Ana səhifə »  Qəzetin pdf formatı »  Tarixə bağlılıq, keçmişə verilən dəyər Xalq Cümhuriyyətinə olan münasibət fonunda da özünü göstərib- MÜSAHİBƏ
A+   Yenilə  A-
Tarixə bağlılıq, keçmişə verilən dəyər Xalq Cümhuriyyətinə olan münasibət fonunda da özünü göstərib- MÜSAHİBƏ

Fərrux Haqverdiyev: "Əgər XX əsrin əvvəllərində Cümhuriyyətin elan edilməsi Məmməd Əmin Rəsulzadə ilə bağlıdırsa, həmin əsrin 90-cı illərində Azərbaycanın tarixində ikinci dəfə mütəqillik əldə etməsi, onun təşəkkül tapması, inkişaf edib dünya birliyində söz sahibinə çevrilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır"

 

"Hazırda Azərbaycan kifayət qədər güclü bir dövlətdir"

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ili tamam olur. Şərqdə ilk demokratik respublika kimi yaranan AXC-nin 23 aylıq mövcudluğu çətin və keşməkeşli olsa da, ümumilikdə bu dövr Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir mərhələ kimi daxil olub.

Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində gördüyü işlər, həyata keçirdiyi islahatlar, eləcə də AXC-nin hüquqi varisi sayılan müstəqil Azərbaycan Respublikasının hazırkı durumu, inkişaf yolu ilə bağlı Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyevlə söhbətləşdik.

-Fərrux müəllim, bu günlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü qeyd edilir. Cümhuriyyətin tarixinə nəzər saldıqda nə deyə bilərsiniz, AXC hansı zərurətdən yarandı və 23 aylıq fəaliyyəti nə ilə yadda qaldı?

-Sizin də qeyd etdiyiniz kimi bu günlər Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümünü qeyd edirik. XX əsrin əvvəllərində Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində yaranan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi qısa müddətli bir dövr, 23 aylıq zaman da kifayət qədər gərgin, regionda və dünyada gedən çətin proseslərə təsadüf edirdi. Bir tərəfdən Çar Rusiyası Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını istəmir və imkan düşdükcə ona zərbə vurmağa çalışır, zəiflədib sıradan çıxarmaq planları üzərində işləyirdisə, digər tərəfdən imperialist güclər, müstəmləkəçi dövlətlər Qafqazda Azərbaycan kimi müstəqil bir dövlətin yaranmasını istəmirdilər. Düzdür, zaman keçdikcə ayrı-ayrı ölkələr Azərbaycan Xalq Cümhuriyyətini tanımaq, onunla ikitərəfli əlaqələr qurmaq məcburiyyətində qalsa da, ancaq bu əməkdaşlıq, əlaqələr heç də səmimi notlar üzərində qurulmamışdı. Həmin dövlətlər, güc mərkəzləri də Qafqaz regionunda Azərbaycan kimi bir müstəqil dövlətin yaranması, onun inkişaf etməsini qısqanclıqla qarşılayırdılar.

Bütün bu maneələr, əngəllərə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti inkişaf edir, möhkəmlənir, beynəlxalq aləmin ayrılmaz tərkib hissəsinə çevrilirdi. Beləliklə, 1918-ci il, may ayının 27-də Gürcüstanda elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı Gəncə şəhəri oldu. Bu da başadüşülən idi. Çünki həmin dövrdə Bakı şəhəri erməni daşnakları və bolşeviklərin nəzarəti altında idi. Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu dövründə belə demək mümkünsə 3 paytaxtı olmuşdu. Birinci paytaxt Tiflis şəhəri sayılırdı. Hansı ki, Tiflis Xalq Cümhuriyyətinin paytaxtı funksiyasını 1918-ci il, may ayının 28-dən iyunun 16-dək daşımışdı. İyunun 16-dan sentyabrın ortalarına qədər isə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncə şəhəri olub, Nəhayət, 1918-ci il, sentyabrın 15-də Bakı Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu tərəfindən daşnak və bolşeviklərdən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncə şəhərindən Bakı şəhərinə köçdü. Beləliklə, 1918-ci il, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək, demokratik respublika süquta uğradıldığı tarixə kimi Azərbaycan Xalq Cümhuriyyəti Bakıda fəaliyyət göstərdi.

-Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman yaşasa da, lakin bu qısa müddət ərzində bir sıra mühüm addımlar atdı, islahatlar həyata keçirdi

-Tamamilə doğrudur. Qısa, ancaq şərəfli bir yol keçən Azərbaycan Xalq Cümhuriyyəti bu müddət ərzində daxili və xarici siyasət, iqtisadi, maliyyə sektoru, ən əsası hərbi sahədə əsaslı addımlar ataraq özünün dövlətçiliyini möhkəmləndirməyə çalışdı. Məlumat üçün qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyətində dövlət hakimiyyəti üç qoldan ibarət idi: Azərbaycan parlamenti, hökumət, məhkəmə hakimiyyəti. Dövlət Parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Bir maraqlı və kifayət qədər nümunəvi bir nüansa diqqət çəkmək istərdim. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən sayları çox az olan xalqlar da öz deputatları ilə təmsil olunurdular. Bunun özü də XX əsrin əvvəllərindən Azərbaycanda o zaman hələ Avropada, Qərbdə mövcud olmayan deməkratiya, insan hüquq və azadlıqlarının bərqərar edildiyini bir daha sübuta yetirir. Qadına ilk dəfə seçib seçilmək hüququ verən Azərbaycan Xalq Cümhuriyyəti öz parlamentinə ölkə ərazisində yaşayan digər xalqların nümayəndələrinin də seçilməsi şansını tanıyırdı ki, bu da həmin dövr üçün dünyaya bir nümunə sayıla bilərdi.

Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı və 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində Cümhuriyyətin varlığına son qoyuldu.

-70 ildən artıq Rus imperiyasının tərkibində olsaq da, lakin XX əsrin 90-cı illərində yenidən öz müstəqilliyimizi əldə etməyi bacardıq. Bu günkü müstəqil Azərbaycan Respublikasının vəziyyətini necə dəyərləndirərdiniz? Xalq Cümhuriyyəti ilə müstəqil Azərbaycanın oxşar və fərqli cəhətləri nələr idi?

-Tarix elə gətirdi ki, XX əsrin 80-90-cı illərində ittifaq tərkibində olan respublikalarda baş qaldıran milli-azadlıq mücadiləsi SSRİ-nin süqutunu sürətləndirdi. Həmin dövrdə Azərbaycanda da müstəqillik, suverenlik tələbi ilə kütləvi mitinqlər keçirilir, xalq keçmiş SSRİ-nin tərkibindən çıxmaq istəyirdi. Hadisələrin artan templə cərəyan etməsi 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılması ilə nəticələndi. Elə həmin ilin oktyabr ayının 18-də Azərbaycan tarixdə ikinci dəfə müstəqilliyini bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyəti ilə müstəqil Azərbaycan Respublikasının oxşar və fərqli cəhətlərinə gəlincə, hər iki tarixi olay çətin regional, beynəlxalq hadisələr fonunda meydana gəlmişdi. Həm AXC, həm də müstəqil Azərbaycan Respublikasının mövcudluğu bəzi region ölkələri, o cümlədən dünya dövlətlərini qane etmirdi. Ona görə də, müntəzəm olaraq həm AXC, həm də müstəqil Azərbaycan Respublikasına qarşı təhdidlər meydana çıxırdı. Ciddi cəhdlə bu müstəqilliyə mane olmağa çalışılırdı. Yaxud digər oxşarlıq müxtəlif sahələrdə həyata keçirilən islahatlar, dövlətçiliyin möhkəmləndirilməsi ilə bağlı idi. Azərbaycan Xalq Cümhuriyyəti ilə müstəqil Azərbaycan Respublikasını fərqləndirən cəhətə gəlincə isə, AXC-dən fərqli olaraq müstəqil Azərbaycanı çökdürmək, onu süquta uğratmaq mümkün olmadı. Çünki ona dərin siyasi təcrübəyə malik, dünya şöhrətli siyasətçi ümummilli lider Heydər Əliyev rəhbərlik edirdi. Düzdür, həm ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələnə qədər, həm də elə Heydər Əliyevin dövlətə rəhbərlik etdiyi ilk illərdə müstəqil Azərbaycanı parçalamağa, onu yenidən əsarət altına salmağa, bununla da müstəqilliyimizə son qoymağa çalışdılar. Xaricdəki bəzi maraqlı antiAzərbaycan dairələr və onların daxildəki əlaltıları dövlət çevrilişinə cəhd edərək hakimiyyəti mənimsəməyə, bununla da ölkəmizi xaricdəki həmin dairələrin, dövlətlərin nəzarəti altına keçirməyə çalışdılar. Lakin bütün situasiyaları dəyərləndirib ondan itkisiz çıxan ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana yönəlik təhlükələri də ustalıqla dəf etdi, ona yönəlik təhlükələri aradan qaldırdı. Ulu Öndər həmçinin Azərbaycanın müstəqilliyini, suverenliyini hədəf seçənlər, onu yenidən əsarət altına almaq istəyənlərə "Azərbaycanın müstəqilliyi dönməzdir. əbədidir" mesajını verməklə bəlli dairələrə öz yerlərini gəstərdi. Və bununla həm də onlara Azərbaycanın daxili işlərinə qarışmamağı tövsiyə etmiş oldu.

-O zaman tam əminliklə deyə bilərik ki, Azərbaycan Xalq Cümhiriyyətinin adı Məmməd Əmin Rəsulzadə və onun silahdaşları ilə bağlıdırsa, müstəqil Azərbaycanın da adı ümummilli lider Heydər Əliyevlə bağlıdır.

-Tamailə doğrudur. Əgər XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi, onun 23 aylıq fəaliyyəti Məmməd Əmin Rəsulzadə ilə bağlıdırsa, elə həmin əsrin 90-cı illərində Azərbaycanın tarixində ikinci dəfə mütəqillik əldə etməsi, onun təşəkkül tapması, inkişaf edib dünya birliyində söz sahibinə çevrilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonar yenicə müstəqilliyini əldə etmiş Azərbaycan Respublikası inkişaf etməyə başladı. Zəngin idarəçilik qabiliyyəti və dövlətçilik təcrübəsi olan Ulu öndər qısa zamanda bütün sahələrdə məqsədyönlü tədbirlər həyata keçirdi. İstər daxili, istərsə də xarici siyasətdə uğurlu gedişlər edərək Azərbaycanda sabitliyi bərqərar etməklə yanaşı, onu dünya birliyinin tamhüquqlu üzvünə çevirdi. Qeyd etdiyim kimi Ulu Öndərin həyatımızın bütün sahələrində həyata keçirdiyi islahatlar, tədbirlər hər bir sahədə inkişafa, tərəqqiyə səbəb oldu. Qlsa zamanda ölkədə mövcud olan sosial problemlər aradan qalxdı, Azərbaycanın iqtisadi cəhətdən inkişaf etməsi istiqamətində mühüm addımlar atıldı. Bu addımlardan ən mühümü və bu gün də Azərbaycana böyük faydası olan "Əsrin müqaviləsi"nin imzalanması və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsi idi. XX əsrin əvvəllərində AXC qurucuları ölkədə hələ də tam mənada sabitliyin olmaması səbəbindən xarici sərmayələri Azərbaycana cəlb etməyə çətinlik çəkdikləri kimi, müstəqilliyin ilk illərində də eyni proses yaşanırdı. Ancaq müdrik siyasətçi Heydər Əliyev dərin dövlətçilik təcrübəsi ilə xarici sərmayədarları, dünyanın tanınmış neft şirkətlərini Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq əhəmiyyətli bir layihəyə cəlb edə bildi. Bununla da Azərbaycan iqtisadiyyatının sürətli inkişafının təməli qoyuldu desək yanılmarıq.

-Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi sayılan müstəqil Azərbaycan Respublikasının Bu günkü vəziyyəti, inkişaf tendensiyasını necə dəyərləndirirsiniz?

-Əvvəla müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyətinin hüquqi varisi olması məqamına diqqət çəkmək istərdim. Məlumdur ki, bu reallığı, təkzibolunmaz faktı da ilk dəfə Ulu Öndər Heydər Əliyev səsləndirmişdi. Həqiqətən də bu günkü müstəqil Azərbaycan Respublikası AXC-nin hüquqi varisi olaraq inamla irəliyə doğru gedir, bütün sahələrdə inkişaf, tərəqqini əldə edir. Təbii ki, bütün bunlar da Heydər Əliyev siyasi kursunun günümüzdə uğurla davam etdirilməsidir.

Bu gün Azərbaycan postsovet məkanında inkişaf dinamikasına görə ön sırada yer alan ölkələrdəndir ki, bunun da əsasında Ümummilli liderin təməlini qoyduğu inkişaf siyasəti dayanır. Hazırda Azərbaycan kifayət qədər güclü bir dövlətdir. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu əlaqələr yaradır, münasibətləri öz maraqları əsasında davam və inkişaf etdirir. Bunun da əsasında Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi dayanır. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 15 il ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir. Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb və bu, dünya miqyasında analoqu olmayan inkişafdır. Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir, heç kimdən asılı deyil və məhz buna görə də inamla öz müstəqil siyasətini aparır.

