Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib
A+   Yenilə  A-
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə respublikamızın qərb bölgəsində “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun rəhbərliyi ilə professor-müəllim və tələbələrdən ibarət ilk aksiya qrupu hərbi libas geyinərək iki gün cəbhəboyu bölgədə, ön xətt mövqelərində olaraq qarşılarına qoyduqları xeyirxah və nəcib vətənpərvərlik missiyasını layiqincə yerinə yetiriblər.

Aksiya iştirakçıları birliyin komandanlığı tərəfindən səmimiyyətlə qarşılanıb. Əvvəlcə hərbi orkestrin ifa etdiyi milli marşların müşayiəti ilə xalqımızın ümummilli lideri, Silahlı Qüvvələrin əbədiyaşar Ali Baş Komandanı Heydər Əliyevin qərargahın qarşısında gül-çiçəyə qərq olmuş bağçadakı büstü ziyarət olunub, qarşısına qızılgüllər düzülüb.

Sonra aksiya iştirakçıları hərbi hissədə Heydər Əliyev Mərkəzi, eləcə də hərbi qulluqçular üçün yaradılmış yüksək xidmət, məişət şəraiti ilə, hərbi qulluqçuların problem və qayğıları ilə maraqlanıb, nizam-intizamın, şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin, mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olmasının bir daha şahidi olublar.

Əsgər klubunda Azərbaycan Ordusuna dəstək aksiyasının açılışına həsr olunmuş mərasimdə qrupu müşayiət edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində son illərdə qazanılmış uğur və nailiyyətlərdən geniş söhbət açıb, ulu öndər Heydər Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ordumuzun bütün xalqın övladı olduğunu və onun inkişafına müntəzəm qayğı və diqqət göstərməyin hər bir dövlət təşkilatının, yerli orqanların, özəl qurumların, hər bir Azərbaycan vətəndaşının borcu olduğunu vurğulayıb. Qeyd edilib ki, UNEC-in bu təşəbbüsü təqdirəlayiqdir və bütün ali məktəblərin, idarə və təşkilatların kollektivləri də bu aksiyaya qoşulmalıdırlar. Müharibə şəraitində yaşayan bir məmləkətin hər bir vətəndaşından barıt qoxusu gəlməli, bütün cəmiyyət vətənpərvərlik hissi ilə yaşamalı, “Hər şey Ordu üçün, hər şey Qələbə üçün!” şüarı ölkəni əhatə etməlidir.

General-mayor Xəqani Cəbrayılov qonaqları şəxsi heyət adından salamlayaraq, bu aksiyanın hər bir döyüşçünün, həmçinin aksiya iştirakçılarının həyatında müsbət iz buraxacağını, işğal altında olan torpaqların tezliklə azad ediləcəyinə inamını və qələbə əzmini, döyüş ruhunu daha da artıracağına əminliyini bildirib. Ulu Öndərin müdrik kəlama çevrilmiş fikirlərini tədbir iştirakçılarına çatdıran general deyib ki, həqiqətən Ordu bizim doğma ordumuzdur. Ordu xalqımızın tərkib hissəsidir. Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır. Ona görə də, biz bunu heç vaxt unutmur və orduya olan qayğını daim əsas vəzifələrimiz kimi dərk edirik. UNEC-in bu təşəbbüsü, Ordumuza mənəvi dəstək verməsi hər bir Vətən müdafiəçisini daha böyük zirvələr fəth etməyə ruhlandırır.

Rektor, professor Ədalət Muradov UNEC-in iyirmi min nəfərlik böyük kollektivi adından şəxsi heyəti 28 May - Respublika Günü və qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən salamlayıb, hər bir döyüşçüyə bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etməyi, hərb tariximizə Aprel və Günnüt zəfərlərinin davamı olacaq yeni-yeni şanlı səhifələr yazmağı arzulayıb. Professor torpaqlarımızın işğaldan azad edilməsi, Respublikamızın ərazi bütövlüyünün bərpa olunması uğrunda UNEC-in kollektivinin də müsəlləh əsgər kimi hər bir əmrə müntəzir olduğunu diqqətə çatdırıb.

Həzi Aslanov adına Azərbaycan Ordusu və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzlərinin yaradıcı qruplarının, UNEC-in bədii özfəaliyyət kollektivinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (vaxtilə bu ali məktəb Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu adlanırdı) 1973-cü il məzunu, Əməkdar artist Nizami Abdullayevin iştirakı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” adlı konsert proqramı təqdim edilib. “Biz gəlirik, Qarabağ” ədəbi-bədii kompozisiyası ilə Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının açılışına həsr olunmuş mərasim başa çatıb.

