatmaq cəhdləridir.

-Nikol Paşinyan bu yaxınlarda bəyan edib ki, o, danışıqlar prosesini uzatmaq və ya tormozlamaq niyyətində deyil. Bu barədə siz nə fikirləşirsiniz?

-Biz belə yanaşmanı yalnız dəstəkləyə bilərik. Azərbaycan münaqişənin tezliklə nizamlanmasında birmənalı olaraq maraqlı tərəfdir. Biz hələ də ümid edirik ki, münaqişəni məhz danışıqlar yolu ilə nizamlamaq mümkündür.

Fikrimcə, erməni tərəfi də bunda maraqlı olmalıdır. Axı münaqişənin uzanması erməni xalqına da saysız-hesabsız iztirablar gətirib. Azərbaycan ərazilərinin tutulması və bütün bu illər ərzində onların işğalının davam etdirilməsi Ermənistana hər hansı nəzərəçarpacaq dividendlər gətirməyib. Əvəzində bu, yoxsulluq səviyyəsinin, işsizliyin artmasına, əhalinin ölkədən kənara axmasına və böhranın digər təzahürlərinə gətirib çıxarıb. Necə deyərlər, siyasətçi seçkilər haqqında, dövlət lideri isə gələcək nəsillər haqqında düşünür.

Əgər erməni tərəfinin məqsədi münaqişəni nizamlamaqdırsa, o, lüzumsuz bəhanələr axtarmaq əvəzinə birmənalı şəkildə siyasi iradə nümayiş etdirməli və bu istiqamətdə praktiki addımlar atmalıdır. Biz isə öz tərəfimizdən bu cür yanaşmanı hərtərəfli alqışlayacağıq, bu yanaşmanı təkcə bəyan etmək yox, həyata keçirmək lazımdır.

 
  • Oxunub:  2460  |  
  • Tarix:  27-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib

17 Sentyabr 17:53
Bakının işğaldan azad edilməsinin 101 illiyi ilə əlaqədar İğdırda konfrans təşkil olunub
17 Sentyabr 17:45
Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin təşkili prosesi ilə tanış olub
17 Sentyabr 17:43
Hadi Rəcəbli: İslahatlar ölkəmizin bundan sonrakı uğurlu inkişafını şərtləndirən əsas amillərdən biridir
17 Sentyabr 17:40
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17 Sentyabr 17:36
Azər Badamov: Azərbaycanın regionlarında inkişaf prosesi dinamikdir
17 Sentyabr 17:32
Nəsib Məhəməliyev: Ölkəmiz uğurla inkişaf edir
17 Sentyabr 17:24
Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub
17 Sentyabr 17:22
Cəmiyyətimiz xaricdəki “mühacirlər”in əsl simasını görür
17 Sentyabr 17:17
Bərpa olunan enerji mənbələrinin inkişaf istiqamətləri müzakirə olunub
17 Sentyabr 17:13
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
17 Sentyabr 17:08
BMT-nin Baş katibi ozon təbəqəsini dağıdan qazlardan qanunsuz istifadə edilməsinin qarşısını almağa çağırıb
17 Sentyabr 17:03
Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi
17 Sentyabr 16:30
“Saber Junction - 19” təlimi davam edir
17 Sentyabr 16:27
FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib
17 Sentyabr 16:23
ADNSU Xarkov Politexnik Universiteti ilə əməkdaşlığı genişləndirir
17 Sentyabr 16:09
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib
17 Sentyabr 16:07
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Şərq Araşdırma qrupunun nümayəndələri ilə görüşüb
17 Sentyabr 16:04
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Sentyabr 16:00
“Yaxşılıq unudulmur” layihəsinin yekununa həsr edilmiş konfrans keçirilib
17 Sentyabr 15:51
Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
17 Sentyabr 15:13
Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
17 Sentyabr 15:10
Seçenov Universitetinin Bakı filialında yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbir keçirilib
17 Sentyabr 15:02
Nazir: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb
17 Sentyabr 14:57
Energetika Nazirliyində Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib
17 Sentyabr 14:47
Neftçalanın Astanlı kəndi qazlaşdırılıb
17 Sentyabr 14:43
FHN-in Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi keçirilib
17 Sentyabr 14:34
Sabah ölkə ərazisində 32 dərəcə isti olacaq
17 Sentyabr 14:25
Təlimlərdə qoşunlar yerdəyişmə tapşırıqlarını icra ediblər
17 Sentyabr 14:23
AZƏRTAC və Tazpit gündəlik informasiya mübadiləsinə başlayıblar
17 Sentyabr 14:21
“Jewish Journal”: Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir
17 Sentyabr 14:18
AMEA-nın üç elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsinə seçkilər keçirilib
17 Sentyabr 14:03
BMT-də “2021-ci ilin Beynəlxalq Sülh və Etimad ili” elan olunması haqqında sənəd qəbul edilib
17 Sentyabr 13:22
Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib
17 Sentyabr 12:52
ADPU-nun magistratura səviyyəsinə 310 nəfər qəbul olunub
17 Sentyabr 12:51
Qəbələdə 37 kilometrlik 2 avtomobil yolu yenidən qurulub
17 Sentyabr 12:46
Ötən illərdə Heydər Əliyev adına Hərbi Liseyi 3 mindən çox kursant bitirib
17 Sentyabr 12:41
“Mədəniyyət” kanalında yeni layihə - “Bizi birləşdirən mədəniyyət”
17 Sentyabr 12:36
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?
17 Sentyabr 12:34
Hüseynbala Mirələmov: Dövlətimiz və xalqımız heç vaxt xarici müdaxilələrə imkan verməyəcək
17 Sentyabr 12:29
Bu gün UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək
17 Sentyabr 12:27
Ağdam xalçaçıları: Çalışırıq ki, Prezidentimizin bizə göstərdiyi qayğıya cavab olaraq keyfiyyətli xalçalar toxuyaq
17 Sentyabr 12:20
Akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr edilən “Ömrümün illəri və izləri” kitabı təqdim olunub
17 Sentyabr 12:19
Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
17 Sentyabr 12:14
Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı
17 Sentyabr 12:07
Əli Əhmədov: Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur
17 Sentyabr 11:55
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur
17 Sentyabr 11:51
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
17 Sentyabr 11:36
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı seminar keçirilib
17 Sentyabr 11:34
Strateji Elmi Tədqiqatlar Mərkəzinin yeni stendinin sınaq atışları həyata keçirilib
17 Sentyabr 11:22
Azərbaycanın Misirdəki diaspor rəhbəri əl-Əzhər Universitetinin rektoru ilə əməkdaşlıq məsələlərini müzakirə edib
17 Sentyabr 11:15
Misir KİV-ləri: Azərbaycan Qoşulmama Hərəkatının XVIII Sammitinə ev sahibliyi etməyə hazırdır
17 Sentyabr 11:07
Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
17 Sentyabr 11:06
SOCAR-ın Qaradağ kompleksində ağacəkmə aksiyası keçirilir
17 Sentyabr 10:59
Hikmət Hacıyev: Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır
17 Sentyabr 10:51
Azərbaycan neftinin qiyməti 71 dollar/barreli ötüb
17 Sentyabr 10:43
DİM-də Çin Ədliyyə Nazirliyinin baş müşaviri Pu Tzenfanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
17 Sentyabr 10:11
Emin Ağalarov: İdman mənim həyatımın bir hissəsidir
17 Sentyabr 10:06
Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin nümayəndə heyəti Parisdə təlim səfərindədir
17 Sentyabr 10:04
Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
17 Sentyabr 10:01
Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb
17 Sentyabr 09:56
Nur-Sultanda MDB-də rəqəmsallaşma sahəsinin inkişafı müzakirə edilib
17 Sentyabr 09:52
Misir ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edir
17 Sentyabr 09:28
“Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub
17 Sentyabr 09:26
Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır
17 Sentyabr 09:23
Regionlarda pambıq sahələrindən bol məhsul toplanacağı gözlənilir
16 Sentyabr 21:50
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16 Sentyabr 20:56
Türkiyənin Vitse-prezidenti Fuat Oktay "ASAN xidmət" mərkəzi ilə tanış olub
16 Sentyabr 20:46
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirilib
16 Sentyabr 20:45
Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16 Sentyabr 20:35
Bakıda Azərbaycan–Türkiyə biznes forumu keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+24 +27
gecə+16 +20