Ana səhifə »  Qəzetin pdf formatı »  “The Daily Star”: Arsenal Henrix Mxitaryanı satmağı qərara alıb
A+   Yenilə  A-
“The Daily Star”: Arsenal Henrix Mxitaryanı satmağı qərara alıb

Böyük Britaniyanın “The Daily Star” qəzetində “Arsenal Henrix Mxitaryanı satmağı qərara alıb – Onlar əmindilər ki, o, artıq heç bir şey edə bilməyəcək” sərlövhəli məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə “Arsenal”ın bu yay Henrix Mxitaryanı komandadan uzaqlaşdırmağı planlaşdırdığı bildirilir. Qeyd olunur ki, Mxitaryan mayın 29-da UEFA Avropa Liqasının “Arsenal” və “Çelsi” arasında Bakıda keçiriləcək final matçında iştirak etməyəcək. Mxitaryan təhlükəsizlik qorxusu ilə əlaqədar Azərbaycan paytaxtına səfər etmək əvəzinə Londonda qalmağa üstünlük verib.

Bəs Mxitaryanın bu Bakı “sevgisi” nədən qaynaqlanır? Qeyd edək ki, Mxitaryan “Arsenal”ın Premyer Liqadakı oyunlarında müntəzəm çıxış etmir. Bununla da ona bəslənən ümidləri doğrultmayan futbolçu çox vaxt ehtiyatda saxlanılır. Son matçlarda müşahidə edilən məqamlar da "Arsenal" rəhbərliyinin haqlı olduğunu düşünməyə əsas verir. Belə ki, futbolçu ona olan inamı doğrultmur. Məhz bu səbəbdən də bir çox matçı ehtiyat oyunçular skamyasında keçirir. Bu isə "Arsenal" rəhbərliyinin haqlı narahatlığına səbəb olub.

Bu yerdə bir xatırlatma etsək pis olmaz. “Henrix Mxitaryan Premyer Liqada çıxış etməyə başladığı 2016-cı ildən bəri ortaya yaxşı oyun qoya bilmir. Üç il əvvəl “Borussiya Dortmund”dan “Mançester Yunayted” klubuna transfer edilən erməni yarımmüdafiəçi burada ümidləri doğrultmadığından ötən il “Arsenal”a satılıb”. Bu fikirlər “football-news24.com” saytında dərc olunan məqalədə yer alıb. Zənnimizcə, əlavə şərhə ehtiyac qalmır.

Digər yandan, ölkəmizin onun təhlükəsizliyinə zəmanət verməsinə rəğmən, erməni əsilli futbolçunun Azərbaycana gəlmək istəməməsi xarici qüvvələrin də ölkəmizə qarşı çirkin kampaniyasının bir hissəsinə çevrilib. Mxitaryanı gündəmdə saxlamaqla onun transfer qiymətini artırmaq yolunu seçən “Arsenal”, istisna deyil ki, gələcək məğlubiyyətdən də sığortalanmaq məqsədi güdür. Eyni zamanda, Mxitaryan özü də bu qalmaqalda maraqlıdır. Çünki özünün də bildiyi kimi, sabun köpüyündən hazırlanan bu əsassız gündəmlə dünya mediasının diqqətinə düşüb və çox “reklam” olunub. Bu məsələdən Ermənistan dövləti və erməni lobbisi də Azərbaycana qarşı istifadə etməyə çalışdı. Ancaq istəklərinə nail olmadılar...

AFFA-nın baş katibi Elxan Məmmədov İspaniyanın məşhur idman qəzeti “Marca”ya müsahibəsində Mxitaryanın təhlükəsizliyi ilə bağlı danışarkən deyib ki, AFFA ilə UEFA-nın Mxitaryanın təhlükəsizliyinə zəmanət verilməsi barədə müvafiq məktub “Arsenal”a göndərilib: “Biz həmişə siyasəti futboldan ayırırıq. Biz çox məyusuq, çünki Mxitaryanın təhlükəsizliyinin təmin edilməsi üçün bizim tərəfimizdən bütün tədbirlər görülüb. Buna görə də narahatlığa heç bir əsas yoxdur. Bu zəmanət Azərbaycan tərəfindən verilib. Yeri gəlmişkən, son on ildə çoxlu sayda erməni idmançı Azərbaycanda keçirilən bir neçə beynəlxalq turnirdə heç bir problemlə üzləşmədən iştirak edib. Düşünürəm ki, Mxitaryanın iştirak etməməsi bu möhtəşəm oyunun nə keyfiyyətinə, nə də cəlbediciliyinə təsir göstərəcək”.