-Həm də AXC-nin qurucularını fəxrlə anır, bu tarixi şanlı səhifəmiz kimi yaşadırıq

-Əlbəttə. Tarixə bağlılıq, keçmişə verilən dəyər, qiymət Xalq Cümhuriyyətinə olan münasibət fonunda da özünü göstərib. Belə ki, hələ Ulu Öndər Heydər Əliyevin zamanında ümummilli lider Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında Sərəncam imzalamışdı. Bundan başqa Heydər Əliyev tərəfindən Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması barədə müvafuiq sənəd imzalanmışdı. Keçən il isə hər birimiz bir daha qürur hissi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Bir sözlə bütün bunlar onu deməyə əsas verir ki, müstəqil Azərbaycan Respublikasında Xalq Cümhurıyyətinin qurucularına böyük hörmət və ehtiram var. Və bu münasibət Azərbaycan durduqca davam edəcək.

Sonda fürsətdən istifadə edərək başda Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla hər kəsin bayramını təbrik edir, xalqımıza nöbəti bayramları işğal altında olan torpaqlarımızda keçirməyi arzu ediərm.

 
  • Oxunub:  2370  |  
  • Tarix:  27-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir

20 Sentyabr 10:49
Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi keçirilir
20 Sentyabr 10:46
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
20 Sentyabr 10:39
Elçin Quliyev: “Əsrin müqaviləsi” Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu uğurlu neft strategiyasının möhtəşəm təntənəsidir
20 Sentyabr 10:25
ADU-nun Konfutsi İnstitutu Çin sərgisində iştirak edib
20 Sentyabr 09:23
Elçin Əhmədov: “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın enerji təhlükəsizliyi tam təmin edildi
20 Sentyabr 09:11
“Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir
20 Sentyabr 08:48
Regionlarda meyvəçiliyin inkişafı istiqamətində çoxşaxəli tədbirlər görülür
19 Sentyabr 23:14
Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir
19 Sentyabr 22:55
Azərbaycan-Qırğızıstan əməkdaşlığına dair fikir mübadiləsi aparılıb
19 Sentyabr 22:40
Səfir Erkan Özoral: Azərbaycan vətəndaşlarının Türkiyədən deportasiyasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir
19 Sentyabr 22:32
Yelizaveta Truss və Kristofer Pinçerdən
19 Sentyabr 21:39
Li Canşu: Çin Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir
19 Sentyabr 17:57
Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 Sentyabr 17:56
YAP Gəncə şəhər təşkilatında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
19 Sentyabr 17:55
“Əsrin müqaviləsi” – Ulu Öndərimizin şah əsəri, bu günkü və gələcək inkişafımızın təməl daşıdır
19 Sentyabr 17:52
Mərkəzi Elmi Kitabxanada “Qafqaz Neoliti” sənədli filminin təqdimatı olub
19 Sentyabr 17:50
YAP Binəqədi və Pirallahı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi ilə əlaqədar Nəft Daşlarında təntənəli tədbir keçirildi
19 Sentyabr 17:48
Vüqar Rəhimzadə: «Əsrin müqaviləsi» Azərbaycanı dünyada sabit, təhlükəsiz ölkə kimi tanıtdı
19 Sentyabr 17:46
Qlobal enerji təhlükəsizliyi problemi və “Əsrin müqaviləsi”
19 Sentyabr 17:38
Humanist ruhlu pedaqoq və alim – Rəfiqə Əliyeva
19 Sentyabr 17:33
Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının yüksək fəxri mükafatı ilə təltif olunub
19 Sentyabr 17:31
Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın rəsmi “Twitter” səhifəsi yaradılıb
19 Sentyabr 17:30
Budapeştdə Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
19 Sentyabr 17:25
Bakıda “Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib
19 Sentyabr 17:19
Ulu Öndərin formalaşdırdığı enerji siyasəti “Əsrin müqavilə”si ilə Azərbaycanı beynəlxalq enerji bazarında birbaşa iştirakçıya çevirdi
19 Sentyabr 17:10
Orxan Məmmədov: Yaxın müddətdə KOB-lar üçün yeni dəstək mexanizmləri işə düşəcək
19 Sentyabr 17:02
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib
19 Sentyabr 16:57
Elmar Məmmədyarov: Macarıstanın Türk əməkdaşlıq təşkilatları ilə sıx münasibətlər qurmaq niyyəti təqdirəlayiqdir
19 Sentyabr 16:50
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Qubada vətəndaşları qəbul edib
19 Sentyabr 16:46
“Azərsu” sədri Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcərdən olan sakinləri qəbul edib