Həmin axşam aksiya iştirakçıları şəxsi heyətlə birlikdə şam yeməyində iştirak edib, rəmzi döyüş növbəsində dayanıb, əsgər yataqxanasında gecələyiblər.

Aksiyanın ikinci günü cəbhəyanı bölgədə, hərbi hissələrin dayaq məntəqələrində, ön xətt mövqelərində silsilə tədbirlər keçirilib. Döyüşçülərə UNEC-in professor-müəllim və tələbə heyətinin Azərbaycan əsgərinə müraciəti dərc olunmuş kitabçalar təqdim olunub. Rektor Ədalət Muradov, Fizika və kimya kafedrasının müdiri, professor Rövnəq Rzayev, UNEC Beynəlxalq İqtisadiyyat məktəbinin direktoru Aqil Əzizov, Ekspertiza və standartlaşdırma fakültəsinin dekan müavini, dosent Elçin Səmədov, İqtisadi araşdırmalar elmi-tədqiqat institutunun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Fərhad Mikayılov, rektorun köməkçisi, ehtiyatda olan baş leytenant, iki zabit qardaşı olan Şamil Əliyev, təhsildə və ictimai işlərdə fəallıq göstərən tələbələr əsgərlər qarşısında çıxış edib, səmimi söhbət aparıb, onları maraqlandıran sualları cavablandırıblar.

Hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə UNEC-in təsis etdiyi xüsusi mükafatlar, hədiyyələr təqdim olunub.

Sonra xüsusi təyinatlılar öz məharətlərini nümayiş etdirərək, aksiya iştirakçılarını təəccübləndiriblər.

Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının ilk qrupunun rəhbəri professor Ədalət Muradov cəbhəboyu bölgədən ayrılarkən döyüşçülər qarşısında çıxışını Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi fikirlərlə tamamlayıb: “Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sirasındadır... Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmlənmişdir... Döyüş qabiliyyəti ən yüksək səviyyədədir... Ruh yüksəkliyi var. Ordumuzun, əsgərlərimizin, zabitlərimizin mənəvi-psixoloji durumu çox yüksəkdir. Nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşib”.

UNEC-in təşəbbüsü ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası 26 İyun - Silahlı Qüvvələr Gününədək birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də universitetdə davam etdiriləcək.

 
  • Oxunub:  1800  |  
  • Tarix:  26-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