Hər kəsə aydındır ki, Bakı son illər dünyanın idman mərkəzlərindən birinə çevrilib, ölkəmizdə hər il keçirilən müxtəlif beynəlxalq yarışlarda və tədbirlərdə iştirak edənlər arasında ermənilər də var. Çox da uzağa getməyək. Bu günlərdə Bakıda start götürən aerobika üzrə Avropa çempionatında Rusiyanı təmsil edən erməni əsilli gimnast Qarsevan Canazyan AZƏRTAC-a müsahibəsində deyib: “Bakıda insanlar mehribandırlar. Onlar köməyə ehtiyac duyduğumuz zaman heç vaxt bunu əsirgəmirlər. Paytaxtınız çox gözəldir. İmkan olan kimi şəhəri gəzməyə çıxırıq. Burada tam sərbəst gəzə bilirik. 2015-ci ildə Bakıda keçirilmiş birinci Avropa Oyunlarında da iştirak etmişik. Həmin yarışlardan xoş təəssüratlarla ayrılmışıq. Bakıda təhlükəsizlik çox yüksək səviyyədə təmin olunub. Bizi burada hər şey qane edir”.

“Arsenal” komandasının erməni futbolçusu Henrix Mxitaryanın UEFA Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşmasında iştirak etmək istəməməsinə münasibət bildirən Duxik Canazyan deyib: “Düşünürəm ki, idmanla siyasəti qarışdırmaq düzgün deyil. Mən onun yerinə olsaydım, komandamı dəstəkləyib onun yanında olardım”.

Erməni əsilli digər rusiyalı gimnast Duxik Canazyan: “Bakıda yarışlar yüksək səviyyədə təşkil edilib. Burada hər şey çox mükəmməldir. Bakı təhlükəsiz şəhərdir. Ona görə də buradakı yarışlarda məmnuniyyətlə iştirak edirik. İnsanlar çox mehribandırlar. Hər məsələdə bizə kömək edirlər. Azərbaycanın milli xörəkləri çox dadlıdır. Burada qalmaq, məşqlər etmək üçün hər cür şərait var. Dörd il əvvəl Bakıda keçirilən birinci Avropa Oyunlarında iştirak etmişik. Bakıda gözəl idman ab-havası var”.

Duxik Canazyan da açıqlamasında idmanı siyasətlə qarışdırmağın düzgün olmadığını vurğulayıb.

Başqa bir misalı isə elə Ermənistanın özündən çəkək. “Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil. Henrix Mxitaryan Bakıda keçiriləcək final oyununda iştirak etməməklə bağlı qərarı özü qəbul edib. Halbuki Azərbaycan tərəfi onun təhlükəsizliyi üçün tam zəmanət verib” - bu sözləri isə Ermənistan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Ervand Hakobyan özünün “Facebook” səhifəsində yazıb. Ermənistanda “Facebook” istifadəçiləri E.Hakobyanın bu sözlərinə müxtəlif şərhlər yazaraq öz fikirlərini bildiriblər. Onların bəziləri Mxitaryanı qorxaq adlandıraraq qeyd ediblər ki, erməni güləşçilər beynəlxalq yarışlarda, xüsusilə 2007-ci ildə keçirilən güləş üzrə dünya çempionatında və 2015-ci ildə təşkil olunan birinci Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gediblər.

Belə misalları çox çəkmək olar. Ancaq Mxitaryan çətin ki, əvvəlcədən başına soxduğu bu mənasız fikri çıxara. Onsuz da gecdi. Çünki artıq “Arsenal” klubunun futbolçuları Bakıya gəliblər və onlar üçün yaradılan şəraitdən heç də narazı görünmürlər…

 
  • Oxunub:  2070  |  
  • Tarix:  26-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir
15 Noyabr 17:07
Azərbaycanın Ankaradakı səfiri İstanbulda təhsil alan tələbələrlə görüşüb
15 Noyabr 16:49
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15 Noyabr 16:38
Erməni deputatlar Vaşinqtonda sual atəşinə tutulublar
15 Noyabr 16:34
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib
15 Noyabr 16:24
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA