Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakı Dövlət Universitetində 28 May - Respublika Günü qeyd edilib

Bakı Dövlət Universitetində 28 May - Respublika Günü qeyd edilib

27.05.2019 [12:14]

Mayın 27-də Bakı Dövlət Universitetində (BDU) 28 May - Respublika Gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru Elçin Babayev müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, həmin dövrdə əldə edilən nailiyyətlərdən danışıb. Qeyd olunub ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun tarixi əhəmiyyəti çox böyükdür.

Rektor Bakı Dövlət Universitetinin Cümhuriyyət dövründə - 1919-cu ildə yaradıldığını xatırladıb.

Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən bəhs edən Elçin Babayev dahi rəhbər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

BDU-nun kafedra müdiri, Milli Məclisin elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, kafedra müdiri, professor Anar İsgəndərov tariximizdə Cümhuriyyətin yeri və rolundan danışıb, 28 May - Respublika Gününün geniş qeyd edilməsinin əhəmiyyətini vurğulayıblar.

Paylaş:
Baxılıb: 264 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30