19 Sentyabr 16:43
Əsrin müqaviləsi - əsrə bərabər 25 il
19 Sentyabr 16:40
Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq
19 Sentyabr 16:38
Əli Əhmədov: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir
19 Sentyabr 16:36
Firəngiz Əlizadə: Berlin kimi böyük şəhərdə konsert təşkil etmək və zalları tamaşaçılarla doldurmaq böyük uğurdur
19 Sentyabr 16:33
Strateji inkişaf yolunun başlanğıcı – “Əsrin müqaviləsi”
19 Sentyabr 16:13
Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub
19 Sentyabr 16:05
Azərbaycan-Tacikistan əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib
19 Sentyabr 16:02
Gələn il 2 yeni “ASAN xidmət” mərkəzi Bakıda, 5 mərkəz isə regionlarda açılacaq
19 Sentyabr 15:50
Sevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdur
19 Sentyabr 15:42
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Sədri Azərbaycana rəsmi səfərə gəlib
19 Sentyabr 15:13
Tokioda Azərbaycan-Yaponiya Dostluq Mərkəzi ilə “Cross Border Club” arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Sentyabr 15:07
Qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb
19 Sentyabr 15:01
Azərbaycan İlahiyyat İnstitutunda Əhməd bəy Ağaoğluna həsr edilən konfrans keçirilir
19 Sentyabr 14:58
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
19 Sentyabr 14:47
BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 32-ci qurultayı təşkil edilib
19 Sentyabr 14:45
Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib
19 Sentyabr 14:25
Azərbaycanda pensiya kapitalından necə istifadə etmək olar – Yeni modellər öyrənilir – ARAŞDIRMA
19 Sentyabr 14:13
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov mətbuat konfransı keçirib
19 Sentyabr 14:07
“Əsrin kontraktı”: müstəqilliyimizin qarantı olan tarixi layihə
19 Sentyabr 14:02
Bakının Baş planının hazırlanması üzrə qurumlararası İşçi Qrupun növbəti iclası keçirilib
19 Sentyabr 14:00
Azərbaycan OPEC-lə neft bazarındakı vəziyyəti müzakirə edib
19 Sentyabr 13:53
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəki və Zaqatala rayonlarının vətəndaşlarını qəbul edib
19 Sentyabr 13:46
Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin əməkdaşlığının perspektivləri müzakirə olunub
19 Sentyabr 13:40
Pərviz Şahbazov: "Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatındə müstəsna xidmətləri olub
19 Sentyabr 13:31
Xəbər agentlikləri informasiya istehsalında süni intellektin tətbiqi məsələsini müzakirə edirlər
19 Sentyabr 13:28
BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb
19 Sentyabr 12:52
Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri Naxçıvanda səfərdə olub
19 Sentyabr 12:50
“News Blaze” nəşri: “Ermənistanın Baş naziri Nikol Paşinyan Los-Ancelesdə persona non-qrata elan edilməlidir”
19 Sentyabr 12:29
AZƏRTAC Xəzər-Qara Dəniz regionu ölkələri üzrə ilin xəbər agentliyi mükafatına layiq görülüb
19 Sentyabr 12:19
Bəhruz Quliyev: "SƏS" İnformasiya Agentliyi 11 il ərzində ətrafında oxucu ordusu cəmləyib
19 Sentyabr 11:47
Azərbaycan ilə Belarusun ikitərəfli münasibətlərində təhlükəsizlik fəaliyyəti mühüm əhəmiyyət kəsb edir
19 Sentyabr 11:43
Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq
19 Sentyabr 11:38
Nazir müavini: Energetika bazarının liberallaşmasına dair təkliflər hazırlanıb
19 Sentyabr 11:16
Kolumbiya parlamentində Azərbaycan ilə bağlı dinləmələr keçirilib
19 Sentyabr 11:09
Milli Musiqi Günü münasibətilə Qız Qalasının önündə konsert təşkil olunub
19 Sentyabr 11:06
Təlimlərdə qoşunların qarşılıqlı fəaliyyəti ərazinin maketi üzərində icra olunub
19 Sentyabr 11:00
Nazir müavini: Azərbaycan Xəzəryanı ölkələrin hər biri ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir
19 Sentyabr 10:48
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq
19 Sentyabr 10:36
“VFS Global”, Elektron Hökumətin İnkişafı Mərkəzi və İnnovasiyalar Mərkəzi Anlaşma Memorandumu imzalayıblar
19 Sentyabr 10:30
Tacikistanın nümayəndə heyəti Azərbaycanda istehsalat müəssisələrinin iş prosesi ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +29
gecə+18 +22