16 Sentyabr 14:25
Bakıda Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir
16 Sentyabr 14:20
Rektor Gülçöhrə Məmmədova: Universitetə qəbul olan abituriyentlərin orta keçid balları ilbəil yüksəlir
16 Sentyabr 14:15
ADPU: Yeni tədris ilində tələbə qəbulunda uğurlu nəticələr əldə edilib
16 Sentyabr 14:14
Azərbaycan XİN Özbəkistanın Türk Şurasına üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb
16 Sentyabr 14:12
Parisdə keçirilən beynəlxalq konfransda Azərbaycanda məhkəmə islahatları zamanı toplanmış müsbət təcrübədən danışılıb
16 Sentyabr 14:06
Akademik Akif Əlizadə: Bu il AMEA-nın magistraturasına 120 tələbə qəbul olunub
16 Sentyabr 14:02
Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında
16 Sentyabr 14:01
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
16 Sentyabr 13:22
Xaçmazda 432 yerlik müasir məktəb binası qapılarını şagirdlərin üzünə açıb
16 Sentyabr 13:17
Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində
16 Sentyabr 12:59
Bu il hər bir ölkə sakini 575,7 manatlıq ödənişli xidmətlərdən istifadə edib
16 Sentyabr 12:57
Bu gün Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Sammiti keçiriləcək
16 Sentyabr 12:55
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
16 Sentyabr 12:53
Bilal Dündar: Bakının xilası Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədiliyinə əyani sübutdur
16 Sentyabr 12:51
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16 Sentyabr 12:49
Emin Ağalarovun Almaniya qastrolları başa çatıb
16 Sentyabr 12:39
Elçin Babayev: Əminəm ki, tələbələrimiz Azərbaycanı siyasi, mədəni, elmi arenalarda layiqincə təmsil edəcəklər
16 Sentyabr 12:35
AAK Avropa ölkələrindəki bəzi soydaşlarımızın destruktiv fəaliyyətini pisləyən bəyanat yayıb
16 Sentyabr 12:34
Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
16 Sentyabr 12:27
Bakı məktəblərində “Bilik günü” qeyd olunub
16 Sentyabr 12:18
Bərdənin dörd kəndində yeni modul tipli məktəb binaları istifadəyə verilib
16 Sentyabr 11:47
Marneulidə Azərbaycan dilli məktəbin açılışı olub
16 Sentyabr 11:38
Əli Əhmədov: Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb
16 Sentyabr 11:36
Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub
16 Sentyabr 11:24
Azərbaycan Tibb Universitetində Bilik günü qeyd olunub
16 Sentyabr 11:12
Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib
16 Sentyabr 11:10
Şəhidlərin xatirəsinə ehtiram
16 Sentyabr 10:53
Dövlət İdarəçilik Akademiyasında “Bilik günü” təntənə ilə qeyd olunub
16 Sentyabr 10:51
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
16 Sentyabr 10:44
Türkiyənin Vitse-prezidenti Fuat Oktay ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
16 Sentyabr 10:43
Yardımlı rayonunda Tunc İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
16 Sentyabr 10:39
Bu gündən Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır
16 Sentyabr 10:24
Qubada yeni inşa olunan 960 şagird yerlik məktəb binası Bilik Günündə istifadəyə verilib
16 Sentyabr 08:47
Bakı Kitab Mərkəzi bir yaşını qeyd edib
16 Sentyabr 08:44
Fuat Oktay: “Bir millət, iki dövlət” kəlamı hər sahədə əməkdaşlığımızda özünü göstərir
16 Sentyabr 08:39
Komandamız 7-ci arena polo üzrə dünya kubokunun qalibi olub
16 Sentyabr 08:34
Olimpiya mükafatçısı: Dünya çempionatı ərəfəsində Bakıda ağacəkmə aksiyasının təşkili möhtəşəm hadisədir
16 Sentyabr 08:31
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
16 Sentyabr 08:30
Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının qonaqları ağacəkmə aksiyasında iştirak ediblər
16 Sentyabr 08:25
Azərbaycanın Xarici İşlər naziri Avropaya səfərə yola düşüb
16 Sentyabr 08:23
Bakı 14 ildən sonra bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək
15 Sentyabr 23:51
Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan
15 Sentyabr 22:44
Dövlət əxlaqı – Nadir Qocabəyli yazır
15 Sentyabr 14:36
Erkan Özoral: Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir
15 Sentyabr 14:32
Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası və Bakının erməni-bolşevik işğalından azad edilməsi
15 Sentyabr 14:29
Dövlət Turizm Agentliyinin sədri beynəlxalq tədbirdə Azərbaycanın turizm potensialından danışıb
15 Sentyabr 14:20
Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
15 Sentyabr 14:16
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15 Sentyabr 14:14
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb
15 Sentyabr 14:10
Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
15 Sentyabr 14:07
Birinci vitse-prezident Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15 Sentyabr 14:04
Musa Qasımlı: Bakının azad edilməsi Cümhuriyyətin qurulmasından sonra ikinci böyük tarixi hadisə oldu
14 Sentyabr 22:45
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14 Sentyabr 22:44
“Meydan TV”ni Parisdə erməni lobbisi maliyyələşdirir - Sübut olundu
14 Sentyabr 22:32
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14 Sentyabr 22:16
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14 Sentyabr 22:00
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllının Diyallı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə olub
14 Sentyabr 21:24
Şamaxının Muğanlı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində yeni ev inşa olunub
14 Sentyabr 21:18
Şamaxıda Ulu Öndərin abidəsini ziyarət
14 Sentyabr 21:10
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq
14 Sentyabr 20:53
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib
14 Sentyabr 20:31
Dənizkənarı Milli Parkda açıq karate seminarı təşkil olunub
14 Sentyabr 20:28
Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub
14 Sentyabr 19:05
İmişlidə yeni məktəb binalarının açılışı olub
14 Sentyabr 18:42
Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib
14 Sentyabr 18:29
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
14 Sentyabr 17:48
Türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib
14 Sentyabr 17:28
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib
14 Sentyabr 17:20
Azərbaycanla Türkiyə gömrük orqanları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb
14 Sentyabr 17:10
Səbail rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA